Məhkəmə qərarları › İş №2(019)-3/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-3/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-3/2025 19.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi,İddiaçı-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi” tələbi barədə işə Balakən rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 589,97 ABŞ dolları əsas ,111 ABŞ dolları faiz, cəmi 700,97 ABŞ dolları kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutularaq BOKT "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.7-ci maddəsinə görə cavabdehlər bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə , kredit müddətində tamamən qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 Carulluh oğlu ilə Təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nəticədə borclunun kredit müqaviləsi üzrə "xxxx" MMC-nə 589.97 ABŞ dolları əsas, 111 ABŞ dolları faiz, cəmi 700,987 ABŞ dolları borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (prentenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edlilməsi üçün məhkəməyə ərizə ilə müracəit etməklə bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 2(019)-3/2025 nömrəli qərardadı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Mərhum Cavabdeh2 hüquq varisi X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 6793 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 6793 nömrəli Kredit müqaviləsinə əsasən, İddiaçı-dən illik faiz dərəcəsi 21 faiz olmaqla 18 ay müddətinə 1000 (min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli 6793 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş BA/371 nömrəli maliyyə arayışında göstərilmişdir ki,İddiaçı-nin müştərisi olan Cavabdeh1 6793 saylı kredit müqaviləsi üzrə borcu-əsas məbləğ üzrə borcu-589.97 ABŞ dolları, faiz üzrə borcu 111.00 ABŞ dolları, cərimə faizi üzrə borcu 0.00 ABŞ dolları olmaqla cəmi 700.97 ABŞ dolları təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 noyabr 2018-ci il tarixli 41 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, Cavabdeh1 03 oktyabr 2018-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 mart 2021-ci il tarixdə verilmiş 9/5647 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 6793 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixə (müqavilənin bitmə tarixi) banka olan borcu 1144,28 ABŞ dolları məbləğində müəyyən olunur,o cümlədən: xx.xx.2017-ci il tarixə : -əsas borc üzrə -------------------------------923.96 USD -faiz (borcu üzrə ------------------------------220.32 USD İş materiallarından göründüyü kimi, X4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 6793 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə X1 xx.xx.2020-ci il tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixədək) illik 5 faizlə hesablanmaqla banka olan borcu 922,47 ABŞ dolları müblətində müəyyən olunur,o cümlədən xx.xx.2020-ci il tarixə: -əsas borc üzrə -------------------------------587.96 USD -faiz (borcu üzrə ------------------------------334.51 USD İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən «Asan xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 30 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200678 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Gərəkli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09 sentyabr 2025-ci il tarixli 122 nömrəli arayışdan görünür ki,xx.xx.2021-ci ildə vəfat etmiş Cavabdeh2 vərəsələri-arvadı mərhum X6-xx.xx.2002-ci ildə vəfat etmişdir, oğlu X3r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 08 sentyabr 2025-ci il tarixli 1840 nömrəli məktubda göstərilmişdir ki, mərhum Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh2 dair Balakən Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində Elektron Notariat sistemində açılmış və ya vərəsəlik şəhadətnaməsi verilmiş vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin araşdırılan faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya məqsədli istifadə üçün 18 ay müddətinə illik 21% ödəmək şərti ilə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 03 oktyabr 2018-ci il tarixdə ölmüş və kredit ödənilməmişdir. 22 sentyabr 2020-ci il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş materiallarından göründüyü kimi iddiaçı “Viator-Mikrokredit» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6793 nömrəli Kredit Müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 21% dərəcəsi ilə 1000 ( min) ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixli 6793 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6793 nömrəli Kredit Müqaviləsinin icra müddətinin bitmə tarixi xx.xx.2017-cı ildir. Yəni xx.xx.2015-ci il tarixli, o cümlədən zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2017-cı il tarixdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminə qarşı onların təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2017-ci il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 18 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının başa çatdığı gün xx.xx.2017-cı il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı həmin gündən, yəni xx.xx.2017-cı il tarixdən başlayaraq bir il ərzində hazırki zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, xx.xx.2017-ci il tarixli, o cümlədən zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülməmiş, bu iddia həmin müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə irəli sürülmüşdür. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh2 digər cavabdeh olan borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli 6793 nömrəli Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin olan Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, zaminliyə bu əsasla xitam verilməsi qanunda göstərilmişdir, qanuni haldır. Bunun üçün qanunda zaminin razılığının tələb olunması nəzərdə tutulmamışdır. Qanun birmənalı qeyd edir ki, zaminliyin verilmə müddəti göstərilmədikdə və zaminliklə təmin edilmiş öhdəliyin icrasının başa çatdığı vaxtdan kreditor ona qarşı bir il ərzində iddia irəli sürmürsə, mütləq qaydada zaminliyə xitam verilməlidir. Zaminliyə xitam verilməsinin tərəfin mütləq qaydada ərizə verməklə iddia müddətinin tətbiqinə heç bir aidiyyəti yoxdur. Belə ki, zaminliyə xitam verilməsi və bu əsasla zaminə qarşı iddianın rədd edilməsi ərizə verilməsi əsasında iddia müddətinin tətbiqi deyildir. Bu qanunda göstərilmiş kəsici müddətdir və zaminin buna ərizə verilməsi ilə şərtləndirilmir. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün tərəflərin ərizəsinin olması vacib şərtdir (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). Zaminliyə xitam verilməsi institutu iddia müddətinin tətbiqi institutundan öz mahiyyətinə, həmçinin hüquqi nəticələrinə görə tamamilə fərqlidir və onların eyniləşdirilməsi qanunun tələblərinə ziddir. Bu xüsusda məhkəmə bildirir ki, kəsici müddət elə bir müddətdir ki, hər hansı hüquq, o cümlədən tələb etmə hüququ yalnız həmin müddətlər daxilində mövcud olur. Həmin müddət bitdikdən sonra hüququn özü də aradan qalxır, yəni artıq belə bir hüquq mövcud olmur. İddia müddətlərinin keçməsi isə hüququn özünü aradan qaldırmır, lakin iddia müddətinin keçməsi həmin hüququn təmin olunmaması halını şərtləndirir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi” barədə iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməli,ödənilmiş 20 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. İddia təmin edilmədiyindlən 100 manat ekspertiza xərci İddiaçı-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi” barədə iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin; ödənilmiş 20 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. 100 manat ekspertiza xərci iddiaçı "xxxx" BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X2 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar