Məhkəmə qərarları › İş №2(019)-249/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-249/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-249/2021 06.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 22514.75 manat məbləğində kredit borcu, 3145.8 manat məbləğində faiz borcu və 4243.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29903 (iyirmi doqquz min doqquz yüz üç) manat 70 (yetmiş) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 22.10.2010-cu il tarixli 21L000000649 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 29.03.2018-ci il tarixli 21L000000649S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 208 (iki yüz səkkiz) ay müddətində, kredit xəttinin məbləği 100000 (yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 29.10.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2485.25 manat ödəmiş, onun 22514.75 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.11.2020-ci il tarixə 213 gün üçün hesablanmış faiz borcu 3145.8 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 05.11.2020-ci il tarixə 213 gün üçün hesablanmış cərimə 4243.15 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərərək, işə onların iştirakı olmadan baxaraq, iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesabb etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2010-ci il tarixli, 21L000000649 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə-22 noyabr 2020-ci il tarixədək 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2018-ci il tarixli, 21L000000649S nömrəli sazişdən görünür ki, 22.11.2010-ci il tarixli, 21L000000649 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilərək, kredit xətti müqaviləsi üzrə açılan kreditin məbləği 100000 ABŞ dolları və bu müqavilə və kredit razılaşmaları əsasında kreditin verilmə müddəti 208 ay, yəni 22 mart 2028-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı,29.10.2019-cu il tarixli kredit razılaşmasından, ödəniş sənədlərindən və ödəniş planından görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmiş, kreditin ödəniş müddətləri 04 dekabr 2019-04 fevral 2022-ci il göstərilmişdir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh4 22 noyabr 2010-cu il tarixdə Bakı şəhərində mübləği 100000 ABŞ dolları, müddəti 208 ay, faiz dərəcəsinin yuxarı həddi 28 % və ödənişlərin hər təqvim ayında bir dəfə olmaqla dövrülüyü müəyyən olunmaqla bağlanmış 21L000000649 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqqında müqavilə»,«Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclu Cavabdeh1 İddiaçı qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25 fevral 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 22 noyabr 2010-cu il tarixdə Bakı şəhərində mübləği 100000 ABŞ dolları, müddəti 208 ay, faiz dərəcəsinin yuxarı həddi 28 % və ödənişlərin hər təqvim ayında bir dəfə olmaqla dövrülüyü müəyyən olunmaqla bağlanmış 21L000000649 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqqıında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclu Cavabdeh1 İddiaçı qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25 fevral 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh3 22 noyabr 2010-cu il tarixdə Bakı şəhərində mübləği 100000 ABŞ dolları, müddəti 208 ay, faiz dərəcəsinin yuxarı həddi 28 % və ödənişlərin hər təqvim ayında bir dəfə olmaqla dövrülüyü müəyyən olunmaqla bağlanmış 21L000000649 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqqıında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclu Cavabdeh1 İddiaçı qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı-nin 20.08.2021-ci il tarixli maliyyə arayışında Cavabdeh1 017R********** saylı 29.10.2019-cu il tarixli kredit razılaşması üzrə 05.11.2020-ci il tarixə iddiaçıya borcunun 22514.75 manat məbləğində əsas kredit borcu, 3145.8 manat məbləğində faiz borcu və 4243.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29903.7 manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan 09.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 noyabr 2021ci il tarixli, 9/7794 nömrəli rəyindən görünür ki, Cavabdeh1 İddiaçı-yə 05.11.2020-cı il tarixə borcu əsas borc üzrə 22514,75 manat və faiz borcu üzrə 2885,09 manat təşkil edir. Hazırki ekspertiza zamanı borc məbləği 05.11.2020-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək aparılmış 12000,0 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 noyabr 2021-ci il tarixli, 9/7794 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən cavabdehlərə məhkəmədən kənar qaydada borcun ödənilməsi təklif olunmuş və əks təqdirdə qanunvericilkdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, o cümlədən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmçinin Cavabdeh1 tərəfindən iddia ərizəsində nəzərə alınmayan, 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək kredit borcundan İddiaçı-yə 12000,0 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilən qanun normalarına istinad edən məhkəmə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2010-ci il tarixli, 21L000000649 saylı kredit xətti müqaviləsini, 29 mart 2018-ci il tarixli, 21L000000649S nömrəli sazişi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı, 29.10.2019-cu il tarixli kredit razılaşmasını, ödəniş sənədlərini, ödəniş planını, 29 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsini, 25 fevral 2019-cu il tarixli zaminlik müqavilələrini və sair sənədləri mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda hesab edir ki, müasir tədqiqat metodlarına əsaslanmaqla cavabdeh tərəfin 05.11.2020-ci il tarixə hesablanmış əsas kredit borcu və cərimə borcu barədə 20.08.2021-ci il tarixli maliyyə arayışı və cavabdeh tərəfin əsas kredit borcu və faiz borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 9/7794 saylı rəyi əsas götürülməli, lakin bu zaman Cavabdeh1 tərəfindən 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək kredit borcundan 12000,0 manat məbləğində ödəniş edilməsi və həmin 12000 manat ödənişin kredit borcu ilə bağlı nə iddia ərizəsində, nə maliyyə arayışında, nə də 10 noyabr 2021-ci il tarixli ekspertiza rəyində əks olunmaması nəzərə alınmalıdır. Məhkəmə işin hallarına əsasasən cavabdeh tərəfin iddiaçıya 05.11.2020-ci il tarixə əsas kredit borcunun 22514.75 manat, faiz borcunun 2885.09 manat və cərimənin 4243.15 manat olmasını qəbul edir və eyni zamanda hesab edir ki, 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək həmin ödənilmiş 12000.00 manat məbləğ cavabdeh tərəfin 2885.09 manat faiz borcu və 22514.75 manat əsas borcunun ödənilməsinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İş materiallarından görünür ki, Cavabdeh1 ödədiyi 12000 manat vəsait cavabdeh tərəfin iddiaçıya olan bütün borcunun ödənilməsi üçün yetərli deyildir. Belə olan halda həmin 12000 manat ödəniş əvvəlcə 2885.09 manat məbləğində faizlərin hesabına, yerdə qalan məbləğ isə əsas borcun hesabına daxil edilməlidir. 12000 manat ödənilmiş məbləğ 2885.09 manat faizin hesabına daxil edildikdə həmin faiz borcu tamamilə ödənilir və nəticədə 9114.91 manat vəsait qalır ki, həmin vəsait də cavabdeh tərəfin 22514.75 manat əsas borcunun hesabına daxil edilməlidir. 12000 manat vəsaitin cavabdeh tərəfin 2885.09 manat faiz borcuna daxil edilməsi və faiz borcunun ödənilməsi nəticəsində yerdə qalan 9114.91 manat pul cavabdeh tərəfin 22514.75 manat əsas borcunun hesabına daxil edildikdə cavabdeh tərəfin iddiaçıya əsas borcunun 13399.84 manat olması müəyyən edilir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçıya faiz borcu yoxdur, əsas borcu isə 13399.84 manat təşkil edir ki, həmin 13399.84 manat əsas borc da cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 Sloltanməcid oğlunun 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək ödədiyi həmin 12000 manat vəsait tələb olunan 4243.15 manat məbləğində cərimə formasında dəbbə pulunun hesabına daxil edilməməli və dəbbə pulunun ödənilməsinə yönəldilməməlidir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsində bütün borcların ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrasının əvvəlcə faizlərin hesabına və sonra əsas öhdəliyin hesabına daixil edilməsi göstərilsə də, həmin öhdəliyin icrasının dəbbə pulunun hesabına daxil edilməsi göstərilməmişdir. Həmin qanun normasında öhdəliyin icrasının əvvəlcə xərclərin hesabına daxil edilməsi qeyd edilmişdir ki, cərimə formasında dəbbə pulu bu xərclərə aid edilə bilməz. Belə ki, qanunda nəzərdə tutulmuş xərc dedikdə artıq çəkilmiş və ya çəkilməli olan monetar formalı maddi vəsait nəzərdə tutulur. Məsələn Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində zərər dedikdə hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yəni burada hüququ pozulmuş şəxsə monetar ekvivalentdə ifadə olunan real zərər və əldən çıxmış fayda formasında zərəri özündə əks etdirən xərclərdən söhbət gedir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsində müvafiq məbləğlərdə və xərclərdə ifadə olunan tutulmalı məhkəmə məsrəfləri qeyd olunur ki, həmin qanun normasında da tutulmalı olan dəbdə pulu xərcləri nəzərdə tutulmamışdır. Bundan başqa ayrı-ayrı müqavilələrdə, məsələn icarə müqaviləsində, podrat müqaviləsində və sair bir tərəfin o biri tərəfə çəkdiyi xərclər formasında zərərin ödənilməsi nəzərdə tutula bilər. Bu Mülki Məcəllədə və sahəvi qanun normalarında (İcarə haqqında Qanun və sair) da müəyyən edilmişdir. Hazırki kredit müqaviləsinə əsasən iş üzrə kreditorun, yəni İddiaçı-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Həmçinin kredit müqaviləsində cərimə kumulyativ dəbbə pulu kimi nəzərdə tutulmuşdur. Belə ki, bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmin edilməsi üsuludur və hazırki işdə cərimə formasında tələb edilən dəbbə pulu real zərər və ya əldən çıxmış fayda formasında zərər deyildir və nəticədə iddiaçı tərəfindən çəkilmiş və ya çəkilməli olan xərc deyildir. Hazırki kredit müqaviləsində zərər kreditorun məhrum olduğu əsas borc və faizlər formasında zərərdir, yəni iddiaçının çəkdiyi və ya çəkməli olduğu xərclər və hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdir. Dəbbə pulu Mülki Məcəllənin 432.4-cü maddəsində müəyyən olunmuş xərclər anlayışına daxil deyildir. Ona görə də ödənilən 12000 manat vəsait xərclər adı ilə hazırki iş üzrə tələb edilən cərimə formasında dəbbə pulunun hesabına daxil edilə bilməz. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2010-ci il tarixli, 21L000000649 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə-22 noyabr 2020-ci il tarixədək 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmış, tərəflər arasında bağlanmış 29 mart 2018-ci il tarixli, 21L000000649S nömrəli sazişlə 22.11.2010-ci il tarixli, 21L000000649 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilərək, kredit xətti müqaviləsi üzrə açılan kreditin məbləği 100000 ABŞ dolları və bu müqavilə və kredit razılaşmaları əsasında kreditin verilmə müddəti 208 ay, yəni 22 mart 2028-ci il tarixədək müəyyən edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı, 29.10.2019-cu il tarixli kredit razılaşması, ödəniş sənədləri və ödəniş planı əsasında İddiaçı tərəfindən Cavabdeh1 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmiş, kreditin ödəniş müddətləri 04 dekabr 2019-04 fevral 2022-ci il göstərilmişdir. Həmçinin 29 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi ilə zamin Cavabdeh4 və 25 fevral 2019-cu il tarixli zaminlik müqavilələri ilə zamin Cavabdeh2 və zamin Cavabdeh3 22 noyabr 2010-cu il tarixdə Bakı şəhərində mübləği 100000 ABŞ dolları, müddəti 208 ay, faiz dərəcəsinin yuxarı həddi 28 % və ödənişlərin hər təqvim ayında bir dəfə olmaqla dövrülüyü müəyyən olunmaqla bağlanmış 21L000000649 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqqıında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclu Cavabdeh1 İddiaçı qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədidlə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Cavabdeh1 tərəfindən iddia ərizəsində nəzərə alınmayan, 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək kredit borcundan İddiaçı-yə 12000,0 manat məbləğində ödəniş edilmiş, lakin bu məbləğ kredit borcu ilə bağlı iddia ərizəsində, maliyyə arayışında və 10 noyabr 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində nəzərə alınmamışdır. 12000 manat ödənilmiş vəsaitin cavabdeh tərəfin 2885.09 manat faiz borcuna daxil edilməsi və faiz borcunun ödənilməsi nəticəsində yerdə qalan 9114.91 manat pul cavabdeh tərəfin 22514.75 manat əsas borcunun hesabına daxil edildikdə cavabdeh tərəfin iddiaçıya əsas borcunun 13399.84 manat olması müəyyən edilir. Cavabdehlərin hazırda iddiaçıya faiz borcu yoxdur, əsas borcu isə 13399.84 manat təşkil edir. Həmçinin cavabdehlərə 4243.15 manat cərimə formasında dəbbə pulu hesablanmışdır. O cümlədən hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rusumu ödənilmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, Cavabdeh1 həqiqətən də kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razalışması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı 29.10.2019-cu il tarixli kredit razılaşmasının ləğv edilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 22514.75 manat əsas borc tələbi 13399.84 manat hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır, 13399.84 manat əsas borcdan artıq əsas borc tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 3145.8 manat faiz borcu tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının 4243.15 manat cərimə formasında dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu 13399.84 manat cavabdeh tərəfin əsas borc tələbinə nisbətdə və faiz borcunun olmaması nisbətində tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 4243.15 manat məbləğində dəbbə pulu cavabdeh tərəfin 13399.84 manat əsas borcuna nisbətdə və faiz borcunun olmaması nisbətində tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 4243.15 manat dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X3rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan 4243.15 manat məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq,10 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı 29.10.2019-cu il tarixli kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 13399.84 manat əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13409.84 manat məbləğində borc və ödənilmiş 13.45 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 150 manat ekspertiza xərcinin 67.27 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qayda və 82.73 manatı iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı, 29.10.2019-cu il tarixli kredit razılaşması ləğv edilsin; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 13399.84 manat əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13409.84 manat məbləğində borc və ödənilmiş 13.45 manat məbləğində dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin edilməsin; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 150 manat ekspertiza xərcinin 67.27 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qayda və 82.73 manatı iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar