Məhkəmə qərarları › İş №2(019)-224/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-224/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-224/2021 06.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şaban qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış KABall27971/15 saylı, 31 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə 852.32 manat əsas borc, 725,61 manat faiz borcu, 2880,83 manat cərimə, cəmi 4458,76 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında KABall27971/15 saylı, 31 mart 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, Təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 31 % olmaqla, 5 000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə, cavabdeh ödəniş qrafikində nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri ödəməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, bununla da Kredit müqaviləsi ilə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı olaraq iddiaçı "Kred Aqro" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında KABall27971/15 saylı, 31 mart 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasını təmin edilməsi üçün xəbərdar edilsələr də, cavabdehlər iddiaçıya olan borcu qaytarmaqdan boyun qaçırırlar. Cavabdehlər Cavabdeh1nın, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "İddiaçı" Bank Olmayan Kredit X2 Cəmiyyətinə 852.32 manat əsas borc, 725.61 manat faiz borcu, 2880.83 manat cərimə, cəmi 4458.76 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunvericiliyin tələblərini pozaraq təşkilat qarşısında üzərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınırlar. Ona görə də təşkilat hesab edir ki, "İddiaçı" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış KABall27971/15 saylı, 31 mart 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndan müştərək qaydada iddiaçı "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyətinin 852.32 manat əsas borc, 725.61 manat faiz borcu, 2880.83 manat cərimə, cəmi 4458.76 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və məhkəmə qətnaməsinin çıxarılmasını tələb etdiklərini bildirmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gələrək, işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərinə görə hazırki işə mahiyyəti üzrə baxılmalı və məhkəmə qətnaməsi çıxarılmalıdır. Cavabdeh Cavabdeh1 məhkəmə iclasında iddianı qismən-852.32 əsas borc və 610.57 manat faiz borcu hissəsində qəbul edərək, 2880.83 manat cərimə borcu hissəsində azaldılmasını xahiş etdi. Hazırki iş üzrə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 Şaban qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh3 Şaban qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Balakən Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(019)-224/2021 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış KABall27971/15 saylı, 31 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə 852.32 manat əsas borc, 725.61 manat faiz borcu, 2880.83 manat cərimə, cəmi 4458.76 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki işin İddiaçı Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "İddiaçı"Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış KABall27971/15 saylı, 31 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 31 mart 2015-ci il tarixli, KABal127971/15 saylı kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən məqsədli istifadə üçün 24 ay müddətinə illik 31 faizlə 5000 manat kredit verilmişdir. İş materiallarında olan 31 mart 2015-ci il tarixli KABal seriyalı 127971/15 nömrəli Zaminlik Müqavilələrindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələrinin bağlanması, zaminlərin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmələri göstərilmişdir. müşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27.11.2020-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə 27.11.2020-ci il tarixə 127971/15 saylı kredit müqaviləsi üzrə borcu 852.32 manat əsas borc, 725.61 manat faiz borcu, 2880.83 manat cərimə, cəmi 4458,76 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 təşkilata olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 15 mart 2019-cu il tarixli, 5652 saylı rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış KABal seriyalı 127971/15 nömrəli 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsində «Zamin qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur; 2. Ekspertizaya təqdim olunmuş İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında bağlanmış KABal seriyalı 127971/15 nömrəli 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08.05.2021-ci il tarixli, 9/2046 saylı rəyindən görünür ki, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan borcu 31.03.2017-cı il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 2640,81 manat və faiz borcu üzrə 610,57 manat, 27.11.2020-ci il tarixə əsas borc üzrə 852,32 manat və faiz borcu üzrə 838,87 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 08.05.2021-ci il tarixli, 9/2046 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarında olan 17.08.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı BOKT MMC-nin ona qarşı iddiasını qismən-852.32 manat əsas borc, 610.57 manat faiz borcu hissəsində qəbul edir, 2880.83 manat cərimə borcunun azaldılmasını xahiş edir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə 31.03.2015-ci il tarixli, KABal127971/15 saylı kredit müqaviləsini, faizlər və ödəmələr üzrə cədvəli, iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış 31.03.2015-ci il tarixli, KABal127971/15 saylı zaminlik müqaviləsini, cavabdehin əsas kredit borcu barədə 27.11.2020-ci il tarixli maliyyə arayışını və cavabdehin 27 noyabr 2020-ci il tarixə kredit borcu və müqavilə müddəti ərzində faiz borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli, 9/2046 №-li rəyini, məhkəmə-xətşünaslıq ekspertizasının 15 mart 2019-cu il tarixli, 5652 nömrəli rəyini işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə, Cavabdeh1 əsas kredit borcunu 27.11.2020-ci il tarixli maliyyə arayışında və məhkəmə-mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli, 9/2046 nömrəli rəyində 27 noyabr 2020-ci il tarixə göstərilən 852.32 manat məbləğində qəbul edir. Məhkəmə Cavabdeh1 faiz borcu barədə 27.11.2020-ci il tarixli maliyyə arayışı ilə iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının 08.05.2021-ci il tarixli, 9/2046 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda məhkəmə-mühasibatlıq ekspertizasının 08.05.2021-ci il tarixli, 9/2046 saylı rəyi işdəki mötəbər sübutlara, o cümlədən ödəniş cədvəlinə əsaslandığından, elmi-tədqiqat metodlarına istinad edilərək obyektiv və qanuni həqiqəti, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarının tələblərinə uyğun olaraq müqavilənin qüvvədə olma müddəti ərzində faiz borcunu əks etdirdiyindən daha mötəbər sübut kimi qəbul edilməklə Cavabdeh1 faiz borcu məhkəmə-mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli, 9/2046 №-li rəyində göstərilən 610.57 manat məbləğində qəbul edilməlidir. Məhkəmə işin məhkəmə təhqiqatı zamanı müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, tərəflər, yəni İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit münasibətlərindən yaranan öhdəliklər mövcud olmuş, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti Cavabdeh1 qarşısında götürülmüş öhdəliklərini icra etmiş, Cavabdeh1 isə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmiş, onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 852.32 manat əsas borc və 610.57 manat faiz borcu yaranmış, həmçinin Cavabdeh1 2880.83 manat məbləğində cərimə növündə dəbbə pulu hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 852.32 manat əsas borc tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin iddia Cavabdeh1 qarşı 725.61 manat faiz borcu tələbinin 610.57 manat hissəsində təmin edilməli, həmin 610.57 manat faiz borcundan artıq faiz borcu tələbi hissəsində isə təmin edilməməlidir. İddiaçı həmçinin Cavabdeh1 2880.83 manat cərimə formasında dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının Cavabdeh1 qarşı 2880.83 manat dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 2880.83 manat məbləğində dəbbə pulu tələb olunan faiz borcunu qat-qat aşmışdır, kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclu tərəfin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 2880.83 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X10rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tələb olunan 2880.83 manat məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 10 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iş üzrə Cavabdeh1 yazılı şəkildə ərizə verməklə, iddianı qismən-852.32 manat əsas borc və 610.57 manat faiz borcu hissəsində etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalı və iddia Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 337.3 və 337.4-cü maddələrinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər mavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı fomada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletaur, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyi dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdlir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmirlərsə,bunlar müqavilənin standart şərtləri sayılmır. Azərbaycan Respublbikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formada bağlanmaması zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsudliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırkı işin materiallarından görünür ki, iddiaçı «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə Cavabdeh3 arasında 31 mart 2015-ci il tarixli, KABal 127971/15 nömrəli zaminlik müqaviləsi bağlanmamış, Cavabdeh3 zamin kimi 31 mart 2015-ci il tarixli, KABal 127971/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürməmişdir. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının 15 mart 2019-cu il tarixli, 5652 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh3 arasında bağlanmış KABal seriyalı 127971/15 nömrəli 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Yəni başqa sözlə Cavabdeh3 iddiaçı «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə 31 mart 2015-ci il tarixli, KABal 127971/15 nömrəli zaminlik müqaviləsi bağlamamış, o, Cavabdeh1 «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə görə zamin kimi məsuliyyət daşıması barədə üzərinə heç bir öhdəlik götürməmişdir. Qeyd edilənlərə əsasən həmin 31 mart 2015-ci il tarixli KABal 12797\15 nömrəli zaminlik müqaviləsi Cavabdeh3 ilə «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında bağlanmadığı üçün Cavabdeh3 Cavabdeh1 iddiaçı təşkilatdan götürdüyü kredit üzrə öhdəliklərinə hər hansı məsuliyyət və öhdəlik daşımır. İş üzrə iddiaçı «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti tərəfindən də bunun əksini, yəni Cavabdeh3 ilə 31 mart 2015-ci il tarixli KABal 12797\15 nömrəli zaminlik müqaviləsinin bağlanmasını və Cavabdeh3 zamin kimi 31 mart 2015-ci il tarixli KABal 127971/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 «İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və bununla da Cavabdeh3 münasibətdə iddia tələbinin qanuni və əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, hətta iddiaçı təşkilatla Cavabdeh3 arasında zaminlik müqaviləsinin bağlanması hipotetik olaraq ehtimal edilsəydi belə (hərçənd ki, bu belə deyildir), həmin zaminliyin müddətinin keçməsinə görə zaminliyə xitam verildiyi üçün iddia Cavabdeh3 münasibətdə təmin edilə bilməzdi. Məhkəmə bu iş üzrə zaminliyə xitam verilməsinin və zaminə münasibətjdə iddianın təmin olunmamasının əsasını aşağıda göstərəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh3 münasibətdə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh2 münasibətdə də təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 31 mart 2015-ci il tarixli, KABal127971/15 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən 24 ay müddətinə illik 31% ödəmək şərti ilə Cavabdeh1 5000 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsində və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində kreditin son ödəniş müddəti 31.03.2017-ci il tarixi qeyd edilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh2 arasında bağlanmış 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 7-ci bəndində bu kredit müddətinin başa çatdığı gündən bir il ərzində qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 31 mart 2015-ci il tarixli zaminlik müqavilələrində zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmiş, müqavilənin verilmə müddəti öhdəliyin yerinə yetirilməsinin başa çatdığı vaxtdan bir il kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanun normalarının tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə kredit müqaviləsi müddətli müqavilədir. Deməli, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanılan və müddəti göstərilməyən zaminlik müqaviləsinin müddəti də kredit müqaviləsinin müddəti olaraq hesab olunmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə 31 mart 2015-ci il tarixli kredit müqaviləsinin icra müddətinin bitmə tarixi 31 mart 2017-ci ildir. Yəni 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün 31 mart 2017-ci il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, 31 mart 2015-ci tarixli zaminlik müqaviləsi üzrə zaminə qarşı onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəiyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün 31 mart 2017-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC həmin gündən, yəni 31 mart 2017-ci il tarixdən başlayaraq bir il ərzində zamin Cavabdeh2 qarşı qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 31 mart 2015-ci il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra-03 dekabr 2020-ci il tarixdə irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh2 digər cavabdeh olan borclu Cavabdeh1 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, kəsici müddətin tətbiqi olmaqla qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə 852.32 manat əsas borc, 610,57 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 1472,89 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 9.91 manat tutulmalı, iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə 50,00 manat ekspertiza xərcinin 16.52 manatı Cavabdeh1 və 33.48 manatı İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə 852.32 manat əsas borc, 610,57 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 1472,89 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 9.91 manat tutulsun; iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin; iddianın təmin olunmuş hissəsinə münasib olaraq iş üzrə 50,00 manat ekspertiza xərcinin 16.52 manatı Cavabdeh1 və 33.48 manatı İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar