Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-179/2022 15.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu iş materialları ilə birlikdə yoxlayaraq m ü ə y y ə n e t d i m: Cavabdeh Həsənov X1 Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-987/2022 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumunun düzgün ödənilməməsi əsası ilə qeyrimümkün hesab edilmiş və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinə iş materialları ilə birlikdə baxaraq hesab edirəm ki, apellyasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidlir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Həsənov X1 Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsinin surətini 13 iyun 2022-ci il tarixdə almış, 01 iyul 2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə 13 iyul 2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-987/2022 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumunun düzgün ödənilməməsi əsası ilə qeyri-mümkün hesab edilmiş və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Mülki iş 12 avqust 2022-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuş, iş məhkəməyə daxil olana kimi 02 avqust 2022-ci il tarixdə Cavabdeh apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunu ödəmiş, onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verdiyi apellyasiya şikayəti həmin tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir, ona görə də Cavabdeh Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Balakən Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(019)-179/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-179/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-179/2022
15.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver