Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-252/2025 27.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat dəyərində vəsaitin alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, xx.xx.2023-cü il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağı məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini geri qaytarmamışdır. Bu barədə cavabdehin ünvanına bildiriş göndərilərək, ona təhkim olunmuş elektron nəzarət vasitəsin qaytarmağı xahiş olunmuş, əks təqdirdə isə ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət vasitəsini qaytarmadığından onlara maddi ziyan dəymişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hökmün icrası Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən onun iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddətə elektron nəzarət vasitəsi qoyulmuşdur. Üzərinə qoyulmuş elektron nəzarət vasitəsi o həbs edilən zaman Sabunçu Rayon Məhkəməsi tərəfindən ayağından qayçı ilə sındırılaraq çıxarılmışdır. Yəni o, elektron nəzarət vasitəsinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təhvil vermişdir. əlavə olaraq qeyd etmişdir ki, üzərinə qoyulmuş elektron nəzarət vasitəsi məhkəmə günündən bir neçə gün öncə (7-8) işləməyib və o qurğunun işləməməsi barədə də Probasiya İdarəsinə məlumat vermişdir. Əgər o zamanında elektron nəzarət vasitəsinin işləməməsi barədə dəfələrlə məlumat vermişdirsə bəs indi hansı səbəbdən Probasiya İdarəsi məsuliyyəti öz üzərindən ataraq ona qarşı “vurulmuş maddi ziyan tələbi haqqında” iddia qaldırır və eyni zamanda da ondan 2277.40 manat dəyərində (elekron nəzarət qurğusunun dəyəri) olan vəsaitin alınaraq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına köçürülməsini tələb edir. Hal-hazırda iddiaçı tərəfindən ona qarşı verilmiş iddia əsassızdır. O, verilmiş iddianı qəbul etmir, azadlıqda olduğu müddətdə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinə heç bir ziyan vurmamışdır, onun maddi durumu belə tələb olunan 2277.40 manat dəyərindəki vəsaiti ödəməyinə imkan vermir, yanına gəlib-gedən yoxdur, ən əsası da o cəmiyyətdən təcrid, azadlığından məhrum olunmuş çarəsiz, köməksiz bir məhkumdur. O cümlədən, o, Bakı Şəhər Sabunçu Probasiya İdarəsinin icraçısı tərəfindən verilmiş iddiasında günahının olmamasını mötəbər sübut olaraq Sabunçu Rayon Məhkəməsinin iclas zalında olan məhkəmə işçilərinin şahidliyi ilə də sübut edə bilər və bu fakt yetərli dəlildir. Ərizəsində göstərdiyi xüsusatları nəzərə alaraq, Bakı Probasiya İdarəsi tərəfindən ona qarşı verilmiş “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair iddianı ləğv və rədd edilməsini, məhkəmə iclasında iştirakının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən həbs edilən zaman qolbaq ayağından çıxarılmış, adapter və digər aparat hissəsi yaşadığı ünvandadır, lakin həmin hissələri icra məmuruna vermək üçün heç kim yoxdur. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra dəymiş ziyanı hissə-hissə ödəyə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1(010)-428/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 15-17 noyabr 2022-ci il tarixləri və 16-18 yanvar 2023-cü il tarixləri üzrə tutlduğu 04 (dörd) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılmasının cəzası təyin edilməsi hökm edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(008)-468/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Cavabdeh barəsində Bakı şəhəri Suraxanı Rayon Mehkemesinin 21 iyun 2023-cü il tarixli 1(010)-428/2023 saylı hökmü ilə təyin edilmiş 2 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 1 ay 16 gün azadlığın məhdudlaşdırılmasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 01 il 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Cavabdeh qəti cəza 01 (bir) il 2 (iki) ay müddətinə azadlıəqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 01 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1(010)-428/2023 nömrəli hökmü (qərarı) üzrə ona təhkim edilmiş mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbağı, istifadə təlimatını və çantanı qəbul etmiş, ona təhkim edilmiş həmin elektron vasitələrin korlanmasına və zədələnməsi halları mövcud olarsa müvafiq tədbirlərin görüləcəyi izah edilmişdir. xx.xx.2023-cü il tarixli Azadlığın məhdudlaşdırması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elekrik adapteri, proqram lisenziyasının qiyməti 1930.00 AZN, ƏDV 347.40 AZN, cəmi 2277.40 AZN təşkil edir. Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsi mobil qurğu, mobil qurğunun enerji adapteri, elektron qolbağdan ibarət komplektdən təşkil edir. Cavabdeh ərizəsində göstərildiyi kimi elektron qolbağ idarəyə təhvil verilsə də, komplektin digər hissələri mobil qurğu, mobil qurğunun enerji adapteri onun tərəfindən təhvil verilməmişdir. "xxxx" QSC-nin verdiyi maliyyə arayışından göründüyü kimi komplektin hissələrinin dəyəri ayrı-ayrılıqda deyil, vahid komplekt şəklində göstərilmişdir. Həmçinin elektron nəzarət vasitəsinin komplektasiyasının pozulması onun təkrar istifadəyə yararsızlığına səbəb olur. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ona təhkim edilmiş mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, elektron qolbağı, istifadə təlimatını və çantanı qəbul etmiş, ona təhkim edilmiş həmin elektron vasitələrin korlanmasına və zədələnməsi halları mövcud olarsa müvafiq tədbirlərin görüləcəyi izah edilmiş, həmçinin məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Cavabdeh elektron qolbağı idarəyə təhvil verilsə də, komplektin digər hissələri mobil qurğu, mobil qurğunun enerji adapterinin təhvil verilməsi təmin edilməmişdir. Elektron nəzarət vasitəsinin hər hansı bir hissəsinin olmaması onun təkrar istifadəsini mümkünsüz edir. Hazırki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya 2.277,40 manat məbləğində maddi ziyan dəymişdir və bu məbləği də cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin müvafiq hesabına köçürülməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia təmin edildiyindən qeyd edilən tələb üzrə 42.77 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 2277.40 manat alınıb Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində müvafiq hesabına köçürülsün. 42.77 manat dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №2(019)-252/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-252/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver