Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-342/2021 11.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı X8 X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı X8 X4 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı BOKT” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh İsmail qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxxx 2014-cü il tarixli KABal 122677/14 saylı müqaviləyə əsasən hesablanmış 4185,63 ABŞ dolları məbləğində əsas kredit borcun, kreditdən istifadəyə görə hesablanmış 241,88 ABŞ dolları məbləğində faiz borcun , 124,40 ABŞ dolları məbləğində hesablanmış cərimə borcun, cəmi 4551,91 ABŞ dolları məbləğində borcun və ərizəyə baxılması üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” X8 Təşkilatı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə xx xxxx 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı X8 X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh 2030.72 ABŞ dolları əsas, 118.57 ABŞ dolları faiz borcu olmaqla cəmi 2149.24 ABŞ dolları borcun alınaraq təşkilatın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı X8 X4 Cəmiyyəti ilə X3 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli KABal 122677/14 saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 33 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan və tərəflər arasında imzalanmış kreditin ödəniş qrafikinə əsasən borclu əsas kredit məbləğindən və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli idi. Lakin borclu müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, hazırda onun təşkilata 2030.72 ABŞ dolları əsas, 118.57 ABŞ dolları faiz borcu olmaqla cəmi 2149.24 ABŞ dolları ödənilməmiş borcu qalmışdır.Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı X8 X4 Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixli KABal 122677/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla əlaqədar zaminə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borclular kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən dəfələrlə şifahi və yazılı xəbərdar olunmuşdur.Lakin nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı X8 X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Fikrət oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, həmçinin göstərdi ki, cavabdehin mərhum anası Ayşa Qusumova öldükdən sonra onlar kredit borcunun ödənməsi üçün zəruri sənədləri “xxxx” Sığorta Şirkəti ASC-yə göndərmişlər. Lakin sığorta şirkəti mərhum Ayşa Qusumovanın ölümünə səbəb olan xəstəliyin kredit müqaviləsi bağlanandan əvvəl olmasını əsas gətirərək kredit borcunu ödəməkdən imtina etmişdir. Ona görə də onlar zamin olmuş Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı X8 X4 Cəmiyyəti ilə mərhum X2 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli KABal 122677/14 saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 33 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. O,anasına zamin olmuş və iddiaçı ilə onun arasında xx xxxxxxx 2014-cü il tarixli KABal 122677/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. X2 xx xxx 2015-ci il tarixdə vəfat etmişdir. Ona sonradan məlum olmuşdur ki, iddiaçı “İddiaçı BOKT” Qapalı Səhmdar Cəmiyyəti ona qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək anasına verilmiş kreditin ödənilməmiş qalan 4185,63 ABŞ dolları məbləğində əsas kredit borcun , kreditdən istifadəyə görə hesablanmış 241,88 ABŞ dolları məbləğində faiz borcun , 124,40 ABŞ dolları məbləğində hesablanmış cərimə borcun, cəmi 4551,91 ABŞ dolları məbləğində borcun ondan tutularaq “xxxx” X8 Təşkilatı QSC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.O, həmin iddia tələbi ilə razı deyildir. Belə ki, sözügedən kredit borcu sığortalanmışdır. Anası ölən vaxt o bu barədə İddiaçı X8 X4 Cəmiyyətinə məlumat vermişdir. Kredit verilərkən onlardan sığorta haqqı tutulmuşdur. Ona görə də qalan krediti İddiaçı X8 X4 Cəmiyyəti sığorta şirkətindən almalıdır.Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2014-cü il tarixli KABAL 122677/14 saylı kredit müqaviləsindən görünür ki, X6 qızı xx xxxxxxx 2014-cü il tarixli KABAL 122677/14 saylı saylı Kredit müqaviləsinə əsasən, “İddiaçı» X8 X4 Cəmiyyətindən illik faiz dərəcəsi 33 faiz olmaqla 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2014-cü il tarixli KABAL 122677/14 saylı Zaminlik müqaviləsindən görünür ki, “İddiaçı X8 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh İsmail qızı arasında zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxx 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 683691 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qusumova Ayşa Nəcməddin qızı xx xxx 2015-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, xx xxxxxxx 2014-cü il tarixdə iddiaçı “İddiaçı BOKT” QSC ilə Qusumova Ayşa Nəcməddin qızı arasında KABal 122677/14 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə sonuncuya təşkilat tərəfindən 5000 (beş min) ABŞ dolları məbləğində pul ayrılmışdır və o, kreditdən istifadə haqqı illik 33 % olmaqla 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin təminatı kimi 28 oktyabr 2014-cü il tarixdə Bazarova Firəngiz İsmail qızı ilə KABal 122677/14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin şərtlərinə görə borclunun təşkilat qarşısında öhdəlikləri yerinə yetirilənədək zamin borclu ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. X5 Nəcməddin qızı xx xxx 2015-ci il tarixdə ölmüşdür. Bundan sonra kredit borcu ödənilməmiş, zamin Bazarova Firəngiz İsmail qızı üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Hazırkı vəziyyətə kredit borcunun məbləği, 2030.72 ABŞ dolları əsas, 118.57 ABŞ dolları faiz borcu olmaqla-cəmi 2149.24 ABŞ dolları təşkil edir. İddiaçı X8 X4 Cəmiyyəti pretenziya qaydasına riayət edərək, Cavabdeh İsmail qızından borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin borclu yenə də kredit borcunu ödəməmişlər. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin hallarını maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Kredit borcunun “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ödənilməli olması barədə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Ayşa Qusumova öldükdən sonra İddiaçı” BOKT Qapalı Səhmdar Cəmiyyəti kredit borcunun ödənməsi üçün “xxxx” Sığorta Şirkəti ASC-nə müraciət etmiş, onlar isə kredit borcunu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəmə cavabdehin bu etirazını əsaslı hesab etmir. Eyni zamanda Cavabdeh İsmail qızına izah olunur ki, o “xxxx” Sığorta Şirkəti ASC-nə qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İsmail qızından 2030,72 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 118,52 ABŞ dolları məbləğində faiz borcu -cəmi 2149,24 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub “İddiaçı BOKT” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh İsmail qızından dövlət rüsumunun ödənilməmiş qalan 10 manatı alınıb dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh İsmail qızından 2030,72 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə hesablanmış 118,52 ABŞ dolları məbləğində faiz borcu -cəmi 2149,24 ABŞ dolları məbləğində kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumunun ödənilməmiş qalan 10 manatı alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-342/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-342/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver