Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-387/2021 26.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Əliyeva Türkanə Kamil qızının Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyən etdim : Əliyeva Türkanə Kamil qızı Borclu qarşı Balakən Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan-xx xxxxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay hər birinə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Borclu tutularaq iddiaçı Əliyeva Türkanə Kamil qızına ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Tərəflər dinlənilmədən, Borclu tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanmasından imtina etməsi, onun aylıq qazancının (gəlirinin) olub-olmaması, himayəsində digər şəxslərin olub-olmaması və olduğu təqdirdə onları da saxlamaq vəzifəsini daşıyıb-daşımaması barədə müvafiq sübutlar təqdim edilmədən ərizəyə əlavə edilmiş sənədlər əsasında iddiaçı Əliyeva Türkanə Kamil qızının cavabdeh Borclu qarşı aliment tələbi barədə əmr vermək üçün dəqiq nəticəyə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Əliyeva Türkanə Kamil qızının Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilməli və Əliyeva Türkanə Kamil qızına ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 275-279-cu maddələrini rəhbər tutub, qərara aldım: Əliyeva Türkanə Kamil qızının Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin; X5 ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-387/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-387/2021
26.02.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver