Məhkəmə qərarları › İş №2(019)-38/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-38/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-38/2021 08.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 552.85 manat əsas, 104.43 manat faiz və 0.67 manat cərimə və 5.20 manat komisyon haqqı olmaqla, cəmi 663.15 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 29% ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən, «Bu Müqavilə üzrə “Borcverən” kredit xəttinin limitini heç bir əlavə səndələşdirmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir». Cavabdeh ona təqdim olunmuş plastik kartdan ümumilikdə 722 AZN vəsait nağdlaşdırmışdır. Ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzarət yetirəndə müəyyən olunur ki, cavabdeh 722 AZN əsas kredit borcundan 169.15 AZN ödəniş etmişdir (722-169.15=552.85) Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə kreditor «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 552.85 manat əsas, 104.43 manat faiz və 0.67 manat cərimə və 5.20 manat komisyon haqqı olmaqla, cəmi 663.15 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 1118sCNTR/19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən istehlak məqsədləri üçün 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 300 manat kredit limiti ayrılmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, 473690 nömrəli kassa məxaric orderindən görünür ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 1000 manat kredit verilmişdir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh iddiaçı tərəfdən ona təqdim olunmuş plastik kartdan ümumilikdə 722 AZN vəsait nağdlaşdırmış və 722 AZN əsas kredit borcundan 169.15 AZN ödəniş etmiş və iddiaçı tərəfindən cavabdehə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən «xxxx» X2 Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, UB-BANK/PİKMD/904840 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 118sCNTR/19 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə «xxxx» X2 Səhmdar Cəmiyyətinə 552.85 manat əsas, 104.43 manat faiz və 0.67 manat cərimə və 5.20 manat komisyon haqqı olmaqla, cəmi 663.15 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4182 saylı rəyindən görünür ki, Cavabdeh «xxxx» X2 Səhmdar Cəmiyyətinə olan borcu xx xxxx 2020-ci il tarixə (sual üzrə tarixə-Balakən Rayon Məhkəməsi) əsas borc üzrə 541.60 manat və faiz borcu üzrə 100.61 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/4182 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxx» X2 Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə xx.xx.2019-cu il tarixli, 1118sCNTR/19 saylı kredit müqaviləsini, həmin tarixli məxaric orderini, faizlər və ödəmələr üzrə cədvəli, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4182 saylı rəyini və sair sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu xüsusda məhkəmə cavabdehin əsas borc və faiz borcuna dair iddiaçı təşkilatın təqdim etdiyi arayışla məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4182 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, müasir tədqiqat metodlarına və qanuna əsaslandığından və daha obyektiv və ədalətli olduğundan, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4182 saylı rəyində əks olunan cavabdeh tərəfin əsas borcu 541.60 manat, faiz borcu isə 100.61 manat məbləğində qəbul olunmalıdır. Belə ki, qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizası cavabdehin faiz borcunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına uyğun müqavilə müddət ərzində hesablanmış faiz kimi əks etdirmişdir, əsas borc və faiz borcu araşdırılan zaman müasir tədqiqat metodlarına əsaslanılmışdır. Bu xüsusda ekspertiza rəyində göstərilən cavabdehin iddiaçıya olan faiz borcu daha obyektiv və ədalətlidir. Eyni zamanda xx xxxxxx 2020-ci il tarixli, 9/4182 saylı ekspertiza rəyinə istinad edilməklə, iş materiallarına əsasən cavabdehin kredit borcu üzrə ödənişlər etdiyini nəzərə alaraq, hazırki halda cavabdeh tərəfin iddiaçıya olan əsas borcu 541.60 manat məbləğində qəbul olunmalıdır. Ona görə də məhkəmə cavabdehin iddiaçıya olan əsas borcunu 541.60 manat və faiz borcunu 100.61 manat məbləğində qəbul edir. Məhkəmə həmçinin xx xxxx 2020-ci il tarixli arayışa əsasən cavabdehin iddiaçıya olan cərimə borcunu 0,67 manat və komisyon haqqı borcunu 5.20 manat kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, «xxxx» X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 120 ay müddətinə illik 29% ödəmək şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən, «Bu Müqavilə üzrə “Borcverən” kredit xəttinin limitini heç bir əlavə səndələşdirmə aparmadan birtərəfli qaydada artırmaq hüququna malikdir». Cavabdeh ona təqdim olunmuş plastik kartdan ümumilikdə 722 AZN vəsait nağdlaşdırmış və müəyyən ödənişlər etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə kreditor «xxxx» X2 Səhmdar Cəmiyyəti tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya xx xxxx 2020-ci il tarixə 541.60 manat əsas borc və müqavilə müddəti üçün 100.61 manat faiz borcu, həmçinin 0,67 manat cərimə və 5.20 manat komisyon haqqı borcu yaranmışdır. Hazırki iddianın qaldırılması üçün iddiaçı «xxxx» KB ASC 30 (otuz) manat dövlət rusumu ödəmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh tərəf həqiqətən də xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər tam icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 552.85 manat əsas borc tələbi 541.60 manat tələb hissəsində əsaslıdır və təmin olunmalıdır, iddia 541.60 manat məbləğdə əsas borc tələbi hissəsindən artıq tələb hissəsində isə təmin olunmamalıdır. Həmçinin iddiaçının cavabdehə qarşı yönəltdiyi 104.43 manat faiz tələbi 100.61 manat faiz tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır, iddia bu 100.61 manat faiz tələbindən yuxarı faiz tələbi hissəsində isə təmin olunmamalıdır. Eyni zamanda iddia cavabdehə qarşı 0,67 manat cərimə və 5.20 manat komisyon haqqı tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 541.60 manat əsas borc, 100.61 manat faiz borcu, 0.67 manat cərimə və 5.20 manat komisyon haqqı olmaqla, cəmi 648.08 manat məbləğində borc və 29,32 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 145,0 manat ekspertiza xərcinin 141,70 manatı Cavabdeh və 3,30 manatı iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 541.60 manat əsas borc, 100.61 manat faiz borcu, 0.67 manat cərimə və 5.20 manat komisyon haqqı olmaqla, cəmi 648.08 manat məbləğində borc və 29,32 manat ödənilmiş dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 145,0 manat ekspertiza xərcinin 141,70 manatı Cavabdeh və 3,30 manatı iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X1 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar