Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-22/2024 04.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ mələğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Balakən Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(019)-161/2016 nömrəli qərardadına əsasən borclu Cavabdeh4 həmin əmrə etirazı qəbul edilərək, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və iş materialları iddia icraatına keçirilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kreditor ilə xx.xx.2011-ci il tarixdə bağladığı 19L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.O,Kreditor ilə xx.xx.2014-cü il tarixdə bağladığı 19R000004594 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli 19R000004594S saylı sazişə əsasən bank ilə kreditalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19R000004594 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 2.083%, xx.xx.2017-ci il tarixdən aylıq 2%, xx.xx.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kreditdən 2574,24 ABŞ dolları qaytarmış və onun Kreditora 17425,76 ABŞ məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2015-ci il tarixə 164 gün üçün hesablanmış faiz borcu 2057,32 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1742,40 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn borclunun öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.İddiaçıQSC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələlərini müdafiə edirlər.Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər.Onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri icraya yönəldilmiş və cavabdehlər borcu ödəmişlər. Buna baxmayaraq hələ də onlardan pul tələb olunur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 yanvar 2011-ci il tarixli 19L000000120 saylı kredit xətti müqaviləsindən görünür ki,Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2011-ci il tarixdə bağladığı 19L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17 sentyabr 2014-cü il tarixli 147 nömrəli sazişdən görünür ki, 18 yanvar 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə veriləcək kreditin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 sentyabr 2014-ci il tarixli 19R000004594 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-ci il tarixli, 19S000006501 saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları olmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-ci il tarixli, 19S********** saylı Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları olmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-ci il tarixli, 19S000000251 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 10000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-ci il tarixli, 19S000006502 nömrəli Zaminlik Müqaviləsindən görünür ki,İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 10000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün iddiaçı təşkilat qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqavilələrinə 17 sentyabr 2014-cü il tarixli 149 və 150 nömrəli sazişlərlə dəyişiklik edilmiş, onların zamin olduqları kredit xəttinin müddəti 120 ay, kredit xəttinin məbləği 50000 ABŞ dolları müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş arayışdan Cavabdeh1 iddiaçı banka xx.xx.2014-ci il tarixli 19R000004594 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə iddiaçı banka 17425.76 ABŞ dolları əsas, 2057.32 ABŞ dolları faiz borcu, 1742.40 ABŞ dolları cərimə borcu olmaqla cəmi borcunun 21225.48 ABŞ dolları təşkil etməsi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)-161/2016 nömrəli məhkəmə əmrindən görünür ki, həmin əmrə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ mələğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 9/2535 nömrəli ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli 19L000000120 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 19R000004594 nömrəli kredit Razılaşma Müqaviləsinə əsasən borclunun xx.xx.2015-ci il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cumlədən; əsas borc üzrə --------17387,56 ABŞ dolları faiz borcu üzrə ------ 2385,96 ABŞ dolları cərimə borcu üzrə----- 775,87 ABŞ dolları Ekspertiza xərci 100 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə verilmiş 9/7763 nömrəli ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli 19L000000120 nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 19R000004594 nömrəli kredit Razılaşması Müqaviləsinə əsasən borclunun banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o, cümlədən; Müqavilə müddəti bitdikdən sonra hazırkı tarixə illik 5 faizlə hesablandığı üçün həmin dövr ərzində cərimə hesablanmır. Müqavilə bitən müddətə yəni xx.xx.2019-ci il tarixinə əsas borc üzrə 17387,56 ABŞ dolları, faiz borcu üzrə 10561,01 ABŞ dolları, cərimə borcu üzrə 2353,44 ABŞ dolları; Hal-hazırkı müddətə xx.xx.2023-cü il tarixinə (qərardadın müddətinə) əsas borc üzrə 17387,56 ABŞ dolları, faiz borcu üzrə 15666,19 ABŞ dolları,cərimə borcu üzrə 0,00 ABŞ dolları. Ekspertiza xərci 100 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 19 fevral 2024-cü il tarixdə verilmiş 4/70 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş , mülki işin 8-ci vərəqəsində İddiaçı QSC ilə Cavabdeh4 adlarında olan 18 sentyabr 2014-cü il tarixli, 19S********** saylı Zaminlik müqaviləsində «5.2 Zamin: Cavabdeh4” hissəsində «imza» qrafasındakı imza –Cavabdeh4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mülki işin 13-cü vərəqəsində İddiaçı QSC ilə Cavabdeh2 adlarında olan 17 sentyabr 2014-cü il tarixli, 150 №li Sazişdə (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) «5.2 Zamin: Cavabdeh2” hissəsində «imza» qrafasındakı imza –Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 8-ci vərəqəsində İddiaçı QSC ilə Cavabdeh4 adlarında olan 18 sentyabr 2014-cü il tarixli, 19S********** saylı Zaminlik müqaviləsində «5.2 Zamin: Cavabdeh4” hissəsində «imza» qrafasındakı imzada-imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertizaya təqdim olunmuş mülki işin 13-cü vərəqəsində İddiaçı QSC ilə Cavabdeh2 adlarında olan 17 sentyabr 2014-cü il tarixli, 150 №li Sazişdə (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) «5.2 Zamin: Cavabdeh2” hissəsində “imza” qrafasındakı imzada imzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspert tədqiqatının dəyəri 126 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli OUT- 2024/08/21-69 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 19R000004594 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə borcu aşağıdakı cədvəldə qeyd olunan kimidir. xx.xx.2024-cü il tarixə olan vəziyyətə dair % əsas məbləğ üzrə 13995.15 ABŞ dolları,faiz üzrə borcu 36679.9 ABŞ dolları,cərimə borcu üzrə 42715.68 ABŞ dolları,cərimə hesablanmış gecikdirilən günlərin sayı 3340 gün, cəmi borc 93390.73 ABŞ dolları. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, “Sizin 26 noyabr 2024-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(019)-22/2024 saylı mülki iş mövcuddur. Qeyd olunan mülki iş üzrə iddia tələbimizi müdafiə edirik və bildiririk ki, cavabdehlə bağlanan kredit müqaviləsi üzrə borc tələbinə dair-Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində əsas borc olan kredit borcu,2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ mələğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir, əmr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlib. Həmçinin əsas olaraq Sizə bildiririk ki, cavabdehin kredit borcuna dair məbləğ Azərbaycan Respublikası Prezidentin Fərmanına əsasən restrukturizasiya olunmamışdır. Ona görə ki, 1-ci devalvasiya dövründə yəni xx.xx.2014-cü il tarixə Cavabdeh1 İddiaçı QSC- nə 19020.05 ABŞ dolları məbləğində əsas borcu,2-ci devalvasiya dövründə Cavabdeh1 İddiaçı QSC-nə 18630.05 ABŞ dolları məbləğində əsas borcu və 3-cü devalvasiya yəni xx.xx.2015-ci il tarixə Cavabdeh1 İddiaçı QSC- nə 18435.46 ABŞ dolları məbləğində əsas borcu olmuşdur. Aydınlıqla qeyd etdiyimiz bu məbləğlər əsas borc olaraq qeyd edilir, faiz və cərimə borcunu qeyd etmirik yəni cavabdehin həmin tarixlərə olan əsas borc məbləği 10000 (on min) ABŞ dollarından artıq olduğu üçün Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən restrukturizasiya məbləğinə uyğun olmaması səbəbindən heç bir güzəşt və kompensasiya verilməsi mümkün olmamışdır. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrindən də görünür ki,cavabdehlərin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2016 cı il tarixdə faktiki olaraq 17425,76 ABŞ dolları məbləğində əsas borc olan kredit borcu mövcud olmuşdur. Bu da sübut kimi Sİzə bildirilir ki, həmin dövrdə cavabdehlərin borcu 10000 ABŞ dollarından çox olmuşdur. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nə 13995.15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ dolları mələğində cərimə borcu olmaqla cəmi 17794,87 ABŞ dolları məbləğində kredit borcu mövcuddur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış arayışda göstərilmişdir ki,Sizin icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(019)-22/2024 saylı mülki iş mövcuddur. Qeyd olunan mülki iş üzrə iddia tələbimizi müdafiə edirik və bildiririk ki, cavabdehlə bağlanan kredit müqaviləsi üzrə borc tələbinə dair - Balakən Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(019)- 161/2016 nömrəli məhkəmə əmrinə əsasən kreditor “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Kreditorun xeyrinə 17425,76 ABŞ dolları məbləğində kredit borcu, 2057.32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21225 (iyirmi bir min iki yüz iyirmi beş) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Əmr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlib.İcra sənədinin icrası mərhələsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində ümumilikdə 4622.08 AZN (məbləğ 2718.87 USD təşkil edir) məbləğində vəsait tələbkar banka ödənilib (məbləğin 4242.42 manat hissəsi Cavabdeh2, 379.66 manat hissəsi Cavabdeh5 tutulub).Məcburi icra tədbirləri nəticəsində daxil olmuş vəsait əsas borcdan silinib, sözügedən məhkəmə əmri üzrə əsas və faiz borclarından silinmələr olmamışdır. Yəni faiz və cərimə borcları olduğu kimi qalmışdır.Hazırda borcluların İddiaçı QSC-yə 13995.15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları məbləğində faiz borcu və 1742,40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17794,87 ABŞ dolları məbləğində kredit borcu mövcuddur.Əlavə olaraq bildirik ki, hazırki məhkəmə prosesi dövründə cavabdehlər tərəfindən İddiaçı QSC-yə heç bir əlavə ödəniş olunmamışdır”. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçı ilə xx.xx.2011-ci il tarixdə bağladığı 19L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 iddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağladığı 19R000004594 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 19R000004594S saylı sazişə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19R000004594 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 2.083%, xx.xx.2017-ci il tarixdən aylıq 2%, xx.xx.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclular Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Hazırda cavabdehlərin İddiaçı QSC-nə 13995,15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları faiz borcu vardır, ona 1742,40 ABŞ dolları cərimə borcu hesablanmışdır.Borc ödənilməiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müracəit etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi 13995 ABŞ dolları əsas və 2057,32 ABŞ dolları faiz borcuna görə əsaslı hesab olunmaqla təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki,iddia ərizəsində penya borcları yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşmaları üzrə penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 170 ABŞ dolları həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən dövlət rüsumunun 15,20 manatı alınıb İddiaçı QSCnin xeyrinə ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1,Cavabdeh4,Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13995,15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları faiz borcu,170 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 16222,47 ABŞ dolları borc və 15,20 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 326 manat ekspertiza xərcinin 247,76 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 78,24 manatı iddiaçı "xxxx" QSC-dən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh5,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13995,15 ABŞ dolları əsas, 2057,32 ABŞ dolları faiz borcu,170 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 16222,47 ABŞ dolları borc və 15,20 manat dövlət rüsumu xərci alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 326 manat ekspertiza xərcinin 247,76 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 78,24 manatı iddiaçı "xxxx" QSC-dən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-22/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-22/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver