Məhkəmə qərarları › İş №2(019)-360/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-360/2020

07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-360/2020 07.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X30və Cavabdeh2 İ̇sfəndiyar oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 İ̇sfəndiyar oğluna, Cavabdeh2 İ̇sfəndiyar oğluna və Cavabdeh3 qarşı 2800 manat məbləğində vurulmuş ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə yy ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 İ̇sfəndiyar oğluna, Cavabdeh2 İ̇sfəndiyar oğluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İsbəndiyar oğlundan, Cavabdeh2 və Cavabdeh3 İsbəndiyar oğlundan 2800 (iki min səkkiz yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Talalar kəndində yaşayır. Cavabdehlər onlara məxsus olan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X18 bağışlamışlar. X21 həmin torpaq sahəsini ona istifadə etmək üçün vermişdir. Həmin torpaq sahəsində qarğıdalı əkmişdir. xx xxxx 2019-cu ildə cavabdehlər onun əkdiyi 1 metr hündürlüyündə olan qarğıdalı sahəsinin təxminən 80 faizini, yəni 80 sot hissəsini dibindən biçərək məhv etmişlər. Bununla bağlı o, Balakən rayon X27 müraciət etmişdir. Balakən rayon X26, Balakən rayon Talalar kənd İƏD-nin və Bələdiyyəsinin nümayəndələrindən ibarət komissiya təşkil edilmiş və həmin əraziyə baxış keçirilmiş və AKT tərtib edilmişdir. AKT-da göstərilir: Talalar kənd sakini İddiaçı ərizəsinə əsasən Talalar kəndinin “Mal örüşünün yanı" adlı ərazisində olmuşlar. B. Əliyev şikayətində göstərir ki, “Mal örüşünün yanı” adlı ərazidə yerləşən JN-90 saylı Dövlət aktına əsasən ailəsinin istifadəsində olan 1,0 ha torpaq sahəsində qarğıdalı bitkisi əkmişdir. Lakin aşağıda adları göstərilən Talalar kənd sakinləri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən qarğıdalı sahəsi biçilərək məhv edilmişdir. Ona görə də dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi xahiş edilir. Komissiya şikayəti yerində araşdırarkən həqiqətən 1 metr hündürlüyündə olan qarğıdalı sahəsinin təxminən 80 faizinin, yəni 80 sot hissəsinin dibindən biçilərək məhv edildiyinin, həmin sahəyə yüksək dərəcədə aqrotexniki qaydada qulluq edildiyinin, yəni alaq otlarının olmamasının, diblərinin doldurulmasının, gübrəsinin verildiyinin və buna görə də yüksək məhsul yetişdirildiyinin şahidi oldu. Belə olduğu halda komissiya qarğıdalı bitkisinə yüksək dərəcədə aqrotexniki qaydada qulluq edildiyini nəzərə alaraq, həmin sahədən 70 sentiner (0,8 x 7000 = 5600 kq) məhsul götürülə biləcəyini qeyd etdi. Halhazırda da dən qarğıdalının 1 kiloqramının bazar qiymətinin 50 qəpik olduğunu nəzərə alaraq, 2800 manat (5600 x 0,5 = 2800) manat həcmində ziyan dəydiyini müəyyən etmək olar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X33 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onlar özlərinə məxsus 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X18 bağışlamamış və satmamışlar. Bununla bağlı məhkəmə qətnamələri vardır. X12 İddiaçı və onun atası Şahidə bu torpağı istifadə etmək üçün verməsi qanunsuzdur. Belə ki, X21 bu torpaq sahəsinin mülkiyyətçisi olmamış və torpaq sahəsi digər hər hansı hüquqla ona məxsus olmamışdır. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı atası Şahid Əliyevin onlara verilən torpaq sahəsindən çıxarılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Lakin iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona və digər cavabdehlərə məxsus olan torpaq sahəsindən çıxmır və orada onların icazəsi olmadan qarğıdalı əkmişdir. İddiaçı qanuna görə həmin torpaq sahəsindən istifadə etmək, yəni orada hər hansı əkin əkmək və həmin torpaq sahəsindən bəhrələnmək hüququ yoxdur. İddiaçı onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsindən qanunsuz istifadə etmişdir. İddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 İ̇sfəndiyar oğlu və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 İ̇sfəndiyar oğlunun və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, Balakən rayon X26 mütəxəssisi, Talalar kənd İƏD üzrə nümayəndəsi, Talalar Bələdiyyəsinin sədri və Talalar kəndinin 2 sakini tərəfindən tərtib olunmuş aktda İddiaçı əkdiyi qarğıdalı sahəsinin 0,80 ha hissəsinin dibindən biçilərək, məhv edildiyi, nəticədə ona 2800 manat ziyan dəydiyinin müəyyən edilməli olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş JN:00xx xxx 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, X4, X8, Cavabdeh2 İsbəndiyar oğlu, Cavabdeh1 İsbəndiyar oğlu və Cavabdeh3 İsbəndiyar oğlunun xüsusi mülkiyyətinə Balakən rayon X23 1998-ci il 04 fevral tarixli, 02 nömrəli qərarı ilə 1,25 ha torpaq sahəsi verilimişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdehlər X5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X7 qarşı 9975 kv/m pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-27/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Balakən rayonu Talalar kəndində yerləşən JN 0070 seriyalı kod 40113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, Cavabdeh2 İsbəndiyar oğluna, Cavabdeh1 İsbəndiyar oğluna, Cavabdeh3 İsbəndiyar oğluna verilən 1,25 ha kənd təsərrüfatı məhsulları istehsalı təyfinatlı torpaq sahəsinin 0,8567 ha hissəsindən cavabdeh X34 çıxarılmış, iddia qalah hissədə təmin olunmamışdır. Həmin məhkəmə qətnaməsində iddianın qismən təmin olunmasının əsası kimi məhkəmənin müəyyən etdiyi JN:00xx xxx 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə X2, Cavabdeh2 İsbəndiyar oğluna, Cavabdeh1 İsbəndiyar oğluna, X13 və X7 verilən 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsinin cavabdeh X34 tərəfindən zəbt olunması faktı və həmin fakta verilən hüquqi qiymət olmuşdur. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (107)-1735/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (019)-630/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Talalar Bələdiyyəsinə qarşı pay torpaq sahəsinə bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2 (107)-2602/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı X12, Cavabdeh3 və onun nümayəndəsi-vəkili X25 apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2 (102)-997/2020 saylı qərarından görünür ki, iddiaçı X1 şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2 (107)-2602/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin 2 (019)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Talalar kəndində yerləşən JN:0070 seriyalı kod 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən X4, X9, X19, X10 verilən 1,25 ha kənd təsərrüfatı məhsulu təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsindən cavabdeh X34 çıxarıldı. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və Cavabdeh2 izahatlarını dinləyib, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,Balakən rayon X23 1998-ci il 04 fevral tarixli, 02 nömrəli qərarı ilə X6, X8, Cavabdeh2 İsbəndiyar oğlu, Cavabdeh1 İsbəndiyar oğlu və Cavabdeh3 İsbəndiyar oğlunun xüsusi mülkiyyətinə 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə iddiaçı X12 cavabdehlər X5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X7 qarşı 9975 kv/m pay torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)- 27/2019 saylı qətnaməsilə Balakən rayonu Talalar kəndində yerləşən JN 0070 seriyalı kod 40113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, Cavabdeh2 İsbəndiyar oğluna, Cavabdeh1 İsbəndiyar oğluna, Cavabdeh3 İsbəndiyar oğluna verilən 1,25 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsindən cavabdeh X34 çıxarılmış, həmin məhkəmə qətnaməsində iddianın qismən təmin olunmasının əsası kimi məhkəmənin müəyyən etdiyi JN:00xx xxx 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə X2, Cavabdeh2 İsbəndiyar oğluna, Cavabdeh1 İsbəndiyar oğluna, X13 və X7 verilən 1,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsinin cavabdeh X34 tərəfindən zəbt olunması faktı və həmin fakta verilən hüquqi qiymət olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (107)-1735/2019 saylı qətnaməsilə iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (019)-630/2019 saylı qətnaməsilə iddiaçı X12 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Talalar Bələdiyyəsinə qarşı pay torpaq sahəsinə bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2 (107)- 2602/2019 saylı qətnaməsilə iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçı X12, Cavabdeh3 və onun nümayəndəsi-vəkili X25 apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2 (102)-997/2020 saylı qərarı ilə iddiaçı X1 şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2 (107)-2602/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin 2 (019)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Talalar kəndində yerləşən JN:0070 seriyalı kod 40113018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X4, X9, X19, X10 verilən 1,25 ha kənd təsərrüfatı məhsulu təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsindən cavabdeh X34 çıxarılmış və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bu xüsusda iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəlarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notarial qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı iddiasının əsası kimi cavabdehlərin onlara məxsus olan 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X18 bağışlaması, X12 həmin torpaq sahəsini ona istifadə etmək üçün verməsi, onun həmin torpaq sahəsində qarğıdalı əkməsi və cavabdehlərin həmin qarğıdalı sahəsini biçməklə məhv etməsi və ona ziyan vurması halına istinad etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehlər və onlarla ümumi mülkiyyətin subyekti olan digər şəxslər onların xüsusi mülkiyyətində olan torpaq sahələrini X18 bağışlamamış, satmamış və başqa qaydada özgəninkiləşdirməmişlər. Əksinə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə iddiaçı X12 cavabdehlər X5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X7 qarşı 9975 kv/m pay torpaq sahəsinə alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmçinin Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsilə X12 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Talalar Bələdiyyəsinə qarşı pay torpaq sahəsinə bağışlama müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi tərəfindən, Şəki Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, hər iki məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qətnamələri ilə sözügedən torpaq sahəsinin cavabdehlər və paylı mülkiyyətin digər subyektləri tərəfindən X18 bağışlanmaması və satılmaması sübuta yetirilir. X12 həmin torpaq sahəsinə mülkiyyət hüquqları, sahiblik və istifadə hüquqları və ya hər hansı digər hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də X21 həmin torpaq sahəsinin mülkiyyətçisi, sahibi və ya istifadəçisi olmamışdır. Belə olan halda Nizami Lətifov həmin torpaq sahəsini İddiaçı bağışlaya, sata və ya istifadəyə verə bilməzdi. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-27/2019 saylı qətnaməsilə Balakən rayonu Talalar kəndində yerləşən JN 0070 seriyalı kod 40113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, Cavabdeh2 İsbəndiyar oğluna, Cavabdeh1 İsbəndiyar oğluna, Cavabdeh3 İsbəndiyar oğluna verilən 1,25 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsindən iddiaçının atası X34 çıxarılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (107)-1735/2019 saylı qətnaməsilə iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2019-cu il tarixldə Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin 2 (019)-27/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Talalar kəndində yerləşən JN:0070 seriyalı kod 40113018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X4, X9, X19, X10 verilən 1,25 ha kənd təsərrüfatı məhsulu təyinatlı torpaq sahəsinin 0,8567 ha hissəsindən cavabdeh X34 çıxarılmışdır. Göründüyü kimi, İddiaçı qarğıdalı əkdiyini göstərdiyi iddia etdiyi torpaq sahəsinə heç bir mülkiyyət, sahiblik və istifadə hüququ yaranmamışdır. Belə olan halda o,həmin torpaq sahəsinə sahiblik etməklə ondan istifadə edə bilməzdi. Onun cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi, ona sahiblik etməsi, orada qarğıdalı məhsulu əkməsi tamamilə qanunsuzdur. Belə k, o, həmin torpaq sahəsinin ona heç bir hüquqla məxsus olmamasını və cavabdehlərin mülkiyyətində olmasını bilmişdir və bununla torpaq sahəsinə vicdanlı olmayan sahiblik etmiş və vicdanlı olmayan istifadəni həyata keçirmiş və mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozmuşdur. Yəni iddiaçı sözügedən torpaq sahəsinin vicdanlı sahibi olmamış və bunu bilmişdir. Qanunun tələbinə görə iddiaçının ona məxsus olmayan və vicdanlı olmadan torpaq sahəsindən istifadə nəticəsində ona dəyməsi iddia olunan ziyanı tələb edə bilməz, yəni onun buna hüququ yoxdur. Cavabdehlərin isə mülkiyyətlərində olan torpaq sahəsinə qanuni sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Ona görə də cavabdehlərdən torpaq sahəsindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə görə ziyan tələb edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərin ona tələb etdiyi zərər vurulduğu müəyyən edilməlidir. Yəni iddiaçı cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Belə ki, iddiaçı, cavabdehlərin ona 2800 manat məbləğində zərər vurmasını, bu zərərlə cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da ddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu mənada iddiaçının təqdim etdiyi xx xxxx 2019-cu il tarixli akt mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin akt iddiaçıya məxsus torpaq sahəsindən istifadə ilə bağlı ziyanı müəyyən etmir. Belə ki, həmin qarğıdalı əkildiyi göstərilən torpaq sahəsi cavabdehlin mülkiyyətində olan torpaq sahəsidir və iddiaçı həmin torpaq sahəsinin vicdanlı sahibi deyildir. Digər tərəfdən, həmin aktda qarğıdalı məhsulundan məhz 2800 manat gəlir götürüləcəyi ehtimal olunur ki, ehtimal da baş vermiş fakt və mötəbər sübut deyildir. Bundan başqa, həmin aktda məhz cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində iddiaçıya bu məbləğdə ziyanın vurulması sübut olunmur. Belə ki, aktı tərtib edənlər tərəfindən cavabdehlərin iddia edilən qarğıdalı məhsulunu biçmələrinin şahidi olmaları müəyyən olunmur. Bu iddiaçının dilindən akta yazılmış məlumatdır, iddiaçının məhz ona məxsus torpaq sahəsində qarğıdalı əkməsi və cavabdehlərin ona məxsus torpaq sahəsində qarğıdalı məhsulunun biçməsi nəticəsində ona maddi ziyan dəyməsi isə işdə olan heç bir mötəbər sübutla təsdiqini tapmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X11rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X36 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı cavabdehlərin öhdəliklərin əmələ gəlməsi əsaslarından-müqavilə, mülkiyyət hüquqlarının müdafiəsi, əsassız varlanma və mülki-hüquq pozuntularından (deliktlərdən) əmələ gəlməklə ona tələb etdiyi 2800 manat zərəri ödəmək öhdəliyini daşımalarını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin faktoloji və hüquqi əsaslarını sübut edə bilməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatilarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1 İ̇sfəndiyar oğluna, Cavabdeh2 İ̇sfəndiyar oğluna və Cavabdeh3 qarşı 2800 manat məbləğində vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, hazırki iddianın iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar