Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-265/2021 04.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Xəlilov Məmmədrəsul Abduxalıq oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan cəmi 614 (altı yüz on dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Abduxalıq oğlu iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qazma kəndində yaşayır və fiziki şəxs kimi fəaliyyət göstərərək,Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olur (VXEN-380088032). Cavabdeh oğlu xx.xx.2018ci il tarixdə onun yanına gələrək, ona bir ədəd telefon verməsini xahiş etmişdir. Nisyə satış müqaviləsinə əsasən cavabdehə 483 manat dəyərində bir ədəd “Samsung J 330 imei: **********82977” markalı telefonu aylıq 2,5 faiz olmaqla 6 ay müddətinə, xx.xx.2018 ci il tarixdə nisyə satış müqaviləsinə əsasən isə cavabdehə 299 manat dəyərində bir ədəd “Samsung j 250 imei: **********99552” markalı telefonu aylıq 2,5 faiz olmaqla 6 ay müddətinə kreditlə- nisyə satmışdır. Aralarında ödəniş qrafiki tərtib edilmiş və cavabdeh tərtib edilmiş “Ödəniş qrafikinin” şərtlərinə əməl etməmişdir. Cavabdeh birinci telefonun borcundan cəmi 180 manat ödəmiş, qalıq olaraq 303 manat borclu qalmış, ikinci telefondan isə ödəniş etməmişdir. Cavabdeh ondan əlavə 12 man dəyərində yaddaş kartı da götürmüşdür. Cavabdehin yekun olaraq 614 manat borcu qalmışdır. O, cavabdehi dəfələrlə borcu ödəməsi barədə şifahi qaydada xəbərdar etməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, Cavabdeh xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli ödəmə qrafikləri üzrə ona cəmi 614 manat borcu qalmışdır. Buna görə də Balakən Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı tam qəbul və etiraf edərək, izahatında göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı Abduxalıq oğlundan nisyə alqı-satqı müqaviləsi əsasında 483 manat dəyərində bir ədəd “Samsung J 330 imei: **********82977” markalı telefonu aylıq 2,5 faiz olmaqla 6 ay müddətinə, xx.xx.2018 -ci il tarixli nisyə alqısatqı müqaviləsi əsasında isə 299 manat dəyərində bir ədəd “SamsunG J 250 imei: **********99552” markalı telefonu aylıq 2,5 faiz olmaqla 6 ay müddətinə nisyə almışdır. Aralarında ödəniş qrafiki tərtib edilmişdir. O, birinci telefonun borcundan cəmi 180 manat ödəmiş, onun qalıq olaraq 303 manat borclu qalmış, ikinci telefondan isə ümumiyyətlə ödəniş etməmişdir. İddiaçı əlavə 12 manat dəyərində yaddaş kartı da götürmüş və həmin 12 manatı da ödəməmişdir. Onun göstərilən telefonlara və yaddaş kartına görə İddiaçı yekun olaraq 614 manat borcu qalmışdır. İddiaçı onu dəfələrlə borcu ödəməsi barədə şifahi qaydada xəbərdar etməsinə baxmayaraq, o, öhdəliyini tam yerinə yetirməmiş və qeyd olunan borcu ödəməmişdir. O, İddiaçı Abduxalıq oğluna mobil telefonların nisyə alqısatqısından 614 manat borcu olmasını qəbul və etiraf edir və iddianın təmin olunmasına razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən Fiziki şəxsin vergi uçotu haqqnda şəhadətnamədən (VÖEN **********) görünür ki, İddiaçı Abduxalıq oğlu VÖEN(**********) xx.xx.2019-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh Samsung J 330 markalı, İMEİ **********82977 mobil telefon və 12 manatlıq yaddaş kartı nisyə satılmış, Cavabdeh ümumi ödəyəcəyi məbləğ əsas borc 420 manat və ümumi faiz borcu 63 manat olmaqla cəmi 483 manat müəyyən edilərək, Cavabdeh tərəfindən həmin məbləğin hər ay 80,50 manat ödəniş edilməklə 6 ay ərzində (xx.xx.2018-xx.xx.2018) ödəniləcəyi şərtləşdirilmiş, Cavabdeh tərəfindən həmin 483,00 manat məbləğdən 180 manat İddiaçı ödənilmiş, 303 manat isə borcu qalmışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh Samsung J 250 markalı, İMEİ **********99552 mobil telefon nisyə satılmış, Cavabdeh ümumi ödəyəcəyi məbləğ əsas borc 260 manat və ümumi faiz borcu 39 manat olmaqla cəmi 299 manat müəyyən edilərək, Cavabdeh tərəfindən həmin məbləğin hər ay 49,83 manat ödəniş edilməklə 6 ay ərzində (xx.xx.2018-xx.xx.2018) ödəniləcəyi şərtləşdirilmişdir. Cavabdeh tərəfindən həmin 299 məbləğdən İddiaçı heç bir ödəniş edilməmişdir. İş materiallarından o da görünür ki, Cavabdeh tərəfindən nisyə götürdüyü teleonun yaddaş kartının dəyəni təşkil edən 12 manat pul da İddiaçı ödənilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Abduxalıq oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 614 manat pul tələbinə dair iddiasını qəbul və etiraf edir. Belə ki, o, İddiaçı xx xxx 2018-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi əsasında nisyə Samsung J 330 markalı mobil telefon və xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında Samsung J 250 markalı nisyə mobil telefon almışdır. Həmçinin İddiaçı nisyə 12 manatlıq yaddaş kartı götürmüşdür. Samsung J 330 markalı telefonun 483 manat pulundan 180 manat ödəniş etmişdir, qalıq borcu 303 mantadır. Samsung J 250 markalı telefonun 299 manatını və 12 manatlıq yaddaş kartının pulunu ödəməmişdir. İddiaçı ümumi borcu 614 manat təşkil edir. İddianın təmin edilməsinə razıdır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh SamsunG J 330 markalı, İMEİ **********82977 mobil telefon və 12 manatlıq yaddaş kartı nisyə satılmış, Cavabdeh ümumi ödəyəcəyi məbləğ əsas borc 420 manat və ümumi faiz borcu 63 manat olmaqla cəmi 483 manat müəyyən edilərək, Cavabdeh tərəfindən həmin məbləğin hər ay 80,50 manat ödəniş edilməklə 6 ay ərzində (xx.xx.2018-xx.xx.2018) ödəniləcəyi şərtləşdirilmiş, Cavabdeh tərəfindən həmin 483,00 manat məbləğdən 180 manat İddiaçı ödənilmiş, 303 manat isə borcu qalmış, həmçinin xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh SamsunG J 250 markalı, İMEİ **********99552 mobil telefon nisyə satılmış, Cavabdeh ümumi ödəyəcəyi məbləğ əsas borc 260 manat və ümumi faiz borcu 39 manat olmaqla cəmi 299 manat müəyyən edilərək, Cavabdeh tərəfindən həmin məbləğin hər ay 49,83 manat ödəniş edilməklə 6 ay ərzində (xx.xx.2018-xx.xx.2018) ödəniləcəyi şərtləşdirilmiş, Cavabdeh tərəfindən həmin 299 məbləğdən İddiaçı heç bir ödəniş edilməmişdir. Cavabdeh İddiaçı Samsung J 330 markalı, İMEİ **********82977 mobil telefonun nisyə altı-satqısından ödənilməmiş məbləğ 303 manat, Samsung J 250 markalı, İMEİ **********99552 mobil telefonun nisyə alqı-satqısından ödənilməmiş məbləğ 299 manat və telefonun yadaş kartının nisyə satışından ödənilməmiş məbləğ 12 manat olmaqla cəmi məbləğ 614 manat təşkil edir. Beləliklə Cavabdeh İddiaçı qeyd olunan mobil telefonların və telefonun yaddaş kartının nisyə satışından vurduğu ziyanın məbləği 614 manat təşkil edir və cavabdeh məhz həmin 614 manat məbləğində iddiaçının hesabına əsassız varlanmışdır. İddiaçı hazırki 614 manat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında qeyd olunan əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər tam icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh yazılı ərizə verməklə, iddianı tam qəbul və etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu tam etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan 614 manatı iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, iddiaçı Xəlilov Məmmədrəsul Abduxalıq oğlunun hesabına həmin 614 manat məbləğdə əsassız varlanmış və iddiaçıya 614 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 614 manat məbləğ cavabdehdən alınaraq, iddiaçıya verilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 614 (altı yüz on dörd) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı Xəlilov Məmmədrəsul Abduxalıq oğluna verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddia təmin edilsin; Cavabdeh 614 ( altı yüz on dörd) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı Xəlilov Məmmədrəsul Abduxalıq oğluna verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-265/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-265/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver