Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-204/2021 26.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Açıq Səhmdar Cəmiyyəti “xxxx» Bankı (bundan sonra ASC “xxxx» Bankı) nümayəndəsi X1 iştirkaı ilə, İddiaçı ASC “xxxx» Bankının Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC “xxxx» Bankı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********60814 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “xxxx» Bankı qarşısında 280,85 (iki yüz səksən manat 85 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2018-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 24% (iyirmi dörd) dərəcəsi ilə hesablanmış 11,05 ( on bir manat 05 qəpik ) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% ( on səkkiz) dərəcəsi ilə hesablanmış 137.48 (yüz otuz yeddi manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) dərəcəsi ilə hesablanmış 87,42 (səksən yeddi manat ,42 qəpik) məbləğində penya, cəmi 516,79 ( beş yüz on altı manat 79 qəpik) manat və xx.xx.2020- ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldə çıxmış faydanın əvəzinin cavabdeh Cavabdeh iddiaçı ASC “xxxx» Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavadehdən iddiaçının xeyrini tutulmasını xahiş edir. İddiaçı ASC “xxxx» Bankı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) İddiaçıı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********60814 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 qırx səkkiz) ay müddətinə illik 24 % (iyirmi dörd faiz) ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Anuiitet ödəniş cədvəlinə əsasən Cavabdeh əsas borc məbləğini hər ay bərabər məbləğdə qaytarmağı və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 291,90 (iki yüz doxsan bir manat 90 qəpik) manat olmuşdur ki, bunun da 280,85 (iki yüz səksən manat 85 qəpik) manat vaxtı keçmiş əsas borc, 11,05 (on bir 05 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. İddia ərizəsinin verildiyi cari tarixə borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu borcu 291,90 (iki yüz doxsan bir manat 90 qəpik) təşkil edir ki, bunun da 280,85 (iki yüz səksən manat 85 qəpik) manat vaxtı keçmiş əsas borc məbləğindən, 11,05 (on bir 05 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir. Lakin bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 87,42 (səksən yeddi manat 42 qəpik) manat təşkil edir. Göstərilənlərlə yanaşı qeyd etmək istərdik ki, kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 (bir) ili əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə İddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, istehlak məqsədləri üçün hüquqi və fiziki şəxslərlərin zaminliyi ilə bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 18 % (on səkkiz faiz) təşkil edir. Qeyd olunana əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 04.03.20İ8-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldə çıxmış faydanın hesablanmasında müvafiq arayışda göstərilmiş orta illik faiz dərəcəsini (18%) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2018-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (23.11,2020-ci il) olan dövr üçün bu məbləğ 137,48 (bir yüz otuz yeddi 48 qəpik) manat təşkil edir. Hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən etibarən İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri qanuni və əsaslıdır və buna görə də həmin tələblərin təmin olunması barədə məsələ məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2020-ci il tarixli, 204 №-li xəbərdarlığın göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə iclasında iddiaçı ASC “xxxx» Bankının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununua uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan xx xxxx 2014-cü il tarixli, **********60814 saylı kredit müqaviləsindən görünür ki, ASC “xxxx» Bankı tərəfindən Cavabdeh yaşayış sahəsinin təmiri üçün uzunmüddətli kredit formasında 48 ay müddətinə illik 24 faizlə 5000.00 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 204 saylı xəbərdarlıqdan görünür ki, ASC “xxxx» Bankı tərəfindən cavabdeh Cavabdeh banka olan borcun ödənilməsi təklif olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İşdə olan ASC “xxxx» Bankı tərəfindən verilmiş cavabdehin xx.xx.2020-ci il tarixə borcu ilə bağlı maliyyə arayışında Cavabdeh iddiaçıya vaxtı keçmiş əsas borcu, 280.85 manat, kredit müddətinin bitmə tarixinə (xx.xx.2018-ci il tarixə) 24 faiz dərəcəsi ilə hesablanmış 11.05 manat faiz borcu, 87.42 manat cərimə faizləri formasında dəbbə pulu, kredit müddətinin bitməsi tarixindən (xx.xx.2018) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2020) illik 18 % dərəcəsi ilə faizlər şəklində hesablanmış 137.48 manat əldən çıxmış fayda olmaqla cəmi borcunun 516,79 manat olması göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ASC “xxxx» Bankı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əmsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı (kreditor) İddiaçıı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********60814 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 48 qırx səkkiz) ay müddətinə illik 24 % (iyirmi dörd faiz) ödənilməsi şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Anuiitet ödəniş cədvəlinə əsasən Cavabdeh əsas borc məbləğini hər ay bərabər məbləğdə qaytarmağı və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh Zalker oğlu bu öhdəliklərini pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. İddiaçıı pretenziya qaydasına riayət edərək, Cavabdeh Zalker oğlundan borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh yenə də kredit borcunu ödəməmişdir. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə iddiaçıya vaxtı keçmiş əsas borcu 280.85 manat, kredit müddətinin bitmə tarixinə (xx.xx.2018-ci il tarixə) 24 faiz dərəcəsi ilə hesablanmış 11.05 manat faiz borcu vardır və həmçinin ona 87.42 manat cərimə faizləri formasında dəbbə pulu hesablanmışdır. Həmçinin İddiaçıı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçıı ilə Cavabdeh Zalker oğlu arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər tam icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun muüəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 280,85 manat məbləğində vaxtı keçmiş əsas borc və xx.xx.2018-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 24 % dərəcəsi ilə hesablanmış 11,05 manat məbləğində adi faizlər üzrə borc məbləği tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı cavabdehdən həmçinin 87,42 manat penya formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 87,42 manat dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən tələb etdiyi 87,42 manat dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni ASC “xxxx» Bankının gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 87,42 manat dəbbə pulu kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclu tərəfin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 87,42 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X5rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 87,42 manat məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 1 manat məbləğində müəyyən olunmalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddia xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% ( on səkkiz) dərəcəsi ilə hesablanmış 137.48 (yüz otuz yeddi manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin və xx.xx.2020- ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldə çıxmış faydanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsində cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% ( on səkkiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin və xx.xx.2020- ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldə çıxmış faydanın əvəzinin ödənilməsi şərtləşdirilməmiş, yəni müqavilənin şərti kimi nəzərdə tutulmamışdır. Eyni zamnada həmin tələblər heç bir sübuta söykənməyən mücərrəd xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsində göstərilir ki, məhkəmə pul vəsaitlərinin tutulması haqqında iddianın təmin edərkən əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. Qanun normasından görünür ki, qətnamənin nəticə hissəsində tutulması qət olunmuş pul məbləğinin tərkibi, yəni onun əsas borc, ziyan və dəbbə pulu olması və məbləği dəqiq göstərilməlidir. İddiaçı, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu iddia tələbini əsaslandırdığı halları, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% ( on səkkiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzinin məhz 137.48 (yüz otuz yeddi manat 48 qəpik) manat təşkil etməsi, bu tələb olunan məbləğdə zərərin vurulmasında cavabdehin təqsirli olması və cavabdehin həmin məbləği ödəməsinə görə müqavilə üzrə və qanunla öhdəlik daşması və xx.xx.2020- ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldə çıxmış faydanın əvəzinin konkret hansı məbləğ təşkil etməsini və hansı vaxt dövrünü əhatə etməsini və cavabdehin həmin məbləği göstərilməyən əldən çıxmış faydanın əvəzini ödəmək öhdəliyi daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməklə, iddia tələbinin əsaslandırıldığı həmin halları sübut edə bilməmişdir. Bu xüsusda məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 (bir) ili əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə İddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən, yəni istehlak məqsədləri üçün hüquqi və fiziki şəxslərin zaminliyi ilə bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 18 % (on səkkiz faiz) təşkil etməsini göstərən arayışı bu iddia tələbləri ilə bağlı mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin arayış hazırki kredit müqaviləsinə görə müqavilə şərtləri üzrə əldən çvıxmış fayda formasında hesablamaları nəzərdə tutmur, başqa kredit müqavilələri üzrə statistik hesablama məlumatlarını əks etdirir. Həmin başqa kredit müqavilələrində 18 % əldən çıxmış faydanın ödənilməsi ilə bağlı şərtlərin nəzərdə tutulub-tutulmaması məhkəmə üçün aydın deyildir. Müqavilədə nəzərdə tutulmadığı və cavabdehin mücərrəd tələb üzrə belə bir öhdəlik daşımadığı halında başqa kredit müqavilələri üzrə müəyyən edilmiş statistik hesablama məlumatlarının hazırki işə tətbiq edilməklə, cavabdehdən 18 faiz formasında bir tələb üzrə 137.48 manat, digər tələb üzrə məbləği göstərilməyən əldən çıxmış faydanın əvəzinin tutulması tamamilə əsassızdır və qanunun tələblərinə ziddir. Digər tərəfdən, iddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq 18 faiz əldən çıxmış fayda məbləğinin hesablanmasını, dolayısı ilə bu tələblə bağlı onun tərəfində sübutların toplanmasını məhkəmənin üzərinə qoyur ki, bu da qanuna zidd olmaqla, yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Avropa Konvensiyasının 6-cı maddəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Yenə də həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanun normalarından görünür ki, məhkəməyə kiminsə tərəfində iştirak etmək, kiminsə əvəzində sübut toplamaq, iddia tələbinin əsaslandırıldığı və iddiaya etirazı əsaslandıran halları sübut etmək, tərəfin təqdim etmədiyi sübutlardan istifadə etməklə qərar vermək qəti qadağan edilmişdir. Çünki bu hal, ədalət mühakiməsinin qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipləri ilə bir araya sığmamaqla, şəxsin ədalətli məhkəmə araşdırması hüququnun kobud pozuntusu ilə nəticələnmiş olardı. Ona görə də məhkəmə hesab edir ki, iddia xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanmış 137.48 (yüz otuz yeddi manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin və xx.xx.2020- ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% (on səkkiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldə çıxmış faydanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır və təmin edilməməlidir Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, **********60814 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “xxxx» Bankının xeyrinə 280,85 manat məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2018-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 24 % dərəcəsi ilə hesablanmış 11,05 manat məbləğində adi faiz borcu və 1 manat məbləğində penya, cəmi 292,9 manat borc və ödənilmiş 17 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; xx.xx.2014-cü il tarixli, **********60814 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “xxxx» Bankının xeyrinə 280,85 manat məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2018-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 24 % dərəcəsi ilə hesablanmış 11,05 manat məbləğində adi faiz borcu və 1 manat məbləğində penya, cəmi 292,9 manat borc və ödənilmiş 17 manat məbləğində dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-204/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-204/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver