Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-20/2021 14.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh3 Mühiddin oğlunun və Mehtiyeva Bəsti Hacısüleyman qızının iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 Mühiddin oğluna, Cavabdeh3 Mühüddin oğluna, Cavabdeh1, Cavabdeh2 Qazımahama oğluna və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 Mühiddin oğluna, Cavabdeh3 Mühüddin oğluna, Cavabdeh1 Hacısüleyman qızına, Cavabdeh2 və Cavabdeh5 Çərkəz qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon məhkəməsinə müracəit edərək, cavabdehlər Mehdiyev Mühüddin Qazımahama oğlunun varisləri-Cavabdeh4, Cavabdeh3 Mühiddin oğlundan və Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə -19R000001404 saylı kredit razılaşması üzrə 6023.19 ABŞ dolları məbləğində kredit borcu, 1880.43 ABŞ dolları məbləğində faiz borcu və 9096.12 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16999 ( on altı min doqquz yüz doxsan doqquz ) ABŞ dolları 74 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə-Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yaşayış evinin açıq hərracdan satılması və cəmi 16999 (on altı min doqquz yüz doxman doqquz) ABŞ dolları 74 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Mehdiyev Mühüddin Qazımahama oğlunun varisləri- Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh5 ümumi qaydada tutulması, Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Mehdiyev Mühüddin Qazımahama oğlunun vərəsələrinin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Mehdiyev Mühiddin Qazımahama oğlu ilə İddiaçı QSC arasında bağlanmış 16.04.2010-cu il tarixli, 19L000000039 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən edilir. Kredit xətti müqaviləsi üzrə Mehdiyev Mühiddin Qazımahama oğlu İddiaçı QSC ilə bağladığı 21.10.2013-cü il tarixli, 19R000001404 nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Mehdiyev Mühiddin Qazımahama oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət ödəməli olduğu vəsaitləri 01.06.2015-ci il tarixdən banka qaytarmamışdır. Mehdiyev Mühiddin Qazımahama oğlu götürdüyü kredit borcundan 976.81 ABŞ dolları ödəmiş, onun 6023.19 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Mehdiyev Mühiddin Qazımahama oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.02.2016-cı il tarixə 496 gün üçün hesablanmış faiz borcu 1880.43 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 29.02.2016-cı il tarixə 496 gün üçün hesablanmış cərimə 9096.12 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Mehdiyev Mühiddin Qazımahama oğlunun öhdəliklərinin icrasının təmin etmək məqsədi ilə cavabdeh ipoteka verən Mehdiyev Mühiddin Qazımahama oğlu ilə Bank arasında bağlanmış 16.04.2010-cu il tarixli, 19M000000011 nömrəli ipoteka müqaviləsinə əsasən (Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi idarəsi tərəfindən 3 №li reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı ******* №li çıxarışla Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərirn ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetiriməməsi ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan "xxxx" QSC cavabdehipoteka qoyan Mehdiyev Mühiddin Qazımahama oğluna «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 36.2-ci bəndinə uyğun olaraq 10.02.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş,15.02.2016-cı il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 19.02.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xitdmətinin 18 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Mehdiyev Mühiddin Qazımahama oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 16.04.2010-cu il tarixli, 19S000000092 saylı zaminlik müqaviləsinə, Cavabdeh3 Mühüddün oğlu 16.04.2010-cu il tarixli, 19S000000090 saylı zaminlik müqaviləsinə, Cavabdeh5 16.04.2010-cu il tarixli, 19S000000091 saylı zaminlik müqaviləsinə və Cavabdeh1 16.04.2010-cu il tarixli, 19S000000089 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətt müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Mehdiyev Mühiddin Qazımahama oğlu ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Mehdiyev Mühüddin Qazımahama oğlu onun əri olub, Mühiddin 29 yanvar 2014-cü ildə ölmüşdür. Onun ölümündən sonra krediti ödəyə bilməmişlər. O, kredit alarkən ABŞ dollarının kursu 78 qəpik olmuşdur. Sonradan dolların kursu qalxmışdır. Bu səbəbdən onun krediti ödəməsi mümkün deyildir. Sözügedən hazırki kredit Azərbaycan Respublikasının Prezidentinin kreditlərlə bağlı məlum Fərmanının təsir dairəsinə düşür. Həmçinin bildirir ki, o və oğlu Cavabdeh3 mərhum əri Mühiddin Mehdiyevə məxsus evdə yaşayırlar,evin kommunal xərclərini ödəmişlər və ödəyirlər. O və oğlu Tale X4mış mirası faktiki qəbul etmişlər. Oğlu Cavabdeh4 isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Xəyal X4mış mirası və notarial qaydada, nə də faktiki qəbul etməmişdir. Mühiddin Mehdiyev 2014-cü ildə rəhmətə gedəndə Xəyal Rusiya Federasiyasında olmuş və Mühiddin Mehdiyevin evində yaşamamış, evin heç bir xərcini ödəməmişdir. Xəyala qarşı iddia əsassızdır. Kredit borcunun müəyyən olunması və ipoteka predmetinin qiymətinin müəyyən olunması üçün ekspertizanın keçirilməsini və iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, Cavabdeh1 ilə eyni məzmunlu izahat vermiş, onun və digər Cavabdeh4 Mehdiyev Mühiddin Qazımahama oğlunun oğlu olduqlarını, onun və anası Cavabdeh1 mərhum atası Mühiddin Mehdiyevə məxsus evdə yaşadıqlarını, evin kommunal xərclərini ödədiklərini, onun və anası Cavabdeh1 Mühiddin Mehdiyevin vərəsələri olduqlarını, onun və anası X1mış mirası faktiki qəbul etdiklərini, Cavabdeh4 isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşadığını və Rusiya Federasiyasının vətəndaşı olduğunu, Xəyal X3mış mirası və notarial qaydada, nə də faktiki qəbul etmədiyini, Mühiddin Mehdiyev 2014-cü ildə öləndə Xəyalın Rusiya Federasiyasında olduğunu və Mühiddin Mehdiyevin evində yaşamadığını, evin heç bir xərcini ödəmədiyini, Xəyala qarşı iddianın əsassız olduğunu göstərərək, kredit borcunun və ipotekaya qoyulmuş evin ilkin satış qiymətinin müəyyən olunması üçün ekspertizanın təyin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Çərkəz qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesabb etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 16.04.2010-cu il tarixli 19L000000039 nömrəli kredit xətti müqaviləsindən görünür ki,həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Mehdiyev Mühiddin Qazımahama oğluna 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin kreditin tərəflər arasında "Kredit razılaşması" və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəyi müəyyən edilmişdir. İş materiallarında olan 21.10.2013-cü il tarixli 19R000001404 nömrəli kredit razılaşmasından görünür ki, Mehdiyev Mühiddin Qazımahama oğluna İddiaçı QSC ilə bağladığı 21.10.2013-cü il tarixli 19R000001404 nömrəli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 16.04.2010-cu il tarixli 19S000000092 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh2 oğlu arasında bağlanmış, zamin borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.04.2010-cu il tarixli 19S000000090 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh3 Mühüddün oğlu arasında bağlanmış, zamin borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.04.2010-cu il tarixli 19S000000091 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış, zamin borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.04.2010-cu il tarixli 19S000000089 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış, zamin borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.04.2010-cu il tarixli 19M000000011 nömrəli notarial qaydada təsdiq olunmuş İpoteka müqaviləsindən görünür ki, Mehdiyev Mühiddin Qazımahama oğlu tərəfindən həmin müqaviləyə əsasən öhdəliklərinin icrasının təmin etmək məqsədi ilə Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 14059,50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №li çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinın İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdeh tərəfə ünvanlanmış 03 noyabr 2015-ci il tarixli, 05 noyabr 2015-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, o cümlədən tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıqlar olunmuşdur. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh tərəfə 10.02.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə 19.02.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ərizə ilə müraciət olunmuş, həmin ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində qeydə alınmış, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödənilmiş, həmçinin iddiaçı tərəfindən 16.03.2020-ci il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan müstəqil qiymətləndirici «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC»-nin 18.01.2021-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, ipoteka predmetini təşkil edən Mehdiyev Mühüddin Qazımahama oğluna məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 53000 manat təşkil edir. İş materiallarında olan iddiaçının təqdim etdiyi 09.03.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Mehdiyev Mühüddin Qazımahama oğlunun 19R000001404 saylı 21.10.2013-cü il tarixli kredit razılaşması üzrə 29 fevral 2016-cı il tarixinə borcu- əsas məğbləğ üzrə-6023,19 ABŞ dolları, faiz borcu üzrə-1880,43 ABŞ dolları, cərimə üzrə- 9096,12 ABŞ dolları olmaqla cəmi 16999.74 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 9/3722 saylı rəyindən görünür ki, Mehdiyev Mühüddin Qazımahama oğlunun “AccessBank» QSC-yə olan borcu 29.02.2016-ci il tarixə əsas borc üzrə 6023,46 ABŞ dolları və faiz borcu üzrə 2159,65 ABŞ dolları, 23.10.2017-ci il tarixə 6023,46 ABŞ dolları və faiz borcu üzrə 4640,10 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 sentyabr 2021-ci il tarixli, 9/3722 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,0 manat təşkil edir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2 (019)-5/2018 nömrəli qətnaməsi ilə hazırki cavabdehlərə qarşı hazırki iddia tələbi üzrə iddia qismən təmin edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2 (107)-47/2019 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edlilmiş və Balakın Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2 (019)- 5/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Mehdiyev Mühiddin Qazımahama oğluna, Cavabdeh2, Cavabdeh3 Mühiddin oğluna, Cavabdeh5 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, Mehdiyev Mühiddin Qazımahama oğlu vəfat etmişdir, Cavabdeh1 onun arvadı və Cavabdeh3 Mühiddin oğlu onun oğlu olmaqla hüquqi varisləridir. Cavabdeh4 isə Mehdiyev Mühiddin Qazımahama oğlundan qalmış mirası qəbul etmədiyi üçün onun hüquqi varisi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdeh tərəfin 21.10.2013-cü il tarixli kredit razılaşması üzrə kredit borcu və faiz borcu ilə bağlı İddiaçı QSC-nin 29 fevral 2016-ci il tarixli, 08 №-li arayışı ilə məhkəmə mühasibatlıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 9/3722 rəyi arasında olan ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu borclarla bağlı iddiaçı bankın təqdim etdiyi 29 fevral 2016-ci il tarixli, 08 nömrəli arayış kredit ödənişi üzrə daha düzgün məlumatı əks etdirdiyindən və ödəniş sənədlərinə əsaslandığından mötəbər sübutdur və daha mötəbər sübut kimi də məhkəmə tərəfindən qəbul edilir. Belə ki, 29.02.2016-ci il tarixli, 08 nömrəli arayış cavabdeh Mehdiyev Mühüddin Qazımahama oğlunun kredit borcu və faiz borcu ilə bağlı daha son məlumatı əks etdirir və bu mənada daha etibarlı və ədalətlidir. Məhkəmə iddiaçının nümayəndəsinin və işdə iştirak edən cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, 16.04.2010-cu il tarixli 19L000000039 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Mehdiyev Mühiddin Qazımahama oğluna 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin kreditin tərəflər arasında "Kredit razılaşması" və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəyi müəyyən edilmiş, həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 21.10.2013-cü il tarixli 19R000001404 nömrəli kredit razılaşması ilə Mehdiyev Mühiddin Qazımahama oğluna 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmiş, 16.04.2010-cu il tarixli zaminlik müqavilələri ilə zaminlər Cavabdeh2, Cavabdeh3 Mühüddün oğlu, Cavabdeh5 və Cavabdeh1 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüş, notarial qaydada təsdiq olunmuş 16.04.2010-cu il tarixli 19M000000011 nömrəli ipoteka müqaviləsi ilə Mehdiyev Mühiddin Qazımahama oğlu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin etmək məqsədi ilə Balakən rayonu Mahamalar kəndində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №li çıxarışla Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinın İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmış,İddiaçı QSC tərəfindən cavabdeh tərəfə kredit borcunun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, o cümlədən tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıqlar olunmuş, İddiaçı QSC tərəfindən cavabdeh tərəfə 10.02.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə 19.02.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ərizə ilə müraciət olunmuş, həmin ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində qeydə alınmış, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödənilmiş, həmçinin iddiaçı tərəfindən 16.03.2020-ci il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmiş, məhkəmənin təyin etdiyi müstəqil qiymətləndirici «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC»-nin 18.01.2021-ci il tarixli 06 nömrəli rəyi ilə ipoteka predmetini təşkil edən Mehdiyev Mühüddin Qazımahama oğluna məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evinin bazar qiymətinin 53000 manat təşkil etdiyi müəyyən olunmuş, iddiaçının təqdim etdiyi və məhkəmə tərəfindən mötəbər sübut sayılan 09.03.2016-cı il tarixli maliyyə arayışı ilə cavabdeh tərəfin 19R000001404 saylı 21.10.2013-cü il tarixli kredit razılaşması üzrə 29 fevral 2016-cı il tarixinə əsas borcunun 6023,19 ABŞ dolları, faiz borcunun isə 1880,43 ABŞ dolları təşkil etdiyi, həmçinin 9096,12 ABŞ dolları cərimənin hesablandığı, iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərinin 145,0 manat təşkil etdiyi müəyyən olunmuşdur. Mehdiyev Mühiddin Qazımahama oğlu 29 yanvar 2014-cü ildə ölmüşdür. Cavabdeh1 Mehdiyev Mühiddin Qazımahama oğlunun arvadı, Cavabdeh4 onun oğlu və Cavabdeh3 Mühiddin oğlu onun oğludur. Həmin şəxslərdən Cavabdeh4 Mühiddin oğlu mərhum Mehdiyev Mühiddin Qazımahama oğlundan qalmış mirası qəbul etməmiş, Cavabdeh1 və Cavabdeh3 Mühiddin oğlu isə ondan qalmış mirası faktiki qəbul etmiş və bunu məhkəmədə verdiyi izahatlarında da bildirmişlər. Cavabdeh1 və Mehdiyev X7 Mühiddin Qazımahama oğlunun hüquqi varisləridir. Cavabdeh1 və Cavabdeh3 Mühiddin oğlu həmçinin zamin kimi Mehdiyev Mühiddin Qazımahama oğlunun öhdəlikləri üçün iddiaçı qarşısında zamin kimi birgə məsuliyyət daşıdıqları üçün tam həcmdə onun öhdəlikləri üçün məsuliyyət daşıyırlar. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 Mühiddin oğlu, Cavabdeh1 Hacısüleyman qızı, Cavabdeh2 və Cavabdeh5 Çərkəz qızı arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən həmin cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin həmin cavabdehlər tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun muüəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Müluki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan, o cümlədən cavabdehlər Cavabdeh3 Mühiddin oğlu və Cavabdeh1 məhkəmədə verdiyi izahatlarından görünür ki, Cavabdeh4 uzun müddətdir ki, Rusiya Federesiyasında yaşamaqla Rusiya Federasiyasının vətəndaşıdır, Mühiddin Mehdiyevə məxsus evdə yaşamamış və evin xərclərini ödəməmişdir. Cavabdeh4 nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə, nə də mərhum Mühiddin Mehdiyevə məxsus olmuş əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə Mehdiyev Mühiddin Qazımahama oğlundan qalmış mirası qəbul etməmişdir. Qanunvericilik isə vərəsəliyi mütləq qaydada mirasın qəbulu şərti ilə bağlayır. Mirasın qəbulu isə iki formada həyata keçirilir. Belə ki, qanuna görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Belə olan halda Cavabdeh4 mirası qəbul etmədiyi üçün mərhum atası Mehdiyev Mühiddin Qazımahama oğlundan heç bir miras payı çatmır. Qanunvericiliyə görə isə vərəsənin ona mirasdan çatası paya münasibətdə miras qoyanın öhdəliklərinə görə məsuliyyət daşıması qeyd edilmişdir (Mülki Məcəllənin 1306.1-ci maddəsi). Ona görə də məhkəmə hesab edir ki, qanunun tələbinə görə Cavabdeh4 mərhum atası Mehdiyev Mühiddin Qazımahama oğlundan qalmış mirası qəbul etmədiyindən və ona mərhum atasından miras payı çatmadığından o, Mehdiyev Mühiddin Qazımahama oğlunun öhdəliklərinə, o cümlədən hazırki kredit və ipoteka öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. İş üzrə iddiaç tərəfindən bunun əksini, yəni Cavabdeh4 mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya mərhum Mühiddin Mehdiyevə məxsus olmuş əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə Mehdiyev Mühiddin Qazımahama oğlundan qalmış mirası qəbul etməsi, ona Mühiddin Mehdiyevin mirasından miras payı düşməsi və qanuna görə Cavabdeh4 mərhum Mehdiyev Mühiddin Qazımahama oğlunun hazırki kredit və ipoteka öhdəliklərinə görə məsuliyyət daşıması və Cavabdeh4 münasibətdə iddianın əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da Cavabdeh4 münasibətdə iddianın əsaslı olmasını, yəni müvafiq faktoloji hallara və hüquqi əsaslara malik olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh4 münasibətdə təmin olunmamalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh3 Mühiddin oğlu, Cavabdeh1 Hacısüleyman qızı, Cavabdeh2 və Cavabdeh5 Çərkəz qızına qarşı yönəltdiyi 6023.19 ABŞ dolları əsas kredit borcu və 1880.43 ABŞ dolları faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı həmçinin həmin cavabdehlərdən 9096.12 ABŞ dolları cərimə formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 9096.12 ABŞ dolları dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı QSC-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 9096.12 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu tələb olunan 1880.43 ABŞ dolları faiz borcunu bir neçə dəfə aşmaqla kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyinəzərindən, həmçinin kreditorun və borclu tərəfin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 9096.12 ABŞ dolları dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X11rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfdən tələb olunan 9096.12 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 50 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə cavabdeh tərəfdən tələb olunan əsas borcu 6023.19 ABŞ dolları, faiz borcunu 1880.43 ABŞ dolları və cəriməni 50 ABŞ dolları məbləğində olmaqla cəmi borcu 7953.62 ABŞ dolları məbləğində qəbul edir. Məhkəmə o cümlədən hesab edir ki, iddianın təmin olunmuş hissəsinə münasib olaraq cavabdehlər Cavabdeh3 Mühiddin oğlu, Cavabdeh1 Hacısüleyman qızı, Cavabdeh2 və Cavabdeh5 Çərkəz qızından iddiaçının xeyrinə ödənilmiş 14.04 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia qismən təmin edilməklə göstərilən cəmi 7953.62 ABŞ dolları məbləğində borcun, hazırki iddianın qaldırılması üçün ödənilmiş 14.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsi üçün tələb ipoteka predmeti olan Mehdiyev Mühiddin Qazımahama oğluna məxsus olmuş Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetini təşkil edən həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə ediləcək vəsait hesabına cavabdehlər Cavabdeh3 Mühiddin oğlu, Cavabdeh1 Hacısüleyman qızı, Cavabdeh2 və Cavabdeh5 Çərkəz qızının 6023.19 ABŞ dolları əsas borc, 1880.43 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla cəmi 7953.62 ABŞ dolları borcu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 14.04 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçuün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait həmin 7953.62 ABŞ dolları məbləğində cəmi borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 14.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehlər- Mehdiyev Mühiddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər- Cavabdeh3 Mühiddin oğlundan, Cavabdeh1 həmçinin Cavabdeh2 və Cavabdeh5 ümumi qaydada tutulmalı, satışdan əldə ediləcək vəsait göstərilən məbləğdən artıq olduqda artıq məbləğ Mehdiyev Mühiddin Qazımahama oğlunun hüquqi varisləri- Cavabdeh3 Mühiddin oğluna və Cavabdeh1 qaytarılmalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Mehdiyev Mühüddin Qazımahama oğlunun vərəsələrinin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, ən əvvəl Mehdiyev Mühüddin Qazımahama oğlunun hansı vərəsələrinin evdən çıxarılması və bunun faktoloji əsasları göstərilməmişdir. Digər tərəfdən qeyd edildiyi kimi, «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Yenə həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanun normasının tələbinə görə ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1 və 59.3.2-ci maddələrində göstərilən şərtlər mövcud olduqda ipoteka qoyan (hazırki halda onun vərəsələri), onun ailə üzvləri və digər şəxslər yaşayış evini tərk etmək vəzifəsi daşıyırlar. Lakin hazırki işdə bu şərtlər tam şəkildə mövcud deyildir. Belə ki, işdə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri barədə heç bir sübut yoxdur və belə bir sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı heç ipoteka predmeti olan evdə kimlərin qeydiyyatda olması və onların belə bir öhdəlik götürməsi barədə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən hələ ipotekaya qoyulmuş fərdi yaşayış evi satılmamış, həmçinin həmin evə mülkiyyətçinin və ya onun vərəsələrinin mülkiyyət hüququna xitam verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilməsini imperativ qaydada təsbit edir. Eyni zamanda bu tələbin təmin edilməsi ipoteka qoyanın, hazırki halda isə onun vərəsələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsi hüququnun məhdudlaşdırılmasına səbəb olardı, ki, bu da qanunun tələblərinə ziddir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə həmçinin qeyd edir ki, bu iddia tələbi gələcəkdə baş verə biləcək hallar-evin satılması və satıldıqdan sonra evdə yaşayan şəxslərin bir ay ərzində evi tərk etmədikləri ilə şərtləndirilir ki, bu da düzgün deyildir. Belə ki, evin satılıb-satılmaması və satıldığı halda orada yaşan şəxslərin bir ay ərzində evi tərk edib-etməyəcəkləri hələ məlum deyildir, hələ məlum olmayan hadisələrlə bağlı isə hər hansı tələbin əlaqələndirilməsi absurddur. Bu tələbin təmin edilməsi isə həmin evdə yaşayan şəxslərin hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər: Mehdiyev Mühüddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər Cavabdeh3 Mühiddin oğlundan və Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21 oktyabr 2013-cü il tarixli 19R000001404 saylı kredit razılaşması üzrə 6023.19 ABŞ dolları məbləğində kredit borcu, 1880.43 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7953.62 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, hazırki iddianın qaldırılması üçün ödənilmiş 14.04 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, göstərilən cəmi 7953.62 ABŞ dolları məbləğində borcun, hazırki iddianın qaldırılması üçün ödənilmiş 14.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsi üçün tələb ipoteka predmeti olan Mehdiyev Mühiddin Qazımahama oğluna məxsus olmuş Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetini təşkil edən həmin fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına cavabdehlər Cavabdeh3 Mühiddin oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 6023.19 ABŞ dolları əsas borc, 1880.43 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla cəmi 7953.62 ABŞ dolları borcu ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 14.04 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçuün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait həmin 7953.62 ABŞ dolları məbləğində cəmi borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 14.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehlər- Mehdiyev Mühiddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər Cavabdeh3 Mühiddin oğlundan, Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh5 ümumi qaydada tutulmalı, satışdan əldə ediləcək vəsait göstərilən məbləğdən artıq olduqda artıq məbləğ Mehdiyev Mühiddin Qazımahama oğlunun hüquqi varisləri (həmçinin zaminlər)- Cavabdeh3 Mühiddin oğluna və Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə və Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə 145.00 manat ekspertiza xərcinin 67.84 manatı cavabdehlər Mehdiyev Mühüddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər Cavabdeh3 Mühiddin oğlundan və Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh5, 77.16 manatı isə İddiaçı QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; cavabdehlər: Mehdiyev Mühüddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər Cavabdeh3 Mühiddin oğlundan və Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21 oktyabr 2013-cü il tarixli 19R000001404 saylı kredit razılaşması üzrə 6023.19 ABŞ dolları məbləğində kredit borcu, 1880.43 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7953.62 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, hazırki iddianın qaldırılması üçün ödənilmiş 14.04 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulsun; göstərilən cəmi 7953.62 ABŞ dolları məbləğində borcun, hazırki iddianın qaldırılması üçün ödənilmiş 14.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsi üçün tələb ipoteka predmeti olan Mehdiyev Mühiddin Qazımahama oğluna məxsus olmuş Balakən rayonu Mahamalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin; həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilsin; ipoteka predmetini təşkil edən həmin fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına cavabdehlər Cavabdeh3 Mühiddin oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 6023.19 ABŞ dolları əsas borc, 1880.43 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla cəmi 7953.62 ABŞ dolları borcu ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 14.04 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçuün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı QSC-yə ödənilsin; hərracdan əldə olunmuş vəsait həmin 7953.62 ABŞ dolları məbləğində cəmi borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, 14.04 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehlər- Mehdiyev Mühiddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər Cavabdeh3 Mühiddin oğlundan, Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh5 ümumi qaydada tutulsun; satışdan əldə ediləcək vəsait göstərilən məbləğdən artıq olduqda artıq məbləğ Mehdiyev Mühiddin Qazımahama oğlunun hüquqi varisləri (həmçinin zaminlər)- Cavabdeh3 Mühiddin oğluna və Cavabdeh1 qaytarılsın; iddia qalan hissədə və Cavabdeh4 münasibətdə təmin edilməsin; iş üzrə 145.00 manat ekspertiza xərcinin 67.84 manatı cavabdehlər Mehdiyev Mühüddin Qazımahama oğlunun hüquqi varisləri və zaminlər Cavabdeh3 Mühiddin oğlundan və Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh5, 77.16 manatı isə İddiaçı QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-20/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-20/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver