Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-325/2021 01.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınan MA seriyalı ******* nömrəli çıxarışa əsasən Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxx 2011-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, Daşınmaz Əmlak Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evi “İddiaçı" BOKT MMC-yə məxsusdur. Lakin həmin mənzil ''İddiaçı” BOKT MMC-nin adına keçərkən, mənzilin qeydiyyatında olan və bu iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hal-hazıradək qeydiyyatdadırlar və həmin evdə yaşayırlar. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmçinin göstərdi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2020-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bu Razılaşmaya əsasən Cavabdeh1 ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğinə satmağı öhdəsinə götürmüş, Cavabdeh1 isə ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödəmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hal-hazıra kimi üzərinə götürdüyü öhdəliklərə əməl etmişdir. Lakin onlar cavabdehin müqavilənin şərtlərini pozacağı ehtimalı olmasını nəzərə alaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı BOKT MMC-dən aldığı krediti vaxtında ödəyə bilmədiyi üçün məhkəmə qətnaməsinə əsasən mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-in mülkiyyətinə keçmişdir. Buna baxmayaraq hal-hazıra kimi ailə üzvüləri ilə birlikdə həmin evdə yaşayır. 31 avqust 2020-ci il tarixdə o, İddiaçı BOKT MMC ilə sözügedən evin alqı- satqısı ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini Razılaşmaya əsasən ona ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğinə satmağı öhdəsinə götürmüş, o, isə ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 1 1052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat)ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğini ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin 6-cı bəndinə əsasən bu Razılaşma üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədikdə, ancaq istifadəsində olan Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini tam boşaldılmış vəziyyətdə İddiaçı BOKT MMC-yə təhvil verməyi, həmçinin evdə qeydiyyatda olan və faktiki yaşayan şəxslərin könüllü qaydada tərk etmələrini öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etmiş, ödəməli olduğu məbləğin təxminən 1/3 hissəsini ödəmişdir. Belə olan halda hazırkı iddia tələbi əsassızdır. iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli razılaşmadan göstərilmişdi: “Satıcı” adlanacaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Baş direktoru X1 şəxsində bundan sonra “Alıcı” adlanacaq Cavabdeh1 (Balakən RPŞ tərəfindən xx.xx.2017-ci tarixdə verilmiş AZE ********şəxsiyyət vəsiqəsi) ilə aşağıdakı şərtlərlə bu sazişi tərtib edib imzalayırıq: 1.Satıcı Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin MA seriyalı ******* nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bu Razılaşmaya əsasən alıcıya ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğinə (bundan sonra “Razılaşma məbləği” adlandırılacaq) satmağı öhdəsinə götürür. 2.Alıcı Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bu Razılaşmaya əsasən alıcıya ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğinə (bundan sonra “Razılaşma məbləği adlandırılacaq) ödəməyi öhdəsinə götürür. 3.Satıcı alıcı tərəfindən Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bu Razılaşmaya əsasən alıcıya ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləği ödənilənə kimi həmin daşınmaz əmlaklardan sərəncam hüququ istisna olmaqla istifadə hüququnu alıcıya verməyi öhdəsinə götürür. 4.Alıcı tərəfindən ilkin olaraq ödənilən 1948 AZN (bir min doquz yüz qırx səkkiz manat) məbləğində vəsait beh olaraq qəbul olunur və müqavilə şərtləri alıcı tərəfindən pozulduqda qeyd olunan vəsait qaytarılmır. 5.Alıcı tərəfindən Razılaşma məbləği tam ödənildikdən sonra satıcı həmin daşınmaz əmlaklara Alıcının mülkiyyət hüququnun tanınmasına və qeydə alınmasına etiraz etmir. 6.X5 üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədikdə, ancaq istifadəsində olan Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini tam boşaldılmış vəziyyətdə satıcıya təhvil verməyi, həmçinin evdə qeydiyyatda olan və faktiki yaşayan şəxslərin könüllü qaydada tərk etmələrini öhdəsinə götürür. 7.Tərəflər arasında mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uygun həll ediləcəkdir. 8.Həmin Razılaşmanın rəsmiləşdirilməsi üçün xərclər alıcı tərəfindən ödənilir. 9.Müqavilə iki nüsxədən ibarət tərtib olunub, onların hər biri eyni hüquqi qüvvəyə malikdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC-yə 1950 AZN ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli FJB**********726 nömrəli mədaxil orderindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC -yə 307 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli FJB**********953 nömrəli mədaxil orderindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC -yə 307 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli FJB**********807 nömrəli mədaxil orderindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC -yə 307 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli FJB**********817 nömrəli mədaxil orderindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC -yə 307 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli FJB**********431 nömrəli mədaxil orderindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC -yə 307 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli FJB**********443 nömrəli mədaxil orderindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC -yə 307 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları əlaqəli şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evi əvvəllər cavabdehlərə məxsus olmuş və kredit borcunun ödənməməsi səbəbindən ev İddiaçı BOKT MMC-in mülkiyyətinə keçmişdir. Cavabdehlər Cavabdeh1 , Cavabdeh2 , Cavabdeh3 və Cavabdeh4 hal-hazıra kimi həmin evdə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında sözügedən evin alqı- satqısı ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı İddiaçıBOKT Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini bu Razılaşmaya əsasən ona ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 11052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödənilmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğinə satmağı öhdəsinə götürmüş, o, isə ilkin olaraq 1948 AZN (bir min doqquz yüz qırx səkkiz) manat ödəməklə, qalan 1 1052 AZN məbləği 36 ay müddətinə hər ayın 29-dan gec olmayaraq ayda 307 AZN (üç yüz yeddi manat) ödəmək şərti ilə ümumilikdə 13000 AZN (on üç min manat) məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı BOKT MMC ümumilikdə13000 AZN (on üç min) manat məbləği ödənilənə kimi həmin daşınmaz əmlaklardan sərəncam hüququ istisna olmaqla istifadə hüququnu Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür.Müqavilənin 6-cı bəndinə əsasən isə cavabdeh bu Razılaşma üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədikdə, istifadəsində olan Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini tam boşaldılmış vəziyyətdə İddiaçı BOKT MMC -yə təhvil verməyi, həmçinin evdə qeydiyyatda olan və faktiki yaşayan şəxslərin könüllü qaydada tərk etmələrini öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə tam əməl etmiş, ödəməli olduğu məbləğin 3792 manatını ödəmişdir. Buna baxmayaraq iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı BOKT MMC-in mülkiyyətində olmasını, iddiaçının evin alqısatqısı barədə Cavabdeh1 ilə müqavilə bağlanmasını, müqaviləyə əsasən iddiaçı evin dəyəri tam ödənilənədək evi Cavabdeh1 istifadəsinə və sahibliyinə verməsini, cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədikdə, istifadəsində olan Balakən rayonu, Tülü kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini tam boşaldılmış vəziyyətdə İddiaçı BOKT MMC-yə təhvil verməyi, həmçinin evdə qeydiyyatda olan və faktiki yaşayan şəxslərin könüllü qaydada tərk etmələrini öhdəsinə götürməsini, cavabdehin müqavilənin şərtlərini pozmamasını, evin dəyəri olan 13000 manat puldan 3792 manat ödəməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxartma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-325/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-325/2021
01.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver