Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-159/2024 07.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurduqları maddi ziyanın əvəzi olaraq 9.900 ( doqquz min doqquz yüz) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandlırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu il tarixində ona qarşı Balakən Rayon Məhkəməsində iddia qaldıraraq Balakən rayon Talalar kəndində yerləşən 1.37 ha pay torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə müraciət etmişdirlər. Cavabdehlər ona qarşı iddia qaldırdıqlarından , o, da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, Balakən rayon Talalar kəndində yerləşən, JN 0061 cizgidə göstərilmiş 12975 kv/m (1.30) ha torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün Cavabdeh2 və Cavabdeh1 verilmiş 15000 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 789/2019 saylı qətnaməsinə əsasən iddiaçıların iddiaları qismən təmin edilərək Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayon Talalar kəndində yerləşən 1.30 ha JN 0061 cizgidə göstərilən 12975 kv.m kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilərək Balakən rayon Talalar kənd ərazisində yerləşən, cavabdehlərin mülkiyyətinə qaytarılmış JN 0061 cizgidə göstərilən 1.30 ha kənd təsərrüfatlı torpaq sahəsinə görə alqısatqı müqaviləsi əsasında ödədiyi 15000 manat məbləğində pulun Cavabdeh2 Hüseyn oğlu və Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş üzrə cavabdehlərdən olan ailə başçısı və digərlərinin razılığı əsasında mülkiyyətlərində olan 1,30 ha kənd təsərrüfatı torpaq sahəsini xx.xx.2008-ci il tarixində 15000 manat pul ödəməklə alqı-satqı yolu ilə almış və həmin torpaq sahəsinin onun üzərinə istənilən vaxt notariat kontorunda rəsmiləşdirilməsinə, heç bir problemin olmayacağına onu inandırdıqlarından sonra istifadəsində olan həmin torpaq sahəsi üzərində ümumi sahəsi 300 kv.m (30x10) olan heyvanların saxlanması üçün ümumi dəyəri 5.800 (beş min səkkiz yüz) manat dəyərində üstü şifer ilə örtülü tövlə inşa etmişdir. Əgər cavabdehlər həmin torpaq sahəsini ona satmasaydılar o, bu qədər vəsait xərcləməklə zərərə düşməzdi. Eyni zamanda xx.xx.2008ci il tarixində cavabdehlərdən alqı-satqı yolu ilə aldığı torpaq sahəsini becərmək üçün Dövlət tərəfindən verilən subsidiya ala bilmədikdə torpaq sahəsini notarial qaydada öz adına rəsmiləşdirmək üçün cavabdehləri 2019-cu ilin əvvəllərində Dövlət notariat kontoruna dəvət edəndə onlar əvvəlcə razılıq versələr də, sonradan ondan əlavə olaraq bir neçə min manat pul da tələb etmişlər. O, cavabdehlərə bunun yolverilməz olduğunu, torpaq sahəsini həmin dövr üçün çox yüksək qiymətə satdıqlarını onlara xatırlatsa da, heç bir faydası olmamışdır. İndi başa düşmüşdür ki, cavabdehlər onun sadələyindən səmərəli istifadə edərək ondan küllü miqdarda pul qopartmışlar. Həmin torpaq sahəsini almaqda məqsədi sahibkarlıqla, yəni kənd təsərrüfatı (heyvandarlıq, əkinçilik və.s) ilə məşğul olmaq olduğundan, həm də həmin torpaq sahəsi onun mülkiyyətində yerləşən digər torpaqlarla həmsərhəd olduğundan həmin sahəni almaq və fəaliyyətini gələcəkdə daha da inkişaf etdirmək olmuşdur. Cavabdehlərin tamahı nəticəsində aralarında əsassız narazılıq baş verməyə başlamışdır. O, cavabdehlərə əlavə istədikləri pulu verməyəndə onlar yuxarıda göstərdiyi iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 saylı qətnaməsinin qət etdi hissəsində qeyd edilmişdir ki, “Torpaq sahəsindən çıxarılma və pulun verilməsi eyni vaxtda icra olunsun”. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra cavabdehlər tərəfindən ona çatası məbləğ həmən ödənilməmiş və üstündən 4 il müddət keçmişdir. Eyni zamanda istifadəsində olan mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən əkin-biçin işlərinə müdaxilə etdiklərindən, yəni pulu bu gün, sabah qaytaracaqlarını vəd etdiklərinə görə o, həmin dörd il ərzində həmin torpaq sahəsindən istifadə edə bilməmişdir, çünki cavabdehlər pulu qaytarsaydılar, o da öz növbəsində torpaq sahəsini onlara təhvil verməli olardı, əkdiyi məhsul isə sahədə tələf ola bilərdi. İşin məhkəmə qətnaməsi əsasında icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə dəfələrlə müraciət etməsinə baxılmamışdır. Cavabdehlərdən alacağı pul vəsaiti 4 il cavabdehlərdə qalmış, o, həmin məbləği dövriyyəyə buraxa bilməmişdir. Cavabdehlərin pulu vaxtında qaytarmamaları nəticəsində, üstəlik xərc qoyaraq heyvanların saxlanması üçün xərc çəkib inşa etdiyi fermadan da istifadə etməyi məhdudlaşmaqla həmin torpaq sahəsindən də istifadə edə bilmədiyindən ona küllü miqdarda maddi zərər dəymişdir. O, sahibkarlıqla məşğul olduğundan cavabdehlərdən aldığı torpaq sahəsindən bol məhsuldarlıq götürmək üçün torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmiş (gübrə,peyin və.s vermişəm) və bunun da nəticəsində bol məhsuldarlıq əldə etmişdir. O həmin torpaq sahəsində qarğıdalı bitkisi və mal-qara üçün yonca otu becərmişdir,(yonca otu il ərzində 5 dəfə məhsul verir), Bu yaxınlarda eşitmişdir ki, cavabdehlər həmin torpaq sahəsini həmkəndliləri olan başqa bir şəxsə satıblar. Araşdıranda mübahisəli torpaq sahəsinin başqa şəxsə satılması faktı öz təsdiqini tapmışdır. Belə ki, ona çatası pul ona ödənilmədən, cavabdehlər mübahisəli torpaq sahəsini xx.xx.2023-cü il tarixində X1. Mübahisəli torpaq sahəsi üzərində inşa etdiyi, ümumi dəyəri 5.800 manat olan fermanın tikintisinə xərclədiyi pul və ona çatası 15000 manat pulun ödənilməməsi, 4 il ərzində gəlir əldə edə bilməməyi,həmin torpaq sahəsində 4 il kənd təsərrüfatlı məhsulu olan qarğıdalı bitkisi və yaxud da yonca bitkisi becərə bilməməyi nəticəsində ona 4.100 manat ziyan dəymişdir. Cavabdehlər ona ödəməli olduqları pulu vaxtında ödəməyərək eyni zamanda torpaq sahəsindən də istifadə etməyə imkan vermədiklərinə görə külli miqdarda zərərə düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsi ilə İddiaçı, onların ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, ondan və əri Cavabdeh2 15000 (on beş min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin torpaq sahəsindən 2023-cü ilin sonlarına kimi istifadə etmiş, onlar torpaq sahəsini sataraq, aldıqları 15000 manat pulu İddiaçı vermişlər. Bundan sonra İddiaçı torpaq sahəsini onlara təhvil vermişdir. İddiaçı iddia etdiyi 5800 manat dəyərində olan ferma tikilisi onlara məxsus torpaq sahəsində deyil, tam fərqli mülkiyyətçiyə aid torpaq sahəsində inşa edilmişdir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 Əziz oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli 1079 nömrəli arayışdan görünür ki, Talalar kənd sakini Cavabdeh2 ailəsinə məxsus, Talalar kəndində yerləşən 1.30 ha (JN0061 cizgidə göstərilən 12975 km.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı istifadəsində olduğu müddətdə təxminən 300 kv/m olan heyvanların saxlanması üçün üstü şifer ilə örtülü ağac tövlə tikilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən DAİM-nin Bitkiçilik Sektorunun müdiri Şahin Rəhimli tərəfindən verilmiş məlumatda göstərilmişdir ki, “ünvan 1 sakini İddiaçı mülkiyyətində olan JN0061 saylı (kod********) Dövlət Aktına əsasən verilmiş 1,37 ha torpaq sahəsində 2020-2023-cü illər ərzində qarğıdalı və yonca bitkisi əkildiyi təqdirdə istehsal edilə biləcəyi məhsul barədə məlumat Talalar kəndinin həmin illər üzrə statistikasına və məhsuldarlıq göstəricilərinə uyğun olaraq hazırlanmışdır: -qarğıdalı bitkisi üzrə ; 2020-ci ildə-64,3 sentner götürsək 1,37x6,43 ton=8,8 ton 2021-ci ildə-64,4 sentner götürsək 1,37x6,44 ton=8,8 ton 2022-ci ildə-71,3 sentner götürsək 1,37x7.13 ton=9,8 ton 2023-cü ildə-65,0 sentner götürsək 1,37x6,43 ton=8,9 ton Cəmi:36.3 ton -Yonca bitkisi üzrə; 2020-ci ildə-63,0 sentner götürsək 1,37x6,3 ton=8.6 ton 2021-ci ildə-70.0 sentner götürsək 1,37x7,0 ton=9,6 ton 2022-ci ildə-71,0 sentner götürsək 1,37x7,1 ton=9,7 ton 2023-cü ildə-81,0 sentner götürsək 1,37x8,1 ton=11,1 ton Cəmi:39.0 ton Bir ədəd pərçimlənmiş yonca tayı çəkisi 35 kq-dan götürülürsə , 39000 kq:30 kq=1300 ədəd ola bilər. Beləliklə göstərilən illər ərzində Talalar kəndi üzrə 1,37 ha torpaq sahəsindən orta hesabla məhsuldarlıq göstəricilərinə uyğun qarğıdalı bitkisi əkildiyi halda 36,3 ton dən və yonca bitkisi əkildiyi halda isə 1300 ədəd yonca tayı götürmək mümkün ola bilər”. İşdə olan Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsinin surətindən göstərilir ki, ilk iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh2, Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi; ilk iddianın qalan hissədə təmin edilməməsi; ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq, ilk iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ödənilməsi; Qarşılıqlı iddianın təmin edilməsi; Cavabdeh2, Cavabdeh1 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş ünvan 1ində yerləşən JN 0061 cizgidə göstərilmiş 12975 kvm (1.30 ha) torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün Cavabdeh2 və Cavabdeh1 verilmiş 15000 (on beş min) AZN məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 alınaraq, İddiaçı verilməsi; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub, qarşılıqlı iddia üzrə İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Hüseyn oğlu, Cavabdeh1, X14 və X5 rayonu Talalar kəndi ünvanında yerləşən ümumi sahəsi 1.2186 ha olan torpaq sahəsini X4 15000 manata satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1.2188 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2, X8, Cavabdeh1, X10 və X13 ümumi birgə mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş A seriyalı 888636 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1ində yerləşən 0.0698 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 23 fevral 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-689/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, **********30 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və A№888636 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətlərində olan, ünvan 1ində yerləşən 0.0698 ha torpaq sahəsinin naturada yeri müəyyən edilməsi ilə bağlı bildirilir ki, mübahisə predmeti olan əraziyə **********30 reyestr nömrəli,xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və B№200112 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi X2 adına tərtib edilmişdir və həmin çıxarışda göstərilən mübahisəli 1.2188 ha torpaq sahəsinin yeri naturada müəyyən edilmişdir. İddiaçı tərəfindən inşa olunmuş ferma binasının 35 kv.m hissəsi X2 adına tərtib edilmiş **********30 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, №200112 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1.2188 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilinə düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli 316-16/2-10/918 nömrəli ekspert rəyində göstərilir ki, Qərardadın 1-ci sualı üzrə: Mülki işin materiallarında olan (səh80) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş , xx.xx.2023-cü il tarixli, A №888636 nömrəli “Torpaq Sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar əsasında Cavabdeh2 mülkiyyətində olan 0.0698 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yeri müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilən “ferma” tikilisinin faktiki koordinatları ilə mülki iş materiallarında olan (Şəh 80) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, A№888636 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman mübahisə predmeti olan “ferma” tikilinin cavabdehə məxsus 0.0698 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Belə ki, naturada təqdim edilən ferma binası ilə cavabdehə məxsus 0.0698 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bir-birindən təxminən 2700 metr aralı məsafədə yerləşir. Məhkəmə iddiaçının, məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını,digər cavabdehin vəkilinin çıxışını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki,iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.37 pay torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə JN 0061 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 2008ci ilin iyun ayında Cavabdeh2 və Cavabdeh1 Dövlət Aktında göstərilən 61D cizgidə yerləşən 12975 kvm (1.30 ha) torpaq sahəsini notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmadan 15000 manata İddiaçı satmışlar. 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə görə ödədiyi 15000 manatın Cavabdeh2 oğl və Cavabdeh1 alınıb ona verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2, Cavabdeh1 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş ünvan 1ində yerləşən JN 0061 cizgidə göstərilmiş 12975 kvm (1.30 ha) torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün Cavabdeh2 və Cavabdeh1 verilmiş 15000 (on beş min) AZN məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, torpaq sahəsindən çıxarılma və pulun verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. 20 oktyabr 2023-cü ildə Cavabdeh2 və Cavabdeh1 özlərinin və ailə üzvülərinin mülkiyyətlərində olmuş mübahisəli 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla X4 15000 manata satmışlar. 2023-cü ilin sonlarında Cavabdeh2 və Cavabdeh1 ödəməli olduqları 15000 manat pulu İddiaçı vermişlər və İddiaçı mübahisəli torpaq sahəsindən çıxmışdır. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəsti surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən o cümlədən daşınmaz əmlak barəsində notarial qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövləti reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarial qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmslakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək qeyd edir ki, sadalanan qanun normalarının tələbinə görə daşınmaz əmlak kimi torpaq sahəsinin alqı-satqısı üçün yazılı alqı-satqı müqaviləsi bağlanmalı və həmin müqavilə mütləq formada notarial qaydada təsdiqlənməlidir. Yəni qanun daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin yazılı və notarial qaydada təsdiqlənməsi formasını mütləq qaydada təsbit edir. Torpağın alqı-satqı müqaviləsinin bu formasına riayət edilməməsi həmin müqaviləni etibarsız (əhəmiyyətsiz) edir və belə bir qanunsuz razılaşma tərəflər üçün heç bir öhdəlik yaratmır. Qanunun tələbinə görə belə hallarda restitusiya qaydaları tətbiq edilir, yəni tərəflər aldıqlarını bir-birinə qaytarmalıdırlar. İş materiallarından göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 özlərinin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) torpaq sahəsini 15000 manata İddiaçı satmaları ilə bağlı qanunun tələblərinə riayət edilməmiş, yəni torpaq sahəsinin alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Bu səbəbdən tərəflər arasında torpaq alqı-satqısı ilə əlaqədar həmin razılaşmanın heç bir hüquqi qüvvəsi olmamış, bu razılaşma tərəflər üçün heç bir öhdəlik yaratmamış, İddiaçı sözügedən 1.30 ha(JN 0061 cizgidə göstərilən 12975 kv.metr) torpaq sahəsinə heç bir hüququ yaranmamışdır.Onun həmin torpaq sahəsindən istifadəsi belə qanunauyğun olmamışdır. Belə olan halda İddiaçı özünün təsərrüfatında olan heyvanların saxlanması üçün ağacdan inşa etdirdiyi, 35 kv/m hissəsinin sözügedən torpaq sahəsində yerləşdiyi, təxminən 300 kv/m sahəsi olan tövlənin inşası üçün çəkdiyini iddia etdiyi 5800 manat pulu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməsi əsaslı hesab oluna bilməz. Bundan başqa nə iddia ərizəsində , nə də təqdim edilmiş sənədlərdə tövlənin nə vaxt tikilməsi məlum deyildir. Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)- 789/2019 nömrəli qətnaməsinin məzmunundan görünür ki, həmin işə baxılarkən İddiaçı nümayəndəsi torpaq sahəsinin yaxşılaşdırılmasını, abadlıq işlərinin görüldüyünü göstərsə də orada ferma binasının tikildiyini bildirməmişdir. Həmçinin Mülki Məcəllənin 337.5-ci maddəsində göstərilir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi qanunverici etibarsız əqdlərdə tərəflərin hər birinin aldıqlarını qaytarmalarını müəyyən etmiş, bununla bağlı hər hansı zərərin ödənməsini müəyyən etməmişdir. Habelə Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, sözügedən tövlə ağacdan inşa edilmişdir, iddiaçının onu söküb götürmək imkanı vardır. Bu halda iddiaçının yaxşılaşdırma xərci olaraq da hər hansı tələb irəli sürməsi qanuna ziddir. Tələbin 4100 manat əldən çıxmış faydaya aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsində torpaq sahəsindən çıxarılma və pulun verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Bu əsasa görə də İddiaçı 15000 manat pulu alana kimi həmin torpaq sahəsindən istifadə etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki. həmin torpaq sahəsində yonca bitkisi olmuşdur. Heyvandarlıqla məşğul olan İddiaçı də torpaq sahəsindən çıxana kimi oradan istifadə etmişdir. Bu halda isə İddiaçı əldən çıxmış faydaya görə 4100 manat tələb etməsi də əsassızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. İddia təmin edilmədiyindən 119.00 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************; X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. 119.00 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************; X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-159/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-159/2024
07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver