Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-347/2021 15.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Müsənnif qızının Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X13 cavabdehə məxsus olan, Balakən rayonu Tülü kəndində yerləşən evinə istifadə-yaşayış hüququnun tannması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, onun, oğlu X28 oğlu ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, cavabdehlə 2010-cu ilin dekabr ayında ailə qurmuş, yaşı çatmadığı üçün nikaha girməmiş və həmin evlilikdən 10.10.2011-ci il təvəllüdlü Kənan adlı oğlu olmuşdur. Cavabdeh, Balakən rayonunun Tülü kəndində, ata-baba yurdu olan evdə yaşayır. O da təbii ki, həmin evə gəlin köçmüş və oğlu doğulandan da sonra xeyli müddət orada oğlu və yoldaşı ilə birlikdə yaşamışdır. 2014-cü ildə Nicat Ukraynaya getmişdir. Uşaqla atasıgilə gəlmiş, təhsillə əlaqədar Bakıya gəlmiş və burada kirayədə yaşamağa başlamışdır. Cavabdeh vaxtaşırı Azərbaycana gəlib-getmiş, oğlunu görmüşdür. Özü daimi burada olmadığı üçün, cavabdehin bibisi Mehriban xanım uşağı orada görürdü. 2020-ci ilin fevralında məhkəməyə müraciət etmiş və Cavabdeh 170 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiası təmin edilmişdir. Hazırda Xırdalan şəhərində kirayədə yaşayır. Daha burada yaşamaq mümkün deyildir. Qeydiyyatda olduğu ata evində yaşamaq üçün lazımi şərait yoxdur. Çünki ev həm şəraitsizdir, həm də orada yaşayan çoxdur, sıxlıqdır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 17 avqust 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 928722 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 10 oktyabr 2011-ci ildə anadan olmuş, atası X22, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(019)-276/2020 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı 10.10.2011-ci il tarixdə anadan olmuş oğlu-X13 atasının Cavabdeh Adil oğlu olması faktı müəyyən olunmuş, 12 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh 10 oktyabr 2011-ci il tarixdə anadan olmuş X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı Müsənnif qızına verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN:459 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X26 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli, 37 nömrəli qərarına əsasən Bayramov Abdusəməd Abdulla oğlunun və X7 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd inzibati ərazi üzrə dairəsi üzrə nümayəndəsinin 16 mart 2021-ci il tarixli, 18 nömrəli Balakən Rayon Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, 13 saylı 05.03.2021-ci idl tarixli məktubda texnikri səhv olaraq Bayramov Adil Abdusəməd oğlu və Cavabdeh Adi oğlu mərhum Bayramova Ayşə Ramazan qızının təsərrüfatında göstərilmişdir. Sonradan 2011-2015-cii illərin təsərrüfatbaşına kitablarını yoxlayan zaman məlum olmuşdur ki, X9 və Cavabdeh mərhum Bayramova Ayşə Ramazan qızının sağlığında onun təsərrüfatından ayrılmışdır. Həmin ev mərhum X8 məxsus olub, həmin evdə qeydiyyatda heç kim yoxdur. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, Cavabdeh və X4 adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş X24 kitabında 28.01.2009-cu il tarixdə 1046 nömrə ilə uçota alınmış A №092523 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bu sənəd Balakən rayonu Tülü kənd sakini X8 Balakən rayonu Aqrar İslahat Komissiyasının 07.12.1997-ci il tarixli 37 saylı qərarı ilə verilmiş 2500 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan 03.02.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı 2010-cu il tarixdə qeyri-rəsmi nikahla Cavabdeh oğlu ilə evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Onların ər-arvad münasibətlərindən 10.10.2011-ci ildə X18 adında bir uşaqları doğulmuşdur. İddiaçı ərə gedərkən cavabdehin nənəsi X8 məxsus Balakən rayonu Tülü kəndində yerləşən evə köçmüş və uşaq da həmin evdə doğulmuşdur. Cavabdeh 2014-cü il tarixdə Ukrayanaya getmiş, iddiaçı isə uşaqla birlikdə atası evinə gəlmişdir. Balakən Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(019)-276/2020 nömrəli qətnaməsinə əsasən cavabdehin 10.10.2011-ci ildə doğulmuş X10 atası olması müəyyən edilmiş və cavabdehdən iddiaçının xeyrinə həmin uşağın saxlanması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı hazırda uşaqla bilikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. İşdəki sübutlardan həmçinin müəyyən olunur ki, Cavabdeh və onun atası X4 adlarına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. X9 və Cavabdeh mərhum Bayramova Ayşə Ramazan qızının sağlığında onun təsərrüfatından ayrılmışlar. Həmin ev mərhum X8 məxsus olub, həmin evdə qeydiyyatda heç kim yoxdur. X2 vərəsələri müəyyən edilməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı iki tələb irəli sürmüşdür:1) onun, oğlu X28 oğlu ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması;2) onların həmin evə köçürülməsi. Məhkəmə hər bir iddia tələbinə ayrıca hüquqi qiymət verməyi və bu xüsusda aşağıdakı qanun normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarial qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edilərək göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:-mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması;həmin razılaşmanın notarial qaydasında təsdiq edilməsi;-istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağıl məsələlərələ baxılarkən 2009-cu ili oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifyələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülukiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qedə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin muülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli «Ailənin başqa üzvlərinin aliment öhdəlikləri» adlanır və həmin fəsildə saxlanılmalı olan ailənin başqa üzvlərinin dairəsi konkret şəkildə göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qazların ogey ata və ananı saxlamaq vəzifəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi yanaşmaya uyğun olaraq əgər yaşayış sahəsi mülkiyyətçisinin qohumu olan şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində qeyd edilmiş həmin beş qrup şəxslər dairəsindən birinə daxil deyilsə, mülkiyyətçinin ailə üzvü kimi onunla birlikdə yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz və yaşayış sahəsinin mülkiyyətçisi öz ailə üzvü hesab edilməyən həmin qohumlarının öz qanuni mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdıran istənilən hərəkət və hərəkətsizliklərinə son qoulumasını tələb etməkdə haqlıdır. İddiaçının birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə istənilən daşınmaz əmlak üzərində olan hüquqlar, o cümlədən mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Yalnız daşınmaz əmlak üzərində olan hüquqlar dövlət qeydiyyatına alındlıqdan sonra həmin daşınmaz əmlak üzərində hər hansı hüquqların müəyyən edilməsindən və həyata keçirilməsindən söhbət gedə bilər. İş materiallarından görünür ki, iddia predmetini təşkil edən fərdi yaşayış evi üzərində cavabdehin mərhum nənəsi Ayşə Bayramovanın, onun vərəsələrinin, cavabdehin və hər hansı digər şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə də həmin ev hər hansı şəxsin, o cümlədən cavabdehin xüsusi mülkiyyətində deyildir. Bu xüsusda nəzərə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyində əşya istifadə hüququ mülkiyyət hüququndan daha geniş bir hüquqdur. İstifadə hüququ həm mülkiyyət hüququndan, həm qanundan, həm də müqavilədən yarana bilər. Onu da vurğulamaq lazımdır ki, qanunvericilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilikdə evdən və ya mənzildən istifadə hüququ mülkiyyət hüququndan, qanundan və müqavilədən yaranan bir hüquq və mülkiyyət hüququnu məhdudlaşdıran hüquq statusu verilmişdir. Qanunun tələbinə görə də evdən istifadə hüququnun yaranması üçün birmənalı şəkildə həmin evə mülkiyyət hüququ olmalı, bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin mərhum nənəsi Ayşə Bayramovanın, onun vərəsələrinin, həmçinin cavabdehin sözügedən evə mülkiyyət hüquqları qeydiyyata alınmadığı və həmin ev onların mülkiyyətində olmadığı üçün İddiaçı uşağı Kənan Babayevlə həmin evdən istifadə hüququ müəyyən oluna bilməz. Belə ki, qeyd edildiyi kimi, istifadə hüququ mülkiyyət hüququndan yaranmaqla onun üç hüquqi elementindən biridir, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hüquqdur. Evə mülkiyyət hüququ olmadığından, istifadə hüququnun yaranması üçün də hüquqi əsas mövcud olmur. Digər tərəfdən ümumiyyətlə iddiaçının, cavabdehin və uşağın evə heç bir digər hüququ, o cümlədən istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bunun əksini, yəni evin dövlət qeydiyyatına alınması, uşağı ilə birlikdə həmin evə istifadə hüququnun yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onun üzərinə düşür. Ona görə də iddiaçı Qönçə Babayevanın iddia predmetini təşkil edən evə mülkiyyət və istifadə hüquqları yaranmamışdır. Ona görə də bu tələb əsassızdır və təmin olunmamalıdır. İddiaçının evə köçürmə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin qeyrirəsmi arvadı olmuşdur və iddia predmetini təşkil edən evin sahibi olmuş X7 yaxın qohumu və digər qohumu deyildir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) göstərilən 5 qrup şəxslər dairəsinə aid deyildir. Yəni İddiaçı evin məxsus olduğu mərhum X5 və onun vərəsələrindən özünün maddi cəhətdən saxlanmasını tələb etmək hüququna malik olan şəxs deyildir, Cavabdeh nənəsi X14 iddiaçını və onun uşağını saxlamaq vəzifəsi daşımamışdır və onun vərəsələrinin də belə bir vəzifə daşıması təsdiq olunmur. Ona görə də Azərbaycan Respublikasının yuxarıda istinad olunan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun olaraq İddiaçı və onun uşağının cavabdehin nənəsi X8 məxsus olmuş sözügedən evdən istifadə hüququ yaranmır və onlar həmin evə köçürülə bilməz. Hazırki iddia ilə bağlı məhkəmə onu da qeyd edir ki, Avropa Konvensiyasının 8-ci maddəsində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi ilə bağlı presedentlərində mənzil hüququna müdaxilənin şərtləri öz əksini tapmışdır. Belə ki, bu müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsədlər daşımalı, istifadə edilən vasitələr həmin məqsədlərə mütənasib olmalı və bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Eyni zamanda Avropa Məhkəməsinin presedent hüququna görə şəxsin mənzillə yetərli və davamlı əlaqələrinin olması sübut olunmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X16 zavodları Yunanıstana qarşı, X11rşı, Slivçenko Litvaya qarşı və s.) presedentlərində mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərin mövcudluğu ilə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının və onun yetkinlik yaşına çatmayan uşağının istifadə hüququnun tanınması və onların həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi üçün həmin evə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Əvvəla, bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı və onun uşağı evin məxsus olduğu şəxsin və onun vərəsələrinin yaxın qohumu və digər qohumları sırasına daxil deyildir və onlardan özünün və uşağının saxlanmasını tələb etmək hüququna malik deyildir. Məhkəmə həmçinin hesab edir ki, hazırki işdə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə mülkiyyət hüququna müdaxilənin qanuni məqsəd daşıması və təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin müəyyən edilməsi qanunda nəzərdə tutulmadığından qanuni məqsəd daşımır. Həmin fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülmənin təmin edilməsinin təxrəsalınmaz ictimai tələbatdan irəli gəlməsi halının olmaması ilə bağlı qeyd edilməlidir ki, cavabdehin evə dair heç bir hüququ yoxdur, cavabdehin evin sahibi olmuş mərhum nənəsinin isə iddiaçını və onun uşağını evləyaşayış sahəsi ilə təmin etmək öhdəliyi olmamışdır. Onun vərəsələrinin belə bir öhdəlik daşıması da müəyyən olunmur. Belə öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Hazırda iddiaçının və uşağının evdən istifadə hüquqlarının müəyyən olunmasının təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsini və onları bu evdə yerləşdirməsinin evə heç bir hüququ olmayan cavabdehin və onun mərhum nənəsinin vərəsələrinin vəzifəsi olmasını təsdiq edən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da bildirir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının və onun uşağının istifadə hüququnun tanınması və onların həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi barədə iddiada evə mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının dəqiq müddəti və bununla əlaqədar evin faktiki mülkiyyətçisinin vərəsələrinə hansısa məbləğdə kompesasiyanın ödənilməli olması barədə heç bir tələb və təklif qoyulmamışdır. Halbuki Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ məhdudlaşdırılan zaman onun məhdudlaşdırılması da müddətli olmalı-məhdudlaşdırılmanın müddəti göstərilməli, həmçinin mülkiyyətçiyə ağlabatan, ədalətli və səmərəli kompensasiya ödənilməli, məhz bu yolla mülkiyyət hüququnun məhdulaşdırılması kompensasiya edilməli, mülkiyyətçi həddən artıq yükə məruz qoyulmamalı və hüquqlar arasında ədalətli tarazlıq gözlənilməlidir. Əks hal isə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusudur (bax Sporronq və Lonnrot İsveçə qarşı iş). İddiaçı azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən olunması və onların həmin yaşayış evinə köçürülməsi barədə tələbə qiymət verilərkən Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsi araşdırılmalıdır. Hazırki işdə İddiaçı və uşağının həmin evdə istifadə hüquqlarının müəyyən olunması və evə köçürülməsinin təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamışdır. Eyni zamanda iddiaçı və uşağına istifadə hüququnun verilməsi ilə evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün evin faktiki mülkiyyətçisinin vərəsələrinə hər hansı kompensasiya təklif edilməmişdir. Belə olan halda iddiaçıya və uşağına istifadə hüququnun verilməsi və onun uşağı ilə həmin evə köçürülməsinin müəyyən edilməsi, heç bir təxrəsalınmaz ictimai tələbatla şərtləndirilmədiyi, bu məhdudlaşdırmanın müddəti müəyyən olunmadığı, həmçinin istifadə hüququnun müəyyən olunması ilə bağlı evin mərhum mülkiyyətçisinin vərəsələrinə heç bir kompensasiya ödənişi həyata keçirilmədiyi halında həmin vərəsələrin evə dair hüquqlarının məhdudlaşdırılması onların fərdi hüququnun pozulması, ağır yükə məruz qalması və bununla da ədalətli tarazlığın pozulmasıdır. Ona görə də hazırkı vəziyyətdə iddiaçıya və uşağına evdən istifadə hüququ verilməklə onun və uşağının evə köçürülməsinin təmin edilməsi evə mülkiyyət hüquqlarının (sahiblik və istifadə hüququnun) məhdudlaşdırılması və bununla da ədalətli tarazlıq prinsipinin kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən xüsusi olaraq vurğulayır ki, İddiaçı və uşağının mübahisəli yaşayış evinə istifadə hüquqlarının müəyyən olunaraq, onların həmin evə köçürülməsi ilə bağlı həmin fərdi yaşayış evinin sahibinə müvafiq kompensasiya ödənilməli, həmin kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Lakin məhkəmə araşdırmaları zamanı iddiaçı və ya digər hər hansı şəxs tərəfindən evin mülkiyyətçisinin vərəsələrinə səmərəli, ağlabatan və vaxtında ödənilən hər hansı kompensasiyanın təklif edilməsi müəyyən olunmamışdır. Əks hal, yəni iddiaçıya və onun qeyd etdiyi uşağına evdən istifadə hüququnun verilməsi və onların evə köçürülməsinin təmin edilməsi evin faktiki mülkiyyətçilərinin evə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müdafiəsi altına düşən mülkiyyət hüquqlarının, həmçinin mənzil hüququnun pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Qeyd olunanlar iddianın əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə tam əsas verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun, oğlu X20 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun, oğlu X20 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən, cavabdehə məxsus olan evə istifadə hüququnun tanınması və onların həmin evə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-347/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-347/2021
15.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver