Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1244/2021 22.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı BOKT MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsinin, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 1 və Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 2 saylı Zaminlik Müqavilələrin ləğv edilməsi və 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh1 aid 1307.66 (bir min üç yüz yeddi manat 66 qəpik) manat məbləği əsas borc, 30.93 (otuz manat 93 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 12.37 (on iki manat 37 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1350.96 (bir min üç yüz əlli manat 96 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 1380.96 (bir min manat üç yüz səksən manat 96 qəpik) manat məbləğində pul vəsaitinini cavabdehlərdən müştərək qaydada tutularaq “Azmikroinvesf’ BOKT MMC-yə ödənilməsi və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə cavabdehlərin əmlaklarının mövcudluğu haqqında sorğu göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd sənəd iddia ərizəsinə əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin hazırki iddia ərizəsində cavabdehlərin iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş 12.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMM Bank Olmayan Kredit Təşkilatı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda göstərilən məbləğdən az, yəni 30 manat dövlət rüsumu ödənilmişdir. Halbuki o, hazırki iddia tələbi ilə bağlı 33,50 manat dövlət rüsumu ödəməlidir. Göstərilənlər hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı BOKT MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və İddiaçı BOKT MMC-yə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı BOKT MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın; İddiaçı BOKT MMC-yə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-1244/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1244/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver