Məhkəmə qərarları › İş №2(019)-273/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-273/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-273/2021 11.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh birgə nikahlarından doğulmuş övladları-xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay- bir uşağa görə sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Firuz qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla iddiaçı Cavabdeh arasında xx xxxx 2010-cu il tarixdə Səadət Sarayı Bakı Nikah Evində nikahları qeydə alınmışdır. Bundan sonra el adəti ilə toy edərək, cavabdehin hazırda yaşadığı və onun da pasport qeydiyyatında olduğu ünvan 1 ünvanına gəlin köçərək, həmin evdə yaşamağa başlamışlar. Birgə nikahlarından iki övladları - xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X4 da həmin evdə anadan olmuşlar. Ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuş,sonralar get-gedə aralarında ailədaxili mübahisələr baş vermişdir. Ailədə ona qarşı edilən hörmətsizlik, ərinin ona qarşı yersiz təhqirləri, onu döyüb söyməyi artıq birgə yaşamalarını qeyri-mümkün etdiyindən nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixdə Səadət Sarayı Bakı nikah evində 422 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları -xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmaları, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladları ilə mütəmadi ünsiyyət saxlamamış,onların tərbiyəsində, psixi, fiziki, mənəvi inkişafında lazımi qaydada iştirak etməmişdir.Hazırda övladlarını özü tərbiyə edir. Lakin işləmədiyindən, eləcə də son zamanlar uşaqların maddi tələbatları artdığından , həmçinin maddi vəziyyəti o qədər də yaxşı olmadığından birgə nikahlarından olan övladlarının saxlanmasını təmin edə bilmir, övladlarının saxlanması onda böyük çətinliklər törədir. Övladları Rizvan və Hüsran hazırda Bakı şəhəri, Nizami rayon Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbində təhsil alırlar. Hal-hazırda övladlarının saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 160 manat aliment miqdarı heç bir halda reallığa uyğun gəlməyən, tələbatı hətta minimum səviyyədə ödəməyə qadir olmayan , dövrün tələblərinə uyğun gəlməyən bir məbləğdir. Bu səbəbdən hesab edir ki, cavabdehlə birgə nikahlarından olmuş övladlarının təminatının mümkün qədər orta səviyyədə saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək xx xxxxxx 2021-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərdən (övladlarının təhsili eləcədə maddi vəziyyəti ilə əlaqədar) iştirak edə bilmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxx 2010-cu ildə rəsmi nikah bağlamaqla İddiaçı ilə evlənmişdir. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə Rizvan, xx.xx.2013-cü ildə isə Hüsran adında iki uşaqları olmuşdur.Uşaqlar hazırda iddiaçının himayəsində yaşayır.Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən o uşaqlarının saxlanması üçün hər ay hər bir uşaq üçün 160 manat alimenti iddiaçının xeyrinə ödəyir. O, Balakən rayon X5 gözətçi işləyir, 260 manat əmək haqqı alır. Başqa heç bir qazancı yoxdur. Bu səbəbdən onun iddiaçının tələb etdiyi 200 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 624249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh Rizvan oğlu, anası isə Mirzəyeva Təranə Firuz qızı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 125499 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Hüsran xx.xx.2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ- seriyalı 347794 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)- 765/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixdə Səadət sarayı Bakı nikah evində 422 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları-xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2010-cu il tarixdə nikahlarını Səadət Sarayı Bakı nikah evində 422 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər.Birgə nikahlarından xx.xx.2011-ci ildə X3 və xx.xx.2013-cü ildə X4 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)- 765/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 mart 2010-cu il tarixdə Səadət sarayı Bakı nikah evində 422 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları-xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanmaları, xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa ,habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-765/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-765/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim H.Q.Səlimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar