Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-163/2024 09.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 60 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, həmin teleqramda Cavabdeh ona olan 4000 manat borcunu və dövlət rüsumu kimi ödədiyi 60 manatı ona tam şəkildə ödədiyini, heç bir iddiasının olmadığını, gələcəkdə də olmayacağını, iddiadan imtina etdiyini bildirərək, icraatda olan e-2(019)-1135/2023 saylı işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 167-ci maddəsinə əsasən mülki işin hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 167-ci maddəsinə əsasən hazırki işin məhkəmə hazırlıq iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respulikasının Dövlət büdcəsinə 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə iəsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə… Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia tələbi üzrə pul vəsaitini tam ödədiyi və iddiaçı cavabdehə qarşı iddiasının qalmadığını bildirdiyi üçün tərəflər arasında artıq mübahisə mövcud deyildir. Ona görə də bu işə məhkəmədə baxıla bilməz. Bu da Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasnıda baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə istinad edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin məhkəmə baxışına hazırlığının icraatı xitam edilməli, hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə İdarəsi vasitəsilə İddiaçı qaytarılmalıdır. Eyni zamanda tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin məhkəmə baxışına hazırlığının icraatı xitam edilsin. Qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə İdarəsi vasitəsilə İddiaçı qaytarılsın. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-163/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-163/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver