Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-33/2021 28.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1200 manat ziyan xərcinin, iki ədəd balalı inəyin və ya onun dəyəri olan 2250 manat pulun və cavabdehə nəqd verdiyi 470 manat pulun və 30 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 900 (doqquz yüz) manat ziyanın alınıb, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, təmsil etdiyi iddiaçı Amalov X16 rayonunun Şambul kəndində yaşayır. Cavabdeh də onun həmkəndlisidir. İddiaçı kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayon X10 xx xxx 1998-ci il tarixli qərarı ilə Cavabdeh və onun ailə üzvlərinə Balakən rayonu Şambul kəndində çöl ərazisindən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 187 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2004-cü ildə Cavabdeh onlara məxsus olan torpaq sahəsini satmaq istədiyini bildirmiş və torpağı iddiaçıya təklif etmişdir. İddiaçı da cavabdehə manatın köhnə məzənnəsi ilə 770000 manat pul verərək, torpaq sahəsini şifahi razılaşma əsasında almışdır. Cavabdeh iddiaçıya onların sənədlərinin qaydasında olmadığını, hazır olanda notariat kontorunda rəsmiləşdirəcəklərini bildirmişdir. İddiaçı 2004-cü ildən başlayaraq torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. 2004-cü ildən 2019-cu ilədək torpağın vergilərini ödəmişdir. İddiaçı 0.83 ha torpaq sahəsi bataqlıq olduğuna görə hər maşını 30 manatdan ora 30 Kamaz torpaq gətirərək, ora boşaltdırmış, torpaq sahəsinin ətrafına 44 metr uzunluğunda kanal çəkdirmişdir. 2010-cu ilin sentyabr ayında Cavabdeh iddiaçıya müraciət edərək, torpağı ona satmaq istədiyini bildirmiş və əlavə pul istəmişdir. xx xxxxxxxx 2010-cu ildə cavabdeh və ailə üzvləri Şambul Bələdiyyəsinə gələrək, onlara məxsus olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq istədiklərini bildirərək, ərizəyə imza etmişlər. Həmin ərizədəki imzalar Balakən rayonu Şambul Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin vaxt iddiaçı cavabdehə 100 ABŞ dolları pul vermişdir. Lakin yenə də cavabdeh onunla notariat kontoruna getməkdən yayınmışdır. 2018-ci ilin sentyabr ayında Cavabdeh iddiaçıya müraciət edərək, torpağı ona satmaq istədiyini bildirmiş və əlavə 300 AZN pul istəmişdir. İddiaçı da cavabdehə 300 AZN pul vermişdir. Cavabdeh pulu aldıqdan sonra yenə də torpağın sənədləşməsini qısa müddətdə həll edəcəyini bildirmişdir. 2018-ci ilin axırlarında Cavabdeh yenidən iddiaçıya müraciət edərək, ona və ailə üzvlərinə məxsus olan 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini başqa şəxsə satacağını bildirərək, torpaq sahəsindən çıxmasını tələb etmişdir. Bu səbəbdən də iddiaçı cavabdehdən torpağın yaxşılaşdırılmasına çəkdiyi 1200 manat pulu, 100 ABŞ dollarını və 300 AZN pulu, həmçinin torpağın yaxşılaşdırılmasına sərf etdiyi pul vəsaitini tələb etmişdir. Hazırda Cavabdeh İddiaçı torpaqla bağlı qaytarmadığı 900 manat ziyan borcu vardır və cavabdeh həmin borcu etiraf edir. Buna görə də iddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də 900 manat ziyan tələbinə dair iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, izahatında göstərdi ki, o, özünə və ailəsinə məxsus torpaq sahəsini 2004-cü ildə İddiaçı istifadə etmək üçün vermiş və Məhəmməddən buna görə müxtəlif vaxtlarda manatın köhnə məzənnəsi ilə 770000 manat, 100 ABŞ dolları, 300 AZN pul almış, həmçinin İddiaçı həmin torpağın yaxşılaşdırılmasına müəyyən xərclər çəkmişdir. O, sonradan 0.83 ha torpaq sahəsini İddiaçı almışdır. Hazırda İddiaçı ona qarşı 900 manat ziyan tələbinə dair iddiasını qəbul və etiraf edir və bu məbləğdə iddianın təmin olunmasına razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərimşdir ki, o, 0.83 ha torpağa görə 2004-cü ildə o vaxtki məzənnə ilə 770000 manatı, yəni 77 şirvan pulu İddiaçı alaraq, Cavabdeh vermişdir. Məhkəmə iclasında şahid qismindlə dindirilmiş X11 ifadəsində göstərimşdir ki, Cavabdeh onun qonşusudur, Ramazanı 1980-ci ildən tanıyır. Həmçinin Cavabdehlə pay torpaq sahəsi ilə də qonşudur. Onu təsdiq edə bilər ki, İddiaçı tərəfindən həmin 0.83 ha torpaq sahəsinin yaxşılaşdırılması üçün heç vaxt ora Kamaz və ya başqa vasitə ilə torpaq daşınmamışdır. Onun göstərdliyi torpaq sahəsinin yaxşılaşdırılması üçün 1200 manat xərc çəkərək, 30 Kamaz torpaq daşıması tamamilə yalandır. Belə ki, İddiaçı torpaq daşısaydı, onu görməmək mümkün deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh qonşusudur. İddiaçı heç vaxt cavabdehə 2250 manat dəyərində iribuynuzlu heyvan verməmişdir. Bildiyinə görə Şamil Dibirov vasitəsilə 770000 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Onlar 0.83 ha torpaq sahəsini 2004-cü ildə İddiaçı icarəyə vermişlər. Bunun müqabilində Məhəməd Amalov onlara 770000 manat, yəni 77 şirvan pul vermişdir. İddiaçı heç vaxt 2250 manat dəyərindlə iribuynuzlu mal verməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, bir baş 3 yaşar inəyin orta bazar qiyməti 2250-2300 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Şambul Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki,X1 məxsus 0.84 ha pay torpaq sahəsinin vergisi 2004-cü ildən 2019-cu ilə kimi Şambul kənd sakini İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 607873 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx xxxxxx 2000-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Balakən rayon Şambul kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 607872 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx xxxx 2006-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şambul kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 607871 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx xxx 2005-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 01xx xxx 40116018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X10 xx xxx 2001-ci il tarixli, 05 saylı qərarı ilə Balakən rayonu Şambul kəndi ərazisindən X3, X12, X7, X6, X8, Cavabdeh və X4 ümumi birgə mülkiyyətinə təyinatı kənd təsərrüfatı məhsulları istehsalı olan 1.85 ha torpaq sahəsi verilmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh məhkəməyə iddianın qəbulu və etirafı haqqında yazılı ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı 900 manat ziyan tələbinə dair iddiasını qəbul və etiraf etdiyini və bu barədə qətnamə çıxarılmasına etirazının olmadığını göstərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, mübahisə predmeti olan Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh və onun ailə üzvlərinə məxsus 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı verilməsi ilə bağlı (iddiaçı torpağın ona satılmasını, cavabdeh isə torpağın iddiaçıya istifadəyə verilməsini göstərir) tərəflər razılaşmış, bu razılaşma əsasında 2004-cü ildə həmin torpaq sahəsi İddiaçı faktiki istifadə və sahibliyinə verilmiş, lakin torpaq sahəsinin hüquqi rejimi ilə bağlı tərəflər arasında notarial qaydada təsdiq olunmuş və ya sadə yazılı formada və qanunun tələblərinə uyğun hər hansı müqavilə bağlanmamışdır. Torpaq sahəsi ilə bağlı Cavabdeh İddiaçı müxtəlif vaxtlarda manatın könə məzənnəsi ilə 770000 manat, 300 manat və 100 ABŞ dolları pul almışdır. Həmçinin tərəflər işin mübahisəsiz halı kimi qəbul edirlər ki, İddiaçı həmin 0.83 ha torpaq sahəsinin yaxşılaşdırılmasına müəyyən xərc çəkmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 900 (doqquz yüz) manat ziyanın alınıb, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə verməklə, İddiaçı ona qarşı 900 manat ziyan tələbinə dair iddiasını qəbul və etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X14 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X28 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notarial qadasında təsdiq edilmiş müqavilələr o cümlədən daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Repsublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr notarit qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-1-ci maddəsinə əsasən notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onu dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etiməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alqı-satqı müqaviləsinin yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olması tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-648-ci maddələrində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Remspublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla-torpaqla bağlı əqd-razılaşma bağlanarkən həmin razılaşmanın (əqdin) qanunla müəyyən olunmuş məcburi forma tələblərinə riayət edilməmiş, ona görə də tərəflər üçün həmin daşınmaz əmlakla bağlı hüquqi nəticələr yaranmamışdır. Bu səbəbdən istinad olunan qanun normalarına əsasən tərəflər qanunun tələblərinə uyğun olmayan bu razılaşma üzrə aldıqlarını bir-birinə qaytarmalıdır. İş materiallarından görünür ki, qanuni tələblərə riayət edilməyən razılaşma predmeti olan 0.83 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə qaytarılsa da, cavabdeh iddiaçıdan bu razılaşma predmeti üzrə aldıqlarını ona qaytarmamışdır. Həmçinin qanunun tələbinə görə iddiaçı torpaq sahəsinin vicdanlı sahibi kimi həmin tiorpaq sahəsinə sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini, həmçinin torpaq sahəsinin dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Ümumilikdə iddiaçı həm torpaq sahəsinin ehtimal edilən alqı-satqısı ilə bağlı cavabdehə verdiyi pul vəsaiti və torpağın yaxşılaşdırılması üçün çəkdiyi xərc olmaqla cəmi cavabdehdən 900 manat ziyan tələb edir, cavabdeh də həmin məbləğdə iddi tələbini qəbul və etiraf edir. Məhkəmə hesab edir ki, işdəki sübutlarla cavabdehin iddiaçıya həmin 900 manat məbləğdə maddi ziyan vurduğu təsdiq edildiyindən və cavabdeh də bu məbləğdə iddia tələbini qəbul etdiyindən, vurulmuş ziyanın əvəzi olaraq 900 manat Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, 900 manat məbləğində maddi ziyan tələbinə dair iddianı tam etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, bu etiraf qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza atır. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, iddiaçının nümayəndəsinin-vəkilinin və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 900 manat və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin; Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 900 manat və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-33/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-33/2021
28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver