Məhkəmə qərarları › İş №2(019)-1282/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1282/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1282/2021 24.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh Cavabdeh Adil oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 99.52 AZN əsas borc, 5.77 AZN faiz borcu və kredit müqaviləsi üzrə 08.08.2021 -ci il tarixdən 29.10.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 105.84 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 08.08.2019-cu il tarixdə fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit təşkilatından illik 27 faizlə 24 ay müddətinə 897.8 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 09 sentyabr 2020-ci il tarixli müqaviləyə 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 29-dək Cavabdeh banka 08 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 99.52 AZN əsas borc, 5.77 AZN faiz borcu və kredit müqaviləsi üzrə 08.08.2021 -ci il tarixdən 29.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 105.84 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 06 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 07 dekabr 2021-ci il tarixdə Cavabdeh iddia barədə, prosessual hüquq və vəzifələrinin izahı barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 12 dekabr 2021-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada iddia ərizəsi barədə məlumat verilməsini, iddia barədə, prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin göndərilməsini, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan 08.08.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, 08.08.2019-cu il tarixdə fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən Cavabdeh oğluna “TBC Kredit” Bank olmayan Kredit təşkilatından illik 27 faizlə 24 ay müddətinə 897.8 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 29.10.2021-ci il tarixə 99.52 manat əsas borc, 5.77 manat faiz borcu və 0.55 manat əldən çıxmış fayda olmaqla cəmi 105.84 manat borcu vardır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh 08.08.2019-cu il tarixdə fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan Kredit təşkilatından illik 27 faizlə 24 ay müddətinə 897.8 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 09 sentyabr 2020-ci il tarixli müqaviləyə 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırtmışdır. Cavabdehin iddiaçıya 99.52 manat əsas borc, 5.77 AZN faiz borcu və 0.55 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 105.84 AZN borcu vardır. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh Adil oğlundan 99.52 manat əsas borc, 5.77 manat faiz borcu və 0.55 manat cərimə borcu olmaqla ,cəmi 105.84 AZN borc alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh Adil oğlundan tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Adil oğlundan 99.52 manat əsas borc, 5.77 manat faiz borcu, 0.55 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 105.84 AZN borc və 30 manat məbləğində dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh Adil oğlundan 99.52 manat əsas borc, 5.77 manat faiz borcu, 0.55 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 105.84 AZN borc və 30 manat məbləğində dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar