Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-20/2023 18.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 53549 (əlli üç min beş yüz qırx doqquz manat) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) manat faiz borcu, cəmi 101673.06 (yüz bir min altı yüz yetmiş üç manat 06 qəpik) AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan, Balakən şəhəri, Ə.Ansuxski küçəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ 956131 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2018-cı ildə ölmüşdür. Məhkəmənin müvafiq qərardadı ilə ölmüş Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı LPO "X11" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə mülki iş üzrə məhkəmə icraatının təzələnməsini və ölmüş Cavabdeh2 qalmış miras əmlaklarını qanuni şəkildə qəbul etmiş arvadı X3 cavabdeh kimi işə cəlb edilməsini xahiş etməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq, sonradan ölmüş Cavabdeh2 hüquqi varisi X6 ilə əvəz edilməklə iş üzrə icraat təzələnmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin 7 saylı Balakən filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən ona 12 (on iki) ay müddətinə, illik 24 % faiz olmaqla 65000 (altmış beş beş min manat) AZN məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin 7 saylı Balakən filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli 251 saylı İpoteka müqaviləsinə əsasən özünə məxsus və mülkiyyətində olan Balakən şəhəri, Ə.Ansuxski küçəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil (AR DƏDRX Zaqatala rayonu Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ********* nömrəli qeydiyyat vəsiqəsinə əsasən) girov predmeti kimi banka təqdim olunmuşdur. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021 -cı il tarixə Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 53549 (əlli üç min beş yüz qırx doqquz) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) manat faiz borcu, cəmi 101673.06 (yüz bir min altı yüz yetmiş üç manat 06 qəpik) AZN borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Hazırki iş üzrə 17 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 18 may 2023-cü il tarixə saat 09.30-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbi üzrə məhkəmə prosesinin iştirakları olmadan keçirilib iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçı "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X3 nümayəndəsivəkili Nümayəndə2 iddianı qəbul etməyərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək, hazırki iddia tələbləri üzrə iddia müddətinin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyi üçün iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan "X11" ASC 7 saylı Balakən filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli, 495 saylı təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə "X11" ASC tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə, illik 24 % faiz olmaqla 65000 (altmış beş beş min manat) AZN məbləğində kredit verilməsi qeyd edilmiş, lakin iddia ərizəsinə həmin kreditin cavabdehə verilməsi barədə kassa məxaric orderi və ya digər müvafiq ödəmə sənədləri əlavə edilməmiş və sonradan məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********08-05101-093005 olan, ********* qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsində istifadədə olan 0.0715 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində,1-ci mərtəbəsində, 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 25 aprel 2008-ci il tarixli, 251 №-li ipoteka müqaviləsindən görünür ki, borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 ilə "X11" ASC 7 saylı Balakən filialının bağladığı xx.xx.20008-ci il tarixli, 251 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Balakən şəhəri, Ə.Ansuxski küçəsi, 5 nömrəli, 5 mərtəbəli binada yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 38 kv.m-dən ibarət 2 otaqlı 2 nömrəli mənzili iddiaçı "X11" ASC 7 saylı Balakən filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********08-05101-093005 olan, ********* qeydiyyat nömrəli xx.xx.2008-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1-nin 1 №li reyestr kitabının 56 №li vərəqində xx.xx.2008-ci il tarixdə "X11" ASC-nin xeyrinə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 17 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə iddiaçı təşkilata müqavilə üzrə əsas borcunun 53549 manat, müqavilə müddəti üçün faiz borcunun 14666,38 manat, cərimə borcunun 0 manat, kredit müqaviləsi bitdikdən sonra 5 %-lə gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin 33457,68 manat, ümumi borcunun 101673,06 manat olması göstərilmişdir. İş materiallarında olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 31 avqust 2021-ci il tarixli bildirişində və poçt qəbzlərində ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair 31 avqust 2021-ci il tarixli bildirişin borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 göndərilməsi və onlar tərəfindən qəbul olunması göstərilmişdir. Halbuki iş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2018-cı ildə ölmüşdür. İş materiallarından həmçinin görünür ki, "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bildirişin qeydə alınmasına dair 31 avqust 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Ryestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət olunmaqla həmin bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 06 oktyabr 2022-ci il tarixli, 130 saylı mütəxəssis rəyindən və bildirişdən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin qiyməti nəzərə alınmaqla likvid dəyəri 60000 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 20 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018 tarixdə ölmüş Cavabdeh2 vərəsəsi Balakən şəhəri, Ə.Ansuxski k-si, ev 5, mən. 2-də yaşayan arvadı-X6- (AZE 13042037, - 0/09 2018 – Balakən RPŞ, F1N:) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqtala Ərazi İdarəsi tərəfindən xx/xx/2008 tarixdə Cavabdeh2 verilmiş **********53- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən yaşayış sahəsi 105.1 kv.metr, köməkçi sahəsi 53.5 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi və 0.07 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş 20 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018 də ölmüş Cavabdeh2 vərəsəsi Balakən, Ə.Ansuxski k-si, ev 5, mən. 2 yaşayan arvadı-X6- (AZE 13042037, xx.xx.2018 – Balakən RPŞ, FİN:) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2015 tarixdə Cavabdeh2 verilmiş **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.1483 ha olan torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş 20 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018 uırixdə ölmüş Cavabdeh2 vərəsəsi Balakən, Ə.Ansuxski k-si, ev 5, mən. 2 yaşayan arvadı-X6- (AZE 13042037, xx/xx/2018 Balakən RPŞ, FİN:) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2010 tarixdə Cavabdeh2 verilmiş **********61 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə2 Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizədə göstərilmişdir ki, İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi və vəkili olduğu Cavabdeh1 və ölmüş Cavabdeh2 vərəsəsi X4 qarşı əsas borc üzrə 53549 (əlli üç min beş yüz qırx doqquz manat) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) AZN borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 7 saylı Balakən filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddətinə 24 faiz olmaqla 65000 (altmış beş min) AZN məbləğində kredit verilmiş, bu kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin 7 saylı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli 251 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus və mülkiyyətində olan Balakən şəhəri, Ə.Ansuxski küçəsində yerləşən 5 №li 5 mərtəbəli binada 58 kv.m, ümumi sahəsi 58 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil (AR DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 08 2008-ci il tarixli ********* nömrəli qeydiyyat vəsiqəsinə əsasən) girov predmeti kimi banka təqdim olunmuşdur. Həmin 25 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 sonuncu ödənişi 26 dekabr 2011-ci ildə, həmin müqaviləyə əsasən ikinci dəfə sonuncu ödənişi isə 22 yanvar 2018-ci ildə etmişdir. İş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu 26 dekabr 2011-ci ildən 10 il, sonuncu 22 yanvar 2018-ci ildə edilmiş ödənişdən isə 3 il keçdikdən sonra cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Həmin iddia üzrə həm birinci və həm sonuncu ödənişdən sonra iddia müddəti ötürülmüşdür. İddiaçının cavabdehlərdən 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 53549 (əlli üç min beş qırx doqquz manat) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) manat faiz borcu, cəmi 101.673.06 (yüz bir min altı yüz yetmiş üç manat 06 qəpik) AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqının iddiaçı Ləğv prosesində İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan, Balakən şəhəri, Ə.Ansuxski küçəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair iddiasına iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəf İddiaçı ASC-yə 25 aprel 2008-ci il tarixli 495 nömrəli təminatlı kredit müqaviləsi üzrə müqavilə müddəti 25 aprel 2009-cu il tarixdə bitdikdən sonra sonuncu ödənişi 26 dekabr 2011-ci il tarixdə, həmin vaxtdan sonra isə sonuncu ödənişi 22 yanvar 2018-ci il tarixdə etmişdir. Məhkəmə iddiaçı "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki əsas və əlavə tələblər üzrə iddia müddəti keçdiyi və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş üzrə Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X4 qarşı olan hazırki iddia üzrə iddia müddəti keçdiyindən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İş materiallarından görünür ki, "X11" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli, 495 saylı kredit müqaviləsində "X11" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə, illik 24 % faiz olmaqla, 65000 (altmış beş beş min manat) AZN məbləğində kredit verilməsi barədə öhdəlik götürməsi göstərilmiş, 25 aprel 2008-ci il tarixli 251 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 kredit öhdəliklərinin icrası üçün Cavabdeh2 məxsus Balakən şəhəri Ə.Ansuxski küçəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Lakin 25 aprel 2008-ci il tarixli, 495 saylı kredit müqaviləsi əsasında "X11" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 65000 (altmış beş min) manat kredit məbləğinin verilməsi və onun tərəfindən qəbul edilməsi barədə kassa məxaric orderi, ödəniş tapşırığı və sair maliyyə sənədi məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə X12 Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2004-cü il tarixli qərarında göstərilir ki, həmin MM-nin 81-ci maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanun normasının mənasından görünür ki, kredit müqaviləsi iki tərəfli müqavilədir. Müqavilə üzrə borc verən pulu borcalana verməli, borcalan həmin pulu qəbul etməlidir. Lakin qeyd edildiyi kimi hazırki iş materiallarında 65000 manat məbləğində pulun LPO "X11" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 verilməsi və Cavabdeh1 həmin pulu alması barədə heç bir sənəd; kassa məxaric orderi, ödəniş tapşırığı və ya başqa maliyyə sənədi yoxdur və iddiaçı tərəfindən də belə sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəməyə 25 aprel 2008-ci il tarixli kredit müqaviləsi təqdim etsə də, bu müqavilə üzrə 65000 manat məbləğində pulun Cavabdeh1 nəğd və ya köçürmə yolu ilə verilməsini təsdiq edən müvafiq ödəmə sənədini məhkəməyə təqdim etməmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, müvafiq kassa məxaric orderinin və digər ödəmə sənədinin məhkəməyə təqdim edilmədiyi halında hətta Cavabdeh1 LPO "X11" Açıq Səhmdar Cəmiyyətindən 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə illik 24 % olmaqla 65000 manat kredit alması qəbul olunsa belə, iddiaçının həmin müqavilə üzrə tələb hüququnu ifadə edən iddia müddəti keçmişdir. Belə ki, iş materiallarından görünür ki, 25 aprel 2008-ci il tarixli 495 saylı kredit kredit müqaviləsinin başa çatma müddəti 25 aprel 2009-cu ildir. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 müqavilə müddəti 25 aprel 2009-cu il tarixdə başa çatdıqdan sonra 26 dekabr 2011-ci il tarixdə kredit ödənişi etməklə borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, bundan 6 ildən çox müddət keçdikdən sonra həmçinin 22 yanvar 2018-ci il tarixdə kredit ödənişi etməklə borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir ki, onda qanun normasının tələbi əsasında iddia müddətinin axımı müvafiq olaraq 26 dekabr 2011ci il tarixdən sonrakı ödənişin edildiyi həmin müddətdən, 22 yanvar 2018-ci il tarixdən başlanır. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti ilə bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Məhkəmə hesab edir ki, iddiaçı, 25 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 65000 manat pulu Cavabdeh1 nəğd və ya köçürmə yolu ilə ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir, lakin iş materialları ilə Cavabdeh1 iddiaçı banka kredit ödənişi etməsi, bu xüsusda müqavilə müddəti 25 aprel 2009-cu il tarixdə bitdikdlən sonra sonuncu ödənişi 26 dekabr 2011-ci il tarixdə etməsi müəyyən olunur. Deməli həmin vaxt kredit müqaviləsi üzrə tələb hüququnun axımı həmin 26 dekabr 2011-ci il tarixdən başlanmaqla bu zaman iddiaçı həmin müddətdən başlyaraq 3 il ərzində hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi ki, bu da etməmişdir. Həmçinin Cavabdeh1 yenidən 22 yanvar 2018-ci il tarixdə sonuncu kredit ödənişi etməsi nəzərə alınarsa, onda 25 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə tələb hüququnun axımı həmin 22 yanvar 2018-ci il tarixdən başlanmalı idi ki, iddiaçı da məhz 22 yanvar 2018-ci ildən başlayaraq 3 il ərzində cavabdeh tərəfə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi, bunu da etməmiş, xx.xx.2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etməklə bu tələb üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə həmin hərəkətin edilməsi vaxtından başlanır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-birinci halda 26 dekabr 2011-ci il tarixdə edilmiş sonuncu kredit ödənişinə əsasən 26 dekabr 2011-ci il tarixdən və 22 yanvar 2018-ci il tarixdə edilmiş sonuncu kredit ödənişinə əsasən 22 yanvar 2018-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, bank peşəkar kredit müəssisəsi kimi özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək bankın vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və bu sahədə peşəkar maliyyə funksiyasını yerinə yetirən ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyəti məhz qeyd olunan tarixdən özünün hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda. Lakin iş materiallarından görünür ki, hazırki işdə iddia müddətinin axımının dayandırılmasına səbəb olmuş qanunda göstərilən bu 4 halın heç biri baş verməmişdir. İddiaçı hazırki iş üzrə öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlyaraq 3 il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyəti və onun Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməmiş, həmin 3 illik iddia müddəti keçdikdən sonra xx.xx.2021-ci il tarixdə bu tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf də iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə bu xüsusda hesab edir ki, hazırki işdə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də hazırki iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. İş materiallarından görünür ki, hazırki iş üzrə 25 aprel 2008-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixi 26 dekabr 2011-ci il tarixdə edilmiş sonuncu kredit ödənişinə əsasən 26 dekabr 2014-cü il, 22 yanvar 2018-ci il tarixdə edilmiş sonuncu kredit ödənişinə əsasən 22 yanvar 2021-ci ildir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin nümayəndəsinin-vəkilinin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş iddia müddəti keçdiyi üçün iddia Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X2 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 53549 (əlli üç min beş yüz qırx doqquz manat) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) manat faiz borcu, cəmi 101673.06 (yüz bir min altı yüz yetmiş üç manat 06 qəpik) AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması tələbi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Qeyd olunanlara əsasən məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə əsas tələb üzrə iddia müddəti keçdiyi üçün bu əsasla əsas tələb üzrə iddianın təmin olunmaması nəticəsinə gəlindiyindən iddia tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan, Balakən şəhəri Ə.Ansuxski küçəsində, yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 (ölmüş Cavabdeh2 hüquqi varisi X2) tutularaq, Ləğv prosesində olan İddiaçı ASC- yə ödənilməsi tələbi hissəsində də bu əsasla təmin edilməməlidir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. İş materiallarından görünür ki, hazırki iş üzrə Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X2 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 53549 (əlli üç min beş yüz qırx doqquz manat) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) manat faiz borcu, cəmi 101673.06 (yüz bir min altı yüz yetmiş üç manat 06 qəpik) AZN borc, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqı, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumu və 30 (otuz manat) AZN xidmət haqqı, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumu və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqı tələbi əsas tələb, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan, Balakən şəhəri Ə.Ansuxski küçəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 (ölmüş Cavabdeh2 hüquqi varisi X2) tutularaq, ləğv prosesində olan İddiaçı ASC- yə ödənilməsi tələbi isə əlavə tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1,269.2, 269.3, 269.4 və 269.5-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür; ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1 və 270.2-ci maddələrinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir; bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Müluki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda istinad olunan qanun normalarının mahiyyətinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Qanunvericiliyə əsasən girov və ipoteka hüququ girov saxlayanın girov qoyulan əşya üzərində əşya hüququdur və eyni zamanda borclunun girovsaxlayan qarşısında pul və başqa öhdəliyin icrasının təmin edilməsi vasitəsidir. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Bu zaman ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Konstitusiya Məhkəməsinin sözügedən 11 fevral 2022-ci il tarixli qərarına görə ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş ipoteka ilə bağlı məsələlərin, yəni ipotekanın yaranması, onun dövlət qeydiyyatı, borcun və digər mülkihüquqi öhdəliklərin ipoteka obyektinin hesabına ödənilməsinin təmin edilməsi, bu xüsusda tərəflərin hüquq və vəzifələri və sair halların hüquqi qiymətləndirilməsi onu deməyə əsas verir ki, tutmanın ipotekaya yönədilməsi və ipoteka predmetinin satışı hesabına tələb olunan borcun ödənilməsi, mənzildən çıxarma və sair məsələlər əlavə tələbdir. Bu tələb ona görə əlavə tələbdir ki, o, yalnız əsas tələbə münasibətdə mövcud olur və əsas tələbin ödənilməsinə yönəldilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi və bu əsasla onun məcburi icrasının mümkün olmaması, əsas tələb üzrə iddianın rədd edilməsi əlavə tələb üzrə də iddianın rədd olunması üçün əsas verir ki, Konstitusiya Məhkəməsinin sözügedən 11 fevral 2022-ci il tarixli qərarı da bunu birmənalı şəkildə müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ipoteka predmetinə tutmanın yönəldilməsi, onun satış qimətinin müəyyən olunması və açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və sair ipoteka predmeti ilə bağlı əlavə tələblər hissəsində təmin edilməməlidir. Belə ki, qeyd edildiyi kimi əsas tələb üzrə iddia müddətinin keçməsi və bu əsasla onun məcburi icrasının mümkün olmaması həmin əlavə tələblər üzrə də iddianın rədd olunması üçün faktoloji və hüquqi əsaslar yaradır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 (ölmüş Cavabdeh2 hüquqi varisi X2) müştərək qaydada tutulması tələbi də təmin edilməməlidir. Belə ki, əvvəla, qeyd edildiyi kimi, kredit borcu ilə bağlı əsas tələb üzrə iddia müddəti keçmişdir və bu əsasla borc tələbinə dair iddanın təmin olunmaması nəticəsinə gəlinmişdir. Əsas tələb üzrə iddia müddəti keçdiyi üçün bu əsasla bu əlavə tələb üzrə də iddia təmin olunmamalıdır. Digər tərəfdən bu tələb tamamilə mücərrədl və absurd bir tələbdir. Hələ ipoteka predmetinin satışı ilə bağlanılan bu məbləğin borcun bağlanması üçün yetərli olub-olmaması indidən məlum olmadığı halda belə bir tələbin qoyulması əsassızdır. Belə ki, bu məbləğ tələb olunan borc məbləğindən çox da ola bilər. İddia tələbinin aydın olmadan cələcəkdə baş verməsi məlum olmayan bir halla bağlanması bu tələbin hüquqi və faktoloji əsas malik olmadığını göstərir. Ona görə də göstərilən əsasla da bu tələb hissəsində iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, digər əlavə tələblərlə yanaşı iddia ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay ərzində cavabdehlərin fərdi yaşayış evindən çıxarılması hissəsində də təmin edilməməlidir. Belə ki, ən əvvəl evdən çıxarıma əlavə tələbdir və yuxarıda qeyd edildiyi əsas tələb üzrə iddia müddəti keçdikdə bu əlavə tələb üzrə də iddia müddəti keçir və qanunvericiliyə əsasən bu da bu tələbinin rədd olunması üçün əsasdır. Digər tərəfdən qeyd edildiyi kimi, «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Yenə həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanun normasının tələbinə görə ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1 və 59.3.2-ci maddələrində göstərilən şərtlər mövcud olduqda ipoteka qoyan və onun ailə üzvləri və digər şəxslər yaşayış evini tərk etmək vəzifəsi daşıyırlar. Lakin hazırki işdə bu şərtlər tam şəkildə mövcud deyildir. Belə ki, ipotekaya qoyulmuş fərdi yaşayış evinə tələb yönədilməmiş və o, satılmamış, həmçinin həmin evə mülkiyyətçinin və (və ya) bu hüququn vərəsəlik qaydasında keçdiyi şəxsin mülkiyyət hüququna xitam verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 205.2-ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilməsini imperativ qaydada təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarından görünür ki, ölmüş Cavabdeh2 ipoteka predmetini təşkil edən miras mənzili və digər miras əmlakı onun arvadı X6 tərəfindən mirasın qəbulu barədə notariat kontoruna ərizə ilə müraciət edilib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da miras qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda sözügedən tələbin təmin edilməsi ipoteka qoyanın və onun ailə üzvlərinin və orada yaşayan digər şəxslərin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsi hüququnun məhdudlaşdırılmasına səbəb olardı, ki, bu da qanunun tələblərinə ziddir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə həmçinin qeyd edir ki, bu iddia tələbi gələcəkdə baş verə biləcək hallartələbin ipoteka predmeti olan mənzilə yönədilməsi, mənzilin satılması və satıldıqdan sonra mənzildə yaşayan şəxslərin bir ay ərzində mənzili tərk etmədikləri ilə şərtləndirilir ki, bu da düzgün deyildir. Belə ki, qeyd edildiyi kimi əsas tələb üzrə iddianın rədd olunması nəticəsinə gəlinmişdir ki, əlavə tələbə də münasibətdə bu iddia rədd olunmalıdır. Eyni zamanda mənzilin satılıb-satılmaması və satıldığı halda orada yaşayan şəxslərin bir ay ərzində mənzili tərk edib-etməyəcəkləri hələ məlum deyildir, hələ məlum olmayan hadisələrlə bağlı isə hər hansı tələbin əlaqələndirilməsi absurddur. Bu tələbin təmin edilməsi isə mülkiyyətçinin və həmin mənzildə yaşayan şəxslərin hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X3 nümayəndəsi-vəkili Nümayəndə2 izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi və yuxarıda göstərilən digər əsaslar nəzərə alınaraq iddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və ölmüş Cavabdeh2 hüquqi varisi X4 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (ölmüş Cavabdeh2 hüquqi varisi X2) 25 aprel 2008-ci il tarixli 495 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 53549 (əlli üç min beş yüz qırx doqquz manat) AZN, faiz borcu üzrə 14666.38 (on dörd min altı yüz altmış altı manat 38 qəpik) AZN, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33457.68 (otuz üç min dörd yüz əlli yeddi manat 68 qəpik) manat faiz borcu, cəmi 101673.06 (yüz bir min altı yüz yetmiş üç manat 06 qəpik) AZN borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) AZN bank xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (on manat) AZN dövlət rüsumunun və 30 (otuz manat) AZN ödənilmiş xidmət haqqının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan, Balakən şəhəri Ə.Ansuxski küçəsində, yerləşən 5 nömrəli, 5 mərtəbəli binada 58 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 (ölmüş Cavabdeh2 hüquqi varisi X2) tutularaq, Ləğv prosesində olan İddiaçı ASC- yə ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığı üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməli, həmçinin iddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan məntiqli və ağlabatan həddə müəyyən edilən 200 manat mütəxəssis xərci alınaraq "xxxx" MMC-nin VÖEN ********** H/h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN********** SVVİFT AİİBAZ2X M/h: AZ37NABZ******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddiaçı Ləğv prosesində olan "X11" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 200 manat mütəxəssis xərci alınaraq "xxxx" MMC-nin VÖEN ********** H/h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN********** SVVİFT AİİBAZ2X M/h: AZ37NABZ******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-20/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-20/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver