Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-18/2023 01.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 4500 (dörd min beş yüz) manat əsassız varlanmaya görə çəkilmiş xərcin alınıb onlara verilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı İddiaçı1 və İddiaçı2 MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən 0,6773 ha torpaq sahəsinin zəbt etdikləri 0,2088 ha hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son 4-5 il ərzində cavabdehlər tərəfindən əkilmiş 30 (otuz) ədəd fındıq kollarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, ona vurduqları maddi ziyanın əvəzi olan 4800 ( dörd min səkkiz yüz) manat pulun cavablehlərdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və Abalova X4 Rəfiqə Musa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat əsassız varlanmaya görə çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən 0.6773 ha torpaq sahəsinin zəbt etdikləri 0.20 ha hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son 4-5 il ərzində cavabdehlər tərəfindən əkilmiş 30 (otuz) ədəd fındıq kollarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, ona vurduqları maddi ziyanın əvəzi olan 4800 (dörd min səkkiz yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövət rusumunun cavablehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin tələb hissəsində zəbt olunan torpaq sahəsinin ölçüsünün 0.2088 ha kimi qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İlk iddia onunla əsaslandırılmışdır ki, onlar Balakən rayonu Qazbinə (Mahamalar) kəndində yaşayırlar. Kənd təsərrüfatı ilə məşğul olurlar. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ailə üzvlərinə 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki hissədən verilmişdir. Belə ki, 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1979-cu ildən istifadə etdikləri ərazidən verilmişdir. Həmin ərazidə kənddə aparılan torpaq islahatında bölgüdən kənarda qalmış 0.52 ha torpaq sahəsi qalmışdır. Balakən rayonu keçmiş Q. Musabəyov adına X31 Komissiyasının sədri tərəfindən 15 aprel 1999-cu il tarixdə arayış verilmiş və arayışda göstərilmişdir ki, 1999-cu ildə əmlak pay torpaqları yerində ölçülüb yerə köçürülən zaman İddiaçı1 verilmiş əmlak torpaq payını ölçən zaman ona bitişik bölgüdən kənarda qalmış 0.52 ha bələdiyyə torpaq sahəsi İddiaçı2 verilmiş və ona tapşırılmışdır ki, Qazbinə Bələdiyyəsi ilə birdəfəlik müqavilə bağlansın. Həmin 0.52 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi vergilərini ödəmək şərti ilə İddiaçı2 daimi istifadəsinə verilsin. Bundan sonra həmin ərazidə fındıq və digər ağaclar əkmişlər. xx.xx.1999-cu il tarixdə Balakən rayonu keçmiş Qazbinə Bələdiyyəsi ilə aralarında 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Balakən rayon AİK-nın qərarı ilə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.4833 ha hissəsi X1. Geridə qalmış 0.52 ha torpaq sahəsi isə onların qanuni istifadəsində qalmışdır. Lakin həmin ərazidə torpaq mülkiyyətçilərinə verilmiş torpaq sahələri ilə onlara məxsus sənədlər arasında uyğunsuzluqlar olduğuna görə həmin ərazilərə çıxarışlar hazırlanarkən qanuni istifadələrində olan 0.52 ha torpaq sahəsi onlardan xəbərsiz sənəd üzrə azaldılmışdır. Cavabdeh sonradan aldığı torpaq sahəsinin sənədlə faktiki istifadə vəziyyəti arasında fərq olduğunu bildirmiş, çıxarış aldıqdan sonra bildirmişdir ki, onların qanuni istifadələrində olan 0.52 ha torpaq sahəsinin 0.21 ha hissəsi onun çıxarışla aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşir, buna görə də oradan çıxmalarını tələb etmişdir. 0.52 ha torpaq sahəsinin 0.21 ha hissəsində 2000-ci ildə 30 ədəd fındıq ağacı və 20 ədəd digər meyvə ağacları əkmiş və 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, ağacların diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişlər. Fındıq ağaclarına sadaladıqları aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində hər ağaca görə 100 manat xərc çəkmişlər. İstifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına 1500 manat xərc çəkmişlər. Beləliklə torpaq sahəsinə çəkdiyi xərclər 30 ədəd fındıq ağacına görə 3000 manat, torpağın yaxşılaşdırılması görə 1500 manat, cəmi 4500 manat edir. Torpaq sahəsini cavabdehə verəcəyi halda cavabdeh çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların Azərbaycan Repsublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş, nəticədə hazırki tələblə aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı 4500 manat əsassız varlanmaya görə çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun ondan alınaraq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırda qeyd olunan mülki iş 2(019)-498/2021 iş nömrəsi ilə Zaqatala Rayon Məhkəməsində baxılır. Mübahisə predmeti olan 30 ədəd fındıq kollarının yerləşdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən 0.20 ha torpaq sahəsi də daxil olmaqla 0.6773 ha mülkiyyətində torpaq sahəsi vardır. Belə ki, qeyd olunan torpaq sahəsini 01 fevral 2009-cu il tarixli, 4Ə-21 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi üzərində hüquqları 27 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 5 ildir ki, mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6773 ha torpaq sahəsinin 0.20 ha hissəsini hasara almaqla zəbt etmişlər. Aralarında bu barədə dəfələrlə mübahisə olmasına baxmayaraq, cavabdehlər İddiaçı1 və İddiaçı2 4-5 il ərzində orada onun icazəsi və razılığı olmadan 30 (otuz) ədəd fındıq kolu əkmiş, o cümlədən 5 il ərzində ona məxsus 16 (on altı) ədəd fındıq kolunun məhsulunu yığmış, 0.20 ha torpaq sahəsində yetişən otu yığmışlar. Məlumat üçün bildirir ki, cavabdehlərin zəbt etdikləri 0.20 ha torpaq sahəsində yerləşən 16 (on altı) ədəd fındıq kolunun hər birində il ərzində orta hesabla 15 (on beş) kiloqram fındıq məhsulu yığmaq olardı ki, 5 (beş) il ərzində yığılan həmin məhsulun ümumi çəkisi 1200 (bir min iki yüz) kiloqram təşkil edəcəkdi. 1 (bir) kiloqram fındıq məhsulunun orta bazar qiymətinin son beş ildə 4 (dörd) manat olması nəzərə alınsa, cavabdehlərin son beş il ərzində ona vurduqları ziyan (1200 kq x 4 manat) 4800 (dörd min səkkiz yüz) manat olacaqdır. Əlavə olaraq qeyd edir ki, sonuncu dəfə, yəni, 2021-ci ilin aprel ayından 2021-ci ilin iyul ayınadək Balakən Rayon Polis Şöbəsində aralarında olan mübahisəyə baxılmış və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 torpaq sahəsini zəbt etmələri öz təsdiqini tapmışdır. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrində də ona məxsus 0.20 ha torpaq sahəsini zəbt etmələrini etiraf etmişlər. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6773 ha torpaq sahəsinin zəbt etdikləri 0.20 ha hissəsindən çıxarılmasını, zəbt olunmuş torpaq sahəsində son 4-5 il ərzində əkilmiş 30 (otuz) ədəd fındıq kollarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, zəbt olunmuş hissədə 5 (beş) il ərzində ona məxsus 16 (on altı) ədəd fındıq kolunun məhsulunu yığmaları nəticəsində ona vurduqları ziyanın əvəzi olan 4800 (dörd min səkkiz yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etməkdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermis, mübahisəli torpaq sahəsində ilk iddia üzrə iddiaçılara məxsus 30 ədəd fındıq ağaclarının və meyvə ağaclarının olduğunu bildirərək, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin tələb hissəsində zəbt olunan torpaq sahəsinin ölçüsünün 0.2088 ha kimi qəbul edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan JN:1867 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X16 və X13 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlakdan pay haqqının verilməsi barədə 947 nömrəli aktdan və Balakən rayonu sabiq Musabəyov adına YAİK-nın arayışından görünür ki, İddiaçı2 əmlak payına verilmiş fındıq bağının hər bir tomasına əmlak dəyəri ödənilmişdir. İş materiallarında olan Balakən rayon Mahamalar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 88 nömrəli arayışından görünür ki, İddiaçı1 mülkiyyətinə ailəsi ilə birgə 1867 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 0.60 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.48 ha torpaq sahəsi 2012-ci il tarixində vətəndaş tərəfindən satılmışdır. Qalan ərazi hazırki dövrə qədər vətəndaşın istifadəsindədir və ərazidə fındıq ağacları yetişdirmişdir. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, Balakən rayonu Qazbinə Bələdiyyəsi tərəfindən 0.52 ha torpaq sahəsi Mahamalar kənd sakini İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilir. İş materiallarında olan Balakən rayonu Qazma kənd sakini ali təhsilli ixtisasca alimaqronom, rayonda müstəqil fəaliyyət göstərən X9 mütəxəssis rəyindən görünür ki, aşağıdakı sualları cavablandırmaq üçün iddiaçının Qazbinə ərazisində yerləşən torpaq sahəsinə baxış keçirmiş və aşağıdakıları müəyyən etmişdir: ilk öncə qeyd edilməlidir ki, fındıq ağacının əkilib-becərilməsi, yəni boya-başa çatdırılması və yaxşı məhsul əldə edilməsi üçün fındıq bitkisinin xüsusiyyəti, yaxşı sort şitilin seçilməsi, bağ salınacaq sahənin hamarlanması, şitillərin müəyyən edilmiş dərinlikdə torpağa basdırılmasından başlayaraq, hər il fındıq ağaclarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsi,ağacların diblərinə üzvi gübrə verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işləri aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluğa ehtiyacı vardır. Cavabdeh mülkiyyətində olan 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 0.20 ha hissəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilməsi məlum oldu. İddiaçı1 və İddiaçı2 istifadəsində oan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 30 ədəd fındıq "Ata-baba" cinsli yerli fındıq növüdür, yaşı 25-30 ilə uyğundur, intensiv bar vermə mərhələsindədir. Bir ağacın orta qiyməti 80-100 manat hesablana bilər. İl ərzində orta hesabla 150-200 kq olmaqla hər kq 3 manat hesabı ilə 500-700 manat gəlir gətirməsi mümkündür. Həmin ağaclara mineral gübrə verilmişdir. Cavabdeh mülkiyyətinə verilmiş 0.6773 ha torpaq sahəsində barvermə mərhələsində olan yalnız fındıq ağaclarıdır, digər ağaclar balaca olduğuna gorə qiymətləndirilməmişdir. Bağın ümümi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq göstərildiyinə uyğundur. Fındıq ağaclarına aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 3-4 manat müəyyən edilməklə bir topa fındıq ağacına 25-30 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla, hazırki bazar dəyəri hesablama yolu ilə 80-100 manat müəyyən edilir. Belə ki, 25-30 illik fındıq ağacları bazarda satılmadığına, yəni belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. Beləliklə baxışa təqdim edilmiş Cavabdeh mülkiyyətində olan 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 0.20 ha hissəsində əkilmiş təxminən yaşı 25-30 olan 30 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 3000 manat təşkil edir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və s. torpağın və torpaq üzərində olan fındıq ağaclarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli №7/797, 9/5179 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2022- ci il tarixli məktuba əlavə edilmiş aqronom rəyinə əsasən Cavabdeh mülkiyyətində olan 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirən 0.20 ha hissəsinin İddiaçı1 və X10 tərəfindın istifadə edilməsi məlum oldu. İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 30 ədəd fındıq yerli fındıq növüdür, yaşı 25-30 ilə uyğundur, intensiv bar vermə mərhələsindədir. Bağa aqrotexniki qulluq işləri göstərilmiş və fındıq kollarına hər il aqrotexniki qulluq aparılmalıdır. Cavabdeh mülkiyyətində olan 0.673 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 0.20 ha hissəsində əkilmiş təxminən yaşı 25-30 olan 30 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluqlar aparılmışdır; ekspertiza tədqiqatına təqdim edilmiş aqronom rəyinə əsasən 1 ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərci il ərzində orta hesabla təxminən 3-4 manat müəyyən edilməklə, bir topa fındıq ağacına 25-30 il ərzində tələb edilən qulluq xərci nəzərə alınmaqla, hazırki bazar dəyəri nəzəri hesablama yolu ilə təxminən 150,00 manat müəyyən edilir. Belə ki, 25-30 illik fındıq ağacları bazarda satılmadığına, yəni belə ağacların bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət nəzəri hesablama yolu ilə təxmini olaraq müəyyən edilir. - Bağda əkilmiş təxminən yaşı 25-30 olan 30 ədəd fındıq topasından ibarət məhsuldar fındıq kolunun (ağaclarının), aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 4500,00 (30x150man) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 15 sentyabr 2022-ci il tarixli №7/797, 9/5179 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş 28 mart 2012-ci il tarixli AN-1 ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2 və X22 ümumi mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Qazbinə kəndində yerləşən 0.60 ha torpaq sahəsinin 0.4833 ha hissəsini X20 7900 (yeddi min doqquz yüz) manata satmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* №-li MA seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.483 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 14 №li reyestr kitabının 74 №li vərəqində xx.xx.2012-ci il tarixdə X17 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN:1968 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə X7, X14, X15, X8 və X3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş 01 fevral 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X18, X23, X24, X19 və X11 ümumi mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.93 ha torpaq sahəsini Cavabdeh 1500 manata satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* №-li MH seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndi 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 6 №li reyestr kitabının 162 №li vərəqində xx.xx.2009-cu il tarixdə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6883 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-1867 KOD-40108018 torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı1, İddiaçı2, X16 və X13 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşümür və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli müqavilə ilə Balakən rayonu, Qazbinə bələdiyyəsi tərəfindən İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilməsi göstərilən Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.52 ha torpaq sahəsinin sxemi və koordinatları olmadığına görə Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.6773 ha kəmd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək olmamışdır; 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən 0.2088 ha hissəsi istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 25 iyun 2023-cü il tarixli №10/2371 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, ilk iddianın qaldırılması üçün ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 30 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 30 manat dövlət rüsumu və xx.xx.2023-cü il tarixli qəbzlə 103 manat mütəxəssis xərci ödənilmişdir, həmçinin iş üzrə ekspertiza xərci 150 manat təşkil edir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, işdəki sübutların bilavasitə tədqiqi əsasında işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə JN:1867 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı2, X16 və X13 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Notarial qaydada təsdiq olunmuş 28 mart 2012-ci il tarixli AN-1 ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı1, İddiaçı2 və X22 ümumi mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Qasbinə kəndində yerləşən 0.60 ha torpaq sahəsinin 0.4833 ha hissəsini X20 7900 (yeddi min doqquz yüz) manata satmış və həmin Balakən rayonu Qasbinə kəndində yerləşən 0.483 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə X17 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN:1968 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7, X14, X15, X8 və X3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, İddiaçı1 və İddiaçı2 tərəfindən 2000-ci ildə iddia predmetini təşkil edən 30 ədəd fındıq ağacı onların ümumi birgə mülkiyyətinə verilmiş 0.60 ha torpaq sahəsində deyil, islahat zamanı X7, X14, X15, X8 və X3 ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsində əkilmişdir. Yəni həmin fındıq ağacları ilk iddia üzrə iddiaçılar tərəfindən 2000-ci ildə əkilmiş, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə həmin ağacların olduğu torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Notarial qaydada təsdiq olunmuş 01 fevral 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X18, X23, X24, X19 və X11 ümumi mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.93 ha torpaq sahəsini orada olan fındıq ağacları olmaqla Cavabdeh 1500 manata satmış, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli №7/797, 9/5179 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2022- ci il tarixli məktuba əlavə edilmiş aqronom rəyinə əsasən Cavabdeh mülkiyyətində olan 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirən 0.20 ha hissəsinin İddiaçı1 və X10 tərəfindın istifadə edilməsi, İddiaçı1 və İddiaçı2 istifadəsində olan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 30 ədəd fındığın yerli fındıq növü, yaşının 25-30 ilə uyğun olması, intensiv bar vermə mərhələsində olması, bağa aqrotexniki qulluq işləri göstərilməsi və fındıq kollarına hər il aqrotexniki qulluq aparılmalı olması, Cavabdeh mülkiyyətində olan 0.673 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 0.20 ha hissəsində əkilmiş təxminən yaşı 25-30 olan 30 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluqların aparılması, ekspertiza tədqiqatına təqdim edilmiş aqronom rəyinə əsasən 1 ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərcinin il ərzində orta hesabla təxminən 3-4 manat müəyyən edilməklə, bir topa fındıq ağacına 25-30 il ərzində tələb edilən qulluq xərci nəzərə alınmaqla, hazırki bazar dəyərinin nəzəri hesablama yolu ilə təxminən 150,00 manat müəyyən edilməsi, bağda əkilmiş təxminən yaşı 25-30 olan 30 ədəd fındıq topasından ibarət məhsuldar fındıq kolunun (ağaclarının), aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyərinin təxminən 4500,00 (30x150man) manat təşkil etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6883 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-1867 KOD-40108018 torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı1, İddiaçı2, X16 və X13 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1999-cu il tarixli müqavilə ilə Balakən rayonu, Qazbinə bələdiyyəsi tərəfindən İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilməsi göstərilən Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.52 ha torpaq sahəsinin sxemi və koordinatları olmadığına görə Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.6773 ha kəmd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək olmamışdır; 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən 0.2088 ha hissəsi istifadə edilir. Həmçinin ilk iddianın qaldırılması üçün ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 30 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 30 manat dövlət rüsumu və xx.xx.2023-cü il tarixli qəbzlə 103 manat mütəxəssis xərci ödənilmişdir, iş üzrə ekspertiza xərci 150 manat təşkil edir. Məhkəmə İddiaçı1 və İddiaçı2 Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadə edilən hissəsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli №7/797, 9/5179 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda daha son məlumatı əks etdirdiyindən və daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin daha son məlumatlarına əsaslanılmaqla verildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyi daha mötəbər və əsaslı sayılmalıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyinə istinad edərək, reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qanunsuz istifadə olunan hissəsini 0.2088 ha olaraq qəbul edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındlan ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borcu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir. Məhkəmə ilk iddiaya işin müəyyən olunmuş halları və tətbiq edilməli olan hüquq normaları konteksində hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia təmin edilməməlidir. Belə ki, işdəki sübutlarla müəyyən olunmuşdur ki, 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-1867 KOD-40108018 torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı1, İddiaçı2, X16 və X13 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı1 və İddiaçı2 tərəfindən sözügedən 30 ədəd fındıq ağacları 2000-ci ildə Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN:1968 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən islahat zamanı X7, X14, X15, X8 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş və həmin torpaq sahəsi də fındıq ağacları ilə birlikdə notarial qaydada təsdiq olunmuş 01 fevral 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X18, X23, X24, X19 və X11 tərəfindən Cavabdeh 1500 manata satılmış, fındıq ağacları olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2009-cu il tarixdə Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Faktiki olaraq Cavabdeh torpaq sahəsini alarkən həmin torpaq sahəsinin və orada olan fındıq ağaclarının X18, X23, X24, X19 və X5 məxsus olmasını qəbul etmiş və bu alqı-satqı qanunvericiliyin nəzərdə tutulduğu formada həyata keçirilmişdir. Belə ki, həmin torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə JN:1968 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında X7, X14, X15, X8 və X3 ümumi birgə mülkiyyətinə verilmiş və Cavabdeh da notarial qaydada təsdiq olunmuş 01 fevral 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini fındıq ağacları ilə birlikdə satın almış və bu torpaq sahəsinə onun mülkiyyət hüquqları qeydə alınmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı, sözügedən JN:1968 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, notarial qaydada təsdiq olunmuş 01 fevral 2009-cu il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alındığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* №-li MH seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli Çıxarış ləğv edilmədiyindən və onların tamlığı və düzgünlüyü hər hansı şübhə doğurmadığından sənədin tamlığı və düzgünlüyü prezumpsiyası nöqteyi-nəzərindən işin faktiki hallarını təsdiq edən mötəbər sübutilar kimi qəbul edilmişdir. Bu sənədlər də işin yuxarıda qeyd olunan faktiki hallarını təsdiq edir. Göründüyü kimi, islahat zamanı Balakən rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə mübahisəli torpaq sahəsi X7, X14, X15, X8 və X3 mülkiyyətinə verilərkən bu fındıq ağacları 2000-ci ildə ilk iddia iddiaçılar tərəfindən əkilməklə onlarla birlikdə verilmiş və həmin şəxslər həmin torpaq sahəsini fındıq ağacları ilə birlikdə Cavabdeh satmışlar. Belə olan halda qeyd edilən 30 ədəd fındıq ağaclarına münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil, X18, X23, X24, X19 və X11 çıxış etmişlər. Yəni Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşısında həmin fındıq ağaclarına görə əsassız varlanma ilə bağlı tələb edilən vəsaitin ödənilməsi öhdəliyi mövcud deyildir. Həmçinin Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşısında həmin fındıq ağaclarına görə mülkiyyət hüquqlarının pozulmasından, müqavilə öhdəliyinin icra edilməməsindən, mülkihüquq pozuntusundan (deliktdən) və ya başqa əsaslarla öhdəlik daşıması və tələb edilən məbləği ödəməli olması vəzifəsi daşıması muüəyyən olunmur. İlk iddia üzrə iddiaçılar da ilk iddia üzrə Cavabdeh mülkiyyət hüquqlarının pozulmasından, müqavilə öhdəliyinin icra edilməməsindən, əsassız varlanmadan, mülki-hüquq pozuntusundan (deliktdən) və ya başqa əsaslarla sözügedən fındıq ağaclarına münasibətdə öhdəlik daşıması və tələb edilən 4500 manat məbləği ödəməli olması öhdəliyi daşımasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, ilk iddia tələbinin əsaslılığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar da ilk iddia tələbinin əsassız olmasını göstərir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh 4500 manat əsassız varlanmaya görə çəkilmiş xərcin alınıb İddiaçı1 və İddiaçı2 verilməsi tələbinə dair ilk iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin ilk iddianın təmin edilməməsi nəticəsinə gəlindiyi üçün ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən 0.6773 ha torpaq sahəsinin zəbt etdikləri 0.2088 ha hissəsindən çıxarılması hissəsində əsaslı olduğundan təmin olunmalı, zəbt olunmuş torpaq sahəsində son 4-5 il ərzində cavabdehlər tərəfindən əkilmiş 30 (otuz) ədəd fındıq kollarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, ona vurduqları maddi ziyanın əvəzi olan 4800 (dörd min səkkiz yüz) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi tələbi hissəsində isə təmin olunmamalıdır. Belə ki, mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı yuxarıda istinad olunan həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Bu konteksdə məhkəmə qeyd edir ki, əmlakın geri tələbi üzrə iddia vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinin məzmununa görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. İddiaçının həmin əmlaklar olmadığı halında alternativ olaraq həmin əmlakların dəyərini tələb etməsi isə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbdir. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya iddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. İddia tələbini sübut etmə yükünün iddiaçının üzərinə qoyulması Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbindən doğur. Hazırki işdə olan sübutlardan görünür ki, qarşılıqlı iddia predmetini təşkil edən 0.6773 ha torpaq sahəsinə daxil olan 25 iyun 2023-cü il tarixli №10/2371 nömrəli ekspert rəyində göstərilən 0.2088 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsi İddiaçı1 və İddiaçı2 istifadə və sahibliyindədir və İddiaçı1 və İddiaçı2 torpaq sahəsinə sahiblik etməsi və torpaq sahəsindən istifadə etməsi üçün heç bir hüquqi əsası yoxdur və onların həmin torpaq sahəsindən istifadəsi və torpaq sahəsinə sahibliyi qeyriqanunidir. İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və Abalova X4 Rəfiqə Musa qızının mülkiyyətində olan həmin 0.2088 ha torpaq sahəsindən istifadə etməklə Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını pozurlar. Belə ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh xüsusi mülkiyyətində olan sözügedən torpaq sahəsinə heç bir hüququ; mülkiyyət, istifadə, icarə və sair hüquqları qeydə alınmamışdır və mövcud deyildir. İddiaçı1 və Abalova X4 Rəfiqə Musa qızına məxsus 0.6773 ha torpaq sahəsinin 0.2088 ha hissəsini öz qeyri-qanuni sahibliyində saxlayırlar. Ona görə də İddiaçı1 və Abalova X4 Rəfiqə Musa qızına məxsus həmin 0.6773 ha torpaq sahəsinin 0.2088 ha hissəsindən çıxarılmalı və Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa olunmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia zəbt olunmuş torpaq sahəsində son 4-5 il ərzində cavabdehlər tərəfindən əkilmiş 30 (otuz) ədəd fındıq kollarının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməməlidir. Belə ki, ən əvvəl işdəki sübutlarla müəyyən olunur ki, sözügedən fındıq kolları (ağacları) qarşılıqlı iddia ərizəsində göstərilən son 4-5 il ərzində deyil, İddiaçı1 və İddiaçı2 tərəfindən torpaq islahatından əvvəl əkilmiş və həmin kolların (ağacların) əkildiyi torpaq sahəsi X18, X23, X24, X19 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Digər tərəfdən qeyd edilən 30 ədəd fındıq kollarına (ağaclarına) münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil, X18, X23, X24, X19 və X11 çıxış etmişlər. Eyni zamanda işdə olan mütəxəssis rəyindən və 15 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, həmin fındıq ağaclarını bir yerdən başqa yerə köçürmək mümkün deyildir. Qanunvericilik ümumi mülkiyyətdə şəxsin payının ayrılmasının əşyaya tənsübsüz zərər vurmadan mümkün olmadığı təqdirdə yalnız payın dəyərinin (Mülki Məcəllənin 220.3-cü maddəsi) ona ödənilməsini tələb etmək hüququnu tanıyır. Həmin fındıq kollarının (ağaclarının) torpaq sahəsindən çıxarılması onların qurumasına və bar vermə qabiliyyətinin itirilməsinə səbəb ola biləcəyi barədə nəticəyə gəlmək əsaslıdır. Həmçinin qanunvericiliyn tələbinə əsasən də İddiaçı1 və X12 bu ağaclardan faydalanmış şəxslərdən-X18, X23, X24, X19 və X2 əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzini, yaxşılaşdırma xərclərini tələb edə bilər (Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələri). Qeyd olunanlar da qarşılıqlı iddianın bu hissədə əsassız olması və rədd olunması nəticəsinə gəlməyə əsas yaradır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, eyni zamanda hesab edir ki, qarşılıqlı iddia qarşılıqlı iddia üzrə cavbadehlərin ona vurduqları maddi ziyanın əvəzi olan 4800 (dörd min səkkiz yüz) manat pulun cavabdehlərdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi tələbi hissəsində də təmin olunmamalıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bu iddia tələbinin əsaslandırıldığı hallar kimi qarşılıqlı iddia üzrə cavabdehlərin ona məxsus zəbt etdikləri torpaq torpaq sahəsində 4-5 il ərzində onun icazəsi və razılığı olmadan 30 ədəd fındıq kolu əkməsi, o cümlədən 5 il ərzində ona məxsus 16 ədəd fındıq kolunun məhsulunu yığması, 16 ədəd fındıq kolunun hər birində il ərzində orta hesabla 15 kq fındıq məhsulunun yığılmalı olması, 5 il ərzində yığılan həmin məhsulun ümumi çəkisinin 1200 kiloqram təşkil etməsi, 1 kq fındıq məhsulunun orta bazar qiymətinin son beş ildə 4 manat olması nəzərə alınarsa, cavabdehlərin son beş il ərzində ona vurduqları ziyanın (1200 kqx4manat) 4800 manat olacağını göstərmişdir. Bununla bağlı məhkəmə bildirir ki, əvvəla iş materiallarına əsasən həmin fındıq kolları qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən son 4-5 il ərzində deyil, 2000-ci ildə əkilmişdir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlərin məhz ona məxsus 16 ədəd fındıq ağaclarının son beş ildə fındığını yığması, həmin iddia edilən 16 ədəd fındıq ağacının hər birindən il ərzində orta hesabla 15 kq fındıq məhsulunun yığılmalı olması, 5 il ərzində həmin məhsulun çəkisinin məhz iddia edilən 1200 kq olması və fındıq məhsulunun bir kiloqramının orta bazar qiymətinin məhz 4 manat olması, 16 ədəd fındıq ağacından son beş ildə yığılan fındıq məhsulunun qiymətinin 4800 manat olması və nəticədə ona 4800 manat ziyan vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu qarşılıqlı iddia tələbini sübutlar əsasında müəyyən olunan real faktlarla deyil, ehtimallara istinad etməklə əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı iddia etdiyi 16 fındıq ağacından son beş ildə cəm olaraq 1200 manat fındıq yığılmalı olması və həmin illər ərzində fındığını qiymətinin orta hesabla məhz 4 manat təşkil etməsini təsdiq edən ekspertiza rəyini, qiymətləndirmə rəyini, qiymət barədə hesabfakturanı və digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən ona 4800 manat maddi ziyan vurulması, vurulan bu maddi ziyanla qarşılıqlı iddia üzrə cavabdehlərin iddia edilən qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və qarşılıqlı iddia üzrə cavabdehlərin onlardan tələb edilən 4800 manat maddi ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb üzrə qarşılıqlı iddianın əsaslandırıldığı bu halları sübut edə bilməmişdir. Qeyd olunan həmin qarşılıqlı iddia tələbinin əsassız olmasını göstərir və ona görə məhkəmə həmin tələbin rədd edilməsinə nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 4500 (dörd min beş yüz) manat əsassız varlanmaya görə çəkilmiş xərc tələbinə dair ilk iddiası təmin olunmamalı, ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməli, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası qismən təmin olunmalı, İddiaçı1 və İddiaçı2 MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən 0.6773 ha torpaq sahəsinin 0.2088 ha hissəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 08 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş mübahisələndirilən torpaq sahələrinin çıxarışa əsasən yerləşmə vəziyyətinin yerquruluşu Planı 2-də göstərilən) çıxarılmalı, qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamalıdır. Həmçinin qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə ödənilmiş 103 manat mütəxəssis xərci qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə 150 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin edilməsin. İlk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin; İddiaçı1 və İddiaçı2 MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən 0.6773 ha torpaq sahəsinin 0.2088 ha hissəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 08 fevral 2023cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş mübahisələndirilən torpaq sahələrinin çıxarışa əsasən yerləşmə vəziyyətinin yerquruluşu Planı 2-də göstərilən) çıxarılsın; qarşılıqlı iddia qalan hissələrdə təmin olunmasın; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə ödənilmiş 103 manat mütəxəssis xərci qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 İddiaçı2 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin; iş üzrə 150 manat ekspertiza xərci qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-18/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-18/2023
01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver