Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-147/2024 28.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4900 manat manat pulun və Kapital banka ödədiyi dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2021-ci ildə mart ayında kənd təsərrüfatı məhsulları yetişdirmək üçün torpaq sahəsi axtarmışdır. Həmin dövrdə Hənifə kənd sakini olan iş üzrə Cavabdeh Ağbalı oğlu torpaqların alqı-satqısı ilə məşğul olan əmlakçı fəaliyyəti ilə məşgul olmuşdur. Hal-hazırda Hənifə Bələdiyyəsində texniki işçi olaraq işləyir. 2021-ci il mart ayının ortalarında Balakən rayon mərkəzi bazarının qarşısında fındıq qəbulu ilə məşgul olan, uzun müddət tanış olduğu və bir-birinə qarşı tam inamı olan Şahid1 yanında onunla qarşılaşmışdır. Bu zaman Şahid1 yanında Şahid2 da var idi. Şahid1 ona almağa torpaq axtardığını, kəndçiləri olan Cavabdeh torpaqların alqı-satqısı ilə məşğul olan əmlakçılıqla məşğul olan şəxs olduğunu, onda axtardığı 0.40 ha ölçüdə satılası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, razılaşıb ala biləcəyini demişdir. O, Cavabdeh tanıyırdı. Qudrət ona həmin satılası torpağın Çıxarışının onda olduğunu, torpaq sahəsinin birgə mülkiyyətdə onda olduğunu, birgə mülkiyyətçilərin sayının 6 nəfər olduğunu, onların 4 nəfərinin ona torpağı satmaq üçün etibarnamələr verdiyini, iki nəfərinin də etibarnamə verəcəyini, torpağı da ona notariat qaydada satacağını bildirmişdir. O, əmlakçı Cavabdeh Ağbalı oğluna inanmış, torpağı almaq qərarına gəlmişdir. Qüdrətdən torpağı nə vaxt satacağını soruşmuş, Qüdrət də cavabında nə vaxt desə, elə həmin vaxt satacağını söyləmişdir. Cavabdeh ona onlara torpağın pulunu verməli olduğunu, sonra torpağın Çıxarışının əslini götürməli olduğunu, onda da pulun olmadığını, onda pul varsa verməsini, onlara pulunu verib çıxarışı götürməsini demişdir. O, 0.35 ha torpağın alınması üçün Cavabdeh pulu verməyə razılaşmışdır. Amma ona bildirdi ki, pulu götürməyilə bağlı hər hansı bir sənəd, akt, izahat yazıb rəsmiləşdirək. Cavabdeh şəxsən özü öz xətti ilə pulu götürməklə bağlı izahat yazmağa razılaşmış və həmin izahatı eyni zamanda yanlarında olan şəxslər də sübut olaraq imza etməyə razılaşmışlar. O, Cavabdeh daha yaxın olduğu üçün Şahid1 pulu ona verəcəyini, onun da pulu Qüdrətə verməsini bildirmiş, Nazim də bununla razılaşmışdır. O, 4900 manat pulu Cavabdeh və Şahid2 yanında Şahid1 vermişdir. O da pulu Cavabdeh vermişdir. Oktyabr ayınadək Qüdrət sözünə əməl etmədi. Belə olan halda Şahid1 15 oktyabr 2021-ci ildə 4900 manat pulun götürülməsi və ödənilməsi ilə bağlı Cavabdeh izahat yazdırdı. İzahatda qeyd edilir: Kərimov X9 rayon Hənifə kəndində yaşayan yazılı bildirir ki, o, Şahid1 Ramazanov Ramazan və Cuma kişinin yanında, çay kafesində 4.900 manat pulu qaytarmaq şərti ilə xx.xx.2021-ci ildə götürmüşdür. Torpağı ona satmadığım halda pulu 15.10 ayın sonunadək qaytaracağına söz verir. İmza: Cavabdeh, şahid İddiaçı İmza: Şahid2. Şəxslər izahatın doğruluğunu və Cavabdeh tərəfindən yazıldığını təsdiq etmişlər. Amma borc verdiyi özünü əmkakçı adlandıran Cavabdeh Ağbalı oğlu sözünə əməl etməmiş, nə söz verdiyi torpağı alıb ona verməmiş, nə də ona torpaqla bağlı verdiyi 4900 manat pulu hələ də qaytarmamışdır. Hətta o, Cavabdeh təklif etdi ki, əgər söz verdiyi 0.35 ha torpaq sahəsini təşkil etmək mümkün deyilsə başqa bir torpaqla da əvəz edə bilər. O, ona dedi ki, onun özünün 0.40 ha torpaq sahəsi var, onu 4900 manat pulun əvəzinə ona verər. Razılaşmış və günü sabah gedib, notariat qaydasında alqı-satqı etmələrini, alqı-satqı üzrə bütün xərclərin ödənilməsini də öz üzərinə götürəcəyini demişdir. Amma yenə də Cavabdeh Ağbalı oğlu vədini yerinə yetirməmiş, onu aldatmışdır. Belə olan halda o, ondan tələb etdi ki, borcu tez bir vaxtda qaytarsın, qaytarmadığı halda tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edəcək. Cavabdeh yaxın vaxtda pulu qaytaracağına söz verdi. Bütün cəhdlərinə baxmayaraq Cavabdeh Ağbalı oğlu torpağın alınması üçün ona verdiyi 4900 manat pulu qaytarmaqdan imtina etdiyi üçün məcbur qalaraq Balakən Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Polis Şöbəsi xx.xx.2023-cü il tarixli 3-13 66/2-R-2492/4/2023 nömrəli məktubu ilə ona məlum etdi ki, müraciətində göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Polis şöbəsinin bu məktubundan sonra da çox çalışdı ki, razılıq əsasında Cavabdeh Ağbalı oğlu götürdüyü pulu geri qaytarsın. Amma bu mümkün olmadı. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, həmçinin Cavabdeh torpaq sahəsinin alınmasına görə əvvəl 4700 manat, sonra isə 150 manat, 20 və 30 manat olmaqla 200 manat, cəmi 4900 manat pul verdiyini göstərərək, iddiasının təmin olunmasını xahiş etmişdir. 26 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, vasitəçi olmuş, 4700 manat Ramazanhacıdan alıb X10 vermişdir. Polisdə bu işlə bağlı araşdırma aparılmışdır. Cavabdeh 25 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianı qəbul etdiyini, Hənifə kəndində uzun müddət islahat komissiyasında işlədiyi üçün 2021-ci ildə Ramazanhacınıni ona Şamilin torpağının onun torpağına bitişik olduğu üçün onu almaq istədiyini, Şamili gördüyünü, Şamil Musayevin ona torpağı 5000 manata satdığını dediyini, Ramazanhacıdan 300 manat icarə haqqı götürdüyünü, 300 manatı Ramazana geri verməli olduğunu, sənədləşmə olanda hamının etibarnamə verdiyini, Şamilin bacısına etibarnamə vermək üçün 400 manat verildiyini, sonradan Şamilin torpaq sahəsini Ramazanhacının almasını bildiyi üçün Ramazanhacıya torpaq sahəsini satmaqdan imtina etdiyini, Ramazanhacı polisə şikayət edəndə Şamilə pulu Ramazanhacıya qaytarmalı olmasını dediyini, Şamil polisə izahat verəndə bağı satıb pulu Ramazanhacıya qaytaracağını dediyini bildirmişdir. X3 25 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianı qismən-4700 manat hissədə qəbul və etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında göstərmişdir ki, həmin torpaq sahəsi ilə bağlı əvvəllər məhkəmədə işi olmuşdur. Məhkəmə qətnaməsi ilə torpaq sahəsi ona verilmişdir. Qudrət Kərimov tərəfindən bu işlə bağlı ona 4700 manat pul verilmişdir. Qüdrət həmin pulu ona verəndə torpaq sahəsinin Ramazanhacı tərəfindən alınmasını ona deməmişdir. Qüdrətə həmin vaxt demişdir ki, əgər Ramazanhacı torpaq sahəsini istəyirsə, ona torpağı verməyəcəkdir. Qüdrətdən 5000 manat pul almış, 300 manatı isə icarə haqqı olaraq Ramazanhacıya qaytarmaq üçün Qüdrətə geri vermişdir. 4700 manat ondadır və o, həmin pulu Ramazanhacıya qaytaracaqdır. Hazırda bağ Ramazanhacının istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh onun həmkəndlisidir, alqı-satqı işləri ilə məşğul olur. Bazarda görəndə Qüdrət satlıq fındıq bağı olduğunu ona bildirmişdir. O da bu barədə Ramazanhacıya demişdir. Ramazanhacı ona zəng vuraraq Qüdrətlə razılaşdıqlarını, onun çayxanaya gəlməsini demişdir. Çayxanada o, Ramazanhacı, Qüdrət və Cuma var idi. Ramazanhacı 4700 manat pulu sayıb ona vermiş, o da həmin 4700 manatı Qüdrətə vermişdir. O, həmin vaxt Ramazanhacıya torpaq sənədləşməmiş pulu verməməsini deyəndə, Qüdrət heç bir şeydən narahat olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, pulun verilməsi onun yanında olmuşdur. Belə ki, Ramazanhacı bağın alınması üçün Qüdrətə pul vermişdir. Həmin bağı Ramazanhacı 17 il əvvəl almış, istifadə etmişdir. Sonra torpağa çıxarışı olmadığı üçün həmin torpaq ondan alınmışdır. Bağı almaq üçün Ramazanhacı onun yanında 4700 manatı Nazimə vermiş, Nazim də həmin 4700 manatı Qüdrətə vermişdir. Qüdrət torpağın sənədini tezliklə ona verəcəyini bildirmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13 66/2-R-2492/4/2023 nömrəli məktubunda göstərilir ki, müraciətdə göstərilmiş xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. İş materiallarında olan İddiaçı və Şahid2 tərəfindən imzalanmış Cavabdeh Ağabala oğlu xx.xx.2021-ci il tarixli izahatında göstərmişdir ki, o, Kərimov X4 Hənifə kəndində yaşayan yazıb bildirir ki, o, Şahid1 Ramazanov Ramazan və Şahid2 kişinin yanında 4900 manat pul qaytarmaq şərtilə xx.xx.2021-ci ildə götürmüşdür. Bu günə qədər qayatrmamışdır. Ayın sonuna pulu qaytaracağına söz verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********40 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaqları 102 №li reyestr kitabının 76 №li vərəqində xx.xx.2021-ci il tarixdə torpaq sahəsinin 1/6 hissəsi X6, torpaq sahəsinin 1/6 hissəsi X2, torpaq sahəsinin 1/6 hissəsi X1, torpaq sahəsinin 1/6 hissəsi X7, torpaq sahəsinin 1/6 hissəsi X8 və torpaq sahəsinin 1/6 hissəsi X11 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 80 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 2021-ci ilin mart ayında torpaq sahəsinin alınması üçün 4900 manat pul vermiş, Cavabdeh torpağın alqı-satqısını həyata keçirib sənədini tezliklə ona verəcəyinə söz vermişdir. Lakin Cavabdeh İddiaçı sənədləşdirərək verməli olduğu torpaq sənədini verməmiş, İddiaçı da Cavabdeh 4900 manat pulu ona geri qaytarmasını bildirmiş, lakin Cavabdeh həmin 4900 manat pulu qaytarmamışdır. Bununla da Cavabdeh İddiaçı hesabına qanuni əsas və ya müqavilə əsası olmadan 4900 manat məbləğində əsassız varlanmış və həmin 4900 manat məbləğində iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı Cavabdeh dəfələrlə 4900 manat pulu qaytarılmasını tələb etsə də, Cavabdeh tərəfindən həmin 4900 manat İddiaçı ödənilməmişdir. Ona görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 69 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh audioyazı və videoyazı protokoluna qeyd edilməklə qanuna zidd olmadığına və hər hansı şəxsin hüquqlarını və qanuni mənafeyini pozmadığına görə iddianı qismən-4700 manat hissədə etiraf etməsini də qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh İddiaçı 4900 manat pulu ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı hesabına əsassız varlanmış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 4900 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə, iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4900 manat pul və 69 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; Cavabdeh 4900 manat pul və 69 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-147/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-147/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver