Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-186/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 600 manat pul, iki ədəd qoyun və ya onun dəyəri olan 260 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onun xeyrimə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat pulun, bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təsərrüfatında xırda buynuzlu heyvan saxlamaqla dolanır. Təsərrüfatında olan qoyunları istəyən olanda satır. Müştərilərin çoxu qəssablardır. Müştərilərindən biri Cavabdehdur. Onu Yadigar adlı tanışının vasitəsilə tanımışdır. O, əvvəllər 4-5 dəfə ayrı-ayrı vaxtlarda gəlib evindən istədiyi heyvanı seçib aparmış, gah dəyişdirmiş, gah da satıb və danışdıqları qiyməti ona ödəməklə aralarında etibar yaranmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh yanında kiçik oğlu ilə evinə gələrək, bir baş 120 manat dəyərində ana qoyunu ağ rəngli Vaz- 21011 markalı dövlət qeydiyyat nömrəli maşını ilə aparmışdır. Digər qoyunu isə Mahirin anasına vermişdir. Lakin o, ikinci qoyunu tələb etmir. Cavabdeh 10 gün sonra yanına gələrək, atasının vəziyyətinin ağır olduğunu və təcilli Bakı şəhərinə aparmalı olduğunu demiş və ondan 500 manat borc pul istəmişdir. Əvəzində ona arvadı Osmanova Kəmalənin adına olan sosial kartını verməyi təklif etmiş, kartdan isə hər ay 120 manat pul vurulduğunu bildirmişdir. O, razılaşmış, Cavabdeh 500 manat pul vermişdir. Bundan bir ay sonra həmin kartdan pulu çıxarmaq üçün banka getmiş və ona məlum olmuşdur ki, kartın vaxtı keçmişdir. Bundan sonra bu məsələni Mahirin özünə demiş, Mahir guya bunu bilmədiyini, xəbəri olmadığını bildirmişdir. Mahirdən onun pulunu və qoyununu qaytarmasını tələb etmiş, lakin hal-hazıradək həmin pul və heyvan və ya həmin qoyunun dəyəri ona qaytarılmamışdır. Bildiyinə görə həmin qoyun kəsilmişdir. Bununla bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi, cavabdehdən 500 manat pulun, bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, o, İddiaçı ilə xeyli vaxtdır ki, tanışdır. Onunla bəzi alverlər də etmişlər. İddiaçı 2019-cu ilin mart ayında ona borc kimi 500 manat pul verməsi də düzdür. Bununla bağlı bildirmək istəyir ki, atası qəflətən xəstələnəndə onun müalicəsinə pul lazım olmuş və iddiaçı ilə hərdən də olsa alver etdiyinə görə onun yanına sələmlə borc götürüb ödəmək üçün ona 500 manat verməsini xahiş etmişdir. İddiaçı Səidbəy onun naəlac qaldığından istifadə edərək 500 manat üstəlik hər ay 50 manat sələmini ödəməsi şərtilə pul vermiş, ancaq aralarında heç bir rəsmiləşdirmə olmamışdır. Atasının müalicəsindən sonra iddaçının pulunu az müddətdə ödəmiş, pul ödəniləndən sonra iddiaçı ona zəng edərək “ödənişlərini niyə dayandırdın” deyə bildirmişdir. O da bildirmişdir ki, ona daha nə vaxtacan pul ödəməlidir, onun verdiyi 500 manat və üstünün faizlərini ödəmişdir. İddiaçı da cavabında bildirmişdir ki, o, bir o qədər də pul ödəməlidir. Onun sözlərindən belə çıxmışdır ki, o, bütün ömrü boyu Səidbəyə ancaq sələm ödəməlidir. İddiaçı həmçinin ona zəng edərək, onlara maşını ilə gəlməsini, həyətindən bir ədəd qoyunu bazara aparmasını və taksi pulunu verəcəyini bildirmişdir. O da onun sözünü yerə salmaq istəməmiş və onlara gedəndə iddiaçı bir ədəd qoyunu avtomobilinin yük yerinə qoyaraq, Mübarizgilə gedəcəklərini bildirmişdir. O, onun qoyunu həyətə salıb qayıdana qədər gözləmiş, çox da vaxt keçmədən qayıtmışdır. Onlar Mübarizgildən qayıtdıqdan sonra iddiaçı maşınından düşüb getmişdir. Ortadan təqribən 30-40 dəqiqə keçməmişdir ki, ona tanımadığı bir nömrədən zəng gəlmiş, zəng edən bildirmişdir ki, o, polis şöbəsinə gəlməlidir. Onu polis şöbəsinin rəisinin yanına aparanda orada iddiaçını və bir başqa tanımadığı üç nəfəri görmüş, orada məlum olmuşdur ki, iddiaçının onun maşınına qoyub apardığı oğurladığı qoyun olmuşdur. İddiaçı onunla hərdən qoyun-quzu alqı-satqısı etmişdir, lakin onun kiminsə qoyununu oğurlaması və onun maşınında Mübarizgilə aparması ilə yanaşı, ona da heç nədən problem yaşatması heç aglına da gəlməzdi. İddiaçı ona ancaq taksi pulu 7 manat vermis və o, həmin 7 manatın əvəzində heç bir təqsiri olmadan qoyunun sahibinə xeyli pul ödəməli olmuşdur. Onun iddiaçıya ümumiyyətlə heç bir manat da borcu qalmamışdır. İddiaçı buna baxmayaraq, ondan yenidən pul qoparmaq fikrinə düşmüşdür. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında onun yanında Cavabdeh İddiaçı 500 manat borc istəmiş, İddiaçı da borc olaraq 500 manat pulu faizsiz və sələmsiz Cavabdeh vermişdir. Həmçinin Emçiyev X1 Mahir Təhməz oğluna 2019-cu ilin martın 15-də 120 manat dəyərində bir baş ana qoyun vermişdir. Bildiyinə görə Cavabdeh nə həmin 500 manat pulu, nə də qoyunun pulu olan 120 manatı Səidbəyə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Cavabdeh İddiaçı borc pul almasını və qoyun almasını görməmişdir. Mahir bir dəfə ona demişdir ki, Səidbəyə sələmi var və bir dəfə Mahirlə pul ödəmək adı ilə Səidbəyin evinə getmişlər. Mahirin Səidbəyə pul verməsini görməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 881 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında 1 baş ana qoyunun orta bazar satış qiyməti 120-130 manat, iki baş ana qoyunun dəyəri 240- 260 manatdır. İşdə olan 5.11.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçnü 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsindən görünür ki, o, İddiaçı 500 manat borc aldığını etiraf etmiş, lakin bu pulu hər ay 50 manat faiz ödəmək şərtilə aldığını, bu borc pulu və onun sələmini qaytardığını bildirmiş, lakin İddiaçı bir baş ana qoyun almadığını göstərmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, şahid ifadələri, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 2019-cu ilin mart ayında Cavabdeh İddiaçı 500 manat məbləğində borc pul və 2019-cu il mart ayının 15-də 120 manat dəyərində bir baş ana qoyun almışdır. Lakin Cavabdeh tərəfindən həmin 500 manat borc pul və 120 manat dəyərində bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pul İddiaçı qaytarılmamışdır. 2019-cu ilin mart ayında Cavabdeh İddiaçı 500 manat məbləğində borc pulu və bir baş ana qoyunun dəyərini təşkil edən 120 manatı qaytarmaması iddiaçının izahatı ilə yanaşı şahid X4 məhkəmədə verdiyi ifadəsi ilə də təsdiq olunur. Həmçinin Cavabdeh da İddiaçı Soltanrəşrid oğlundan 500 manat borc pul aldığını həm məhkəmə iclasında verdiyi izahatında, həm də məhkəməyə təqdim etdiyi iddiaya yazılı etiraz ərizəsində təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh İddiaçı məxsus 500 manat pulu və 120 manat dəyərində bir baş qoyunu götürməklə, həmin 500 manat borcu və bir baş ana qoyunun dəyərini təşikl edən 120 manat pulu iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı hesabına əsassız varlanmış və iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də həmin 500 manat borc və bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat olmaqla cəmi 620 manat pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. İş üzrə Cavabdeh İddiaçı aldığı 500 manat borcu qaytardığını və iddiaçıdan 120 manat dəyərində bir baş ana qoyun almadığını göstərsə də, iddia tələbinə etirazın əsaslandırıldığı bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu etirazın əsaslılığını sübut edə bilməmişdir. Qanuna görə isə (Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Əksinə Cavabdeh məhkəməyə verdiyi izahatında və iddiaya yazılı etirazında 2019-cu ilin mart ayında qaytarmaq şərtilə İddiaçı 500 manat borc götürdüyünü təsdiq etmiş, bu hal iddiaçının izahatı və şahid X4 ifadəsi ilə də təsdiq olunmuşdur. Lakin iş materiallarında Cavabdeh tərəfindən borc aldığı 500 manat pulu İddiaçı qaytarması barədə hər hansı yazılı qəbz və digər mötəbər sübutlar yoxdur və cavabdeh tərəfindən də belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Qanuna görə borc icra olunduqda borclunun tələbi ilə kreditor icranın qəbul olunmasını təsdiqləyən sənəd verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Lakin Cavabdeh İddiaçı verdiyi 500 manat borcun icrasını tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd və öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış təqdim etməmişdir. Bu da Cavabdeh 500 manatı İddiaçı ödəməsi barədə bildirdiklərinin əsassız olmasını göstərir. Digər tərəfdən, iddiaçının izahatı və şahid X4 ifadəsi ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı pulunu sonra ödəmək şərtilə bir baş 120 manatlıq ana qoyun almış, lakin həmin qoyunun pulunu qaytarmamışdır. Bunun əksini təsdiq edən hər hansı sübut isə cavabdeh tərəfindən təqdim olunmamışdır. Cavabdehin məhkəmədə verdiyi izahatında və iddiaya yazılı etirazında guya iddiaçının onun maşınına oğurluq qoyun qoyub apardığı və buna görə onun polis şöbəsinə çağrılması barədə məlumatlar da heç bir sübutla təsdiqini tapmayan əsassız məlumatlardır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 500 manat borcu və bir baş ana qoyunun dəyərini qaytarmadığına görə Cavabdeh barəsində polisə şikayət etmişdir. Digər tərəfdən İddiaçı oğurluq qoyun aparması və kiməsə verməsi heç bir sübutla təsdiq olunmur və cavabdeh də belə sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də bu konteksdə cavabdehin bildirdikləri yalnız ehtimallara əsaslanmaqla heç bir faktoloji bazaya malik deyildir. Məhkəmə «xxxx» MMC-nin Balakən mal bazarında bir baş ana qoyunun qiymətinin 120-130 manat olması barədə xx.xx.2020-ci il tarixli, 881 saylı arayışını mötəbər sübut kimi qəbul edir və İddiaçı tərəfindən Cavabdeh satılan sözügedən ana qoyunun qiymətini 120 manat dəyərində qəbul edir. Belə ki, iddiaçı özünün izahatında həmin qoyunu məhz 120 manata Cavabdeh satdığını bildirmiş, bu faktı şahid X7 da ifadəsində təsdiq etmişdir. Digər tərəfdən xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli, 881 saylı arayışında da bir baş ana qoyunun qiymətinin məhz 120 manatdan başlandığı və 130 manatadək olduğu qeyd edilmişdir. Belə olan halda bir baş ana qoyunun qiymətinin 120 manat dəyərində qəbul edilməsi işin hallarına və işdəki sübutlara tamamilə uyğundur və əsaslıdır. Həmin qoyunun 120 manat pulu isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Ona görə də Cavabdeh iddia tələbinə etirazı heç bir faktoloji və hüquqi əsasa malik deyildir, əsassızdır və məhkəmə tərəfindən qəbul olunmur. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat pul, bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pul, cəmi 620 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin; Cavabdeh 500 manat pul, bir baş ana qoyunun dəyərini təşkil edən 120 manat pul, cəmi 620 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-186/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-186/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver