Məhkəmə qərarları › İş №2(019)-1279/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1279/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1279/2021 24.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlu, İddiaçın Cavabdeh Mehrəli qızına qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh Mehrəli qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən müqavilə üzrə 644.43 manat qalıq borcu və 185.98 manat cərimə borcu olmaqla, cəmi 830.42 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən aydın oldu ki, cavabdeh Mahmudova Fəridə Mehrəli qızı 24 noyabr 2020-ci il tarixdə, yəni iddia ərizəsinin məhkəməyə daxil olmasından 01 il, 01 ay, 09 gün əvvəl ölmüşdür. İşdə olan Balakən rayon MİM-si tərəfindən 13 dekabr 2021-ci il tarixdə verilmiş 317 nömrəli arayışdan və şəxsi məlumatların elektron sorğusundan görünür ki, Cavabdeh Mehrəli qızı 24 noyabr 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-50.3-cü maddələrinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə Cavabdeh Mehrəli qızının iddia ərizəsi verilməmişdən 01il, 01 ay, 09 gün əvvəl ölməsini nəzərə alaraq hesab edir ki, ölən şəxsə qarşı iddia yönələ bilməz və o cavabdeh ola bilməz . Belə olan halda isə işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə işin hallarını, prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə işə xitam verilməlidir. İddiaçınə izah olunmalıdır ki, Cavabdeh Mehrəli qızının vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264.1və 268.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçın Cavabdeh Mehrəli qızına qarşı borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçınə izah olunur ki, Cavabdeh Mehrəli qızının vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar