Məhkəmə qərarları › İş №2(019)-3/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-3/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-3/2023 15.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R000002193 saylı kredit razılaşması üzrə 5127.44 ABŞ dolları məbləğində kredit borcu, 3813.06 ABŞ dolları məbləğində faiz borcu və 1635.22ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10575 (on min beş yüz yetmiş beş) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R000002193 saylı kredit razılaşması üzrə 5127.44 ABŞ dolları məbləğində kredit borcu, 3813.06 ABŞ dolları məbləğində faiz borcu və 1635.22ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10575 (on min beş yüz yetmiş beş) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh4 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli, 19L000001766 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 19L000002193 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci l tarixli, 19L000002193S saylı, xx.xx.2016-ci l tarixli, 19L000002193SA saylı, xx.xx.2016-ci l tarixli, 19L000002193SB saylı, xx.xx.2017-ci l tarixli,19L000002193SC saylı, xx.xx.2018-ci l tarixli, 19L000002193SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən həmin zaminlər bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdə banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 14872.56 ABŞ dolları ödəmiş, onun 5127.44 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə hesablanmış faiz borcu 3813.06 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixə 228 gün üçün hesablanmış cərimə 1635.22 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R000002193 saylı kredit razılaşması üzrə 5127.44 ABŞ dolları məbləğində kredit borcu, 3813.06 ABŞ dolları məbləğində faiz borcu və 1635.22ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10575 (on min beş yüz yetmiş beş) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, 19L000001766 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh4 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19L000002193 saylı Kredit Razılaşmasından, xx.xx.2014-cü il tarixli qəbzdən və ödəniş planından görünür ki, İddiaçı QSC təşkilat tərəfindən Cavabdeh4 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 mart 2015ci il tarixli 19R000002193S nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 14 fevral 2014-cü il tarixli ödəniş planına dəyişiklik edilmiş, ödəniş planı üzrə kreditin ödəniş tarixləri 16 mart 2015-16 may 2017-ci il tarixləri göstərilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli 19R000002193SA nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 16 mart 2015-ci il tarixli ödəniş planına dəyişiklik edilmiş, ödəniş planı üzrə kreditin ödəniş tarixləri 12 yanvar 2016-16 may 2017-ci il tarixləri göstərilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 23 fevral 2016cı il tarixli 19R000002193SB nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 23 fevral 2016-cı il tarixdən aylıq 1.6667% və 25 may 2017-ci il tarixdən 0 % dərəcəsi ilə faizlərin hesablanması göstərilmiş, 23 fevral 2016-cı il tarixli ödəniş planı əsasında kreditin ödəmə müddətləri 23 fevral 2016-27 mart 2018-ci il tarixləri qeyd edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 mart 2017ci il tarixli 19R000002193SC nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə aylıq 1.8333% dərəcəsi ilə faizlərin hesablanması göstərilmiş, kreditin ödəmə müddətləri 23 fevral 2016- 27 mart 2018-ci il tarixləri qeyd edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 mart 2017ci il tarixli 19R000002193SD nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 27 fevral 2018-ci il tarixdən aylıq 1.16667% dərəcəsi ilə faizlərin hesablanması göstərilmiş, ödəniş planı üzrə kreditin ödəmə müddətləri 01 mart 2018-01 fevral 2019-cu il tarixləri qeyd edilmiş, kreditin son ödəniş müddəti 01 fevral 2019-cu il göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, 19S000003285 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, 19S000003286 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-ci il tarixli, 19S000003288 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 19L000002193 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşmas ı üzrə xx.xx.2019-cu il tarixə iddiaçı təşkilata 5127.44 ABŞ dolları əsas kredit borcu , 3813.06 ABŞ dolları faiz borcu, 1635.22 ABŞ dolları cərimə borcu olmaqla cəmi borcu 10575.72 ABŞ dolları təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təkliıf olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyun 2020-ci il tarixli 9/1086 nömrəli rəyindən görünür ki, Cavabdeh4 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Kredit Xətti Müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli 19L000002193 saylı Kredit Razılaşması üzrə 01 fevral 2019-cu il tarixə 6019.01 ABŞ dolları əsas borc və 16.39 ABŞ dolları faiz borcu, 17 sentyabr 2019-cu il tarixə 5912.01 ABŞ dolları əsas borc və 443.73 ABŞ dolları faiz borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 06 avqust 2020-ci il tarixli 9/2628 nömrəli rəyindən görünür ki, Cavabdeh4 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Kredit Xətti Müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli 19L000002193 saylı Kredit Razılaşması üzrə 01 fevral 2019-cu il tarixə 6019.01 ABŞ dolları əsas borc və 16.39 ABŞ dolları faiz borcu, 17 sentyabr 2019-cu il tarixə 5912.01 ABŞ dolları əsas borc və 443.73 ABŞ dolları faiz borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC tərəfindən hazırki iddianın qaldırılması üçün həmin vaxt qanunda nəzərdə tutulmuş 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdeh tərəfin əsas borc, faiz borcu və cərimə borcu barədə xx.xx.2019cu il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyun 2020-ci il tarixli 9/1086 nömrəli və məhkəmə-mühasibatlıq ekspertizasının 06 avqust 2020-ci il tarixli 9/2628 nömrəli rəyləri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, işdəki sübutlarla təsdiq olunduğundan, həmçinin işin hallarını ədalətli şəkildə əks etdirdiyindən cavabdeh tərəfin əsas kredit borcunun 5127.44 ABŞ dolları, cərimə borcunun 1635.22 ABŞ dolları olması barədə iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışı, həmçinin cavabdeh tərəfin müqavilə müddətinin bitdiyi 01 fevral 2019-cu il tarixə olan faiz borcunun 16.39 ABŞ dolları təşkil etməsi barədə məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyun 2020-ci il tarixli 9/1086 nömrəli və məhkəmə-mühasibatlıq ekspertizasının 06 avqust 2020-ci il tarixli 9/2628 nömrəli rəyləri mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışında cavabdehin əsas borc və cərimə borcu barədə məlumatlar işdəki sübutlara uyğun olmaqla işin hallarını əks etdirir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən məhkəmə verilən iddia tələbləri həddindən kənara çıxa bilməz. Eyni zamanda məhkəməmühasibatlıq ekspertizasının 05 iyun 2020-ci il tarixli 9/1086 nömrəli və məhkəməmühasibatlıq ekspertizasının 06 avqust 2020-ci il tarixli 9/2628 nömrəli rəyləri cavabdehlərin iddiaçıya olan müqavilə müddətinin bitdiyi 01 fevral 2019-cu il tarixə olan faiz borcunu əks etdirir. xx.xx.2019-cu il tarixli maliyyə arayışında isə cavabdehin tərəfin müqavilə müddətinin bitdiyi 01 feral 2019-cu il tarixdən sonrakı faiz borcu da əks edilmişdir ki, bu da qanunun tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2014-cü il tarixli Kredit Xətti Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 019R000002193 saylı Kredit Razılaşması üzrə əsas borcunu 5127.44 ABŞ dolları məbləğində, faiz borcunu 16.39 manat məbləğində qəbul edir və cərimə borcunun 1635.22ABŞ dolları məbləğində göstərilməsini nəzərə alır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə zaminlər Cavabdeh1 Məhəməd qızı və Cavabdeh2, borclu Cavabdeh4 xx.xx.2014-cü il tarixli Kredit Xətti Müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrası üçün birgə məsuliyyəti üzərinə götürdüklərindən, həmin Kredit Xətti Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli Kredit Razılaşması ilə borcluya 20000 ABŞ doları kredit verildiyindən və xx.xx.2014-cü il tarixli Kredit Xətti Müqaviləsinin 13 fevral 2024-cü il tarixdə bitməklə zaminliklə təmin edilmiş öhdəlyinin icrası müddəti başa çatmadığından iddia tələblinin zaminlərə qarşı yönəldilməsi də əsaslıdır. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, 19L000001766 saylı Kredit Xətti Müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh4 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19L000002193 saylı Kredit Razılaşması ilə İddiaçı QSC təşkilat tərəfindən Cavabdeh4 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 mart 2015-ci il tarixli 19R000002193S nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlə 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 14 fevral 2014-cü il tarixli ödəniş planına dəyişiklik edilmiş, ödəniş planı üzrə kreditin ödəniş tarixləri 16 mart 2015-16 may 2017-ci il tarixləri göstərilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 12 yanvar 2016-cı il tarixli 19R000002193SA nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlə 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 16 mart 2015-ci il tarixli ödəniş planına dəyişiklik edilmiş, ödəniş planı üzrə kreditin ödəniş tarixləri 12 yanvar 2016-16 may 2017ci il tarixləri göstərilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 23 fevral 2016cı il tarixli 19R000002193SB nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlə 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 23 fevral 2016-cı il tarixdən aylıq 1.6667% və 25 may 2017-ci il tarixdən 0 % dərəcəsi ilə faizlərin hesablanması göstərilmiş, 23 fevral 2016-cı il tarixli ödəniş planı əsasında kreditin ödəmə müddətləri 23 fevral 2016- 27 mart 2018-ci il tarixləri qeyd edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 mart 2017-ci il tarixli 19R000002193SC nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlə 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə aylıq 1.8333% dərəcəsi ilə faizlərin hesablanması göstərilmiş, kreditin ödəmə müddətləri 23 fevral 2016- 27 mart 2018-ci il tarixləri qeyd edilmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 16 mart 2017-ci il tarixli 19R000002193SD nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlə 13 fevral 2014-cü il tarixli 19L000001766 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 19L000002193 saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 27 fevral 2018-ci il tarixdən aylıq 1.16667% dərəcəsi ilə faizlərin hesablanması göstərilmiş, ödəniş planı üzrə kreditin ödəmə müddətləri 01 mart 2018-01 fevral 2019-cu il tarixləri qeyd edilmiş, kreditin son ödəniş müddəti 01 fevral 2019-cu il göstərilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-ci il tarixli, 19S000003285 nömrəli Zaminlik müqaviləsi bağlanmış, zamin borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin xx.xx.2014-ci il tarixli, 19S000003288 nömrəli Zaminlik Müqaviləsi ilə zamin Cavabdeh1 borclunun Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün İddiaçı QSC qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin işdəki mötəbər sübutlar əsasında cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2014-cü il tarixli Kredit Xətti Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 019R000002193 saylı Kredit Razılaşması üzrə əsas borcunun 5127.44 ABŞ dolları məbləğində, faiz borcunun 16.39 manat məbləğində olması müəyyən olunmuş və cavabdehlərə 1635.22 ABŞ dolları cərimə borcu hesablanmışdır. İddiaçı QSC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təkliıf olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuş, lakin cavabdehlər kredit borcunu ödəməmişlər. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdehlər həqiqətən də kredit müqaviləsi üzrə yaranmış öhdəliyini lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişlər. İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Həmçinin iş üzrə ekspertiza xərci 245 manat təşkil edir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstçərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 019R000002193 saylı kredit razılaşması üzrə 5127.44 ABŞ dolları əsas kredit borcu tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia 3813.06 ABŞ dolları faiz borcu tələbi hissəisndə qismən-16.39 ABŞ dolları məbləğində təmin edilməli, 16.39 ABŞ dolları faiz borcu məbləğindən artıq tələb hissəsində isə təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, iddiaçı cavabdehlərdən 1635.22 ABŞ dolları cərimə növündə dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 1635.22 ABŞ dolları cərimə növündə dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas kredit borcu və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı QSC-nin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 1635.22 ABŞ dolları dəbbə pulu kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclunun mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 1635.22 ABŞ dolları dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X5rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan 1635.22 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 100 (bir yüz) ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R000002193 saylı kredit razılaşması üzrə 5127.44 ABŞ dolları məbləğində kredit borcu, 16.39 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5243.83 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 14,88 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 245 manat ekspertiza xərcinin 121,48 manatı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 123,52 manatı iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R000002193 saylı kredit razılaşması üzrə 5127.44 ABŞ dolları məbləğində kredit borcu, 16.39 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5243.83 (beş min iki yüz qırx üç manat səksən üç qəpik) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 14,88 manat məbləğində dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin olunmasın; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 245 manat ekspertiza xərcinin 121,48 manatı cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 123,52 manatı iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar