Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-122/2022 12.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı, onun vəkili Vəkil Rauf oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 22.01.2006-cı ildə doğulmuş X5 və 24.06.2008-ci ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 28 dekabr 2004-cü ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 135 sayla rəsmiləşdirmişlər. Cavabdehlə evliliklərindən 22.01.2006-cı ildə X8 və 24.06.2008-ci ildə X9 adında iki uşaqları olmuşdur. Onunla evləndikdən sonra bir müddət mehriban yaşamış,sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar o, uşaqları da götürüb valideynlərinin evinə getmişdir. Birgə nikahlarından olan iki uşağı hazırda özünün himayəsində yaşayırlar.Balakən Rayon Məhkəməsinin 2(019)- 726/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 135 sayla rəsmiləşdirdikləri nikahın pozulması, Cavabdeh ilə birgə nikahlarından 22.01.2006-cı ildə doğulmuş X5 və 24.06.2008-ci ildə doğulmuş X6 baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Uşaqları ildən ilə böyüdüyünə, onların təhsil, sosial, maddi təminatı artdığına görə hazırda həmin məbləğdə alimentlə uşaqlara baxmaq onun üçün çox çətindir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur.Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır.Özü heç yerdə işləmir.Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş,onun qazancı və digər gəlirləri artmışdır.Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını göndərmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(019)-726/2020 saylı qətnaməsinə əsasən, 31 avqust 2020-ci il tarixdən başlayaraq 22 yanvar 2006-cı il tarixdə anadan olmuş X5 və 24 iyun 2008-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat alimentin İddiaçı verilməsi qət edilmiş,sözügedən qətnamədən sonuncu tərəfindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş yeri və gəliri mövcud olmadığından aliment öhdəliyinin icra olunmasında çətinliklər yaranmış, ödənilməmiş 1320 manat aliment borcuna görə Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən barəsində inzibati protokol tərtib edilmiş, Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdə olduqdan sonra valideyninin köməkliyi ilə ödənilməmiş aliment məbləğini hissə-hissə ödəmişdir. Hazırda ödənilməmiş 780 manat aliment borcu mövcuddur ki, həmin vəsaitin ödənilməsində çətinlik çəkir.Göründüyü kimi, hazırki vəziyyətdə məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılması üçün heç bir qanuni əsas mövcud deyildir.İddiaçı alimentin miqdarının artırılması üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır. İddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməkdə borclu olduğu halda bunu sübut edə bilməmiş, uşaqların maddi tələbatının artmasını, cavabdehin maddi vəziyyətində yaxşılaşma olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X4 sonra prosesin davam etdirilə bilməməsi barədə 04.10.2021-ci il tarixli Nİ0023 nömrəli arayışdan görünür ki, İsmayılova Sünbul Zeynəddin qızı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu tarixdə verilmiş AZ-İİ seriyalı 301296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəyizadə Aygün Xaqani qızı 22 yanvar 2006cı il tarixdə anadan olmuş, atası Cəyizadə Xaqani Qurban oğlu , anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu tarixdə verilmiş AZ-İİ seriyalı 301250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəyizadə Elmir Xaqani oğlu 24 iyun 2008-ci il tarixdə anadan olmuş, atası Cəyizadə Xaqani Qurban oğlu, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli 2(019)- 726/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edlilməsi , İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 15 iyul 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 135 nömrə ilə qeydə alınmış nikahın pozulması,onların birgə nikahından olan uşaqları-22.01.2006-cı ildə anadan olmuş X11 qızı və 24.06.2008-ci ildə anadan olmuş X6 anaları İddiaçı yanında saxlanmaları,31 avqust 2020-ci il tarixdən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X11 qızının və 24.06.2008-ci ildə anadan olmuş X12 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh Qurban oğlundan hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi,iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,İddiaçı 28 dekabr 2004-cü ildə rəsmi nikah bağlamadan Cavabdeh ilə evlənmiş,nikahlarını 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 22.01.2006-cı ildə X8, 24.06.2008-ci ildə isə X9 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 135 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları -22.01.2006-cı ildə anadan olmuş X5 və 24.06.2008-ci ildə anadan olmuş X12 oğlunun anaları İddiaçı yanında saxlanmaları,31 avqust 2020-ci il tarixdən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X11 qızının və 24.06.2008-ci ildə anadan olmuş X12 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh Qurban oğlundan hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)- 726/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş Cəyizadə Aygün Xaqani qızının və 24.06.2008-ci ildə doğulmuş Cəyizadə Elmir Xaqani oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cəyizadə Xaqani Qurban oğlundan hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh oğlundan 58,40 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X10” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda 50 manat mediasiya xərcini İddiaçı qızı ödədiyindən Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 22.01.2006-cı ildə anadan olmuş X5 və 24.06.2008-ci ildə anadan olmuş Cəyizadə Elmir Xaqani oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cəyizadə Xaqani Qurban oğlundan hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı Zeynəddin qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı qızına və 58,40 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-122/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-122/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver