Məhkəmə qərarları › İş №2(019)-211/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-211/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-211/2021 25.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT “Viator”xxxx” MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 BOKT “xxxx” MMC-nin xeyrinə 191.95 manat əsas, 0.56 manat faiz və 0,10 manat cərimə borcu olmaqla cəmi 192.61 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 20.00 manat məbləğində vəsaitin və 1.00 manat bank xidmət xərcinin tutulması barədə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT “Viator”xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “xxxx” MMC ilə borclu Cavabdeh1 arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2019-cu il tarixli 1884 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 1 % ödəmək şərtilə 287.93 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1884 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 287.93 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 287.93 manat məbləğində güzəştli kredit verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (“Kredit üzrə ödəniş cədvəli”) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda xx.xx.2019-cu il tarixli 1884 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 1884 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür". Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur.Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə “xxxx” MMC-nə 191.95 manat əsas, 0.56 manat faiz, 0,10 manat cərimə borcu olmaqla cəmi 192.61 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı BOKT “xxxx” MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli 1884 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT “xxxx” MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, sonuncuya məqsədli istifadə üçün 12 ay müddətinə illik 1 % ödəmək şərti ilə, 287.93 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə, bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli 1884 nömrəli zaminlik müqaviləsindən görünür ki, BOKT “Viator”xxxx” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş BA/399 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə borcu-191.95 manat əsas, 0.56 manat faiz, 0.10 manat cərimə borcu olmaqla cəmi 192.61 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı BOKT “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1884 kredit müqaviləsinə əsasən, borcluya məqsədli istifadə üçün 18 ay müddətinə illik 1 % ödəmək şərti ilə, 287.93 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinə bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizlər kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə kredit müddətində tamamən qaytarılmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, kreditor ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin borclu üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxx” MMC-ə 191.95 manat əsas kredit borcu, 0.56 manat faiz borcu, 0,10 manat faiz cərimə olmaqla, cəmi 192.61 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı “xxxx” MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 191.95 manat əsas borc , 0.56 manat faiz borcu və 0.10 manat cərimə, cəmi 192.61 manat kredit borcu, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xərci və 1.00 manat bank xidmət xərci alınıb iddiaçı BOKT “xxxx” MMC xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 191.95 manat əsas borc, 0.56 manat faiz borcu və 0.10 manat cərimə, cəmi 192.61(bir yüz doxsan iki manat altmış bir qəpik) manat, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xərci və 1.00 manat bank xidmət xərci tutulub iddiaçı BOKT “xxxx” MMC xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar