Məhkəmə qərarları › İş №2(019)-26/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-26/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-26/2022 10.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin (aktının) etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, X32, Cavabdeh3 və Cavabdeh4 ilə onun arasında 11 mart 2005-ci ildə Balakən rayon Şambul kəndində yerləşən 1186.967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi, yaxud cavabdehlərə həmin torpaq sahəsini alarkən ödədiyi 3000 (üç min) manat pulun, həmçinin torpağın yaxşılaşdırlması üçün 5000 (beş min) manat pulun cəmi 8000( səkkiz min) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh1, X32, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. 11 mart 2005-ci ildə həmkəndliləri Cavabdeh1 və onun ailə üzvləri X33, Cavabdeh3, Cavabdeh4 ailəsinin mülkiyyətinə verilmiş 1,19 ha kənd təsərrüfatı təyinatlı torpq sahəsinin 1,1869,67 kv.m cizgidə əks olunmuş torpaq sahəsini həmin dövrün Azərbaycan manatı ilə 1.1180000 (bir milyon bir yüz səksən min) manata almışdır. Torpaq sahəsini alması barədə Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyində 11 mart 2005-ci ildə yazılı formada akt tərtib etmişlər. Aktı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 şahidlər X6, X26, X15, X38, X34, X2 sakinləri imzalamış və Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd İnzibati Ərazi Dairəsinin nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda Cavabdeh1 və onun ailə üzvləri X33, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlanmış, həmin ərizədə Cavabdeh1 və onun ailə üzvləri birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,19 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəldiklərini, satmaq istədiyi torpaq sahəsinin girova qoyulmadığını və onunla bağlı məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Komitəsinin 23 iyul 1981-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq satmaq istədikləri 1,19 ha torpaq sahəsinin normativ qiyməti barədə arayış verilməsini xahiş etmiş, ailə üzvləri Cavabdeh1 başda olmaqla onlara məxsus torpaq sahəsinin satılmasına razılıqlarını imzaları ilə təsdiq etmiş, həmin sənədi Şambul Bələdiyyəsi öz möhürü ilə möhürləmişdir. Cavabdeh ilə aralarında alqı-satqı barədə akt tərtib olunarkən Cavabdeh1 onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpağına dair JN-555, KOD 40116018 olan Dövlət Aktını da ona vermişdir. Torpağa aqrtexniki qulluq göstərmiş, orada 1000 dən çox ağac əkmişdir. Həmin ağaclar 500 ədədi çinar ağacı, 200 ədədi-akasiya, 60 ədədi tut və digər ağaclardan ibarətdir. Həmin torpaq sahəsinin ətrafına ekskvatorla 400 metr məsafədə kanal qazdırmışdır. Həmin kanalın üzərinə də ağaclar əkmişdir. Həmin torpağın yaxşılaşdırılması, ağacların əkilməsi, kanalın qazılması üçün 5000 (beş min) manat pul xərcləmişdir. 18 ildir ki, həmin torpaq sahəsindən istifadə edir. İndiyə qədər Cavabdeh1 və onun ailə üzvlərinin həmin torpaq sahəsindən istifadə etməyinə dair heç bir narazılıq bildirməmişlər. Torpağın vergisini müntəzəm olaraq ödəmişdir. 11 mart 2005-ci ildən cavabdehlərdən alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Balakən rayonu Şambul kənd İcra nümayəndəliyində 11 mart 2005-ci ildə tərtib edilmiş aktdan görünür ki, Balakən rayonu Şambul kənd sakini Cavabdeh1, Şambul kənd icra nümayəndəsi X21, Cavabdeh1, X32, Cavabdeh3, Cavabdeh4, X6, X26, X9,X35,X10, X22, X16 tərəfindən JN-535 nömrəli mülkiyyət hüququna X51 535 Q sahəsi 118,69 kv.m cizgidə əks olunmuş torpaq sahəsi Şambul kənd sakini X1 və torpaq sahəsinn dəyəri bir milyon bir yüz səkkiz min manat məbləğində pulu alır. İddia ərizəsinə əlavə edilmiş keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 və onun ailə üzvləri X33, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlanmış, həmin ərizədə Cavabdeh1 və onun ailə üzvləri birlikdə Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,19 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəldiklərini,satmq istədikləri torpaq sahəsinin girova qoyulmadığını və onunla bağlı məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Komitəsinin 23 iyul 1981 -ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq satmaq istədikləri 1,19 ha torpaq sahəsinin normativ qiyməti barədə arayış verməsini xahiş etmiş, ailə üzvləri Cavabdeh1 başda olmaqla onlara məxsus torpaq sahəsinin satılmasına razılıqları imzaları ilə təsdiq etmiş, həmin sənədi Şambul Bələdiyyəsi öz möhürü ilə möhürləmişdir. Bundan sonra o, dəfələrlə cavabdeh X7 və onun ailə üzvlərini Balakən rayon Notariat Kontoruna alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün dəvət etsə də, onlar Notariat Kontoruna qəlməkdən boyun qaçırmışlar. 25 sentyabr 2019-cu ildə Cavabdeh1 onun adına Notariat Ofisindən etibarnamə verərək 20 il müddətə bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən, qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu şmbul kəndində yerləşən 1.44 ha torpaqsahəsinin mülki nömrəsi 535Q olan 11869.67 kv.m olan hissəsində ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi etibar etmişdir. Lakin o, Notariat Ofisinə müraciət edib, etibarnamə əsasında sənədləşməni həyata keçirmək istərkən, etibarnamədə onun diqər ailə üzvlərinin adlarının olmadığını bildirərək, sənədləşməni apara bilmədiyini göstərdi. Qeyd etmək istəyir ki, cavabdeh X23 həyat yoldaşı X32 3 iyun 2006-cı il tarixdə vəfat etmişdir, diqər ailə üzvləri isə Rusiya Federasiyasındadır. Ona görə də onlardan etibarnamə ala bilmir. O, nümayəndəsi vasitəsilə pul tələbi hissəsində iddianın həcmini azaltmışdır. Belə ki, yalnız qeyd edilən alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsini istəyir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis və İddiaçı ilə cavabdehlər Cavabdeh1, X32, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan JN:535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X48 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha kənd təərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X17, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Balakən rayonu Şambul kənd sakini Cavabdeh1, Şambul kənd icra nümayəndəsi X21, Cavabdeh1, X32, Cavabdeh3, Cavabdeh4, X6, X26, X9,X35, X10, X22, X16 və X11 tərəfindən Balakən rayonu Şambul kənd İcra nümayəndəliyində 11 mart 2005-ci ildə tərtib edilmiş aktdan görünür ki, JN-535 nömrəli mülkiyyət hüququna X51 535 Q sahəsi 118,69 kv.m cizgidə əks olunmuş torpaq sahəsi Şambul kənd sakini X1 və torpaq sahəsinn dəyəri bir milyon bir yüz səkkiz min manat məbləğində pulu Cavabdeh1, Fatma Əzizova, Cavabdeh3 və Rəhilə Mustafayeva alır. Həmin aktda torpaq sahəsinin digər ümumi birgə mülkiyyətçisi Cavabdeh2 Vəli oğlunun adı, iştirakı və imzası yoxdur. Həmçinin sözügedən akt R.Mustafayev, H.Nuriyev və R.Osmanov tərəfindən imzalanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 və onun ailə üzvləri X33, Cavabdeh3 və Cavabdeh4 tərəfindən xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlanmış, həmin ərizədə Cavabdeh1 və onun ailə üzvləri ilə birlikdə Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,19 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə salmaq qərarına gəldiyini,satmq istədiyi torpaq sahəsinin girova qoyulmadığını və onunla bağlı məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. İş materiallarına əlavə olunmuş X8 16 oktyabr 2021-ci il tarixli 470 nömrəli mütəxəssis rəyində göstərilir ki, Balakən rayonu Şambul kəndində yerləşən 1186.967 kv.m torpaq sahəsinə baxış keçirilən zaman həmin torpaq sahəsində təxminən 594 ədəd əkilmiş akasiya və çinar ağacları olması təxmin edilir. Ağaclar torpaq sahəsində 624 ((44m + 268m) x 2) metr uzunluğunda, sərhədboyu 2 cərgə, 0.90-1.20 metr aralığında əkilmişdir. Həmin ağacların yaşı təqribən 15 (13-17) il təşkil edir. Yaşıllıq və ya hasar məqsədilə əkilmiş 1 ədəd akasiya və çinar ağacının əkilməsinə, suvarılmasına, qulluq edilməsinə göstərilən müddətdə xərclənən vəsaitin dəyəri təxminən 15,00 manat müəyyən edilir. O cümlədən: -15 yaşı olan 594 ədəd akasiya və çinar ağaclarının dəyəri (594əd x 15/Ti) - 8910,00 manat müəyyən edilir. Balakən rayonu Şambul kəndində yerləşən 1186.967 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin hamarlanması, təmizlənməsi, şumlanması, suvarılaraq münbitləşdirilməsinə çəkilən xərc təqribən 1200.00 (min iki yüz) manat olur. Balakən rayonu Şambul kəndində yerləşən 1186.967 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş, istifadəyə tam yararlı, gəlir gətirmə qabiliyyətinə malik torpaq sahəsinin orta bazar qiyməti təxminən 6490.00 (altı min dörd yüz doxsan) manat müəyyən edilir. Həmin Cəmiyyətin bildirişində mütəxəssis xərcinin 300 manat olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli 7/306-9/2187 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-768/2021 saylı mülki iş materialındakı 470 №-li mütəxəssis rəyinə (səhifə 85-91) əsasən - Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr torpaq sahəsində 15 yaşı olan 594 ədəd akasiya və çinar ağacları əkilmişdir. Həmin torpaq sahəsində hamarlanma, təmizlənmə, şumlanma, suvarılaraq münbitləşdirilməsi kimi yaxşılaşdırma işləri görülmüşdür; respublikada yerləşən ting satışı mağazalarında, yerli internet saytlarında mövcud olan qiymətlərdən, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və eləcə də iş materialında olan xx.xx.2021-ci il tarixli, 470 №-li mütəxəssis rəyindən (cild i.v 85-91) istifadə edilməklə Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 624 metr (44+268=312x2=624) uzunluğunda torpaq sahəsində əkilmiş 594 ədəd 15 illik akasiya və çinar ağaclarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 41580,00 (594 x 70 m) manat, həmin torpaq sahəsində hamarlanma, təmizlənmə, şumlanma, suvarılaraq münbitləşdirilmə işlərinə çəkilən xərcin miqdarı təxminən 1200,00 manat müəyyən edilir. Ekspert qeyd edir ki, iş mütəxəssis rəyində qeyd edilən 15 yaşlı (akasiya və çinar) ağacların pərakəndə satışı nəzərdə tutulmur. Həmin çoxillik ağacların orta bazar qiyməti müəyyən edilərkən qələmlərin alınması, daşınması, əkilməsi, suvarılması, aqrotexniki qulluq, qorunması və sair nəzərə alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 may 2022-ci il tarixli, 7/306- 9/2187 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-tikinti texniki ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 10/1969 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu Şambul kəndində yerləşən sahəsi 1186,967 kv.metr təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin ümumi dəyəri təqribən 5700,0 manat məbləğində müəyyən edilmişdir; rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Balakən rayonu Şambul kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş mübahisəli torpaq sahəsinin orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 6500,0 manat məbləğində müəyyən edilir. Rəyə 3 vərəqdən ibarət internet məlumatları əlavə edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 sentyabr 2022-ci il tarixli 10/1969 №li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün həmin vaxt qanunda nəzərdə tutulmuş 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN-535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X52 əsasən Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha kənd təərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X17, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 2005-ci il tarixli akta istinad edib onunla Cavabdeh1, X32, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, iddiaçının adı (soyadı, adı və atasının adı) İddiaçı olduğu halda sadə yazılı alqı-satqı müqaviləsi kimi etibarlılığı tələbi qoyulmuş 11 mart 2005-ci il tarixli aktda torpaq sahəsi satılan şəxsin adı (soyadı, adı və atasının adı) X13 olaraq qeyd edilmişdir. İddiaçı ilə X5 eyni şəxs olması barədə işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya digər mötəbər sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X19 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinirn 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respeublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər; notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçı iddia ərizəsində JN:535 saylı Torpağa Mülkiyyət Hüququna X51 göstərilən 535Q gizgisində əks olunmuş 11869,67 kv.metr torpaq sahəsinə dair 11 mart 2005-ci il tarixli alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi 11 mart 2005-ci il tarixdə Balakən RİH-nin Şambul inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndənin və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akt nəticəsində Cavabdeh1, X33, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsini ona satdıqlarını və manatın köhnə məzənnəsi ilə onların bir milyon bir yüz səksən min manat pul aldıqlarını, lakin sonradan müqavilənin rəsmiləşdirilməsi üçün onları notariat kontoruna dəvət etsə də, onların notariat kontoruna gəlməkdən boyun qaçırdıqlarını göstərmişdir. Bu xüsusda iş materiallarına istinad edən məhkəmə bildirir ki, iş materiallarına əsasən iddiaçının adı (soyadı, adı və atasının adı) İddiaçı olduğu halda sadə yazılı alqı-satqı müqaviləsi kimi etibarlılığı tələbi qoyulmuş 11 mart 2005-ci il tarixli aktda torpaq sahəsi satılan şəxsin adı (soyadı, adı və atasının adı) X13 olaraq qeyd edilmişdir. İddiaçı ilə X3 eyni şəxs olması barədə isə işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya digər mötəbər sübut yoxdur. Belə olan halda 11 mart 2005-ci il tarixli aktın-ehtimal olunan sadə yazılı müqavilənin Cavabdeh1, X33, Cavabdeh3 və Cavabdeh4 ilə X11 adlı şəxslə deyil, məhz İddiaçı ilə bağlanması və bu müqavilə tərəflərinin üzərinə müəyyən öhdəliklər götürmələri (torpağın satılması, titul sahibliyinə verilməsi, pulun alınması və sair) bu aktın özü ilə təsdiq olunmur və bunun əksini təsdiq edən, yəni həmin İddiaçı ilə X3 eyni şəxs olması və müqavilənin məhz İddiaçı ilə bağlanması barədə işdə heç bir mötəbər sübut mövcud deyildir və belə sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən 11 mart 2005-ci il tarixli aktda müqaviləyə aid şərtlər; müqavilənin müddəti, satıcıların və alıcının (məhz İddiaçı) öhdəlikləri, o cümlədən torpaq sahəsinin alıcıya təhvil verilməsi müddəti, müqavilənin icra vaxtı, satıcıların həmin müqavilənin rəsmiləşdirilməsi üçün hansı vaxt ərzində notariat orqanına getməli olması, bu sadə yazılı müqavilənin icra edilməməsinə görə tərəflərin məsuliyyəti, pulun məhz İddiaçı tərəfindən kimə verilməsi, 4 mülkiyyətçidən kimin tərəfindən və kimdən (İddiaçı yoxsa başqa şəxsdən) alınması (aktda «aldım» ifadəsi altında pulun bir nəfər tərəfindən alınması ehtiva edilsə də, Cavabdeh1, Fatma Əzizova, Cavabdeh3 və Cavabdeh4 hər biri tərəfindən pulu alması qeyd edilmiş, lakin kimdən alınması göstərilməmişdir) və sair şərtlər göstərilməmişdir. Digər tərəfdən İddiaçı, Cavabdeh1, X33, Cavabdeh3 və Cavabdeh4 həmin 11 mart 2005-ci il tarixli aktın notarial qaydada rəsmiləşdirilməsi üçün notariat orqanına gəlmələri barədə bildirməsi, bu vəzifənin həmin müqavilə kimi qeyd edlilən aktdan irəli gəlməsi və məhz Cavabdeh1, X33, Cavabdeh3 və Cavabdeh4 bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını və bu əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Əksinə iş materiallarında olan notarial qaydada təsdiq olunmuş 25 sentyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Cavabdeh1 İddiaçı bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya imtina ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu Şambul kəndində yerləşən 1.44 ha torpaq sahəsinin mülkün nömrəsi 535Q olan 11869,67 kv.m olan hissəsindən ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaşqədar olan bütün hərəkətləri etməyi xx.xx.2069 tarixədək etibar etmişdir. Göründüyü kimi, Cavabdeh1 həmin vaxt olmuş iddiaçının çağırışı əsasında notariat orqanına gəlmiş və o cümlədən sözügedən torpaq sahəsinin özünə məxsus olan hissəsi üzərində sərəncam verməyi, həmçinin çıxarışı almağı və vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı iddiaçıya həvalə etmişdir. Həmin vaxt da X33 artıq vəfat etmişdir. Belə ki, iş materiallarına əsasən Cavabdeh1 arvadı X17 03 iyun 2006-cı il tarixdə vəfat etdiyi müəyyən olunur. Belə olan halda 03 iyun 2006-cı ildən sonra iddiaçı tərəfindən X33 alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat orqanına çağrıla və o, vəfat etdiyi səbəbindən notariat orqanına gələ bilməzdi. İddiaçı tərəfindən Cavabdeh1, Fatma Əzizovanın, Cavabdeh3 və Cavabdeh4 03 iyun 2006-cı il tarixdən əvvəl hansı tarixdə və hansı vaxtda sözügedən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat orqanına çağrılması, lakin onların həmin vaxt notariat orqanına gəlməməklə həmin alqı-satqının rəsmiləşdirilməsindən yayınması, bununla da əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçı da belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh2 ilə İddiaçı arasında isə torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir sadə yazılı müqavilə bağlanmamışdır. Belə ki, 11 mart 2005-ci il tarixli aktda Cavabdeh2 adı və imzası yoxdur. Ona görə də məhkəmə cavabdehlərin torpaq sahəsinin alqı-satqı müqaviləsinin notariat orqanında rəsmiləşdirilməsindən yayınması və -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsi barədə iddia tələbinin əsaslandırıldığı halın mövcudluğunu qəbul etmir. Qeyd edildiyi kimi, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 22 mart 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. İş materiallaırna əsasən sözügedən müqavilənin (əqd) qanuna zidd olmaması, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması şərtləri mövcud olmadığından hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz. Belə ki, yuxarıda göstərildiyi kimi tərtib edilən akt formasında həyata keçirilməsi ehtimal edilən həmin alqı-satqı qanunda nəzərdə tutulmuş forma və məzmun şərtlərinə əməl edilmiş müqavilə deyildir, qanunun tələblərinə uyğun deyildir, bütün mülkiyyətçilərin razılaşması ilə həyata keçirilməmişdir; bu zaman yetkinlik yaşına çatmış Cavabdeh2 (xx.xx.1983-cü il tarixdə doğulmuşdur) buna razılığı alınmamışdır. 11 mart 2005-ci il tarixli aktda Cavabdeh2 həmin torpaq sahəsini satması barədə adı və imzası yoxdur. Bundan başqa, Cavabdeh1 və digər şəxslərin torpaq mülkiyyətçisi olan Cavabdeh2 razılığı olmadan həmin alqı-satqını həyata keçirməyə lazımi səlahiyyətləri olmamış və İddiaçı da bunu bilmişdir və ən azından bilməli idi. Belə ki, həmin vaxt İddiaçı JN:535 saylı Torpağa Mülkiyyət Hüququna X53 verilmişdir ki, həmin Dövlət Aktında da ümumi mülkiyyətçilərin sırasında Cavabdeh2 da adı vardır. 11 mart 2005-ci il tarixli aktda isə Cavabdeh2 adı, imzası və razılığı olmamışdır. Ona görə də 11 mart 2005-ci il tarixli akt ehtimal edilən əqd kimi qanunauyğun bağlanması və həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan 22 mart 2006-cı il tarixli qərarının şərtlərinə uyğun olması barədə nə forma, nə də məzmun cəhətdən hüquqi əsas vermir. Digər torpaq mülkiyyətçisinin (Cavabdeh2) razılığı olmadan həmin torpaq sahəsinin iddiaçıya qeyri-müəyyən formada satılması qanunazidddir, ona görə də aktla bağlanması ehtimal edilən alqı-satqı müqaviləsinin etibarlı saylıması üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından həmçinin görünür ki, ümumi birgə mülkiyyətçilərdən biri-X33 03 iyun 2006-cı il tarixdə vəfat etmişdir. Hazırki iddia üzrə bağlaniması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edilməsi isə mərhum X17 vərəsələrinin və JN:535 KOD 40116018 saylı Torpağa Mülkiyyət Hüququna X53 üzrə digər torpaq mülkiyyətçilərinin həmin 11869.67 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. 11869.67 kv.metr torpaq sahəsi mülkiyyətçilərinin həmin torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, əks hal mülkiyyətçiləri və vəfat etmiş mülkiyyətçinin (X17) vərəsələrinin sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız maneə yaratmaqla onları həddən artıq məhdudiyyət yükünə məruz qoyardı və həmin şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi ilə iddiaçının pozulması ehtimal olunan hüquqlarının müdafiəsi arasında ədalətli tarazlıq prinsipini cavabdehlərin və ölmüş şəxsin vərəsələrinin ziyanına pozmuş olardı. Belə ki, həmin torpaq sahəsinə cavabdehlərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı isə həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan heç bir hüquq əldə etməmişdir. Bü xüsusda cavabdehlərin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, o cümlədən torpaq sahəsindən maneəsiz istifadə hüquqları müdafiə olunmalıdır. Məhkəmə bir daha qeyd edir ki, Avropa Konvsensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Sporronq və Lonnrot İsveçə qarşı məhkəmə işində İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç aydın normanı özünə ehtiva edir:birinci norma ümumi xarakter daşımaqla mülkiyyətdən maneəsiz istifadə prinsipini müəyyən edir (birinci abzasın birinci cümləsi); ikinci norma mülkiyyətdən məhrum etməyə aiddir və bunu bir sıra şərtlərlə bağlayır (birinci abzasın ikinci cümləsi); üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər cəmiyyətin maraqları naminə mülkiyyətdən istifadəyə nəzarət etmək hüququna və bu məqsədlə zəruri hesab etdikləri qanunları tətbiq etmək hüququna malikdirlər (ikinci abzasda əks olunub). Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə və bu norma ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə mülkiyyət hüquqlarına məhdudlaşdırmanın tətbiqi üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı qiymətləndirmə testi (meyarları) müəyyən etmişdir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X30 zavodları Yunanıstana qarşı, X18rşı, Slivçenko Litvaya qarşı və.s.) mülkiyyət hüququna müdaxiləni, o cümlədən onun məhdudlaşdırılmasını aşağıdakı şərtlərlə bağlayır:1) bu müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. X12 dair 1 saylı Protokolun 1-ci maddəsinə və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarlarına görə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün mülkiyyətçiyə kompensasiya ödənilməlidir. Bu mənada mülkiyyət hüquqlarına hər hansı müdaxilənin qanuni məqsəd daşımaması, təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməməsi, qeyri-müəyyən müddəti əhatə etməsi, bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmaması və bu müdaxilə ilə bağlı mülkiyyətçiyə səmərəli, ağlabatan və vaxtında ödənilməli olan kompensasiyanın ödənilməməsi mülkiyyət hüquqlarının pozuntusudur. Bu da qanunun tələbinə əsasən yolverilməzdir. Sporronq və Lonnrot İsveçə qarşı işdə Avropa Məhkəməsi mülkiyyət hüquqlarının qeyri-müəyyən müddətə məhdudlaşdırılmasını 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. İşin müəyyən olunmuş faktoloji hallarına tətbiq edilməli olan hüquqi normaları, həmçinin Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin standartları nöqteyi-nəzərindən hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki halda iddianın təmin edilməsi, sözügedən alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi və bununla da cavabdehlərin və ölmüş mülkiyyətçinin vərəsələrinin mülkiyyət hüquqlarından məhrum edilməsi üçün konvensial və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquqi əsaslar yoxdur. Ancaq məhkəmə onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyi belə halda iddiaçıya cavabdehlərdən sərf etdiyi zəruri məsrəfləriin əvəzinin ödənilməsini və yaxşılaşdırma xərclərini tələb edə bilər. Yəni qanunvericilik iddiaçının da hüquqlarını bərpa etmək üçün çatımlı və ədalətli kompensator mexanizm müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir. İş materiallarına əsasən iş üzrə ekspertiza xərci cəmi 200 manat təşkil edir və bu məbləğ məntiqli və ağlabatan həddədir. Belə ki, bu məbləğ iki ekspertiza tədqiqatının cəmi dəyərini özündə ehtiva edir. Ona görə də həmin məbləğ iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İşdə olan «X20» MMC-nin 16 oktyabr 2021-ci il tarixli 470 saylı bildirişindən görünür ki, iş üzrə həmin cəmiyyətin mütəxəssis xərci 300 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Göründüyü kimi, qanun norması ödənilməli olan mütəxəssis xərcinin tələb olunan məbləğdə deyil, məntiqli həddə müəyyən olunmasını qeyd edir. Məntiqli hədd həmin məbləğin ağlabatan və ədalət meyarları əsasında müəyyən olunmasını ehtiva edir. İş materiallarından görünür ki, iş üzrə iki ekspertiza tədqiqatının ümumi dəyəri 200 manat təşkil etdiyi halda, mütəxəssis xərcinin 300 manat kimi göstərilməsi həmin xərcin ağlabatan, ədalətli və bü xususda məntiqli olmadığını göstərir. Belə ki, həmin sahə bir ərazidə yerləşir və ora bir dəfə mütəxəssis tərəfindən baxış həyata keçirilmişdir. Ona görə də mütəxəssis xərcinin 100 manat məbləğində müəyyən olunması işin hallarına tam uyğun olmaqla ağlabatan və ədalətlidir və bu xüsusda məntiqlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı ilə Cavabdeh1, X32, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 200 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X37 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, həmçinin 100 manat mütəxəssis xərci İddiaçı tutularaq «X20» MMC-nin Kapital Bank ASC Sahil filialı Kod 201218 VÖEN ********** SVVİFT kod AİİBAZ2X M\h AZ37NABZ013501**********1944 VÖEN **********Hesab AZ64AİİB400900C**********208 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı İddiaçı ilə Cavabdeh1, X32, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında 11 mart 2005-ci ildə Balakən rayonu Şambul kəndində yerləşən 1186,967 kv.metr kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 200 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X37 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə 100 manat mütəxəssis xərci İddiaçı tutularaq «X20» MMC-nin Kapital Bank ASC Sahil filialı Kod 201218 VÖEN ********** SVVİFT kod AİİBAZ2X M\h AZ37NABZ013501**********1944 VÖEN **********Hesab AZ64AİİB400900C**********208 saylı hesabına ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar