Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-147/2022 23.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 cğlu ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsinin, cavabdeh Ağayev Əhmədağa oğlu ilə İddiaçı BOKT MMC arasında 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 1 və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 2 saylı Zaminlik Müqavilələrin ləğv edilməsi və 14 sentyabr 2020-ci il tarixli 01357/ZM saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh3 aid 1307.66 (bir min üç yüz yeddi manat 66 qəpik) manat məbləğ əsas borc, 44.01 (qırx dörd manat 01 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 24.95 (iyirmi dörd manat 95 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1376.62 (bir min üç yüz yetmiş altı manat 62 qəpik) məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 33.77 (otuz üç manat77qəpik) manat məbləğində pul vəsaitinin, ümumilikdə 1410.39 (bir min manat dörd yüz manat 39 qəpik) manat məbləğində pul vəsaitinini cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə cavabdehlərin əmlaklarının mövcudluğu haqqında sorğu göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 04 Oktyabr 2021-ci il tarixində göndərilən iddia ərizəsi üzrə (mülki iş №2(019)-147/2022) tərəflərindən yenidən baxılmasını, cavabdehlər Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 Sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsinin, X3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 Sentyabr 2020-ci il tarixli, 01357/ZM1 saylı Zaminlik Müqaviləsinin və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 Sentyabr 2020-ci il tarixli, 01357/ZM2 saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi və mülki qanunvericiliyə uyğun olaraq, məhkəmə qətnaməsi qəbul olunana qədər faiz və cərimə borcunun hesablanması dayandırılmadığı üçün 13 aprel 2022-ci il tarixinə əsasən 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 aid 1307.66 (bir min üç yüz yeddi manat 66 qəpik) manat məbləğ əsas borc, 159.08 (bir yüz əlli doqquz manat 08 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 254.82 (iki yüz əili dörd manat 82 qəpik) manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqia cəmi 1721.56 (bir min yeddi yüz iyirmi bir manat 56) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 1751.56 (bir min yeddi yüz əlli bir manat 56 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Sonradan məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən əlavə olaraq dövlət rüsumu ödənilməklə hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə-37.21 manat dövlət rüsumu ödənilmiş və işin mahiyyəti üzrə baxılmasına mane olan həmin hal aradan qaldırılmışdır. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsinə (bundan sonra kredit müqaviləsi”) əsasən Cavabdeh3 "xxxx" BOKT MMC-dən 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 24% (iyirmi dörd) faiz olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM2 zaminlik müqaviləsi (bundan sonra “zaminlik müqaviləsi”) bağlanmışdır. ''Azmikroinvest” BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək, göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-cı bəndlərinin tələblərini kobud şəkildə pozaraq, öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 2.2.1-ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin Ödənilməsi daxil olmaqla Borc alanla birgə Məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə şifahi və yazılı xəbərdarlıq (05.11.2021 -ci il tarixli, 1222 saylı xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Borc verənə ödəniş vaxtı ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.2 % (sıfır tam onda iki faiz) dərəcəsi ilə hesablanan penya ödəyir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını iştirakları olmadan keçirib işə mahiyyəti üzrə baxıb, tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 167-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı kredit müqaviləsindən, həmin tarixli ödəniş tapşırığından və ödəniş sənədlərindən görünür ki, Cavabdeh3 "xxxx" BOKT MMC tərəfindən 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 24% (iyirmi dörd) faiz olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM1 saylı və 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM2 saylı Zaminlik Müqavilələrindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 01.12.2021-ci il tarixli 1259 nömrəli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli “01357” saylı Kredit Müqaviləsinə əsasən Borc alana İ8 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 24 (İyirmi dörd) faiz olmaqla, 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalanın 14 sentyabr 2020-ci il tarixli “01357” saylı Kredit Müqaviləsi üzrə BOKT qarşısında öhdəlikləri yerinə yetirmədıyinə görə 01.12.2021-ci il tarixinə ümumi borcu 1376.62 (bir min üç yüz yetmiş altı manat 62 qəpik) manat təşkil edir. Bunun 1307.66 (bir min üç yüz yeddi manat 66 qəpik) manat məbləği əsas borc, 44.01 (qırx dörd manat 01 qəpik) manat məbləği faiz borcu, 24.95 (iyirmi dörd manat 95 qəpik) manat məbləği isə dəbbə (peniya) borcudur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən iddiaçının 13.04.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, borcalanın 14 sentyabr 2020-ci il tarixli “01357” saylı Kredit Müqaviləsi üzrə BOKT qarşısında öhdəlikləri yerinə yetirmədıyinə görə 13.04.2022ci il tarixinə ümumi borcu 1721.56 manat təşkil edir. Bunun 1307.66 manat məbləği əsas borc, 159.08 manat məbləği faiz borcu, 254.82 manatı isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləridir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15.03.2022-ci il tarixli, 9/1093 №-li saylı rəyindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları və 14 sentyabr 2020-ci il tarixli, 01357 №li kredit müqaviləsi şərtləri əsas götürülməklə 01 dekabr 2021-ci il tarixə (sualda göstərilən tarixə) Cavabdeh3 İddiaçı BÖKT MMC-yə olan borcu əsas borc üzrə 1253.70 manat, faiz borcu üzrə 41.79 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 15.03.2022-ci il tarixli, 9/1093 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə qanunvericiliyə uyğun qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş, həmçinin hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş 37.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı kredit müqaviləsini, həmin tarixli ödəniş tapşırığını, faizlər və ödəmələr üzrə cədvəli, 14 sentyabr 2020-ci il tarixli zaminlik müqavilələrini, cavabdeh tərəfin əsas kredit borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 15 mart 2022-ci il tarixli, 9/1093 saylı rəyini, cavabdeh tərəfin cari faiz borcu və cərimə borcu barədə 13 aprel 2022-ci il tarixli maliyyə arayışını və işdə olan sair sənədləri işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə, Cavabdeh3 əsas kredit borcu və faiz borcu barədə 13.04.2022-ci il tarixli maliyyə arayışı ilə iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının 15 mart 2022-ci il tarixli, 9/1093 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda işdəki digər sübutlarla ziddiyyət yaratmadan işin faktoloji hallarını və həqiqəti əks etdirdiyi üçün Cavabdeh3 əsas kredit borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 15 mart 2022-ci il tarixli, 9/1093 saylı rəyi, cavabdeh tərəfin faiz borcu və cərimə borcu barədə isə 13.04.2022-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 15 mart 2022-ci il tarixli, 9/1093 saylı rəyində əsas borc 1253.70 manat olaraq düzgün göstərilmişdir. Lakin 15 mart 2022-ci il tarixli ekspertiza rəyində cavabdeh tərəfin faiz borcunun 01 dekabr 2021-ci il tarixə 41.79 manat olduğu göstərimişdir və işin hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, hələ müqavilə müddəti bitməmişdir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən iddiaçı bu faizləri müqavilə müddətinə uyğun artırılmış həcmdə tələb etmək hüququna malikdir ki, o da həmin hüququndan istifadə etmiş və faizlərlə və cərimə ilə bağlı iddia tələbinin həcmini artırmışdır. 13.04.2022-ci il tarixli maliyyə arayışına görə 13.04.2022-ci il tarixinə cavabdeh tərəfin cari faiz borcunun 159.08 manat, cərimə məbləğinin isə 254.82 manat təşkil etməsi göstərilmişdir ki, həmin arayış da faiz və cərimənin son müddətə olan məbləğlərini göstərir, həqiqətə və işin hallarına uyğundur. Ona görə də məhkəmə 15 mart 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh tərəfin əsas borcunu 1253.70 manat məbləğində, 13.04.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfin cari faiz borcunu 159.08 manat məbləğində qəbul edir, 13.04.2022-ci il tarixli maliyyə arayışı ilə cərimə borcunun 254.82 manat məbləğində göstərilməsini də nəzərə alır. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi 01.12.2021-ci il tarixli maliyyə arayşını mötəbər sübut kimi qəbul etmir. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni İddiaçı BOKT MMC ilə cavabdehlər arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat cavabdehlər qarşısında götürülmüş öhdəliklərini icra etmiş, cavabdehlər isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, cavabdehlərin İddiaçı BOKT MMC-yə 14 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1253.70 manat əsas borcu və 159.08 manat faiz borcu yaranmış və cavabdehlərə 254.82 manat məbləğində cərimə faizləri məbləğində dəbbə pulu hesablanmışdır. İş üzrə cavabdehlər-zaminlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla iddiaçı təşkilat qarşısında kredit müqaviləsi ilə bağlı borclu Cavabdeh3 götürdüyü öhdəliklər üzrə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdehlər müvafiq olaraq 14 sentyabr 2020-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya ziyan vurmaqla onu ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razalışması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 Sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsinin, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 Sentyabr 2020-ci il tarixli, 01357/ZM1 saylı Zaminlik Müqaviləsinin və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 Sentyabr 2020-ci il tarixli, 01357/ZM2 saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yönəltdiyi 1307.66 manat əsas borc tələbi 1253.70 manat hissəsində təmin edilməli, 1253.70 manat əsas borc tələbindən artıq tələb hissəsində təmin edilməməlidir. Həmçinin iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 159.08 manat faiz borcu tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı cavabdehlərdən həmçinin 254.82 manat cərimə faizləri formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 254.82 manat cərimə faizləri formasında dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 254.82 manat dəbbə pulu tələb edilən 159.08 manat faiz borcunu aşmaqla kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclu tərəfin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 254.82 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X6rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan 254.82 manat məbləğində cərimə faizləri növündə dəbbə pulu azaldılaraq, 5 manat məbləğində müəyyən olunmalıdır. İş üzrə cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazını bildirməmiş və bu etirazın əsaslandırıldığı hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsi, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 1 saylı və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 2 saylı Zaminlik Müqavilələri ləğv edilməli və 14 sentyabr 2020-ci il tarixli 01357/ZM saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 aid 1253.70 manat məbləğində əsas borc, 159.08 manat məbləğində hesablanmış adi faizlər üzrə borc və 5 (beş) manat vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1417.78 manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30.64 manat məbləğində pul vəsaiti, ümumilikdə 1448.82 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100,00 manat ekspertiza xərcinin 82.35 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və 17.65 manatı İddiaçı BOKT MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357 saylı Kredit Müqaviləsi ləğv edilsin; Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 1 saylı Zaminlik Müqaviləsi ləğv edilsin; Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 01357/ZM 2 saylı Zaminlik Müqaviləsi ləğv edilsin; 14 sentyabr 2020-ci il tarixli 01357/ZM saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 aid 1253.70 manat məbləğində əsas borc, 159.08 manat məbləğində hesablanmış adi faizlər üzrə borc və 5 (beş) manat vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 1417.78 manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30.64 manat məbləğində pul vəsaiti, ümumilikdə 1448.82 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin; iddia qalan hissədə təmin edilməsin; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100,00 manat ekspertiza xərcinin 82.35 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və 17.65 manatı İddiaçı BOKT MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-147/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-147/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver