Məhkəmə qərarları › İş №2(019)-2/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-2/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-2/2024 30.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin məhkəmə əmrinin verilməsi haqqında ərizəsi əsasında Balakən Rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 2(019)-1107/2014 saylı əmri ilə borclular Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2201.71 manat gecikdirilmiş əsas borc, 856.33 manat faiz borcu olmaqla, cəmi gecikdirilmiş 3058.04 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(019)-1107/2014 saylı qərardadı ilə borclu Cavabdeh2 məhkəmə əmrinə etirazı təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 2(019)-1107/2014 saylı məhkəmə əmri ləğv edilmiş, iş materialları iddia icraatına keçirilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmənin icraatında 2(019)- 2/2024 saylı işin olduğunu və müqavilə üzrə borcun ödənildiyini göstərərək, işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş, həmçinin cavabdehlər tərəfindən işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə İddiaçı ASC-nin nümayəndəsinin və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını m ümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi hazırki iddia ərizəsinin qaytarılmaqla baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən,İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılmalı, İddiaçı ASC tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın; İddiaçı ASC tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar