Məhkəmə qərarları › İş №2(019)-268/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-268/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-268/2021 23.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahından olan xx xxxx 2019-cu il təvəllüdlü Babyeva Afina Röyal qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxx 2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan xx xxxx 2019cu il tarixdə Afina adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri pozulmuşdur. Bundan sonra onun iddiası əsasında Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2 (019)-565/2020 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və xx xxxx 2019-cu il təvəllüdlü Babayeva Afina Röyal qızı onun yanında saxlanılmışdır. Nikahları pozularkən Balakən Rayon Məhkəməsi uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 120 manat alimentin Cavabdeh alınaraq, ona verilməsini qət etmişdir. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh hazırda gündəlik qazancı yaxşıdır. Cavabdeh xeyli pul qazanmasına baxmayaraq, qazancından bir uşaq üçün ona ayda cəmi 120 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşağının palpaltarlarının, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Lakin buna baxmayaraq, cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. Həmin vaxt aliment məbləği müəyyən edilərkən tərəflərin vəziyyəti nəzərə alınmışdır. Lakin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi yaşayış minimumu ölkə üzrə uşaqlar üçün hər il artır. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır. Ona görə də alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. İddiaçı qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək uşaq azyaşlı olduğuna daim baxıma ehtiyacı olduğunu, buna görə də məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh anasıdır. Röyal Alina ilə nikahlarını xx.xx.2018-ci il tarixdə 02 sayla Balakən rayon Mahamalar kənd X6 rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahından xx.xx.2019-cu il tarixdə Babayeva Afina Röyal qızı adında bir uşaqları olmuşdur. Tərəflər aralarında tez-tez ailə münasibətləri zəminində baş vermiş mübahisələr səbəbindən ayrılmışlar və bir-birindən ayrı yaşayırlar. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2 (019)- 565/2020 nömrəli qətnaməsi ilə iddiaçı Babayeva (Şirinova) Alina Akif qızı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixdə Balakən rayon Mahamalar X6 02 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahdan xx xxxx 2019-cu il tarixdə doğulmuş Babayeva Afina Röyal qızının anası Babayeva (Şirinova) Alina Akif qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq 19 mart 2019-cu il tarixdə doğulmuş Babayeva Afina Röyal qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızına verilməsi qət edilmişdir. Röyal Qazaxstan Respublikasında sürücü işləyir və təqribən 300 ABŞ dolları əmək haqqı alır. Röyalın başqa ailəsi və uşaqları yoxdur. Aylıq 120 manatdan artıq aliment ödəyə bilməz. Ona görə işə mahiyytəi üzrə baxılmasını və iddianın təmin olunmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən XVİİİ JQ seriyalı 330538 № -li xx xxxxxx 1994-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh oğlu xx xxxx 1994-ci il tarixdə anadan olmuş, atası X5, anası X8 qızı yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş AZ -İV seriyalı 277371 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Babayeva Afina Röyal qızı xx xxxx 2019-cu tarixdə anadan olmuş, atası Cavabdeh Əsəbəli oğlu, anası İddiaçı qızı yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(109)-565/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixdə Balakən rayon Mahamalar X6 02 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahdan xx xxxx 2019-cu il tarixdə doğulmuş Babayeva Afina Röyal qızının anası Babayeva (Şirinova) Alina Akif qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxx 2020-ci il tarixdən başlayaraq 19 mart 2019-cu il tarixdə doğulmuş Babayeva Afina Röyal qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb, iddiaçı Babayeva (Şirinova) Alina Akif qızına verilməsi qət edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı qızı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 140 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «X4» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X4» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən xx xxxxxx 2020-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə isə 175 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti, həmçinin cavabdehin nümayəndəsinin bildirdiyinə görə cavabdehin aylıq qazancının təqribən 300 ABŞ dolları təşkil etməsi, bu xüsusatın aliment təyin olunan xx xxxxxx 2020-ci il tarixdə bəlli olmaması və nəzərə alınmalı olması alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan Afina Babayevanın saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-565/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş 120 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Belə ki, cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməklə onun qazancı artsa da, bu müddət ərzində yaşayış tələbatı da artmışdır və cavabdehin bu əmək haqqından başqa hər hansı başqa qazancı (gəliri) müəyyən edilməmişdir. Eyni zamanda diqqətə alınmalıdır ki, uşaq iddiaçının himayəsində yaşamaqla, onun saxlanması, təlimtərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı iddiaçının üzərinə şübhəsiz ki, çox ağırlıq düşür. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının nümayəndəsinin izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu konteksdə yuxarıda göstərilənlər, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin hər ay 175 manat müəyyən olunması tələbinin qismən-140 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iddia uşağın saxlanması üçün 140 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasıonun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq 175 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhz 175 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 175 manat miqdarında müəyyən edilməsi heç şübhəsiz ki, işin hallarına və cavabdehin əmlak vəziyyətinə qətiyyən uyğun olmayacaq, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacaq, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması zəminində onların mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olacaqdır. Eyni zamanda məhkəmə alimentin miqdarının artırılmaması barədə cavabdehin nümayəndəsinin mülahizəsini də əsaslı hesab etmir. Belə ki, bu təyin olunan 120 manat aliment məbləği uşağın təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması tələbinə cavab vermir. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının ayda 140 manatadək dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-565/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı); tərəflərin birgə nikahından xx xxxx 2019-cu il tarixdə doğulmuş Babayeva Afina Röyal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Əsəbəli oğlundan 140 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, cavabdeh Babyev Röyal Əsəbəli oğlundan 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-565/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); tərəflərin birgə nikahından xx xxxx 2019-cu il tarixdə doğulmuş Babayeva Afina Röyal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Əsəbəli oğlundan 140 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh Əsəbəli oğlundan 24 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar