Məhkəmə qərarları › İş №2(019)-22/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-22/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-22/2022 11.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və cavabdeh Cavabdeh1 Nasruddin oğlunun nümayəndəsi-vəkili Vəkil Fərhad oğlunun ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Arkişiyev Qərı̇ b Nasruddı̇ n oğluna, Arkı̇ şı̇ yeva Xədı̇ cət Mehtı̇ qızına, Arkı̇ şı̇ yev Elçı̇ n Qərı̇ b oğluna, Arkı̇ şı̇ yev Tərlan Qərı̇ b oğluna və Arkı̇ şı̇ yev Hı̇ kmət Qərı̇ b oğluna qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğluna, Arkı̇ şı̇ yeva Xədı̇ cət Mehtı̇ qızına, Arkı̇ şı̇ yev Elçiin Qərı̇ b oğluna, Arkı̇ şı̇ yev Tərlan Qərı̇ b oğluna və Arkı̇ şı̇ yev Hı̇ kmət Qərı̇ b oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi 15707.12 manat-bundan 7556.87 manat əsas, 0 manat faiz, 6014.55 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Mehdi qızına məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 15998.84 (on beş min doqquz yüz doğsan səkkiz manat 84 qəpik) manat bundan 7556.87 (yeddi min beş yüz əlli altı manat, 87 qəpik) manat əsas, 291.72 (iki yüz doxsan bir manat, 72 qəpik) manat faiz, 6014.55 (altı min on dörd manat, 55 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 (iki min yüz otuz beş manat, 70 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan redaksiyada Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hazırda qüvvədə olan redaksiyada Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğlu arasında 14.05.2013-cü il tarixində bağlanmış 002/013 saylı kredit müqaviləsindən görünür ki, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğluna 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 11 000 (on bir min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 14 may 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15.12.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m. yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 14 may 2013-cü il tarixli, 002/13 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.01.2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 2-60/341-15 saylı 08.10.2015-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 kredit üzrə cəmi borcu 15998.84 (on beş min doqquz yüz doxsan səkkiz manat, 84 qəpik) manat təşkil edir. Bundan 7556.87 (yeddi min beş yüz əlli altı manat, 87 qəpik) manat əsas, 291.72 (iki yüz doxsan bir manat 72 qəpik) manat faiz, 6014.55 (altı min on dörd manat 55 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 (iki min yüz otuz beş manat, 70 qəpik) manat faiz borcu təşkil edir. İddianın tam həcmdə təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək, hazırki iddia tələbləri üzrə iddia müddətinin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyi üçün iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Arkı̇ şı̇ yeva Xədı̇ cət Mehtı̇ qızı, Arkı̇ şı̇ yev Elçı̇ n Qərı̇ b oğlu, Arkı̇ şı̇ yev Tərlan Qərı̇ b oğlu və Arkı̇ şı̇ yev Hı̇ kmət Qərı̇ b oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğlu arasında bağlanmış 14 may 2013-cü il tarixli, 002/013 saylı kredit müqaviləsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğluna 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 11 000 (on bir min) manat məbləğində kredit verilməsini öhdəsinə götürməsi göstərilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14 may 2013-cü il tarixli, 053-013 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 14 may 2013-cü il tarixli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15.12.2010-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarış verilməklə ünvan 2 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.metr yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 14 may 2013-cü il tarixli 002/13 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə TexnikaBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış və həmin müqavilə ilə Cavabdeh1 Naspuddin oğlunun kredit öhdəliklərinin icrası üçün Cavabdeh2 məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.metr ümumi, 72.1 v.metr yardımçı, 44.7kv.metr yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarından, o cümlədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 14 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən və məhkəmə-mühasibatlıq ekspetizasının 17.06.2021-ci il tarixli, 9/3713 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən həmin kredit müqaviləsi üzrə 118 manat olmaqla son ödəniş 25.08.2015-ci il tarixdə edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı 08 oktyabr 2015-ci il tarixli tutmanın yönəldilməsi barədə bildirişdə qeyd olunur ki, kredit müqaviləsi üzrə borcun miqdarı 7556.87 AZN təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq bankın tələbinin təmin edilməsi məqsədilə Cavabdeh2 məxsus Balakən şəhəri, Qafqaz küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 10 №-li fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönədilməsinin başlanması bildirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə ünvanladığı 02 sentyabr 2015-ci il tarixli, 2- 60/274-15 nömrəli ərizədən görünür ki, Bank tərəfindən ipotekaqoyan Cavabdeh2 göndərilmiş «İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında» bildirişin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş olunmuşdur. Lakin işdə həmin ərizənin qeydiyyat orqanında qeydə alınması haqqında heç bir məlumat və sənəd yoxdur. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli arayışda 08.01.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcunun 15707.12 (on beş min yeddi yüz yeddi manat, 12 qəpik) manat təşkil etdiyi, bundan 7556.87 (yeddi min beş yüz əlli altı manat, 87 qəpik) manatın əsas, 0 (sıfır) manat faiz, 6014.55 (altı min on dörd manat 55 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 (iki min yüz otuz beş manat, 70 qəpik) manat faiz borcunu təşkil etdiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 22.10.2021-ci il tarixli, 96 saylı mütəxəssis rəyindən və bildirişdən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinin bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri 40000 (qırx min) manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspetizasının 17.06.2021-ci il tarixli, 9/3713 nömrəli rəyindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu müqavilə müddətinin bitmə tarixinə, yəni 14.05.2015-ci il tarixə əsas borc üzrə 7536.24 manat, faiz borcu üzrə 291.72 manat, sualda göstərilən tarixə, yəni 08.01.2021-ci il tarixə illik 5 % hesablamaqla əsas borc üzrə 7484.68 manat, faiz borcu üzrə 2009.43 manat təşkil edir. İş materiallarına əlavə olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatındadır.İddiaçının tələbi üzrə iddia müddəti keçmişdir. Bunun üçün iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizələrinin nəzərə alınmasını xahiş edirlər. İş materiallarına əlavə olunmuş Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil Balakən Rayon Məhkəməsinə ünvanladığı ərizədə məhkəmədən iddia müddətinin tətbiqi ilə bağlı cavabdehlərin ərizələri nəzərə alınaraq iddianın təmin olunmaması, ipoteka predmeti olan 15.12.2012-ci il tarixli MA seriyalı 01301998 nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 6 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin girovdan azad olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Balakən Rayon Məhakəməsi tərəfindən hazırki iş üzrə iddia müddətinin keçməsi ilə bağlı iddia müddəti tətbiq edilib, əsas öhdəlik üzrə iddia tələbi rədd edilərkən bu zaman həmin əsas öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ipoteka predmetnin də bu yüklülükdən azad edilib-edilməməsi və ipotekaya xtitam verilib-verilməməsi məsələsinə aydınlıq gətririlməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və bu əsasla mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki əsas və əlavə tələblər üzrə iddia müddəti keçdiyi və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun onlara qarşı olan hazırki iddia üzrə iddia müddəti keçdiyindən, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğlu arasında bağlanmış 14 may 2013-cü il tarixli, 002/013 saylı kredit müqaviləsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğluna 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 11 000 (on bir min) manat məbləğində kredit verilməsi barədə öhdəlik götürməsi göstərilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14 may 2013-cü il tarixli, 053-013 nömrəli zaminlik müqaviləsi ilə zamin Cavabdeh3 Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 14 may 2013-cü il tarixli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüş, 14 may 2013-cü il tarixli 002/13 saylı sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 kredit öhdəliklərinin icrası üçün Cavabdeh2 məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.metr ümumi, 72.1 v.metr yardımçı, 44.7kv.metr yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Lakin 14 may 2013-cü il tarixli, 002/013 saylı kredit müqaviləsi əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğluna 11 000 (on bir min) manat məbləğin verilməsi və onun tərəfindən qəbul edilməsi barədə kassa məxaric orderi, ödəniş tapşırığı və sair maliyyə sənədi, Cavabdeh2 məxsus ünvan 3 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.metr ümumi, 72.1 v.metr yardımçı, 44.7kv.metr yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə X15 Məhkəmə Kollegiyasının 25 dekabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 iyul 2004-cü il tarixli qərarında göstərilir ki, həmin MM-nin 81-ci maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcunu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qanun normasının mənasından görünür ki, kredit müqaviləsi iki tərəfli müqavilədir. Müqavilə üzrə borc verən pulu borcalana verməli, borcalan həmin pulu qəbul etməlidir. Lakin qeyd edildiyi kimi hazırki iş materiallarında 11000 manat məbləğində pulun iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 verilməsi və Cavabdeh1 həmin pulu alması barədə heç bir sənəd; kassa məxaric orderi, ödəniş tapşırığı və ya başqa maliyyə sənədi yoxdur və iddiaçı tərəfindən də belə sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəməyə 14 may 2013-cü il tarixli kredit müqaviləsi təqdim etsə də, bu müqavilə üzrə 11000 manat məbləğində pulun Cavabdeh1 nəğd və ya köçürmə yolu ilə verilməsini təsdiq edən müvafiq ödəmə sənədini məhkəməyə təqdim etməmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, müvafiq kassa məxaric orderinin və digər ödəmə sənədinin məhkəməyə təqdim edilmədiyi halında hətta cavabdehin LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 14 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə 11000 manat kredit alması qəbul olunsa belə, iddiaçının həmin müqavilə üzrə tələb hüququnu ifadə edən iddia müddəti keçmişdir. Belə ki, iş materiallarından görünür ki, 14 may 2013-cü il tarixli kredit müqaviləsinin başa çatma müddəti 14 may 2015-ci ildir. Lakin iş materialları ilə Cavabdeh1 25 avqust 2015-ci il tarixdə 118 manat kredit ödənişi etməklə borcu etiraf etməsini göstərən hərəkətlər etməsi nəzərə alınarsa, onda qanun normasının tələbi əsasında iddia müddətinin axımı həmin müddətdən, 25 avqust 2015-ci il tarixdən başlanır. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasınqda məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxrmaq zərurətindən azad edir. Deryus Litvaya qarşı, Baranovski Polşaya qarşı və Braniovski Polşaya qarşı işlərdə Avropa Məhkəməsi göstərmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standartlara cavab verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti ilə bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında da əks olunmuşdur. İddia müddətləri və onların hesablanması ilə bağlı qaydalar bir sıra ölkələrin (Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Almaniya, Fransa, Türkiyə və s.) qanunvericiliklərində də müəyyən edilmişdir. Bu dövlətlərin qanunvericiliklərində iddia müddətləri müxtəlif müəyyən edilsə də, mahiyyət etibarı ilə eyni məqsədə xidmət edir. Məhkəmə hesab edir ki, iddiaçı, 14 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11000 manat pulu Cavabdeh1 nəğd və ya köçürmə yolu ilə ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir, lakin iş materialları ilə Cavabdeh1 iddiaçı banka kredit öədənişi etməsi və sonuncu ödənişi 25 avqust 2015-ci il tarixdə etməsi müəyyən olunur. Deməli kredit müqaviləsi üzrə tələb hüququnun axımı həmin 25 avqust 2015-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 3 iyun 2013-cü il tarixli qərarına əsasən müqavilə üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi tarixindən, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə həmin hərəkətin edilməsi vaxtından başlanır. Göstərilənlər əsasında həmçinin o qənaət də hasil olunmalıdır ki, iddiaçının kredit müqaviləsi ilə bağlı ehtimal edilən subyektiv hüququ obyektiv an-25 avqust 2015-ci il tarixdən başlayır və məhz həmin tarixdən o, öz hüquqlarının pozulduğunu bilməli idi. Belə ki, bank peşəkar kredit müəssisəsi kimi özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında müştəriyə verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək bankın vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və bu sahədə peşəkar maliyyə funksiyasını yerinə yetirən LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhz qeyd olunan tarixdən özünün hüquqlarının pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda. Lakin iş materiallarından görünür ki, hazırki işdə iddia müddətinin axımının dayandırılmasına səbəb olmuş qanunda göstərilən bu 4 halın heç biri baş verməmişdir. İddiaçı hazırki iş üzrə öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlyaraq 3 il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti və onun Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməmiş, həmin 3 illik iddia müddəti keçdikdən sonra 24.02.2021-ci il tarixdə bu tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf də iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə bu xüsusda hesab edir ki, hazırki işdə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmaması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur və ona görə də iddia təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 qarşı yönəlmiş 7556.87 manat əsas borc, 291.72 manat faiz borcu, 6014.55 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2135.70 manat faiz borcu olmaqla cəmi 15998.84 manat borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumunun ödənilməsi tələbi üzrə iddianın iddia müddəti keçdiyi üçün təmin olunmaması nəticəsinə gəlindiyi üçün bu hissədə iddia zamin Cavabdeh3 münasibətdə də təmin edilməməlidir. Belə ki, Cavabdeh3 14 may 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliklə bağlı birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Burada zaminin məsuliyyəti əlavə məsuliyyət olaraq müəyyən edilmişdir. Buradan belə qənaətə gəlmək olar ki, əsas borcluya münasibətdə iddia müddətinin keçməsi ilə iddianın təmin olunmaması zaminə qarşı da həmin tələb üzrə iddia müddəti keçməklə iddianın təmin olunmaması nəticəsinə gəlməyə əsas verir. Bu xüsusda məhkəmə həmçinin belə nəticəyə gəlir ki, zaminlik müddəti keçməklə zaminliyə xitam verilməsinə görə də əsas tələb üzrə iddia Cavabdeh3 oğluna münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarında 14.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 ay müddətinə illik 22 faizlə Cavabdeh1 11000 manat kreditin verilməsi göstərilir. Həmin kredit müqaviləsində kreditin son ödəniş müddəti 14.05.2015-cı il tarix qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir, həmçinin iş materiallarına əsasən cavabdehin kredit üzrə son ödənişi 25 avqust 2015-ci il tarixdə həyata keçirildiyi müəyyən olunur. İş materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14.05.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədə bu zaminliyin verilmə müddəti göstərilməmiş, müqavilənin 13.1 və 13.2-ci bəndlərində bu müqavilənin bağlandığı andan qüvvəyə minməsi və borcalanın kreditorla bağladığı 14 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləği, faizlər, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzi, dəbbə pulu və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 14.05.2013-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, yəni müqavilənin verilmə müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin müddəti də kredit müqaviləsinin müddəti olaraq hesab olunmalıdır. Qanunun tələbinə əsasən zaminliyin verilmə müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 14.05.2013-ci il tarixli kredit müqaviləsinin icra müddətinin bitmə tarixi 14.05.2015-cı ildir. Yəni 14.05.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 14.05.2015-cı il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 14.05.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminə qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 14.05.2015-ci il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəiyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 14.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə 24 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 14.05.2015-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin gündən, yəni 14.05.2015-ci il tarixdən başlayaraq bir il ərzində hazırki zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 14.05.2013-cü il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh3 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra-24.02.2021-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh3 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh3 digər Cavabdeh1 14.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranması ehtimal edilən öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia həmçinin zamin Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verilməsinin tərəfin mütləq qaydada ərizə verməklə iddia müddətinin tətbiqinə heç bir aidiyyəti yoxdur. Belə ki, zaminliyə xitam verilməsi və bu əsasla zaminə qarşı iddianın rədd edilməsi ərizə verilməsi əsasında iddia müddətinin tətbiqi deyildir. Bu qanunda göstərilmiş mütləq tətbiq edilməli olan kəsici müddətdir və zaminin buna ərizə verilməsi ilə şərtləndirilmir. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün tərəflərin ərizəsinin olması mütləq şərtdir (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). Məhkəmə onu da nəzərə çatdırır ki, hazırki kredit borcu tələbi müddət keçməsinə görə də qüvvəsini itirmişdir. Belə ki, iddianın predmetini təşkil edən 14 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu, o cümlədən illik beş faiz ödənişləri vaxtaşırı ödənişlərə aiddir və onların ödənilməsi ilə bağlı tələblər vaxtaşırı ödənişlər haqqında tələblərə aiddir. İş materiallarından görünür ki, 14 may 2013-cü il tarixli kredit müqaviləsinin müddəti 14 may 2015-ci il tarixdə başa satmışdır və həmin müqavilə üzrə kreditin son ödəniş müddəti 25 avqust 2015-ci il tarixdir. 25 avqust 2015-ci il tarixdən sonra cavabdeh tərəf 14 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə heç bir kredit ödənişi etməmişdir və tələbin icra müddətinin çatdığı vaxtdan hazırki iddianın qaldırıldığı 24.02.2021-ci il tarixədək 5 ildən artıq vaxt keçmişdir. Qanuna görə belə vaxtaşırı ödənişlərlə bağlı tələblər üzrə beş il müddət keçdikdə tələb öz hüquqi qüvvəsini itirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam vreilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1.kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş iddia müddəti keçdiyi üçün, həmçinin zaminliyin verilmə müddəti qurtardığı və tələb hüququ qüvvəsini itirdiyi üçün iddia 15998.84 (on beş min doqquz yüz doğsan səkkiz manat 84 qəpik) manat - bundan 7556.87 (yeddi min beş yüz əlli altı manat, 87 qəpik) manat əsas, 291.72 (iki yüz doxsan bir manat, 72 qəpik) manat faiz, 6014.55 (altı min on dörd manat, 55 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 (iki min yüz otuz beş manat, 70 qəpik) manat faiz borcunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə əsas tələb üzrə iddia müddəti keçdiyi üçün bu əsasla əsas tələb üzrə iddianın təmin olunmaması nəticəsinə gəlindiyindən iddia tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi tələbi hissəsi də bu əsasla təmin edilməməlidir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 11 fevral 2022-ci il tarixli qərarında göstərilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. İş materiallarından görünür ki, hazırki iş üzrə 15998.84 (on beş min doqquz yüz doğsan səkkiz manat 84 qəpik) manat - bundan 7556.87 (yeddi min beş yüz əlli altı manat, 87 qəpik) manat əsas, 291.72 (iki yüz doxsan bir manat, 72 qəpik) manat faiz, 6014.55 (altı min on dörd manat, 55 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 (iki min yüz otuz beş manat, 70 qəpik) manat faiz borcu tələbi əsas tələb, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi tələbi isə əlavə tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1,269.2, 269.3, 269.4 və 269.5-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür; ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270.1 və 270.2-ci maddələrinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir; bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Müluki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Yuxarıda istinad olunan qanun normalarının mahiyyətinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Qanunvericiliyə əsasən girov və ipoteka hüququ girov saxlayanın girov qoyulan əşya üzərində əşya hüququdur və eyni zamanda borclunun girovsaxlayan qarşısında pul və başqa öhdəliyin icrasının təmin edilməsi vasitəsidir. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Bu zaman ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Konstitusiya Məhkəməsinin sözügedən 11 fevral 2022-ci il tarixli qərarına görə ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş ipoteka ilə bağlı məsələlərin, yəni ipotekanın yaranması, onun dövlət qeydiyyatı, borcun və digər mülkihüquqi öhdəliklərin ipoteka obyektinin hesabına ödənilməsinin təmin edilməsi, bu xüsusda tərəflərin hüquq və vəzifələri və sair halların hüquqi qiymətləndirilməsi onu deməyə əsas verir ki, tutmanın ipotekaya yönədilməsi və ipoteka predmetinin satışı hesabına tələb olunan borcun ödənilməsi və sair məsələlər əlavə tələbdir. Bu tələb ona görə əlavə tələbdir ki, o, yalnız əsas tələbə münasibətdə mövcud olur və əsas tələbin ödənişlməsinə yönəldilmişdir. Əsas tələb üzrə müddətin keçməsi və bu əsasla əsas tələb üzrə iddianın rədd edilməsi əlavə tələb üzrə də iddianın rədd olunması üçün əsas verir ki, Konstitusiya Məhkəməsinin sözügedən 11 fevral 2022-ci il tarixli qərarı da bunu birmənalı şəkildə müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ipoteka predmetinə tutmanın yönəldilməsi, onun satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və sair ipoteka predmeti ilə bağlı əlavə tələblər hissəsində təmin edilməməlidir. Bu xüsusda məhkəmə onu da bildirir ki, iddia ərizəsində iddia predmetini təşkil edən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.01.2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışın verilməsinin qeyd edilməsinə baxmayaraq, belə bir çıxarış iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında göstərilməmiş, iddiaçı tərəfindən də Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatına alnması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçı tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən müvafiq sənəd məhkəməyə təqdim olunmamış, iddiaçının nümayəndəsi də məhkəmə prosesində belə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanunvericilik ipoteka haqqında müqavilənin (ipotekanın) dövlət qeydiyyatına alınmasını və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlər reyestrində qeydə alınmasını imperativ tələb kimi vurğulayır. Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydiyyat orqanında qeydə alınmasına şübhə doğuran məqamlardan biri də ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı tutmanın yönəldilməsi barədə bildirişin tarixi 08 oktyabr 2015-ci il, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə ünvanladığı tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin tarixi isə 02 sentyabr 2015-ci ildir. Buradan belə çıxır ki, Cavabdeh2 tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında 08 oktyabr 2015-ci il tarixli bildiriş göndərilmədən və həmin bildiriş hələ olmadan onun qeydiyyata alınması üçün bu bildirişin verilməsi tarixindən 1 ay 6 gün əvvəl həmin bildirişin qeydiyyatı üçün qeydiyyat orqanına müraciət olunmuşdur ki, bu da absurddur və tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin cavabdehə verilməsinə və qeydiyyat orqanında qeydiyyata alınmasına böyük şübhələr yaradır. Ona görə də müvafiq sübutlar təqdim edilmədiyi halda məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydiyyat orqanında qeydiyyata alınmasına şübhə ilə yanaşır. Məhkəmə belə nəticəyə gəlir ki, ipotekanın dövlət qeydiyyatına alınması haqqında sənədin və tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydiyyat orqanında qeydiyyata alınmasını təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsi ipotekanın qanunun tələblərinə uyğun qeydiyyata alınmamasını və həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinin qanunvericiliyə uyğun olmadığını göstərir. İddiaçı tərəfindən bu qənaətin əksini təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X3 və Cavabdeh3 müştərək qaydada tutulması tələbi də təmin edilməməlidir. Belə ki, əvvəla, qeyd edildiyi kimi, kredit borcu ilə bağlı əsas tələb üzrə iddia müddəti keçmişdir və bu əsasla borc tələbinə dair iddanın təmin olunmaması nəticəsinə gəlinmişdir. Əsas tələb üzrə iddia müddəti keçdiyi üçün bu əsasla bu əlavə tələb üzrə də iddia təmin olunmamalıdır. Digər tərəfdən bu tələb tamamilə mücərrədl və absurd bir tələbdir. Hələ ipoteka predmetinin satışı ilə bağlanılan sonra bu məbləğin borcun bağlanması üçün yetərli olub-olmaması indidən məlum olmadığı halda belə bir tələbin qoyulması əsassızdır. Belə ki, bu məbləğ tələb olunan borc məbləğinjdən çox da ola bilər. İddia tələbinin aydın olmadan cələcəkdə baş verməsi məlum olmayan bir halla bağlandırılması bu tələbin hüquqi və faktoloji əsas malik olmadığını göstərir. Ona görə də bu tələb hissəsində də iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, digər əlavə tələblərlə yanaşı iddia ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra X5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, ən əvvəl evdən çıxarıma və həmin evin boşaldılaraq banka təhvil verilməsi əlavə tələbdir və yuxarıda qeyd edildiyi əsas tələb üzrə iddia müddəti keçdikdə bu əlavə tələb üzrə də iddia müddəti keçir və qanunvericiliyə əsasən bu da bu tələbinin rədd olunması üçün əsasdır. Digər tərəfdən qeyd edildiyi kimi, «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Yenə həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanun normasının tələbinə görə ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1 və 59.3.2-ci maddələrində göstərilən şərtlər mövcud olduqda ipoteka qoyan və onun ailə üzvləri və digər şəxslər yaşayış evini tərk etmək vəzifəsi daşıyırlar. Lakin hazırki işdə bu şərtlər tam şəkildə mövcud deyildir. Belə ki, ipotekaya qoyulmuş fərdi yaşayış evinə tələb yönədilməmiş və o, satılmamış, həmçinin həmin evə mülkiyyətçinin və mülkiyyət hüququna xitam verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 205.2ci maddəsi tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilməsini imperativ qaydada təsbit edir. Eyni zamanda bu tələbin təmin edilməsi ipoteka qoyanın və onun ailə üzvlərinin və orada yaşayan digər şəxslərin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsi hüququnun məhdudlaşdırılmasına səbəb olardı, ki, bu da qanunun tələblərinə ziddir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə həmçinin qeyd edir ki, bu iddia tələbi gələcəkdə baş verə biləcək hallartələbin evə yönədilməsi, evin satılması və satıldıqdan sonra evdə yaşayan şəxslərin bir ay ərzində evi tərk etmədikləri ilə şərtləndirilir ki, bu da düzgün deyildir. Belə ki, evin satılıbsatılmaması və satıldığı halda orada yaşan şəxslərin bir ay ərzində evi tərk edibetməyəcəkləri hələ məlum deyildir, hələ məlum olmayan hadisələrlə bağlı isə hər hansı tələbin əlaqələndirilməsi absurddur. Bu tələbin təmin edilməsi isə mülkiyyətçinin və həmin evdə yaşayan şəxslərin hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil ipoteka predmeti olan 15.12.2012-ci il tarixli MA seriyalı 01301998 nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 6 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin girovdan (ipotekadan) azad olunmasına dair qərar qəbul edilməsi barədə vəsatətinə hüquqi qiymət verərək, hesab edir ki, bu vəsatət təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında birmənalı şəkildə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Qanunvericliyin tələbinə əsasən (MPM-nin 13.7-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi məhkəmə üçün məcburidir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi, zaminliyin verilmə müddəti qurtardığı və tələb hüququ qüvvəsini itirdiyi üçün və yuxarıda göstərilən sair əsaslar nəzərə alınaraq iddiaçı X14 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Arkı̇ şı̇ yev Qərı̇ b Nasruddı̇ n oğluna, Arkı̇ şı̇ yeva Xədı̇ cət Mehtı̇ qızına, Arkı̇ şı̇ yev Elçı̇ n Qərı̇ b oğluna, Arkı̇ şı̇ yev Tərlan Qərı̇ b oğluna və Arkı̇ şı̇ yev Hı̇ kmət Qərı̇ b oğluna qarşı 15998.84 (on beş min doqquz yüz doğsan səkkiz manat 84 qəpik) manat - bundan 7556.87 (yeddi min beş yüz əlli altı manat, 87 qəpik) manat əsas, 291.72 (iki yüz doxsan bir manat, 72 qəpik) manat faiz, 6014.55 (altı min on dörd manat, 55 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2135.70 (iki min yüz otuz beş manat, 70 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 116.8 kv.m ümumi, 72.1 kv.m yardımçı, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığı üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməli, həmçinin İddiaçı X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 200 manat mütəxəssis xərci alınaraq Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu cİ.Hidayətzadə küçəsi, 156 (20A), 1933-cü məhəllədə yerləşən VÖEN:********** olan "xxxx" MMC-yə, H/h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN:********** S.VV.İ.F.T. AİİBAZ2X M\h:AZ37NABZ******************** saylı hesablaşma hesabına və 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X6 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddiaçı X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 200 manat mütəxəssis xərci alınaraq Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu cİ.Hidayətzadə küçəsi, 156 (20A), 1933-cü məhəllədə yerləşən VÖEN:********** olan "xxxx" MMC-yə, H/h:AZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN:********** S.VV.İ.F.T. AİİBAZ2X M\h:AZ37NABZ******************** saylı hesablaşma hesabına ödənilsin. İddiaçı X14 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X6 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar