Məhkəmə qərarları › İş №2(019)-171/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-171/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-171/2021 03.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh oğlundan 8 noyabr 2019-cu il tarixli, RBNPU-5640 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 3579,17 (üç min beş yüz yetmiş doqquz manat on yeddi qəpik) manat, faiz borcuna görə 213,41 (iki yüz on üç manat qırx bir qəpik) manat, dəbbə borcuna görə 26,75 ( iyirmi altı manat yetmiş beş qəpik) manat, cəmi 3819,33 (üç min səkkiz yüz on doqquz manat 33 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəmə baxışı zamanı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə göndərərək Cavabdeh oğlundan 8 noyabr 2019-cu il tarixli ,RBNPU- 5640 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2517,17 (iki min beş yüz on yeddi manat on yeddi qəpik) manat, faiz borcuna görə 396,94 (üç yüz doxsan altı manat 94 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2914,11 (iki min doqquz yüz on dörd manat on bir qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, RBNPU-5640 saylı kredit müqaviləsinə əsasən illik 23 % (iyirmi üç) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). x xxxxxx 2019-cu il tarixli, RBNPU-5640 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış x xxxxxx 2019cu il tarixli, RBNPU-5640 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 8-dən gec olmayaraq hər ay 261,87 (iki yüz altmış bir manat 87 qəpik) manat ödəniş etməli olduğu halda öhdəlikləri vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh x xxxxxx 2019-cu il , RBNPU-5640 saylı kredit müqaviləsi üzrə borcunun məbləği xx xxxxxx 2021-ci il tarixə əsas borcuna görə 2517,17 (iki min beş yüz on yeddi manat on yeddi qəpik) manat, faiz borcuna görə 396,94 (üç yüz doxsan altı manat 94 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2914,11 (iki min doqquz yüz on dörd manat on bir qəpik) manat təşkil edir. İddiaçı İddiaçı ASC və cavabdeh Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi Natəvan Məmmədova məhkəməyə teleqram göndərərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli RBNPU- 5640 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 24 ay müddətinə illik 23% ödəmək şərti ilə, 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən əgər borcalan bu müqavilənin 2.2-ci bəndində təsbit edilmiş kredit şərtlərini müqavilədə göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də Borc verən borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri ,o cümlədən keçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri Borc alan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. İşdə olan xx xxxxxx 2021-ci il tarixli RB-02/PK-367 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh Yusif oğlunun xx xxxxxx 2019-cu il tarixli , RBNPU-5640 saylı kredit müqaviləsi üzrə 12 yanvar 2021-ci il tarixə 2517,17 manat əsas, 396,94 manat faiz borcu olmaqla, cəmi 2914,11 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 24 ay müddətinə illik 23% ödəmək şərti ilə, 5000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli, RBNPU- 5640 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Nəticədə borclunun kredit müqaviləsi üzrə İddiaçı ASC-ə xx xxxxxx 2021-ci il tarixə 2517,17 manat əsas kredit borcu, 396,94 manat faiz borcu olmaqla, cəmi 2914,11 manat məbləğində kredit borcu yaranmışdır. Buna görə də İddiaçı ASC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh oğlundan 2517,17 manat əsas kredit borcu, 396,94 manat faiz borcu olmaqla, cəmi 2914,11 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh Cavabdeh oğlundan əsas kredit borcuna görə 2517,17 (iki min beş yüz on yeddi manat on yeddi qəpik) manat, faiz borcuna görə 396,94 (üç yüz doxsan altı manat doxsan dörd qəpik) manat, cəmi 2914,11 (iki min doqquz yüz on dörd manat on bir qəpik) manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar