Məhkəmə qərarları › İş №2(019)-179/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-179/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-179/2021 04.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı BOKT “Viator”xxxx” MMC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 449 manat əsas, 67,38 manat faiz, cəmi 516.38 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq BOKT “Viator xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT “Viator xxxx” MMC-in nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh 449 manat əsas kredit borcunun tutularaq BOKT “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı BOKT “xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 33,6 % ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin təşkilata 449 manat əsas, 67.38 manat faiz, cəmi 516.38 manat borcu yaranmışdır. Hal-hazırda iddiaçı olaraq məhkəməyə cavabdehə hesablanmış faiz və cərimələrin hesablanması və tutulması nəzərdə tutulan kredit müqaviləsini təqdim edə bilmədiyindən, tərəflər arasında kredit müqaviləsinin bağlanmasını və pul vəsaitini Cavabdeh verilməsini təsdiq edən kassa məxaric orderini və qoşmaya əlavə edilmiş digər sübutlar təqdim edilir. Kassa məxaric orderinə və qoşmaya əlavə edilmiş digər sübutlara əsasən cavabdehə 800 manat məbləğində vəsaiti kassa məxaric orderini imzalamaqla bankdan götürmüşdür. Yuxarıda qeyd edilən səbəbləri və Mülki Məcəllənin istinad edilən hüquq normalarından irəli gələn tələbləri rəhbər tutaraq hal-hazırda cavabdehdən təşkilata olan borcundan yalnız əsas borc məbləğini tələb edir və məhkəmədən əsas borcla bağlı iddia tələbinin təmin edilməsini xahiş edir. Buna görə də kreditor BOKT “Viator”xxxx” MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək göstərdi ki, iddiaçı BOKT “xxxx” MMC ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlayaraq oradan məqsədli istifadə üçün 18 ay müddətinə illik 33,6 % ödəmək şərtilə 800 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ağır olduğundan krediti vaxtında ödəyə bilməmişdir. Bu il məhsul yığımında krediti tam ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Kassa məxaric orderindən görünür ki, Cavabdeh bankdan 800 manat pul almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş BA/326 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2016-cı il tarixə borcu-449 manat əsas, 67.38 manat faiz, cəmi 516.38 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 33,6% ödəmək şərti ilə, 800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödəniş cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Lakin borclu üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə «xxxx» MMC-ə 449 manat əsas, 67.38 manat faiz, cəmi 516.38 manat kredit borcu yaranmışdır. İddiaçı 449 manat əsas borcu tələb edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı «xxxx» MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 449 manat əsas kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdeh 449 manat əsas, 67.38 faiz, cəmi 516.38 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı BOKT «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar