Məhkəmə qərarları › İş №2(019)-265/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-265/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-265/2020 14.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xalis qızına qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xalis qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xalis qızından ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 151.02 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 103.94 ABŞ dolları faiz, 613.71 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 20.94 ABŞ dolları borc-ümumilikdə 889.61 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə öldüyündən Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 hüquq varisləri müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş və X5, Məmmədov Sakit Rövşən oğlu, Məmmədov Oruc Rövşən oğlu və X6 mərhum Cavabdeh1 hüquq varisləri olaraq tanınmışlar. İddiaçı Ləğv prosesində olan İddiaçı X12 iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli,120005794 ssuda hesablı kredit kartına əsasən Cavabdeh1 "İddiaçı" X7 32 faizlə 24 ay müddətinə 2540 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Xalis qızı ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1686.60 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. ********* ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci ildir.Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 Şahmərdan oğlunun ləğv prosesində olan İddiaçı ASC-nə 151.02 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 103.94 ABŞ dolları faiz, 613.71 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 20.90 ABŞ dolları borc-ümumilikdə 889.61 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X4 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xalis qızından ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 151.02 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 103.94 ABŞ dolları faiz, 613.71 ABŞ dolları cərimə, xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 20.94 ABŞ dolları borc-ümumilikdə 889.61 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı X8 ləğvedicisi X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 hüquq varisləri X5, Məmmədov Sakit Rövşən oğlu, Məmmədov Oruc Rövşən oğlu və X6 və Cavabdeh2 Xalis qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2014-cü il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 32 faizlə 24 ay müddətinə, 2540 ABŞ dolları məbləğində kredit almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2014-cü il tarixli 120005794/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə zamin Cavabdeh2 Xalis qızı arasında bağlanmışdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, "İddiaçı" X12 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 32 faiz olmaqla, 24 ay müddətinə, 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS nömrəli əlavə sazişə əsasən kreditin qalıq məbləği 1686.6 ABŞ dolları, bitmə tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 Xalis qızı ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci ilədək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 151.02 ABŞ dolları əsas borc, 103.94 ABŞ dolları faiz borcu yaranmış, ona 613.71 ABŞ dolları cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 və Cavabdeh2 Xalis qızından borcun ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin cavabdeh yenə də kredit borcunu ödəməmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 151.02 ABŞ dolları, faiz borcu 103.94 ABŞ dolları olduğu halda, 613.71 ABŞ dolları məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini,həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 20 ABŞ dolları həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 hüquq varisləri-X5, Məmmədov Sakit Rövşən oğlu, Məmmədov Oruc Rövşən oğlu və X3 (mirasdan aldıqları pay həcmində) və Cavabdeh2 Xalis qızından müştərək qaydada 151.02 ABŞ dolları əsas, 103.94 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, 20.94 ABŞ dolları gecikdirilmiş vaxt üçün beş faiz olmaqla, cəmi 295,90 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta məzənnəsi üzrə Azərbaycan manatına məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 9,90 manatı alınıb iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 hüquq varisləri-X5, Məmmədov Sakit Rövşən oğlu, Məmmədov Oruc Rövşən oğlu və X3 (mirasdan aldıqları pay həcmində) və Cavabdeh2 Xalis qızından müştərək qaydada 151.02 ABŞ dolları əsas, 103.94 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə, 20.94 ABŞ dolları gecikdirilmiş vaxt üçün beş faiz olmaqla, cəmi 295,90 ABŞ dolları məbləğində borc qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi valyuta məzənnəsi üzrə Azərbaycan manatına məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 9,90 manatı alınıb iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar