Məhkəmə qərarları › İş №2(019)-137/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-137/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-137/2021 09.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi-vəkili X11 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna qaytarılmalı olan 900 (doqquz yüz ) manatın və İddiaçı2 qaytarılmalı olan 2000 (iki min) manat pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, İddiaçı1 1(019)- 12/2020 saylı iş üzrə təqsirləndirlən şəxs Cavabdeh ilə Bakı şəhərində olduğu zaman Turalın qohumları vasitəsilə onunla tanış olmuşdur. Turalla heç bir münasibəti olmamışdır. Cavabdeh müxtəlif şəxslərə pensiya düzəltdiyini onun özündən eşitmişdir. Hətta onun əlində pensiya kartlarını və onlardan birini bankomata salıb ordan pul çıxarmasını da görmüşdür. Cavabdeh Gülcənnət Allahverdiyevanın mərhum əri ilə dost olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. Gülcənnət Allahverdiyevagildə olduğu zaman söhbət əsnasında xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istədiyini bildirdikdə, Balakən rayonu Talalar kənd sakini olan tanışı Cavabdeh həmin işləri yaxşı bildiyini ona demişdir. Gülcənnət onu Tural ilə tanış etməyini ondan xahiş etmişdir. Sonradan Gülcənnətin bacısı İddiaçı2 da pensiya ilə bağlı Turala müraciət etmək istədiyini eşitmiş, bunu ona Gülcənnət bildirmişdir. Bu barədə Turala demiş, Tural da kömək edəcəyini söyləmişdir. 2017-ci ilin iyul ayında Balakən şəhəri, H. Əliyev adına parkda İddiaçı2 və X10 Qarayevlə görüşmüşlər. Həmin vaxt onların yanında o da olmuşdur. Gülcənnət özünə, İddiaçı2 isə qardaşı Murada və Zaqatalada yaşayan bacısı Gülsənətə pensiya düzəltmək istədiyini bildirmişdir. Tural pensiyanı 1700 manata düzəldə biləcəyini dedikdə, Gülcənnət Turala həmin yerdə 1700 manat pul vermişdir. Solmaz da qardaşı Murada və bacısı Gülsənətə pensiya düzəltdirməsi adı ilə hər biri üçün 1700 manat olmaqla, cəmi 3400 manat pulu Cavabdeh vermişdir. Bundan sonra Tural onlara 6 ay gözləmələrini bildirmiş və 6 aydan sonra pensiya işinin düzələcəyinə söz vermişdir. Onun özünün də səhhəti ilə bağlı ciddi problemi olduğundan, Tural ona da sosial pensiya düzəldə biləcəyinə söz vermiş və bunun müqabilində ondan 900 manat pul istəmişdir. O da Turala inandığından, ona həmin məbləği vermək qərarına gəlmişdir. Həmin hadisədən bir ay keçdikdən sonra 2017-ci ilin avqust ayında Balakən şəhəri, Qabaqçöl avtovağzalı adlanan ərazidə özünə məxsus VVolksvagen Golf-3 markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin içində sayaraq, Cavabdeh 900 manat pulu vermişdir. Tural onlara 6 aydan sonra pensiya düzəldəcəyini vəd etsə də, müxtəlif bəhanələr gətirərək, verdiyi vədinə əməl etməmiş və onları aldatmışdır. Bununla bağlı onlar Cavabdeh verdikləri pulu geri qaytarmasını tələb etsələr də o, pulu qaytarmaq iştəməyərək, müxtəlif bəhanələr gətirmişdir. Onlar da Balakən Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Bunun da əsasında Qarayev X15 Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs olmuş Cavabdeh oglu ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2017-ci ilin iyul ayında ona və müxtəlif şəxslərə pul müqabilində pensiya düzəldə biləcəyini demişdir. Cavabdeh ondan 900 manat almış, sonradan həmin puldan 200 manatını ona qaytarmışdır. Tural həmçinin İddiaçı2 və Gülcənnət Allahverdiyevaya birlikdə 3100 manat ödəmiş, bu pulun 1700 manatı Gülcənnət Allahverdiyevaya, 1400 manatı isə İddiaçı2 ödənilmişdir. Cavabdeh İddiaçı2 2000 manat borcu qalmış, Gülcənnətə isə borcu qalmamışdır. Cavabdeh cinayət əməlini törətməsini etiraf etməklə, peşmançılıq hissi keçirtdiyini bildirmişdir. Cavabdehin dələduzluq yolu ilə onlardan pul alması və onlara ziyan vurması Balakən Rayon Məhkəməsinin 1 (019)-12/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmündə öz əksini tapmışdır. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, iş üzə cavabdeh, eyni zamanda 1(019)-12/2020 saylı iş üzrə təqsirləndirlən şəxs Cavabdeh oglu, ona qarşı özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayında Balakən şəhəri, H. Əliyev adına parkın ərazisində onun etibarından sui-istifadə edib, aldatma yolu ilə ona, qardaşı Murad Rəşidova və bacısı Gülsənət Əfəndiyevaya tibbi sosial pensiya düzəltdirəcəyini yalandan vəd edərək, ona məxsus 3400 manat pulu alıb ələ keçirməklə, dələduzluq etmişdir. 2017-ci ilin iyul ayında Balakən şəhəri, H. Əliyev adına parkda o və X10 Qarayevlə görüşmüşlər. Həmin vaxt onların yanında İddiaçı1 də olmuşdur. Gülcənnət özünə, o isə qardaşı Murada və Zaqatalada yaşayan bacısı Gülsənətə pensiya düzəltmək istədiyini bildirmişdir. Tural pensiyanı 1700 manata düzəldə biləcəyini dedikdə, Gülcənnət Turala həmin yerdə 1700 manat pul vermişdir. O da qardaşı Murada və bacısı Gülsənətə pensiya düzəltdirməsi adı ilə hər biri üçün 1700 manat olmaqla cəmi 3400 manat pulu Cavabdeh vermişdir. Bundan sonra Tural onlara 6 ay gözləmələrini bildirmiş və 6 aydan sonra pensiya işinin düzələcəyinə söz vermişdir. Tural onlara 6 aydan sonra pensiya düzəldəcəyini vəd etsə də, müxtəlif bəhanələr gətirərək, verdiyi vədinə əməl etməmiş və onları aldatmışdır. Bununla bağlı onlar Cavabdeh verdikləri pulu geri qaytarmasıys tələb etsələr də, o, pulu qaytarmaq iştəməmişdir. Onun müxtəlif bəhanələr gətirdiyini görüb, Balakən Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Bunun da əsasında Cavabdeh Azərbayca Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə ittiham verilmiş və o, məhkəmənin hökmü ilə azadlğın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs olmuş Cavabdeh oglu İddiaçı1 900 manat almış, sonradan həmin puldan 200 manatını Arifə qaytarmışdır. Tural ona və Gülcənnət Allahverdiyevaya birlikdə 3100 manat ödəmiş, bunun 1400 manatı onun pulu, 1700 manatı isə Gülcənnətin pulu olmuşdur. X12 aldığı 1700 manat pulu tam ödəmiş, ondan aldığı 3400 manat pulun isə 1400 manatını qaytarmış və ona 2000 manat borclu qalmışdır. O da Cavabdeh həmin 2000 manat pulunu tələb edir. Balakən Rayon Məhkəməsinin 1 (019)- 12/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmü ilə qeyd etdiyi hallar sübut olunur. Buna görə də göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi-vəkili-fərdi qaydada fəaliyyət göstərən vəkil X16 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, Cavabdeh İddiaçı1 500 manat və İddiaçı2 1200 manat borcu qalmışdır. İddianın həmin məbləğlərdə qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 1(019)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Qarayev X15n Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019 cu il tarixlərdə tutulub həbsdə saxlandığı 3 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Cavabdeh üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gun müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdə məhkəmənin sübutların, o cümlədən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin müvafiq hüquqi qiymətləndirilməsi ilə Cavabdeh o cümlədən dələduzluq yolu ilə pensiya düzəltmək adı ilə 2017-ci ilin iyul ayında X1 1700 manat, İddiaçı2 3400 manat, 2017-ci ilin avqust ayında isə İddiaçı1 900 manat pul alması, X6 və İddiaçı2 birlikdə 3100 manat və İddiaçı1 200 manat qaytarması müəyyən olunmuşdur. Belə ki, həmin hökmdə istinad olunan təqsirləndirilən şəxs Cavabdeh, zərərçəkmiş şəxslər X2, İddiaçı2 və İddiaçı1 ifadələri, həmçinin iş materialları ilə Cavabdeh o cümlədən dələduzluq yolu ilə pensiya düzəltmək adı ilə 2017-ci ilin iyul ayında X1 1700 manat, İddiaçı2 3400 manat, İddiaçı1 isə 900 manat pul alması, X7 və İddiaçı2 Əsədulla qızına birlikdə 3100 manat və İddiaçı1 200 manat qaytarması sübut olunmuşdur. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Cavabdeh nümayəndəsi-vəkili X11 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Cavabdeh İddiaçı1 500 manat, İddiaçı2 isə 1200 manat borcu qalmışdır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 1(019)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Qarayev X15n Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019 cu il tarixlərdə tutulub həbsdə saxlandığı 3 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Cavabdeh üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gun müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 2017-ci ilin iyul ayında Balakən şəhəri, H.Əliyev adına parkın ərazisində Balakən rayonu Katex kənd sakini X3 ona tibbi sosial pensiya düzəldəcəyi adı ilə 1700 manat, Zaqatala rayonu Aşağı Tala kənd sakini İddiaçı2 qardaşı Murad Rəşidova və bacısı Gülsənət Əfəndiyevaya tibbi sosial pensiya düzəltdirəcəyini yalandan vəd edərək, zərərçəkmiş şəxs İddiaçı2 3400 manat pul, 2017-ci ilin avqust ayında İddiaçı1 tibbi sosial pensiya düzəltdirəcəyini yalandan vəd edərək, Balakən şəhəri «Qabaqçöl avtovağzalı» adlı ərazidə İddiaçı1 məxsus avtomobilin salonunda ondan 900 manat pul götürmüşdür. Həmin hökm üzrə məhkəmənin sübutların, o cümlədən təqsirləndirilən şəxs Cavabdeh, zərərçəkmiş şəxslər X4, İddiaçı2 və İddiaçı1 ifadələrinin, həmçinin iş materiallarının hüquqi qiymətləndirilməsi ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh vurduğu maddi ziyan məbləğindən X6 və İddiaçı2 ümumilikdə 3100 manat və İddiaçı1 200 manat qaytarmış, beləliklə də X7 və İddiaçı2 onlardan cəmi aldığı 51xx xxxxxxxx 2000 manat, İddiaçı1 aldığı 900 manatdan isə 700 manat məbləğini ödəməmişdir. Cavabdeh onlardan cəmi aldığı 51xx xxxxxxxx 3100 manatını qaytarması zərərçəkmiş şəxslər X6 və İddiaçı2 məhkəmə hökmündə göstərilən ifadələrində, həmçinin Cavabdeh ondan aldığı 900 manatdan 200 manatını ona qaytarması digər zərərçəkmiş şəxs İddiaçı1 məhkəmə hökmündə əks olunmuş ifadəsində də təsdiqini tapır. Bu hallar Cavabdeh təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də öz əksini tapmışdır. İddiaçı2 və İddiaçı1 məhkəmədə verdiyi izahatlarında həmin 3100 manat qaytarılan puldan 1700 manatının X5 ödənildiyini, 1400 manatının isə İddiaçı2 ödənildiyini, X17 Allahverdiyevaya borcunun qalmadığını, ancaq İddiaçı2 2000 manat borcunun qaldığını bildirmiş, həmçinin İddiaçı1 izahatında Cavabdeh 900 manat aldığı puldan 200 manatını ona qaytardığını təsdiq etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi-vəkilinin məhkəməyə təqdim etdiyi ərizədə Cavabdeh İddiaçı1 500 manat və İddiaçı2 1200 manat borcunun olması etiraf olunmuşdur. Məhkəmə işdəki sübutlar əsasında işin müəyyən olunmuş halları kimi Cavabdeh İddiaçı2 ödənilməmiş maddi ziyan məbləğini 2000 manat və İddiaçı1 ödənilməmiş maddi ziyan məbləğini 700 manat qəbul edir və bu xüsusda hesab edir ki, İddiaçı2 Cavabdeh 2000 manat məbləğində iddiası tam, İddiaçı1 isə həmin cavabdehə 900 manat məbləğində iddiası qismən-700 manat tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanun normasının tələbinə əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 09.06. 2020-ci il tarixli, 1(019)-12/2020 saylı hökmü ilə Cavabdeh 2017-ci ilin iyul ayında Balakən şəhəri, H.Əliyev adına parkın ərazisində Balakən rayonu Katex kənd sakini X3 ona tibbi sosial pensiya düzəldəcəyi adı ilə 1700 manat, Zaqatala rayonu Aşağı Tala kənd sakini İddiaçı2 qardaşı Murad Rəşidova və bacısı Gülsənət Əfəndiyevaya tibbi sosial pensiya düzəltdirəcəyini yalandan vəd edərək, zərərçəkmiş şəxs İddiaçı2 3400 manat pul, 2017-ci ilin avqust ayında İddiaçı1 tibbi sosial pensiya düzəltdirəcəyini yalandan vəd edərək, Balakən şəhəri «Qabaqçöl avtovağzalı» adlı ərazidə İddiaçı1 məxsus avtomobilin salonunda ondan 900 manat pul alması hadisələrinin olmasının müəyyən edilməsi və Cavabdeh həmin hadisələrə aidiyyəti (həmin hadisələrin törədilməsində təqsirli bilinməsi) məsələsində hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir və məcburidir. Həmçinin işdəki həmin hökmlə işin müəyyən olunmuş halı kimi Cavabdeh İddiaçı2 vurduğu 3100 manat ziyan məbləğindən 2000 manatının və İddiaçı1a vurduğu 900 manat ziyan məbləğindən 700 manatının həmin zərərçəkmiş şəxslərə ödənilməməsi məhkəmə üçün sübut əhəmiyyəti daşıyır və işdəki digər sübutlarla tam təsdiq olunur. Cavabdeh nümayəndəsi-vəkili X16 təmsil etdiyi Cavabdeh iddiçı İddiaçı1 500 manat, İddiaçı2 isə 1200 manat borclu olmasını etiraf etmiş, lakin cavabdehin İddiaçı1a 700 manat, İddiaçı2 isə 2000 manat borcunun olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qanuna görə isə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X13 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X14”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Eyni zamanda həmin qanun normaları əmlaka qanunsuz sahiblik edən və ya hüquq pozuntusu törədən şəxsin mülkiyyətçiyə həm neqator və vindikasiya tələbləri üzrə, həm də əmlakın məhv edilməsi nəticəsində vurulan ziyanın ödənilməli olmasını təsbit edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh nümayəndəsi-vəkili X11 yazılı şəkildə ərizə verməklə, iddianı qismən-İddiaçı1 900 manat pul tələbinin 500 manat hissəsində və İddiaçı2 2000 manat pul tələbinin 1200 manat hissəsində etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh 700 manat pulu iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğluna və 2000 manat pulu İddiaçı2 ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı1 hesabına 700 manat və İddiaçı2 hesabına 2000 manat məbləğdə əsassız varlanmış və İddiaçı1 700 manat və İddiaçı2 2000 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də iddia qismən təmin edilərək, cavabdehdən tələb olunan 900 manat məbləğdən 700 manat alınaraq İddiaçı1 və 2000 manat məbləğ alınaraq İddiaçı2 ödənilməli, iddia 700 manatdan artıq pul məbləğinin cavabdehdən alınıb İddiaçı1 verilməsi hissəsində təmin edilməməli, bununla da iddiaçıların pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 700 manat alınaraq İddiaçı1 və 2000 manat alınaraq İddiaçı2 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş məbləğinə münasib olaraq Cavabdeh 27,93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddia qismən təmin edilsin; Cavabdeh 700 manat alınaraq İddiaçı1 və 2000 manat alınaraq İddiaçı2 verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 27,93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar