Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-380/2020 10.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-941/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdeh xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2010-cu ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 141 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxxxxxx 2011-ci il tarixdə X5 və xx xxx 2014-cü il tarixdə X9 adında iki uşaqları olmuşdur. O, Cavabdehlə evləndikdən sonra, bir müddət mehriban yaşamışlar. Sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar uşaqları da götürüb, valideynlərinin evinə getmişdir. Artıq bir neçə aydır ki, Cavabdehlə ayrı yaşayır. Birgə nikahlarından olan iki uşağı hazırda özünün himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 2(019)-941 /2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə cavabdeh İddiaçı Soltanrnəcid qızı arasında xx xxxx 2010-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 anaları İddiaçı Soltanrnəcid qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X1 üçün 130 (bir yüz otuz) manat aliment tutulur. Həmin məbləğdə alimentlə uşağını baxmaq onun üçün çox çətindir. Çünki Cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC Zaqatala fılialı- Balakən şöbəsində aparıcı mütəxəssis işləyir. Bundan əlavə Cavabdeh Humanitar və X6 müəllim işləyir. Onun ümumilikdə gəliri və digər qazancı 1000 manata qədərdir. Onun hər iki təşkilatda ümumi gəlirinin müəyyən edilməsi üçün həmin təşkilatlara müraciət etsə də, həmin təşkilatlar yalnız məhkəmə sorğusu əsasında Cavabdeh əmək haqqı və digər gəlirləri barədə arayış verə biləcəklərini bildirmişlər. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmış və hazırda o 1000 (bir min) manata qədər ümumi gəlir əldə edir.Qeyd edilənləri nəzərə alıb, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx xxxx 2010-cu ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 141 sayla rəsmiləşdirməklə evlənmişdir. İddiaçı ilə birgə nikahından xx xxxxxxxx 2011-ci il tarixdə X5 və xx xxx 2014-cü il tarixdə X9 adında iki uşaqları olmuşdur. Evləndikdən sonra iddiaçı ilə bir müddət mehriban yaşamışlar. Sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Birgə nikahdan olan uşaqları hazırda iddiaçının himayəsindədir. Balakən Rayon Məhkəməsinin 2(019)-941 /2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən onunla İddiaçı Soltanrnəcid qızı arasında xx xxxx 2010-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 anaları İddiaçı Soltanrnəcid qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. O, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC Zaqatala filialı-Balakən şöbəsində aparıcı mütəxəssis işləməklə aylıq 605 manat, həmçinin Balakən şəhərində humanitar və X6 müəllim işləməklə aylıq 194 manat əmək haqqı alır. Bankdan aldığı əmək haqqına bəzən ezamiyyə xərcləri və bonuslar da əlavə olunur. Lakin onlar gəlir deyil, əslində onun xərcləridir. Yəni iki yerdə aldığı aylıq əmək haqqının məbləği 799 manat təşkil edir. Başqa hər hansı qazancı və gəliri yoxdur, sahibkarlıq fəaliyyəti və ya digər fəaliyyətlə məşğul olmur. İddianın təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 747173 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxxxx 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıyazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329281 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx xxx 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıyazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-941 /2019 saylı xx xxxxxx 2019-cu nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxx 2010-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından olan uşaqları- xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 anaları İddiaçı Soltanrnəcid qızının yanında saxlanılması, ərizənin verildiyi xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı Soltanrnəcid qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli İR-309 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-də işləyir və hal-hazırda 605 manat maaşla Balakən şöbəsinin satış üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən təqdim olunmuş Cavabdeh xx.xx.2020-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh həmin bankdan aldığı əmək haqqı qeyri-müntəzəm dəyişən xarakter daşımışdır; belə ki, o, bankdan xx.xx.2020-ci il tarixdə 580,47 manat, xx.xx.2020-ci il tarixdə 581,00 manat, xx.xx.2020-ci il tarixdə 602,28 manat, xx.xx.2020-ci il tarixdə 602,00 manat, xx.xx.2020-ci il tarixdə 994,57 manat, xx.xx.2020-ci il tarixdə 995,00 manat, xx.xx.2020-ci il tarixdə 573,87 manat, ..., xx.xx.2020-ci il tarixdə 500.00 manat, …, xx.xx.2020-ci il tarixdə 662,68 manat, xx.xx.2020-ci il tarixdə 600,00 manat, … xx.xx.2020-ci il tarixdə 960,42 manat, xx.xx.2020-ci il tarixdə 950 manat, …, xx.xx.2020-ci il tarixdə 638,30 manat, xx.xx.2020-ci il tarixdə 600 manat,…, xx.xx.2020-ci il tarixdə 960,88 manat, xx.xx.2020-ci il tarixdə 800 manat almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Mərkəzləşdirilmiş Elekron İnformasiya sistemi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş iş yerinə dair arayışdan (əmək haqqı göstərilməklə) görünür ki, Əliyev X8 və X6 müəllim işləyir. Aylıq əmək haqqının məbləği 194,33 manatdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxxx» ASC-nin Balakən filialının verdiyi xx xxxxxx 2020-ci il tarixli, 2259 saylı məktub və İddiaçı adına olan kart və cari hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən cari kart və hesabından 2020-02-03 tarixdə 1890 manat, 2020-02-12 tarixdə 1,00 manat, 2020-02-17 tarixdə 2,00 manat, 2020-02-08 tarixdə 184,28 manat, 2020-03-02 tarixdə 186,00 manat, 2020-03-18 tarixdə 184,28 manat, 2020-03-19 tarixdə 184,00 manat, 2020-04-13 tarixdə 0,37 manat, 2020-04-28 tarixdə 184,28 manat, 2020-04-28 tarixdə 67,59 manat, 2020-04- 29 tarixdə 116,00 manat, 2020-05-13 tarixdə 0,69 manat, 2020-05-31 tarixdə 184,28 manat, 2020-05-31 tarixdə 15,00 manat, 2020-05-31 tarixdə 2,00 manat, 2020-05-31 tarixdə 1,00 manat, 2020-05-31 tarixdə 60,00 manat, 2020-05-31 tarixdə 31,59 manat, 2020-06-08 tarixdə 50,00 manat, 2020-06-08 tarixdə 3,00 manat, 2020-06-11 tarixdə 1,69 manat, 2020-06-24 tarixdə 184,28 manat, 2020-06-24 tarixdə 301,84 manat, 2020-06-24 tarixdə 76,35 manat, 2020-06-25 tarixdə 9,00 manat, 2020-06-25 tarixdə 1,00 manat, 2020-06-29 tarixdə 350,00 manat, 2020-06-29 tarixdə 2,85 manat, 2020-06-29 tarixdə 0,30 manat, 2020-06-30 tarixdə 3,50 manat, 2020-06-30 tarixdə 40,00 manat, 2020-07-03 tarixdə 1,00 manat və 2020-07-13 tarixdə 2,12 manat çıxarışlar edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia təmin edilməli, hazırki iş üzrə tutulan alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla dəyişdirilməli (artırılmalı) və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə iki yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 210 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-941/2019 qətnaməsilə aliment təyin edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu artmış, həmçinin Cavabdeh 605 manat məbləğində vəzifə maaşından əlavə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən əlavələr və digər ödənclər alması, bununla da onun həmin bankdan aldığı əmək haqqının 605 manat deyil, daha çox olması müəyyən edilmişdir. Belə ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli hesabdan çıxarışda Cavabdeh bankdan aldığı əmək haqqının xx.xx.2020-ci il tarixdə 994,57 manat, xx.xx.2020-ci il tarixdə 995 manat, xx.xx.2020-ci il tarixdə 960,42 manat, xx.xx.2020-ci il tarixdə 950 manat, xx.xx.2020-ci il tarixdə 638,30 manat, xx.xx.2020-ci il tarixdə 960,88 manat və xx.xx.2020-ci il tarixdə 800 manat məbləğində olduğu müəyyən edilir. Cavabdeh həmin məbləğlərin ezamiyyə xərcləri və bonuslar olduğunu və əmək haqqına daxil olmadığını qeyd etsə də, bu mülahizə onun bu məbləğlərdə əmək haqqı almaması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, işdəki sübutlarla Cavabdeh göstərilən tarixlərdə həmin məbləğlərdə ( müvafiq olaraq 994,57 manat, 995 manat, 960,42 manat, 950 manat, 638,30 manat, 960,88 manat və 800 manat) əmək haqqı alması təsdiq olunur. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdən başqa ona edilən əlavələr, mükafatlar və digər ödənclər də onun əmək haqqına daxildir. Qanun normasının tələbinə görə də Cavabdeh bankdan əmək haqqından əlavə və digər ödənclər formasında aldığı məbləğ də onun əmək haqqısını təşkil edir. İş materiallarından o da görünür ki, gördüyü işə görə işəgötürən tərəfindən ona pul formasında ödənilən məbləğdən əlavə digər ödənclər Cavabdeh vaxtaşırı şəkildə ödənilmişdir və ona görə də onun aylıq qazancı (gəliri) qeyri-müntəzəm dəyişən xarakter daşımışdır. Belə olan halda şübhəsizdir ki, alimentin Cavabdeh aylıq qazancının (gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən olunması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, belə formada alimentin tutulmasının müəyyən olunması yetkinlik yaşına çatmayan uşaqlara daha az miqdarda aliment ödənilməsinə səbəb olur, nəticədə uşqaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Uşaqların mənafeyi və bu xüsusda onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti aliment təyinatının əsas məqsədlərindən biridir. Aliment həm də uşaqlara layiqli həyat səviyyəsinin təmin olunması, onların fiziki və əqli inkişafına, təlim-tərbiyəsinə lazımi şəraitin yaradılması ilə bağlı təyin olunur. Uşaqlara layiq həyat səviyyəsinin təmin edilməsi isə Azərbaycan Respublikasının müvaıfiq qanunvericiliyinin əsas fəlsəfəsini təşkil edir, həm də belə yanaşma Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə üzərinə götürdüyü pozitiv öhdəliklərdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının ratifikasiya etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «X4» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «X4» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhz uşaqlara diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikasında hər il üçün o cümlədən uşaqlara görə yaşayış minimumunun məbləği artırılır. Qeyd edildiyi kimi, 2020-ci il üçün bu məbləğ 170 manat həddində müəyyən edilmişdir. Bu xüsusda uşaqların böyüdükcə tələbatlarının artması onlara ləyaqətli həyat şəraitinin təmin edilməsi daha yüksək məbləğdə alimentin tutulması üçün əsas verir və belə halda uşaqların saxlanması üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Bu konteksdə uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Məhkəmə onu da bildirir ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Bu xüsusda məhkəmə qeyd edir ki, iddiaçının aylıq müəyyən qazanca malik olması heç də cavabdehi onları saxlamaq üçün aliment ödənişinin müəyyən hissəsindən azad etməməlidir. Belə ki, iş materiallarından görünür ki, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu iddiaçının-İddiaçı üzərinə düşür və iddiaçı uşaqların saxlanması üçün belə bir vacib iştirak formasında öz valideynlik vəzifələrini yerinə yetirir. İddiaçı həmçinin bir fərd kimi maddi tələbata malikdir və onun aldığı cüzi əməkhaqqı 2020-ci ildə ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyən olunmuş 201 manat məbləğində yaşayış minimumunu belə ödəmir. Cavabdeh hər uşağa görə ayda 200 manat sabi tpul məbləğində alimentin tutulması isə cavabdeh üçün heçdə ağır maddi məhrumiyyətlər yaratmayacaqdır. Beləki, cavabdeh aylıq kifayət qədər yüksək əmək haqqına malikdir, onun başqa ailəsi və başqa ailədən uşaqları yoxdur. Həm bu aliment onun uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsinə, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə görətəyinolunur, əsaslı və ədalətlidir. Beləki, bu məbləğdə alimentin təyin olunması üçün iş üzrə bütün faktoloji və hüquqi əsaslar vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-941/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməklə dəyişdirilməli (artırılmalı), xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdehhərayhər bir uşaq üçün 200 manat olmaqla ayda cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-941/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X5 və xx xxx 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla ayda cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin; Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-380/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-380/2020
10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver