Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-278/2021 29.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı qızının və Cavabdeh oğlunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Aqamedova Gülafət Əliağa qızının Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Aqamedova Gülafət Əliağa qızı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(019)-1493/2016 saylı qətnaməsi dəyişdirilərək, Balakən rayonunun Qazma kəndində yaşayan cavabdeh Aqamedov Rəşad Zumrat oğlundan xx.xx.2009-cu il tarixdə doğulmuş Aqamedova Laura Rəşad qızının yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə nikahlarını Balakən rayonu Gərəkli kənd icra nümayəndəliyində 16 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Cavabdeh ilə birgə yaşadıqları dövrdə xx.xx.2009-cu-ci ildə X10 adında bir uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehlə ailə münasibətləri yaxşı olmuş, lakin bir müddət sonra cavabdehlə aralarında ailə münasibətləri zəminində mübahisələr yaranmış, buna görə cavabdehlə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehdən ayrılarkən qızı Laura özünün yanında qalmış və hazırda da özünün himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-1493/2016 saylı qətnaməsinə əsasən qızı Lauranın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır, alimentdən ancaq 100 manat ödəniş edir. Ailə qanunvericiliyinin tələblərinə əsasən cavabdeh də onunla birlikdə uşaq üzərində məsuliyyət daşıyır, eyni zamanda uşağa baxmaq onun da vəzifəsidir. Ancaq Cavabdeh verdiyi alimentlə uşağı baxmaq onun üçün çox çətindir. Belə ki, uşaq böyüdükcə onun tələbatları artır. Özü heç yerdə işləmir, ailə vəziyyəti ağırdır. Cavabdeh fərdi işlərdə işməklə ayda kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qızının baxılmasına heç bir köməklik göstərmir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin məbləği isə uşağın aylıq ehtiyaclarını ödəmir. Ona görə də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Zumrat oğlunun nümayəndəsi X3 iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən 1 uşağın saxlanılması üçün 117 manat pulun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından olan uşaq iddiaçının himayəsində yaşayır. Cavabdeh hazırda başqa bir qadınla evlənmiş və həmin nikahdan onun 2013-cü il təvəlludlü Aqamedova Gülay Rəşad qızı və 29 avqust 2016-cı il təvəllüdlü Aqamedova Cansu Rəşad qızı adında iki uşağı vardır. Cavabdeh X8 iddiaçıya xx.xx.2009-cu ildə doğulmuş Aqamedova Laura Rəşad qızının yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 140 manat aliment ödəyə bilər. Ona görə də iddianı qismən təmin olunmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iiclasında tədqiq edilmiş Balakən rayonu Gərəkli kənd icra nümayəndəliyi tərəfindən 08 avqust 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 426227 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Zumrat oğlu ilə X7 arasında nikah xx xxxxxx 2008-ci il tarixdə16 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Aqamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Gərəkli kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 378166 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.20009-cu il tarixdə anadan olmuş, şəhadətnamədə uşağın atası X17 oğlu, anası Aqamedova Gülafət Əliağa qızı yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(019)-1493/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 28 iyun 2016-cı il tarixdən başlayarq cavadeh Cavabdeh Zumrat oğlundan xx.xx.2009-cu ildə anadan olmuş Aqamedova Laura Rəşad qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 manat sabit pul mələğində aliment tutulub İddiaçı verilməsi qət edilmidir İşdə olan və məhkəmə iiclasında tədqiq edilmiş 2 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 426805 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Zumrat oğlu ilə Sarıyeva Günay Müslüm qızı arasında nikah 18 mart 2021-ci il tarixdə 389 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Aqamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 826392 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Aqamedova Gülay Rəşad qızı 02 noyabr 2013-cü il tarixdə anadan olmuş, şəhadətnamədə uşağın atası X17 oğlu, anası X13 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 826391 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Aqamedova Cansu Rəşad qızı xx xxxxxx 2016cı il tarixdə anadan olmuş, şəhadətnamədə uşağın atası X17 oğlu, anası X13 yazılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh Zumrat oğlundan tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay 140 manat miqdarında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən xx xxxx 2016-cı il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 117 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayan X5 saxlanması üçün Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2 (019)-1493/2016 nömrəli qətnaməsi ilə təyin edilmiş 117 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatının artması zəminində təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin cavabdehin yeni ailə qurması və himayəsində daha iki yetkinlik yaşına çatmayan uşağın olması, bu xüsusda aliment ödənişinin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması zərurəti nəzərə alınmalıdır. Ona görə də bu məsələdə tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, uşaq iddiaçının himayəsində yaşamaqla, onun saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı iddiaçının üzərinə şübhəsiz ki, çox ağırlıq düşür. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaq böyüdükcə onun tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşağı saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Bu xüsusda aliment ödənişinin onu ödəyən şəxs üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınanaraq, təyin olunmuş alimentin hər ay 200 manat müəyyən olunması tələbinin qismən-140 manat hissəsində təmin edilməsi əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iddia uşağın saxlanması üçün hər ay 140 manatdan artıq alimentin dəyişdirilməsi (artırılması) tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı hal kimi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasıonun yüksək yaxşı qazanc əldə etməsi və bununla da alimentin miqdarının aylıq 200 manat müəyyən edilməsinin zəruri olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhz aylıq 200 manat aliment tələbinin tam əsaslı olmasını sübut edə edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə təyin olunmuş alimentin miqdarının bir uşaq üçün ayda 140 manat həcmində dəyişdirilməsi (artırılması), bu məbləğdən artıq tələb hissəsində isə iddianın rədd olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(019)-1493/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), xx.xx.2009-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh oğlundan hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 21 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X18” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(019)-1493/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); xx.xx.2009-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh oğlundan hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh oğlundan 21 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-278/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-278/2021
29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver