Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-128/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 235 (iki yüz otuz beş) manat zərərin, 30 (otuz) manat dövlət rüsumu əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sahibliyində olan **-PU-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı nəqliyyat vasitəsini Bakı şəhəri Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsində parklanma üçün nəzərdə tutulmuş yerdə dayandırmışdır. Nəqliyyat vasitəsində olan sərnişinlərə qapını yalnız o, dediyi vaxt açmağı tapşırmışdı. Buna baxmayaraq avtomobildə əyləşmiş sərnişin Cavabdeh qəflətən arxa sol qapını açmış və həmin qapı hərəkətdə olan digər avtomaşına dəymişdir. Bununla da onun sahibliyində olan nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar o, Bakı şəhər Nərimanov rayon X2 Şöbəsinə müraciət etmiş,müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh izahatı alınmış və sonuncu yol verdiyi qayda pozuntusunu etiraf etmişdir (izahatın surəti əlavə olunur).İddia ərizəsinə əlavə edilmiş 12.08.2021-ci il tarixli TP4536283 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 30 (otuz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə aktından və mütəxəssis rəyindən görünür ki, sahibliyində olan nəqliyyat vasitəsinə cəmi 235 (iki yüz otuz beş) manat miqdarında maddi zərər dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı oğlu heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə əlavə etdiyi vəsatətdə bütün hazırlıq və baxış iclaslarını onun iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə iddiaçı İddiaçı Rafət oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, 11 avqust 2021-ci il tarixdə saat 13:30-radələrində iddiaçının idarə etdiyi **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən sərnişin kimi istifadə etmişdir. Avtomobil dayandıqda avtomobilin sağ qapısını açıb yerə düşmək istəyərkən açılan qapı hərəkətdə olan digər avtomobilin sol yan hissəsinə dəymişdir. Həmin vaxt xəsarət alan olmamışdır. Maddi imkanı olmadığı üçün dəymiş ziyanı ödəyə bilməmişdir. Gələcəkdə ziyanı az-az ödəyəcəkdir. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12.08.2021-ci il tarixli İXP-412361 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Balakən rayonu Qaysa kənd sakini Cavabdeh Sabiroviç 11 avqust 2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12.08.2021-ci il tarixli TP-4536283 nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə təqsirli bilinib 30 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC tərəfindən verilmiş hesablamanın nəticəsində göstərilmişdir ki, “Hundai (Elantra (MD11)” markalı 99 PU-254 dövlət nömrə nişanlı avtomaşına 235.50 manat ziyan dəymişdir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir . Belə ki, məhkəmə iclasında cavabdehin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh Sabiroviç 11 avqust 2021-ci il tarixdə saat 13 radələrində İddiaçı idarə etdiyi **-PU-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı nəqliyyat vasitəsindən düşərkən düşmə qaydasını pozaraq qəflətən maşının arxa sol qapısını açmış və həmin qapı hərəkətdə olan digər avtomaşına dəymişdir. Cavabdeh Sabiroviçin bu hərəkəti nəticəsində nəqliyyat vasitəsinə 235 (iki yüz otuz beş) manat miqdarında maddi zərər dəymişdir. İddiaçı cavabdehdən vurulmuş zərərin ödənməsini tələb etmiş, lakin sonuncu bundan imtina etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 235 (iki yüz otuz beş) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 235 (iki yüz otuz beş) manat alınıb İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı qaytarılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-128/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-128/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver