Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-17/2023 20.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçıın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçıın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit borcunun ödənilməsi, satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış sahəsindən çıxarma və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcu, 14153,66 (on dörd min bir yüz əlli üç manat 66 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlə borc məbləği, cəmi 66027.89 (altmış altı min iyirmi yeddi manat 89 qəpik) manat və xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçıının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən İddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, onların ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 145 000 (bir yüz qırx beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıın nümayəndəsi Nümayəndə 16 noyabr 2022-ci il tarixli iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin 1-ci bəndinə müvafiq dəyişiklik etməklə xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcu, 18957,80 (on səkkiz min doqquz yüz əlli yeddi manat 80 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, cəmi 70832,03 (yetmiş min səkkiz yüz otuz iki manat 03 qəpik) manat və xx.xx.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçıının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıın nümayəndəsi Nümayəndə 11 may 2022-ci il tarixli iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin 1-ci bəndinə müvafiq dəyişiklik etməklə xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 manat məbləğində əsas borcu, 24505,46 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 2723,40 manat məbləğində penya, cəmi 79103,09 manat və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçıının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıın nümayəndəsi Nümayəndə 06 sentyabr 2022-ci il tarixli iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin 1-ci bəndinə müvafiq dəyişiklik etməklə xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcu, 28151,06 (iyirmi səkkiz min bir yüz əlli bir manat 06 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 5209,04 (beş min iki yüz doqquz manat 04 qəpik) manat məbləğində penya, cəmi 85234,33 (səksən beş min iki yüz otuz dörd manat 33 qəpik) manat və xx.xx.2022-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçıının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Son olaraq İddiaçıın nümayəndəsi Nümayəndə 24 may 2023-cü il tarixli iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin 1-ci bəndinə müvafiq dəyişiklik etməklə xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat 39 qəpik) manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat 72 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10785,52 (on min yeddi yüz səksən beş manat 75 qəpik) manat məbləğində penya, cəmi 98983,86 (doxsan səkkiz min doqquz yüz səksən üç manat 86 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçıının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçıın nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) İddiaçıı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmıs xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) ödənilməsi şərtilə 60000 (altmış min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçıı ilə Cavabdeh1 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi (bundan sonra -«İpoteka müqaviləsi) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair İddiaçıına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat №-li elektron Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh2 əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, Bankın daxili qərarına əsasən Kredit xətti müqaviləsi üzrə cərimənin hesablanması dayandırılmışdır. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cti yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixinə borc alan Cavabdeh2 Kreditor qarşısında borcu 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat 39 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat 72 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10785,52 (on min yeddi yüz səksən beş manat 75 qəpik) manat məbləğində penya, cəmi 98983,86 (doxsan səkkiz min doqquz yüz səksən üç manat 86 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 258 №-li bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021 -ci il tarixli 258 №- li bildirişin qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli 283 №-li Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişin qeydə alınmasının qəbul edilməsi barədə Ərizənin üzərində qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində istifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək, daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Borc alan Cavabdeh2 ilə yuxanda qeyd olunmuş Kredit müqaviləsini bağlamaqla iddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin Borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində İddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq iddiaçı ən azı borc alan Cavabdeh2 tərəfindən həmin kreditin Banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (xx.xx.2023-ci il) hələ də bitmədiyini və Konstitusiya Məhkəməsinin bu abzasda qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq, iddiaçı həmin dövr üçün əldə çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində göstərilmiş faiz dərəcəsini (22 %) əldə rəhbər tutmağı əsaslı hesab edir. Bundan başqa yuxarıda qeyd etdikləri kimi, borc alan Cavabdeh2 tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15 % (on beş faiz) dərəcəsi ilə penya ödənilməlidir. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin „Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli qərarında gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edilir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə Qətnaməsində öz müsbət həllini tanmalıdır.”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hesab edilir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi İpoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş 145 000 (bir yüz qırx beş min) manat məbləğində olan likvid qiyməti («ilkin satış qiyməti» anlayışının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində müəyyənləşdirilmiş mənasına uyğun olaraq) təyin edə bilər. İpoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsini 1 aydan gec olmayaraq tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edilir ki, məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə yanaşı, fərdi yaşayış evinin satışından sonra həmin fərdi yaşayış evində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində evdən çıxmadıqları halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan fərdi yaşayış evində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşaması faktı Şəki “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2019-cu il tarixli, ******* №-li arayış (Forma № 2) ilə təsdiq olunur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Hazırki iş üzrə 26 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesabb etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2023-cü il tarixli 2 (019)- 17/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit borcunun ödənilməsi, satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış sahəsindən çıxarma və sair tələbinə dair mülki iş üzrə icraata fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmasına dair hissədə xitam verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçıı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmıs 03 may 2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, İddiaçıı tərəfindən Cavabdeh2 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) ödənilməsi şərtilə, 60000 (altmış min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc alan bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində həyat yoldaşı-Cavabdeh1 məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 167.6 kv.metr ümumi, 94.7 kv.metr yaşayış, 72.9 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bu müqavilənin imzalanması tarixindən 5 (beş) iş günü müddətində müvafiq ipoteka müqaviləsi bağlanılmaqla bankın xeyrinə ipoteka ilə yüklü edilməsini təmin etməyi öz öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 07 may 2019-cu il tarixli **********82719\1 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 03 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 167.6 kv.metr ümumi, 94.7 kv.metr yaşayış, 72.9 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, "xxxx" MMC qiymətləndirmə şirkətinin M-0343/XB №-li rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 170000 manat, likvid dəyəri isə 145000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********96-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 11№li reyestr kitabının 8 №li vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçıın xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçıı tərəfindən borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 ünvanlanmış 17 may 2021-ci il tarixli 258 nömrəli 07 may 2019-cu il tarixli **********82719/1 №-li ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tumanın yönəldilməsi haqqında bildirişdən görünür ki, həmin cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi, İddiaçıının ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bankın məhkəmə qaydasında ipoteka predmetinə ödənişin yönəldilməsi ilə bağlı bütün xərcləri borc məbləğinin üstünə gələrək ipoteka verənin hesabına ödəniləcəyi barədə xəbardarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarili 283 nömrəli ərizədən görünür ki, İddiaçıı tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət olunmuş və həmin ərizə xx.xx.2021-ci il tarixdə 362100 5883 nömrə ilə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 yazılı ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları Cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən 0.0323 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən ümumi sahəsi 167.60 kv/m, yaşayış sahəsi 94.70 kv/m, yardımçı sahəsi 72.90 kv/m olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin (Seriya RX 0208708) İddiaçıın «Şəki» filialından götürüləcək kreditin təminatı kimi çıxış etməsinə etiraz etmirlər, kreditin şərtləri ilə tanışdırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 məxsus olan ünvan 6 ünvanda yerləşən evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar. İş materiallarından həmçinin görünür ki, İddiaçıı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 11 (on bir) manat və hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçıının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********82719 nömrəli Kredit müqaviləsi üzrə İddiaçıına xx.xx.2023-cü il tarixinə borcu əsas borc üzrə 51874.23 AZN, xx.xx.2023-cü il tarixə adi faiz borcu üzrə 35658.39 AZN, cərimə faizləri üzrə 10785.52 AZN, kredit müqaviləsinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2023) illik 12.8 % dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 665.72 AZN olmaqla cəmi 98983.86 AZN təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçıının məhkəməyə təqdim etdiyi arayışdan həmçinin görünür ki, bank tərəfindən müxtəlif müqavilələr üzrə 12-13 faiz faizlərlə kredit müqaviləsinin bitməsi tarixindən məhkəməyə verilmə tərixinədək illik 12.8 % dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda əldə etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 98 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri 159000 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-381 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və üzərində yerləşən 167.6 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar qiyməti 220000 (iki yüz iyirmi min), likvid dəyəri 187000 (bir yüz səksən yeddi min) manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 08 sentyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bazar dəyəri 25000 manat, likvid dəyəri 23000 manat, tikilinin bazar dəyəri 130000 manat, likvid dəyəri 112000 manat, cəmi bazar dəyəri 155000 manat, cəmi likvid dəyəri 135000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İVC X1 03 may 2023-cü il tarixli 3914/23 saylı əmlakın qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0323 (faktiki 0.03366) ha torpaq sahəsinin 03 may 2023-cü il tarixə olan bazar dəyəri 16000 manat və üzərində yerləşən 167.6 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 124000 manat, onların ümumi bazar dəyəri 140000 (bir yüz qırx min), likvid dəyəri 126000 (bir yüz iyirmi altı min) manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 9/6576 3-li rəyindən görünür ki, X6 İddiaçıına xx.xx.2021-ci il tarixə olan borcu əsas borc üzrə 52581.35 manat, faiz borcu üzrə 13613.34 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 05 aprel 2022-ci il tarixli 9/9582 №-li rəyindən görünür ki, X6 İddiaçıına xx.xx.2021-ci il tarixə olan borcu əsas borc üzrə 52581.35 manat, faiz borcu üzrə 18497.56 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli 9/7671 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən İddiaçık ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 03 may 2019-cu il tarixli, **********82719 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçık ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: 06 sentyabr 2022-ci il tarixə 80.380,72 AZN: əsas borc üzrə-52.581,35 AZN, adi faiz borcu üzrə-13.613,34 AZN, faiz borcu (22%-lə ə.c.f) - 14.186,03 AZN. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçık ASC («kreditor») ilə Cavabdeh2 («borcalan») arasında bağlanmış 03 may 2019-cu il tarixli, **********82719 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 22% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda məhkəmə tərəfindən qiymətləndirilməlidir. Həmçinin qeyd edilir ki, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda “21214” saylı hesabda cərimə faizlərinin hesablandığı əks olunmuşdur. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 32 saylı qərarı ilə təsdiq edilmiş hesablar planına əsasən “21214” saylı hesabın “Rezident fiziki şəxslərə verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları”-na aid olduğu müəyyən edildi. Beləliklə, 03 may 2019-cu il tarixli, **********82719 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilən qanun normalarına istinad edən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********82719 №li Kredit Müqaviləsi, 07 may 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş İpoteka müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********96-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarış, İddiaçıı tərəfindən borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 ünvanlanmış 17 may 2021-ci il tarixli 258 nömrəli 07 may 2019-cu il tarixli **********82719/1 №-li ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tumanın yönəldilməsi haqqında bildiriş, xx.xx.2021-ci il tarili 283 nömrəli İddiaçıı tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə və həmin ərizənin xx.xx.2021-ci il tarixdə 362100 5883 nömrə ilə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qeydə alınmasını təsdiq edən sənəd, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 notariat orqanına ünvanlanmış və notariatda təsdiq olunmuş Cavabdeh1 məxsus olan ünvan 5 ünvanda yerləşən 0.0323 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən ümumi sahəsi 167.60 kv/m, yaşayış sahəsi 94.70 kv/m, yardımçı sahəsi 72.90 kv/m olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin (Seriya RX 0208708) İddiaçıın «Şəki» filialından götürüləcək kreditin təminatı kimi çıxış etməsinə etiraz etməmələri və kreditin şərtləri ilə tanış olmaları barədə ərizələri, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayış, cavabdehin kredit borcu ilə bağlı İddiaçıının məhkəməyə təqdim etdiyi maliyyə arayışı, İddiaçıının 12,8 faizlə hesablanmış əldən çıxmış fayda ilə bağlı məhkəməyə təqdim etdiyi arayış və sair sənədlər ləğv olunmadığından, yəni qüvvədə olduğundan, onların tamlığı və həqiqəti əks etdirməsi heç bir şübhə doğurmadığından, sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyinəzərindən düz və tam olan sənədlər və mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə cavabdeh tərəfin əsas borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixədək illik 22 faizlə hesablanmış faiz borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 faizlə hesablanmış 665,72 manat məbləğində əldən çıxmış fayda və 10785,52 manat penya formasında dəbbə pulu borcu ilə bağlı İddiaçıının xx.xx.2023-cü il tarixinə maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 9/6576 №li rəyi, məhkəmə-mühasibatlıq ekspertizasının 05 aprel 2022-ci il tarixli 9/9582 №-li rəyi və məhkəmə-mühasibatlıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli 9/7671 nömrəli rəyi arasında olan zidiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bununla bağlı İddiaçıının maliyyə arayışı əsas götürülməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sözügedən maliyyə arayışı işin real hallarına və işdəki mötəbər sübutlara uyğun cavabdeh tərəfin kredit borcu; əsas borcu, faiz borcu, dəbbə borcu və əldən çıxmış fayda borcu ilə bağlı daha son məlumatları əks etdirir, ədalətli və ağlabatandır. Məhkəmə-mühasibatlıq ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 9/6576 №-li rəyində, məhkəmə-mühasibatlıq ekspertizasının 05 aprel 2022-ci il tarixli 9/9582 №-li rəyində və məhkəmə-mühasibatlıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli 9/7671 nömrəli rəyində isə cavabdehin iddiaçıya olan kredit borcu ilə bağlı məlumatlar daha son məlumatları əks etdirmir, bu borcla bağlı işdə olan mötəbər sübutlarla ziddiyyət təşkil edir, ona görə də əsaslı və ədalətli olmamaqla işin real faktiki hallarına uyğun deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin kredit borcu ilə bağlı İddiaçıın təqdim etdiyi maliyyə arayışı daha mötəbər sayılmalı və həmin maliyyə arayışında cavabdehin iddiaçıya olan əsas borcu 51874,23 manat, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 35658,39 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 665,72 manat məbləğində qəbul olunmalı, həmçinin illik 15 faizlə hesablanmış penya formasında dəbbə pulunun 10785,52 manat məbləğində hesablanması nəzərə alınmalıdır. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia predmetinin ilkin satış qiyməti ilə əlaqədar bazar və likvid qiymətləri ilə bağlı "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli 98 saylı qiymətləndirmə rəyi, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-381 nömrəli qiymətləndirmə rəyi, FamePro» MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-381 nömrəli qiymətləndirmə rəyi və "xxxx" MMC-nin 08 sentyabr 2022-ci il tarixli qiymətləndirmə rəyi mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli 98 saylı qiymətləndirmə rəyində ipoteka predmetinin likvid qiymətini 159000 manat müəyyən etdiyi halda, "xxxx" MMC xx.xx.2022ci il tarixli 01/22-381 saylı rəyində daha yüksək olaraq bazar qiymətini 220000, likvid qiymətini 187000 manat, "xxxx" MMC 08 sentyabr 2022-ci il tarixli rəyində daha aşağı olaraq bazar qiymətini 155000 manat, likvid qiymətini 135000 manat, İVC X2 isə 03 may 2023-cü il tarixli 3914/23 saylı rəyində bu məbləğdən də aşağı olaraq bazar dəyərini 140000 manat, likvid qiymətini ******* manat müəyyən etmişlər. Bu zaman həmin qiymətləndirmə təşkilatları bir-birindən fərqli bazar qiymətlərinə istinad etmişlər. Halbuki eyni ərazi daxilində eyni daşınmaz əmlaklar üzrə belə fərqli bazar qiymətlərinin və likvid qiymətlərinin mövcud olması şübhəlidir. Digər tərəfdən həmin qiymətləndirmə təşkilatları bu qiymətlər üzrə daşınmaz əmlakla bağlı monitorinq aparmamış, həmin qiymətlərin real olması və həqiqəti əks etdirməsi barədə hər hansı bazar monitorinqi məlumatlarına, müqayisəli qiymət məlumatlarına və sair mötəbər tədqiqat metodlarına əsaslanmamışlar. Bütun bu hallar həmin qiymətləndirmə təşkilatlarının ipoteka predmetinin bazar və likvid qiymətləri barədə məlumatlarının obyektiv həqiqəti əks etdirmədiyi barədə nəticəyə gəlməyə əsas yaradır. Ona görə də məhkəmə həmin qiymətləndirici təşkilatların ipoteka predmetinin qiymətləri barədə rəylərini əsaslı hesab etmir. Bu xüsusda məhkəmə ipoteka predmetinin bazar qiymətinin 170000 manat, likvid dəyərinin isə 145000 manat olması ilə bağlı 07 may 2019-cu il tarixli ipoteka müqaviləsində əks olunmuş qiymətləri əsaslı, ədalətli və ağlabatan hesab edir. Belə ki, həmin qiymətlər "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən müasir tədqiqat metodlarına istinad edilməklə müəyyən olunmuş və tərəflər həmin qiymətləri qəbul etməklə bu barədə müqavilədə öz iradə ifadələrini əks etdirmişlər. İpoteka predmetinin bazar və likvid dəyərləri barədə ipoteka müqaviləsində göstərilmiş qiymətlər əslində yuxarıda göstərilən qiymətləndirmə şirkətlərinin rəylərində əks olunmuş orta qiyməti ifadə edirlər, bu xüsusda daha real, ədalətli və ağlabatandır. Qeyd olunanlara əsasən məhkəmə hazırki ipoteka predmetinin likvid qiymətini 07 may 2019-cu il tarixli ipoteka müqaviləsində göstərilən və "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilmiş ******* manat məbləğində qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti olaraq həmin 145000 manat müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 faiz dərəcəsi ilə hesablanmış 665,72 manat əldən çıxmış fayda tələbi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər; Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüüyü kimi qanunvericilik borclunun pul məbləğinin ödənilməsini gecikdirdə kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi halda borclunun gecikdirilmiş vaxt üçün illik bez faiz ödəməsinə borclu olması göstərilmişdir. Lakin iş materiallarından görünür ki, İddiaçıı professional kredit təşkilatı kimi müştərlərlə çoxsaylı bağladığı kredit müqavilələrində borclunun pul məbləğinin ödənilməsini gecikdirdə kreditorun əldən çıxmış fayda formasında daha böyük (12-13) faizlərlə əldən çıxmış faydanı tələb etmək hüququ təsbit olunmuşdur. Buradan belə nəticə çıxır ki, iddiaçı borclunun kredit borcunun ödənilməsini gecikdirdikdə 5 faizdən daha böyük-12,8 faiz məbləğdə əldən çıxmış faydanı tələb etmək hüququ vardır ki, iddiaçı da hazırki halda bu hüququndan istifadə etmişdir. İşdəki sübutlara əsasən hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 665,72 manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının 12,8 faizlə 665,72 manat əldən çıxmış fayda tələbi əsaslıdır. Məhkəmə təhqiqatı zamanı İddiaçıı ilə Cavabdeh2 (Borc alan) arasında xx.xx.2019cu il tarixli **********82719 №li Kredit müqaviləsinin bağlanması, həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh2 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) ödənilməsi şərtilə 60 000 (altmış min) manat məbləğində kreditin verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xüsusui mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin ipotekaya qoyulması, həmin ipotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, Cavabdeh2 iddiaçı banka 51874,23 manat məbləğində əsas borcunun və 35658,39 manat məbləğində faiz borcunun və 665,72 manat əldən çıxmış fayda borcunuun yaranması və ona 10785,52 manat məbləğində penya formasında dəbbə pulunun hesablanması və iddiaçının hazırki iddianın qaldırılması ilə bağlı 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün 30 manat və sənədlərin notarial qaydada təsdiq olunması üçün 11 manat məbləğində xərc ödəməsi, cavabdehin (borclunun) müqavilə öhdəlikləri icra edilmədiyi halda,tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar olunması və xəbərdarlıqdan sonra da müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün həmin orqana müraciət olunması və bildirişin bu orqanda dövlət qeydiyyatına alınması, ipoteka predmetlərinin ilkin satış qiymətinin 145000 manat olması müəyyən edilmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən və ipoteka münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun muüəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 10.1 və 10.2-ci maddələrinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur; ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 56.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan fərdi və çoxmənzilli yaşayış evləri, habelə mənzillər ipoteka predmeti ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, işdəki sübutlarla Cavabdeh2 İddiaçıına 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcunun, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat 39 qəpik) manat məbləğində adi faizlər üzrə borcunun və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat 72 qəpik) manat məbləğində əldən çıxmış fayda borcunun olması təsdiq olunur. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 10785,52 manat məbləğində cərimə faizləripenya formasında dəbbə pulu 51874,23 manat məbləğində əsas borc və 35658,39 manat məbləğində faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçıın gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb edilən 10785,52 manat məbləğində dəbbə pulu tələb edilən 51874,23 manat əsas borc və 35658,39 manat məbləğində faiz borcuna nisbətdə öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksək məbləğdir və bu xüsusda ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğün olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X8rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ona görə də məhkəmə hesab edir ki, tələb olunan 10785,52 manat məbləğində dəbbə pulu azaldılaraq, 1000 (bir min) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12,8 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % dərəcəsi ilə hesablanan penya tələbi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsnin mənasına görə iddiaçının tələbi hüquqi müəyyənlik prinsipinə cavab verməli, yəni dəqiq, aydın və birmənalı başadüşülən olmalıdır. İddia ərizəsi üzrə işin nəticələrinə dair çıxarılan məhkəmə qətnaməsi də tərəflərə aydın olmalı, icra prosesində heç bir çətinlik və anlaşılmazlıq yaratmamalıdır. Bu xüsusilə pul vəsaitlərinin tutulması haqqında iddialara aiddir. Məhz buna görə Azəbaycan Respublikası MPM-nin 222.2-ci maddəsində qeyd olunur ki, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. Digər tərəfdən, iddiaçı bankın tələbin hüquqi əsası kimi istinad ediyi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında o da qeyd olunur ki, «öhdəliyin lazımınca icrasını, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək, girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-nin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Konstitusiya Məhkəməsinin sözügedən 09 iyul 2009-cu il tarixli qərarına istinadən belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə də ipoteka predmetinin təhvil verildiyi andan, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipotekaya qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntuya görə, o cümlədən cərimə faizlərinə görə cavabdeh məsuiyyət daşıya bilməz. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (altı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələblərini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunun tələbinə görə, öhdəliyin icrası o cümlədən ipoteka predmetinin təhvil verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında borc və faizlərin girov əmlaka yönəldilməsi ilə, həm də ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına, müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələblərinin ödənilməsi ilə mümkündür. Lakin bu halların hər biri gələcəyə aid, vaxtı dəqiq bilinməyən hallardır və təbii ki, heç kim, o cümlədən iddiaçı tərəfindən bu halların hansı gündə baş verəcəyi, yəni ipoteka predmetinin hansı vaxtda təhvil veriləcəyi, onunla bağlı hərracın nə vaxt keçiriləcəyi, yaxud ipoteka qoyan və üçüncü şəxslər tərəfindən borcun ödənilərək, ipoteka predmetinə tutmanın yönəldilməsinə və onun satışına nə vaxt xitam veriləcəyi müəyyən edilə bilməz. İddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12,8 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin (zərər), illik 15 % dərəcəsi ilə hesablanan penyanın hansı məbləğdə olması, bu məbləğlərlə cavabdeh tərəfin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin bunda təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddianı bu tələb hissəsində sübut edə bilməmişdir. Ona görə də iddia xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12,8 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % dərəcəsi ilə hesablanan penya tələbi hissəsində heç bir faktoloji və hüquqi əsaslara malik deyildir və həmin hissələrdə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2023-cü il tarixli 2 (019)-17/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və kredit borcunun ödənilməsi, satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış sahəsindən çıxarma və sair tələbinə dair mülki iş üzrə icraata fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmasına dair hissədə xitam verildiyi üçün iddianın fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, onların ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması tələbi üzrə hüquqi dəyərləndirmə aparmağa və həmin tələbə aid qətnamə çıxarmağa lüzum yoxdur. Yəni bununla bağlı hüquqi və faktoloji əsaslar müəyyən olunmur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, yekun olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçıının tələbi xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 145000 (yüz qırx beş min) manat məbləğində müəyyən olunmalı, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat 39 qəpik) manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat 72 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış 1000 (bir min) manat məbləğində penya, cəmi 89198,34 (səksən doqquz min yüz doxsan səkkiz manat 34 qəpik) manat, iddianın təmin olunmuş məbləğinə mütənasib olaraq ödənilmiş 27,03 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 manat və sənədlərin notariat qaydasında təsdiqlənməsinə görə ödənilmiş 11 manat çəkilmiş xərc İddiaçıına ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 150 manat ekspertiza xərcinin 135,17 manatı cavabdehlər X5 və Cavabdeh1 və 14,83 manatı İddiaçıından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, həmçinin iş üzrə 200 manat mütəxəssis xərcinin 180,23 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və 19,77 manatı İddiaçıından tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun; İddiaçıının tələbi xx.xx.2019-cu il tarixli **********82719/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin; ipoteka predmetinin ilkin satış qiyməti 145000 (bir yüz qırx beş min) manat məbləğində müəyyən olunsun; ipoteka predmeti olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0323 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 167.6 kv.m ümumi, 94.7 kv.m yaşayış, 72.9 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına xx.xx.2019-cu il tarixli **********82719 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 İddiaçıı qarşısında 51874,23 (əlli bir min səkkiz yüz yetmiş dörd manat 23 qəpik) manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 35658,39 (otuz beş min altı yüz əlli səkkiz manat 39 qəpik) manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12,8 % (on iki tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 665,72 (altı yüz altmış beş manat 72 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə hesablanmış 1000 (bir min) manat məbləğində penya, cəmi 89198,34 (səksən doqquz min yüz doxsan səkkiz manat 34 qəpik) manat, iddianın təmin olunmuş məbləğinə mütənasib olaraq ödənilmiş 27,03 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 manat və sənədlərin notariat qaydasında təsdiqlənməsinə görə ödənilmiş 11 manat çəkilmiş xərc İddiaçıına ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin; iddia qalan hissədə təmin olunmasın; iş üzrə 150 manat ekspertiza xərcinin 135,17 manatı cavabdehlər X5 və Cavabdeh1 və 14,83 manatı İddiaçıından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X4 təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin; iş üzrə 200 manat mütəxəssis xərcinin 180,23 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və 19,77 manatı İddiaçıından tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-17/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-17/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver