Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-32/2020 18.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Mahamarasul oğlunun, onun vəkili Vəkil1 və Cavabdeh nümayəndəsivəkili Vəkil2 iştirakı ilə İddiaçı Mahamarasul oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mahamarasul oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh X10 əsassız varlanma yolu ilə əldə etdiyi, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış"a əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə dövlət büdcəsi hesabına ayrılmış 7000 (yeddi min) manat pulun sonuncudan alınaraq, ona ödənilməsibarədəqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mahamarasul oğlu iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi vardır. Onun həmin əmlak üzərindəki hüquqları xx xxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış'la rəsmiləşdirilmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymiş və Fövqəladə Hallar Nazirliyinin komissiyasının rəyi əsasında həmin evin təmir və bərpaya ehtiyacı olması barədə rəy verilmişdir. Həmin fərdi yaşayış evinin təmirinə bu məqsədlə dövlət büdcəsi hesabına 7000 (yeddi min) manat vəsait ayrılmışdır. Lakin 2019-cu ilin iyun ayında ona məlum olmuşdur ki, iş üzrə cavabdeh X13 özünü həmin evin mülkiyyətçisi qismində Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasına təqdim edərək, xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə ayrılmış 7000 (yeddi min) manat vəsaiti qanunsuz alaraq mənimsəmişdir. O, evinin təmiri üçün pul vəsaitinin ona ödənilməməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, Balakən Rayon İcra Hakimiyyəti Başçısının aparatının xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/U-04360 nömrəli məktublarında onun adının evləri zəlzələdən zərər çəkmiş şəxslərin siyahısına daxil edilmədiyi və həmin 7000 manat vəsaitin Gülnar Omaroya ödənildiyi bildirilmişdir. Ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də iş üzrə cavabdeh X10 əsassız varlanma yolu ilə əldə etdiyi onun xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə ayrılmış 7000 (yeddi min) manat vəsaiti ondan geri tələb etməkdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, göstərmişdir ki, 2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində iddia predmetini təşkil edən evin təmir-bərpası üçün dövlət tərəfindən 7000 manat pul vəsaiti ayrılmış və həmin 7000 manat pul vəsaiti təmsil etdiyi Cavabdeh ödənilmişdir. Həmin vaxt Cavabdeh iddiaçının razılığı ilə sözügedən evdə yaşamış və müvafiq dövlət qurumları tərəfindən Cavabdeh adı evləri zərər çəkmiş şəxslərin siyahısına daxil edilərək, Cavabdeh həmin 7000 manat verilmişdir. Cavabdeh tərəfindən də həmin 70xx xxxxxxxx 5200 manatı evin təmirinə-bərpasına və gücləndirilməsinə xərclənmiş; evə kərpic alınaraq evin bəzi yerləri hörülmüş, evin hamam-sanitar qovşağı tam təmir edilmiş, divarlara suvaq çəkilmiş, rəng vurulmuş, plastik pəncərələr alınıb, salınmış və sair təmir işləri həyata keçirilmişdir. Hazırda həmin yaxşılaşdırmalar, təmir işləri evin mülkiyyətçisi üçün qalmışdır. Cavabdeh oradan çıxanda özü ilə evdən heç nə aparmamışdır. Hesab edir ki, iddiaçı həmin 7000 manat pulu cavabdehdən tələb edə bilməz. Belə ki, bu 7000 manat pul vəsaiti İddiaçı Mahamarasul oğlunun pul vəsaiti olmamışdır və deyildir. Həmin pul vəsaiti dövlət vəsaiti olaraq Cavabdeh verilmişdir. Yalnız dövlət, yəni dövlətin aidiyyəti qurumları tərəfindən bu vəsait Cavabdeh tələb edilə bilər. Həmin pul vəsaiti İddiaçı məxsus olmadığından, İddiaçı həmin vəsaiti cavabdehdən tələb etmək barədə subyektiv hüququ yoxdur. Həmçinin pul vəsaiti 2013-cü ildə Cavabdeh verildiyindən, iddiaçı pulun tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə məhkəməyə müvafiq yazılı ərizə vermişdir. İddianın rədd olunmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evi 3 №li reyestr kitabının 124 №-li vərəqində xx.xx.2009-cu il tarixdə İddiaçı Mahamarasul oğlunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********97-10301 olan, 1080 invertar qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı Mahamarasul oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən X3 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/v-04360 nömrəli məktubda göstərilir ki, onun Fövqəladə Hallar Nazirliyinə ünvanladığı ərizəyə X1 Nəzarət Dövlət Agentliyində baxılmışdır. Bildirilir ki, Zaqatala və ətraf rayonlarda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş sənədlərdə onun adına akt olmadığından ona heç bir vəsait ödənilməmişdir. Cavabdeh məxsus fərdi yaşayış evi isə bərpa gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar ona evin bərpası üçün yaşayış sahəsinə uyğun olaraq 7000 (yeddi min) manat vəsait ödənilmişdir. Əlavə olaraq bildirilir ki, digər məsələlərlə əlaqədar aidiyyatı üzrə müraciət etməsi məqsədəuyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X3 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli məktubda göstərilir ki, onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciət baxılması üçün Balakən Rayon İcra Hakimiyyətinə göndərilmiş və aidiyyəti üzrə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, bölgədə 2012-ci ildə baş verən zəlzələ zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı rəy verilərkən vətəndaşlardan əlavə sənədlər toplanmamış, faktiki olaraq yaşadıqları yaşayış yerləri üzrə həmin vəsait ayrılmışdır. Müraciətdən də göründüyü kimi, hal-hazırda mülkiyyətində olan zəlzələdən sonra təmiri və bərpası üçün dövlət tərəfindən 7000 manat vəsait ayrılan yaşayış evi 2012-ci ildə faktiki olaraq başqa şəxslərin sahibliyində və istifadəsində olmuşdur. Odur ki, qohumları tərəfindən qanunsuz mənimsənilmiş hesab etdiyi 7000 manat vəsaitin ona qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azad Balayev tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, 02-1452 nömrəli məktubda göstərilir ki, onun müraciəti ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Balakən poçt filialına şifahi sorğu verilmişdir. Balakən poçt filialı tərəfindən sorğu şifahi cavablandırılaraq, bildirilmişdir ki, xx xxxxxxx 2013-cü il tarixdə Şahid1 Mahamarasul oğlu tərəfindən Cavabdeh verdiyi etibarnamə əsasında Talalar kəndində yerləşən fərdi yaşayış evinin (hazırda İddiaçı Mahamarasul oğlunun mülkiyyətində olan) təmiri və bərpası üçün dövlət tərəfindən ayrılmış 7000 manat vəsait alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2 (019)-1933/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı Mahamarasul oğluna qarşı tikintiyə istifadə edilmiş 90000 (doxsan min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu, maşın almaq üçün verdiyi 1000 (min) ABŞ dolları məbləğində pulun və evin sənədlərini almaq üçün 1350 (min üç yüz əlli) ABŞ dolları məbləğində pulun, cəmi 2350 (iki min üç yüz əlli) dollar məbləğində pulun cavabdehdən alınması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-275/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Mahamarasul oğlunun X5 qarşı iddiası təmin edilmiş, cavabdeh X7 tərəfindən İddiaçı Mahamarasul oğlunun öz mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,1170 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə sahiblik və istifadə etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması, cavabdeh X4 İddiaçı Mahamarasul oğlunun mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və müvafiq şəxslərin iştirakı ilə Balakən rayon Məhkəməsinin müvafiq icra sənədinin icrası ilə əlaqədar borclunun nümayəndəsi Şahid1 tərəfindən ev boşaldılaraq, İddiaçı Mahamarasul oğluna təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.M.Musayevin Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, 146 №-li məktubda göstərilmişdir ki, Talalar kənd sakini Cavabdeh valideyn təsərrüfatında qeydiyyatdadır, onun adına kənd inzibati ərazi dairəsinin təsərrüfatbaşına kitablarında mülkiyyətində fərdi yaşayış evinin olması barədə qeydiyyat yoxdur. 2012-ci ildə bölgədə baş verən zəlzələ zamanı vətəndaşların müraciətlərinə əsasən FHN-nin müvafiq komissiyası ilə birlikdə evlərə baxış keçirilməsində inzibati ərazi dairəsi və bələdiyyənin işçiləri iştirak etmişlər. Həmin vaxt İddiaçı Mahamarasul oğlu özünün ailəsi ilə birlikdə yaşadığı atası evinə zəlzələ nəticəsində ziyan dəyməsi barədə müraciət etmiş, onun evinə baxış keçirilərək komissiya evə təmir rəyi vermişdir. X4 tikdiyi evə (qardaşı Hümbətin adına olan torpaqda) dəymiş ziyan barədə o, özü müraciət etmiş, Yusif Rusiya vətəndaşı olduğundan gəlini Cavabdeh adına müraciət qeyd olunmuş və komissiya evə bərpa-gücləndirmə rəyi vermişdir. Komissiya kənddə işləyərkən vətəndaş müraciətlərinin qeydiyyatı zamanı evlərin məxsusluğu barədə heç bir sənəd tələb olunmamış, faktiki həmin evlərdə kimlərin yaşaması və ya evlərə sahiblik etməsi nəzərə alınmışdır. Dövlət tərəfindən vəsaitin ayrılması ilə bağlı kənd inzibati ərazi dairəsində heç bir qeydiyyat aparılmamış, ayrılmış vəsaitin miqdarı və ödənilməsi müvafiq poçt şöbələri tərəfindən həyata keçirilmişdir. Həmin evin qeydiyyatı kənd inzibati ərazi dairəsində həmin dövrdə aparılmamış, evə dövlət tərəfindən ayrılmış vəsaitin kimə ödənilməsi barədə kənd inzibati ərazi dairəsində heç bir məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş X14 arayışından görünür ki, X7 həqiqətən iyul 2015-ci ildə 515 ədəd 19x29x19 markalı kərpic almış və 185,40 manat kassaya mədaxil etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2013-cü il tarixli, 1A0443 №-li qaimə-fakturada Cavabdeh «Piramida»dan 5850 manat dəyərində tikinti malları aldığı göstərilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, Cavabdeh, hazırki iddia üzrə iddia müddətinin ötürüldüyü bildirilərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə istinad edilməklə iddia müddətinin tətbiq edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin hazrki iş üzrə yerində müayinə protokolundan görünür ki, mübahisəli 2 mərtəbəli evə baxış zamanı müəyyən olundu ki, evin birinci mərtəbəsindəki pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, evin birinci mərtəbəsində yerləşən hamam və tualetə kafel döşənmiş, evin pilləkən hissəsinin alt və yuxarı hissəsində yerləşən pəncərələr mişar daşı ilə bağlanmış, evin ikinci mərtəbəsində yerləşən ilk otaqda olan pəncərələrdən biri kərpic ilə bağlanmış, ikinci mərtəbədə yerləşən tualet və hamam otağı kafel ilə döşənilmiş, hamam və tualet otağının sonunda yerləşən otağın pəncərələrindən biri kərpic ilə bağlanmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmişməhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 31277 saylı rəyindən görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evində təmir-bərpa işlərinə çəkilmiş xərclərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 5200,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 31277 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Mahamarasul oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayşılar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarının tələbinə əsasən məhkəmə bu xüsusda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən X3 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/v-04360 nömrəli məktubu, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X3 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli məktubu, Balakən Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azad Balayev tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, 02-1452 nömrəli məktubu, xx.xx.2018-ci il tarixli aktı, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.M.Musayevin Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, 146 nömrəli məktubu, Balakən Rayon Məhkəməsinin hazrki iş üzrə yerində müayinə protokolunu, məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 31277 saylı rəyini mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin-vəkilinin izahatlarınıdinləyib, iş materiallarını bilavasitə araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Mahamarasul oğlunun xüsusi mülkiyyətində Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi vardır, onun həmin əmlak üzərindəki hüquqları xx xxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışla rəsmiləşdirilmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymiş və Fövqəladə Hallar Nazirliyinin komissiyasının rəyi əsasında həmin evin təmir və bərpaya ehtiyacı olması barədə rəy verilmişdir. Həmin fərdi yaşayış evinin təmirinə və gücləndirilməsinə bu məqsədlə dövlət büdcəsi hesabına 7000 (yeddi min) manat vəsait ayrılmışdır. İş üzrə Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və yerli dövlət qurumlarının müvafiq komissiyası tərəfindən evin sahibi kimi qeydiyyata alınaraq, ona İddiaçı Mahamarasul oğlunun xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin təmirinə və gücləndirilməsinə ayrılmış 7000 (yeddi min) manat pul vəsaiti ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı Mahamarasul oğlunun xüsusi mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il tarixdə baş vermiş zəlzələdən sonra təmir-bərpa işləri görülmüş və həmin işlərə ayrılan 70xx xxxxxxxx 5200 manat xərc çəkilmişdir. Bununla da tərəflər işin mübahisəsiz halı kimi qəbul edirlər ki, Balakən rayonu Talalar kəndində 0,1170 ha həyətyanı torpaq sahəsi və 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdən (evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən) İddiaçı Mahamarasul oğlunun xüsusi mülkiyyətindədir və 2012-ci il tarixdə baş verimş zəlzələ nəticəsində həmin evin təmiri və gücləndirilməsi üçün dövlət tərəfindən ayrılan 7000 manat vəsait həmin vaxt həmin evdə yaşan, lakin həmin evə dair heç bir hüquqları dövlət qeydiyyatına alınmamış Cavabdeh ödənilmişdir. Həmçinin işdəki mötəbər sübutlar əsasında (yerində müayinə protokolu, məhkəmətikinti texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 31277 №-li rəyi və sair) müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən sözügedən evdə təmir-bərpa işləri aparılmış; evin birinci mərtəbəsindəki pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, evin birinci mərtəbəsində yerləşən hamam və tualetə kafel döşənmiş, evin pilləkən hissəsinin alt və yuxarı hissəsində yerləşən pəncərələr mişar daşı ilə bağlanmış, evin ikinci mərtəbəsində yerləşən ilk otaqda olan pəncərələrdən biri kərpic ilə bağlanmış, ikinci mərtəbədə yerləşən tualet və hamam otağı kafel ilə döşənilmiş, hamam və tualet otağının sonunda yerləşən otağın pəncərələrindən biri kərpic ilə bağlanmış və sair təmir işləri görülmüş, bu təmirbərpa işlərinə 5200 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Yəni dövlətdən alınmış 7000 manat vəsaitdən 5200 manatı evin təmir-bərpa və gücləndirilmə işlərinə sərf edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X9”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddaratanı təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o, həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235.1.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlataban müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borcu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, qeyd edir ki, dövlət tərəfindən əvəzsiz olaraq 7000 manat pul vəsaiti evinin təmiri və gücləndirilməsi üçün İddiaçı Mahamarasul oğluna ayrılmışdır. Ona görə də İddiaçı Mahamarasul oğlu dövlət tərəfindən onun evinin bərpası və gücləndirilməsi üçün ayrılmış 7000 manat pulu almalı olduğu halda, həmin evlə bağlı heç bir hüququ dövlət qeydiyyatına alınmayan və pulu almağa heç bir hüquqi əsası olmayan Cavabdeh həmin 7000 manat pulu əsassız olaraq almışdır. Lakin Cavabdeh həmin 7000 manat puldan 5200 manatını göstərilən evin təmir-bərpasına və gücləndirilməsinə sərf etmiş və həmin yaxşılaşdırma (təmir-bərpa) işləri mülkiyyətçi İddiaçı üçün qalmışdır. Beləliklə Cavabdeh 7000 manat pul vəsaitinin yalnız 1800 manat hissəsinin hesabına əsassız varlnmışdır. Ona görə də evin təmir-bərpa və gücləndirilmə işlərinə sərf olunmuş 5200 manat tələb olunan 7000 manat pul vəsaitindən çıxılmalı, iddia qismən-7000 manat tələbin 1800 manat hissəsində təmin edilməli, qalan tələb hissəsində isə təmin edilməməlidir. Cavabdeh tərəf iddia tələbinə etirazı tələb olunan pul vəsaitinin İddiaçı Mahamarasul oğluna məxsus olmaması, dövlət vəsaiti olması, ona görə də İddiaçı həmin pulu tələb etməyə subyektiv hüququnun olmaması və həmin tələbin yalnız dövlət tərəfindən irəli sürülə bilməsi ilə əsaslandırmış, həmçinin məhkəməyə yazılı ərizə təqdim edərək, iddia müddəti keçdiyi üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Bu xüsusda məhkəmə bildirir ki, yuxarıda qeyd edildiyi kimi, tələb olunan 7000 manat pul vəsaiti dövlət tərəfindən əvəzsiz olaraq İddiaçı Mahamarasul oğlunun xüsusi mülkiyyətində olduğu evin təmiri və gücləndirilməsinə ayrılmışdır və İddiaçı tərəfindən alınmaqla onun mülkiyyətinə keçməli idi. Lakin Cavabdeh həmin 7000 manat pulu heç bir hüquqi əsas (qanuni əsas və ya müqavilə əsası) olmadan əldə etməklə həmin pulun İddiaçı Mahamarasul oğlunun faktiki sahiblik, istifadə və sərəncamına keçməsinə imkan verməmiş, bu xüsusda iddiaçının hüquqlarına əsassız müdaxilə etmişdir. Yuxarıda istinad olunan qanun normaları əsasında və işin faktoloji halları baxımından İddiaçı Mahamarasul oğlunun göstərilən iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Ona görə də iddiaçının qeyd edilən pul vəsaitinə tələb hüququnun olmaması ilə bağlı cavabdeh tərəfin etirazı əsasızdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi də əsassızdır və qəbul olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı Mahamarasul oğlu iddia ərizəsində və məhkəmədə verdiyi izahatında ona məxsus evin təmir-bərpası üçün dövlət tərəfindən ayrılmış 7000 manat pul vəsaitinin Cavabdeh aldığının ona 2019-cu ilin iyun ayında məlum olduğunu, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini, Balakən Rayon İcra Hakimiyyəti Başçısının aparatının xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/U-04360 nömrəli məktublarında onun adının evləri zəlzələdən zərər çəkmiş şəxslərin siyahısına daxil edilmədiyini və həmin 7000 manat vəsaitin Gülnar Omaroya ödənildiyinin bildirildiyini qeyd etmişdir. İşdə olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının aparatının xx xxxx 2019-cu il tarixli, 02-1041 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 37/U-04360 nömrəli məktublarında da həqiqətən İddiaçı adının sözügedən siyahıya salınmağı və onun evinin bərpa və gücləndirmə işlərinə dövlət tərəfindən ayrılmış 7000 manat pul vəsaitinin Cavabdeh ödənildiyi göstərilir. Qanun normasının tələbinə görə (Mülki Məcələnin 377.1-ci maddəsi) iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. İşdəki sübutlardan görünür ki, İddiaçı hazırki tələblə bağlı öz hüquqlarının pozulduğunu 2019-cu ilin iyun ayında bilmiş və qanunun tələb etdiyi vaxt dövründə hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Yəni iş materiallarından görünür ki, İddiaçı Mahamarasul oğlu hazırki tələblə bağlı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürməmiş, iddia müddəti keçməmişdir. İş üzrə cavabdeh tərəfindən iddiaçının öz hüquqlarının pozulmasını 2019-cu ilin iyun ayında deyil, daha əvvəl bilməsini və bilməli olmasını və iddia tələbi ilə bağlı iddia müddətinin keçməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiqi və iddianın rədd edilməsinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.21-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. Qeyd olunanlar iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə cavabdehin ərizəsinin və ərizədə əsaslandığı halın əsassız olmasını göstərir. Ona görə də məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsini əsassız sayır. Məhkəmə hazırki işdə onu da nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X15 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, iddiaçını, onun vəkilini və cavabdehin nümayəndəsi-vəkilini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarıəsasında müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1800 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 7,71 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı Mahamarasul oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə ekspertiza cavabdeh tərəfin vəsatəti əsasında keçirildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq iş üzrə 50 manat ekspertiza xərcinin 12,86 manatı Cavabdeh və 37,14 manatı İddiaçı Mahamarasul oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun; Cavabdeh 1800 manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 7,71 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı Mahamarasul oğluna ödənilsin;iddia qalan hissədə təmin edilməsin; iş üzrə 50 manat ekspertiza xərcinin 12,86 manatı Cavabdeh və 37,14 manatı İddiaçı Mahamarasul oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsiləAzərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-32/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-32/2020
18.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver