Məhkəmə qərarları › İş №2(019)-372/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-372/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-372/2021 08.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Muradova (Göylərova) Rəfsanə Elman qızının və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Balakən rayonu Qullar kənd sakinləri Cavabdeh2 və Muradova (Göylərova) Rəfsanə Elman qızına borc olaraq verdiyi 5500 (beş min beş yüz) manat pulun cavabdehlərdən alınıb ona verilməsi, hal-hazırda yaşadıqları Balakən rayonu Qullar kəndində yerləşən evin tikintisi üçün xərclədiyi 10.000 (on min) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə rəsmi nikah bağlamaqla Balakən rayonu Qullar kənd sakini X5 ilə evlənmiş, nikahlarını xx xxxx 2013cü il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. İlk vaxtlarda ailə münasibətləri yaxşı olmuş, birgə nikahlarından xx xxxx 2014-cü ildə X6 və xx xxxxxxxx 2017-ci ildə X9 adlı uşaqları anadan olmuşlar. 2017-ci ildə Cavabdeh1 və cavabdehin anası Cavabdeh2 onu aldadaraq onun anasına məxsus torpaq sahəsini satıb, qaynanasının adına torpaq sahəsi almağı, orada ev tikib orada yaşamağı təklif emişlər.O, anası Şahid7 məxsus Balakən rayonu Tülü kəndində yerləşən 0,14 ha torpaq sahəsini satmağa məcbur olmuş və ona torpağı satdığı 5500 manat pula Balakən rayonu Qullar kəndində torpaq sahəsi aldırmışlar. Sonra həmin torpaq sahəsində ona ev tikdirmişlər. Həmin evin tikilməsinə o, 10.000( on min) manat pul xərcləmişdir. Belə ki, həmin evə tikinti materialı alıb gətirmiş, ev tikilib qurtardıqdan sonra həyat yoldaşı Rəfsanə qaynanası Gülnar, uşaqları Zeynəb və Zəhra həmin evdə yaşamağa başlamışlar. Lakin cavabdehlər tez-tez onunla mübahisə edib, onu evdən qovmuşlar. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış, Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, nikah pozularkən birgə nikahlarından xx xxxx 2014-cü ildə anadan olmuş X2 və xx xxxxxxxx 2017-ci ildə anadan olmuş X4 anaları Cavabdeh1 yanında saxlanmaları, ərizənin verildiyi xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2014-cü ildə anadan olmuş X2 və xx xxxxxxxx 2017-ci ilə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər uşaq üçün 135 ( yüz otuz beş) manat olmaqla hər ay cəmi 270 ( i k i yüz yetmiş) məbləğində aliment tutulub, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Odur ki, cavabdeh tərəfindən borc olaraq aldıqları 5500 ( beş min beş yüz) manat pulun və cavabdehlərin yaşadıqları evə xərclədiyi 10.000 ( on min) manat pulun - qaytarılması tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının onlara qarşı irəli sürdüyü yalan və uydurmalardır. Məqsədi onlardan pul qoparmaqdır. İddiaçının anası Şahid7 Abdulcəlil qızına məxsus Balakən rayon Tülü kəndində yerləşən 0.14 ha torpaq sahəsini 5500 manata satması, həmin pula Balakən rayon Qullar kəndində torpaq sahəsi alması, həmin torpaq sahəsində ev tikilməsi,həmin evin tikilməsinə onun 10.000 manat pul xərcləməsi iddiası tam yalan və böhtandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Cavabdeh2 adına hazırlanmış AN: 399998 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən və orada qeyd edilənlərdən məlum olur ki, bu sənədin hazırlanması üçün əsas Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-595 A. xx.xx.2004 olmuşdur. Bu sənəddə aydın şəkildə göstərilir ki, 0.10 ha torpaq sahəsinə görə Balakən rayon Dövlət notariat kontorunda alıcı ilə satıcı arasında alqı-satqı müqaviləsi 4ə-67. xx.xx.2016-cı ildə bağlanmışdır. Bu 0.10 ha torpaq sahəsini onlar qeyd edilən alqı-satqı müqaviləsi əsasında Qullar kənd sakini X3 almışlar. Lakin iddiaçı iddia ərizəsində yalan yazaraq göstərir ki, 2017-ci ildə anasının 0.14 ha torpağını satıb 5500 manat pulu qaynanasına vermişdir ki, torpaq sahəsi alsınlar. Eyni zamanda iddiaçı anasının torpaq sahəsini kimə satdığını, alıcı ilə bağladığı alqı- satqı müqaviləsinin nömrəsini, bağlandığı tarixi, hansı sənəd əsasında satdığını və necəyə satdığını qeyd etməmiş və iddia ərizəsinə bu haqda heç bir sənəd də əlavə etməmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, evin tikintisi üçün 10.000 manat dəyərində tikinti materialı alıb gətirmişdir. İddiaçı iddia ərizəsində aldığı tikinti materiallarının adını belə göstərmir. Eyni zamanda evin tikintisi üçün aldığı tikinti mallarının alınması üçün xərclədiyi pulun xərclənməsini təsdiq edən hər hansı bir kassa aparatı qəbzini və ya faktura sənədini, ümumiyyətlə xərclənməni təsdiq edən əllə yazılan sənəd belə iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, ev tikilib qurtardıqdan sonra həyat yoldaşı, qaynanası Gülnar, uşaqları Zeynəb və Zəhra həmin evdə yaşamağa başlamışlar. Lakin cavabdehlər tez-tez onunla mübahisə edib onu evdən qovdular. Etiraza əlavə etdikləri evin fotoları təsdiq edir ki, evin ümumiyyətlə tikintisi başa çatmayıb, yalnız evin divarları tikilib və üst örtüyü tamamlanıbdır. Bu günün özündə evdə yaşamaq qeyri mümkündür. İddiaçının ev haqda heç bir məlumatı yoxdur. İddiaçı və anası cəmi həyətdə tikilmiş bir otaqlı evin tikintisi üçün ustaya 200 manat pul vermişlər və 600 ədəd mişar daşının pulunu-800 manatı ödəmişlər. Sonradan tikilmiş evin tikintisinə isə heç bir köməklik etməmişlər. İddiaçı tərəfindən onları tez-tez və pul tələbi ilə bağlı məhkəməyə cəlb etməkdə məqsədi odur ki, uşaqları üçün məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməkdən yayınsın və alimenti ödəməsin. Bu günədək keçən bir il ərzində 3500 manat əvəzinə cəmi 200 manat aliment ödəyib. Qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, İddiaçı onun qonşusudur. Səddam Balakən rayonu Qullar kəndində ev tikdiyini bildirərək onu köməyə çağırmışdır. O da bir dəfə qonşu kimi Səddama köməyə getmişdir. Həmin vaxt Səddam ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, İddiaçı onun bibisi oğludur. Səddam Balakən rayonu Qullar kəndində ev tikərkən onu iki dəfə köməyə çağırmış, o, da iki dəfə qohum kimi Səddama köməyə getmişdir. Həmin vaxt Səddam ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki,onun atası Əşrəf Kamaz sürücüsü olmuş və Səddamın xahişi ilə onun yaşadığı qaynatasıgilə məxsus həyətə mişar daşı aparmışdır. Həmin daşa görə iki dəfəyə Səddamın anası ona 800 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, cavabdeh İddiaçı onun oğludur. İddiaçı Cavabdeh1 isə gəlini olmuşdur. Onların öz evləri olmamış, əmisi oğlunun evində yaşamışlar. İddiaçı Cavabdeh1 da gəlin gələrkən əmisi oğlunun evinə gəlin gəlmişdir. Cavabdeh1 2016-cı ilə kimi onlarla birlikdə yaşamış, 2016-cı ildə aralarında olan narazılıqla əlaqədar atası evinə getmişdir. Sonradan Səddam ilə Rəfsanə barışmış və Səddam Rəfsanənin atası evində yaşamışdır. Bir müddət sonra- 2017-ci ildə oğlu Səddam onun yanına gələrək ev tikmək üçün ondan pul istəmiş, o da özünə məxsus olan, lakin adına qeydə alınmamış torpaq sahəsini 2000 manata satmış, oğlunun qaynanası Cavabdeh2 məxsus bir otaqlı evin tikintisi üçün mişar daşının alınmasına 800 manat pul vermiş və evi tikən ustaya 200 manat pul vermişdir. Sonradan oğlu Səddamla Rəfsanə yenidən ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Kamaz sürücüsüdür. Rəfsanənin qardaşı onun yeznəsidir. Rəfsanənin atası Elman ona ev tikdirdiklərini bildirərək daş gətirməsini xahiş etmişdir. O da Elmanın xahişi ilə onlara 7000 ədəd mişar daşı gətirmiş və bunun müqabilində Elmandan 7800 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, usta olmaqla tikinti işləri ilə məşğul olur. 2016-cı il tarixdə Elman Göylərova ev tikmişlər. Ev tikərkən ondan başqa Yadigar adında bir usta və 3 nəfər fəhlə olmuşdur. Evin tikintisi başa çatdıqdan sonra 4200 manat pulu onlara Cavabdeh1 atası Elman Muradov vermişdir. Səddam onlara pul verməmişdir. Məhkəmə iclasında Şahid6 Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Qullar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxxxx 2021ci il tarixdə verilmiş 107 nömrəli arayışdan görünür ki, İddiaçı qaynanası Cavabdeh2 məxsus torpaqda tikilən evdə 2017-ci ildən 2020-ci ilin mart ayınadək həyat yoldaşı X5 ilə yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixdə Balakən rayon Tülü kənd İnzibati Ərazi Dairəsində 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxx 2014-cü il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh1 yanında saxlanılması, ərizənin verildiyi xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla hər ay cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Balakən Rayon Notariat kontorunda təsdiq olunmuş, xx xxxxxx 2016-cı il tarixli, AN-1 seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X10, X7, X11, X12 və X13 özlərinin mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.10 ha torpaq sahəsini Cavabdeh2 2000 manata satmışlar. Müqavilə reyestrdə 4Ə-67 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A seriyalı 399998 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Balakən rayonu Qullar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 adınadır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdeh Muradova Rəfsanə Elman qızı ilə 24 iyun 2013-cü ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Rəsmi nikahlarından xx xxxx 2014-cü il tarixdə X6 adında uşaqları olmuşdur. xx xxxxxx 2016-cı ildə onlar ayrılmışlar və Cavabdeh1 uşaqla birlikdə atası evinə getmişdir. 2016-cı ilin sentyabr ayında onlar barışmışlar və Cavabdeh1 valideynlərinə məxsus evdə yaşamağa başlamışlar. 2017-ci ildə onların yaşamaları üçün Balakən rayonu Qullar kəndində yerləşən, Cavabdeh2 adına xx xxxxxx 2016-cı ildə alınmış, 0,10 hektar torpaq sahəsində birmərtəbəli, bir otaqlı ev tikilmişdir. İddiaçı evin tikintisi üçün 800 manat verərək 600 ədəd mişar daşı almış və ustaya əmək haqqı olaraq 200 manat pul vermişdir. xx xxxxxxxx 2017ci il tarixdə onların X9 adlı uşaqları anadan olmuşdur. 2019-cu ildə həmin həyətdə cavabdehlər ikimərtəbəli ev tikdirmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-430/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixdə Balakən rayon Tülü kənd İnzibati Ərazi Dairəsində 14 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən onların birgə nikahından xx xxxx 2014-cü il tarixdə anadan olmuş X6 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 anaları Cavabdeh1 yanında saxlanmaları, xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il tarixdə anadan olmuş X6 və xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla hər ay cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 1091.1-1092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin hallarını, İddiaçı cavabdehlərə məxsus evin tikintisi üçün 1000 manat pul verməsini, həmin evin hazırda cavabdehlərin sahibliyində və istifadəsində olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlərə məxsus evin tikintisi üçün verdiyi 1000 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı İddiaçı Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin alınmasına görə anasının satdığı torpaq sahəsinin pulunu-5500 (beş min beş yüz) manat pulu borc verməsini, evin tikintisinə 10000 manat pul xərcləməsini göstərsə də, evin tikintisi üçün 1000 manat pul verməsi istisna olmaqla qalan tələblərə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 adına torpaq sahəsi xx xxxxxx 2016-cı ildə 2000 manata alınmış, iddiaçının anası isə özünə məxsus torpaq sahəsini 2017-ci ildə 2000 manata satmışdır. Həmin puldan 800 manat pul evin tikintisindən ötrü mişar daşının alınması üçün, 200 manat isə ustaya əmək haqqı olaraq vermişdir.İddiaçı tərəfindən cavabdehlərə məxsus evlərin tikintisinə başqa pul vəsaiti verilməmişdir. Ona görə də iddia tələbi 5500 manat borc pul tələbinə dair və evin tikintisi üçün xərclənmiş 9000 manata aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 0,18 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı qaytarılmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evin tikintisi üçün verilmiş 1000 (bir min) manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu xərcinin 0,18 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, qalan hissəsi isə İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evin tikintisi üçün verilmiş 1000 (bir min) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu xərcinin 0,18 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin, dövlət rüsumu xərcinin qalan 29,82 manat hissəsi isə İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar