Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-381/2021 22.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının nümayəndəsi-vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nurmamedova (Muradova) X9 İlqar Oruc oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq, 29 sentyabr 2005-ci ildə doğulmuş X10, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi, 29 sentyabr 2005-ci ildə doğulmuş X4 müalicəsi və cərrahi əməliyyatı üçün çəkiləcək xərclərin 50 %-i (təqdim edilmiş qəbzlərə əsasən) Cavabdeh tutularaq iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi və iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının əmək qabiliyyətinin tam bərpa olunanadək Cavabdeh hər ay 250 manat aliment tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının nümayəndəsi-vəkili Vəkil2 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının əmək qabiliyyətinin tam bərpa olunanadək Cavabdeh hər ay 250 manat alimentin tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi tələbi hissəsində iddianın həcmini azaldaraq, alimentin miqdarının artırılaraq, 29 sentyabr 2005-ci ildə doğulmuş X10, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi və 29 sentyabr 2005-ci ildə doğulmuş X4 müalicəsi üçün Cavabdeh hər ay əlavə 100 (bir yüz) manat müalicə xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi barədlə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Muradov X11 rayon İtitala kənd sakini olmaqla 2007-ci ildən etibarən Rusiya Federasiyasında ticarətlə məşğul olur. Cavabdeh 2019-cu ilədək müxtəlif vaxtlarda Azərbaycan Respublikası ərazisinə gəlmiş, 2019-cu ildən sonra daimi olaraq Rusiya Federasiyasında yaşamış, həmin vaxtdan sonra Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. Balakən Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(019)-517/2019 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış 17 iyun 2005-ci il tarixdə Balakən rayon İtitala kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları - 29 sentyabr 2005-ci ildə doğulmuş X10, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X13 anası Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının yanında saxlanılmış, 05 aprel 2019-cu il tarixdən başlayaraq 29 sentyabr 2005-ci ildə doğulmuş X10, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı 11 aprel 2020-ci il tarixdən Balakən rayonu Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır, hazırda işləmir. Balakən Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(019)-386/2020 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(107)- 1495/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(019)- 386/2020 saylı qətnaməsi dəyişdirilərək, 29 sentyabr 2005-ci ildə doğulmuş X10, 01 may 2007-ci ildə doğulmuş X12 və 03 sentyabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat pul vəsaitinin alınaraq onun xeyrinə verilməsi qət edilmişdir.İddiaçı 21 iyul 2020-ci il tarixdə avtomobil qəzası keçirmiş, 23 iyul 2020-ci il tarixdə sol bu sümüyünün intramedulyar osteosintezi cərrahi əməliyyatı olmuşdur. Əməliyyat nəticəsində onun sol bud sümüyünə metal mil qoyulmuşdur. 31 avqust 2020-ci il tarixdə iddiaçı yenidən müayinədən keçmişdir. Həmin tarixdən 6 ay müddətinə sol aşağı ətrafa yük verməmək, fiziki islərdən azad olunmaq, istirahət rejiminə əməl etmək müəyyən olunmuşdur və daimi müalicəyə ehtiyacı vardır. Müalicə olunmayacağı təqdirdə zamanla gözün akkomodasiya qabiliyyəti zəifləyəcək, büllur, buynuz qişasının astiqmatizmini kompensasiya etmək bacarığını itirəcəkdir. Cavabdeh 2007-ci ildən etibarən Rusiya Federasiyasında ticarətlə məşğuldur, 2019-cu ildən sonra daimi olaraq Rusiya Federasiyasında yaşayır. Bu isə onun maddi gəlirinin müəyyən edilməsini mümkünsüz edir. Buna baxmayaraq hazırda 2021-ci il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Hazırda cavabdeh tərəfindən hər ay hər uşaq üçün 120 manat ödənilməsi uşaqların maddi vəziyyətinin təmin edilməsinə kifayət etmir. Nəticədə, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan məhrum olur. Bu səbəbli cavabdehdən ölkə üzrə yaşayış minimumu uyğun olaraq hər ay hər uşaq üçün 175 manat tutularaq iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Məhkəmə iclasında iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının nümayəndəsi-vəkili Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsininin 26 iyul 2019-cu il tarixli, 2(019)-517/2019 nömrədli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış 17.06.2005-ci il tarixdə Balakən rayon İtitala kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahdan olan uşaqları-29.09.2005-ci ildə doğulmuş X10, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X13 anası X2 yanında saxlanılmış, 05.04.2019-cu il tarixdən başlayaraq 29.09.2005-ci ildə doğulmuş X4, 01.05.2007-ci ildə doğulmuş X8 və 03.09.2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2(019)-386/2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdeh cavabdeh X3 qarşı alimentin miqdlarının azaldılması tələbinə dair iddiası təmin olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(019)-386/2020 saylı qətnaməsi dəyişdirilmiş, Cavabdeh 29.09.2005-ci ildə doğulmuş X10, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat pulun alınaraq, Nurmamedova Rihlət Rəcəb qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 avqust 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 325926 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə Muradova Rihlət Rəcəb qızı arasında olan nikah ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVADQ şöbəsi tərəfindən 26 oktyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 687581 nömrəli doğum haqqında haqqında şəhadətnamədən görünür ki, Muradov Murad İlqar oğlu 29.09. 2005ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İtitala kənd icra nümayəndəsi tərəfindən 04 iyun 2007-cü il tarixdə verilmiş AZ-İ seriyalı 941203 nömrəli doğum haqqında haqqında şəhadətnamədən görünür ki, X12 01.05.2007-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 16 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329432 nömrəli doğum haqqında haqqında şəhadətnamədən görünür ki, X13 03.09.2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilənBakı Sağlamlıq Mərkəzi tərəfindən 31 avqusti 2020-ci il tarixdə verilmiş 4467 nömrəli arayışdan görünür ki. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 31.08.2020-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində həkim-cərrah yanında müayinədə olmuş, «Bud sümüyü cisminin (diafizinin) sınığı Sol bud sümyü diafiz sınığının osteosintezdən sonrakı vəziyyət» diaqnozu qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Tibb Universitetinin X5 tərəfindən verilmiş 08.2.20201-ci il tarixli arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 08.02.20201-ci il tarixində travmatoloq-ortoped müayinəsində oldu. Xəstə 323.07.2020-ci il tarixində sol bud sümüyü orta 1/3-nin qapalı sınıcı diaqnozu ilə intramedulyar osteosintez cərrahi əməliyyatı keçirmişdir. Xəstə R-qrafiya olundu:Sol bud sümüyünün diafizin orta 1/3 hissəsinin repozisiya olunmuş sınıxcı və proueksiyamsında osteosintez görüntüsü qeyd edilir. Sümük döyənəyi formalaşır. Xəstəyə mütamadi travmatoloq-ortoped müayinəsində qalması, aşağı ətrafındla olan əzələ zəifliyi ilə bağlı fizioterapevtik müalicə tövsiyyə olunur. İşdə olan 15.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızının xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), hər ay hər bir uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, hazırda uşaqlar üçün yaşayış minimumunun artması (2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. 29.09.2005-ci ildə doğulmuş X10, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X1 üçün hər uşaq üçün təyin edilmiş 120 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı 21 iyul 2020-ci il tarixdə avtomobil qəzası keçirmiş, 23 iyul 2020-ci il tarixdə sol bu sümüyünün intramedulyar osteosintezi cərrahi əməliyyatı olmuşdur. Əməliyyat nəticəsində onun sol bud sümüyünə metal mil qoyulmuşdur. 31 avqust 2020-ci il tarixdə iddiaçı yenidən müayinədən keçmişdir. Həmin tarixdən ona 6 ay müddətinə sol aşağı ətrafa yük verməmək, fiziki islərdən azad olunmaq, istirahət rejiminə əməl etmək göstərişi verilmişdir. İddiaçının daimi müalicəyə ehtiyacı vardır və o, işləyə bilmir. Müvaıfiq həkim rəyinə əsasən iddiaçının müalicə olunmayacağı təqdirdə zamanla gözün akkomodasiya qabiliyyətinin zəifləyəcəyi, büllur, buynuz qişasının astiqmatizmini kompensasiya etmək bacarığını itirəcəyi qeyd edilmişdir. İddiaçının işləməyəcəyi təqdirdə uşaqların saxlanmasına, böyüdükcə onların artan tələbətlarının ödənilməsinə, uşaqlarn əvvəlki təminat səviyyələrinin maksimal saxlanması üçün daha çox aliment vəsaitinə ehtiyac vardır. Şübhəsizdir ki, hazırda ödənilən aliment bu tələblərə cavab vermir. İş materiallarından həmçinin görünür ki,cavabdehin yeni nikahdan uşağı yoxdur, yəni onun himayəsində olan azyaşlı şəxs yoxdur. Ona görə də uşaqları saxlamaq üçün təyin olunan alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Ancaq məhkəmə onu da qeyd edir ki, hər uşağa hər ay 175 manat alimentin təyin edilməsi cavabdehi ağır maddi məhrumiyyətlər yükünə məruz qoyacaq, bu xüsusda tərəflər arasında ədaşlətli tarazlıq prinsipi pozulacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, alimentin artırılması tələbi ilə bağlı iddia qismən- hər uşağa görə hər ay 140 manat aliment hissəsində təmin edilməli, 140 manatdan artıq alimentin artırılması hissəsində təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia 29 sentyabr 2005-ci ildə doğulmuş Muradov Murad İ lqar oğlunun müalicəsi üçün Cavabdeh hər ay əlavə 100 (bir yüz) manat müalicə xərci tələbi hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən olunmuş əlavə xərclərin əsasını müstəsna hallar təşkil edir. Bu hallara uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və sair təşkil edir. İş materiallarından görünür ki, müalicə xərcləri tələb edilən X10 29 sentyabr 2005-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Həmin uşaq üçün də əlavə hər ay müalicə xərclərinin tutulması üçün onun ağır xəstə olması, şikəst olması və yetkinlik yaşına çatdığı təqdirdə övladın əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması halları qanunda nəzərdə tutulmuş mütləq şərtlərdir. Lakin iş materiallarında müalicə xərcləri tələb edilən X4 qanunla müəyyən olunmuş ağır xəstələrin siyahısında qeyd olunan ağır xəstə olması və ya şikəst olması və onun üçün hər ay 100 manat müalicə xərclərinin tutulmalı olmasını təsdiq edən ekspertiza rəyi, həkim komissiyasının rəyi və digər hər hansı sübut yoxdur və iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə (MPMnin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda iddiaçı tərəfin təqdim etdiyi 13.04.2021-ci il tarixli eynək üçün resept, 13.04.2021-ci il tarixli resept blankı, 14.04.2021-ci il tarixli 3 qəbz məhkəmə tərəfindən bu iddia tələbinin təsdiqi üçün mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin resept, resept blankı və qəbzlər X4 qanunla müəyyən olunmuş ağır xəstələrin siyahısında qeyd olunan ağır xəstə olması və ya şikəst olması və onun üçün hər ay 100 manat müalicə xərclərinin tutulmalı olmasını təsdiq etmirlər. Həmçinin 14.04.2021-ci il tarixli 3 qəbzdə göstərilən müvafiq olaraq 31.30 manat, 28 manat və 145 manat məbləğlərin məhz X4 ağır xəstə olması və ya şikəst olması ilə bağlı, yəni onun xəstəliyinin müalicəsi ilə əlaqədr ödənilməsi müəyyən olunmur. Belə ki, həmin qəbzlərdə pulların nəyə görə, yəni hansı xidmətə görə ödənilməsi və bunun X10 ilə hansısa bağlılıqda olması görünmür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia 29 sentyabr 2005-ci ildə doğulmuş X4 müalicəsi üçün Cavabdeh hər ay əlavə 100 (bir yüz) manat müalicə xərci tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 29.09.2005-ci ildə doğulmuş X10, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində aliment və iddianın təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 20,16 manat dövlət rüsumu alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun; Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın);29.09.2005-ci ildə doğulmuş X10, 01.05.2007-ci ildə doğulmuş X12 və 03.09.2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilsin; Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 20,16 manat dövlət rüsumu alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-381/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-381/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver