Məhkəmə qərarları › İş №2(019)-400/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-400/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-400/2021 22.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat maddi ziyan tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı 7000 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona vurduğu 2000 (iki min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı barışmaq üçün verdiyi 7000 manat məbləğində pulun İddiaçı alınıb onlara qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək izahatında göstərdi ki, Cavabdeh oglu xx xxxx 2020-ci ildə saat 21 radələrində mərhum oğlu- X4 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala-Kortala -Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat sürətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişinlər Yüzbaşıyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşayət olunan baş beyninin sərt və yumuşaq qişalarında əzilmə-qansızıma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar,sol gicdahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Kənan Yüzbaşyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı digər sərnişin X4 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlüklə qansızmalar,alın gicgah-təpə-yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləarxası sümüklərin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərin selikli qişalarinda qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2-ci, sağda 1-2-ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara-bud sümüyündə tam qəlpəli yerdəyişməli sınıq, sağ çiyin üstündə,sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin, X1 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, eləcə də mərhum X4 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Cavabdeh məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 236-1.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş,cinayət əməlini etiraf etmişdir. VAZ 21154 markalı **-RE-*** markalı avtomaşının yararsız halına düşməsi ilə ona 9000 (doqquz min ) manat məbləğində ziyan dəymiş, Cavabdeh atası Nümayəndə1 ona mərhum oğluna məxsus VAZ 21154 markalı **-RE-*** markalı avtomaşının yararsız hala düşməsi ilə bağlı 7000 (yeddi min) manat vermiş, lakin 2000 manatı ödəməmişdir. O, 2000 manatı tələb etmiş və cinayət işinə baxılarkən bununla bağlı mülki iddia vermişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Cavabdeh Əjdar oğlu Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, dövlət rüsumu ödənmədiyindən onun mülki iddiası baxılmamış saxlanmışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmçinin göstərdi ki, qarşılıqlı iddia tələbi əsassızdır. Cavabdeh 7000 manat pulu maşına dəymiş ziyana görə ödəmişdir. Həmin maşın kredit ilə alınmışdır. Kreditin faizinə görə ödədiyi məbləği belə tələb etmir. İlk iddianın təmin edilməsi , qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək İddiaçı ilə eyni məzmunlu izahat verib ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı hal- hazırda həbsdə olan Cavabdeh 2000 (iki min) manat maddi ziyanın alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həqiqətən də Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündə qeyd edildiyi kimi mərhum X3 razılığı ilə avtomobili iş üzrə Cavabdeh idarə etmiş və məlum hadisə baş vermişdir.Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən məlum olur ki, hadisənin baş verməsinin səbəbi qeyd edilən avtomobildə olan şəxslərin spirtli içki qəbul etmələri olmuşdur. Həmin spirtli içkilər ilk əvvəldən maşın sahibi mərhum X3 maşınında olmuşdur. Daha çox spirtli içki qəbul edən X7 maşını idarə etməyi Cavabdeh həvalə etmişdir. Onu da məhkəməyə məlum edir ki, hadisə baş verən günü Cavabdeh səhərdən evdə olmamış, işdə olmuşdur. Həmin gün -xx xxxx 2020-ci il tarixdə dünyasını dəyişən Verdiyev Elçin, Yüzbaşıyev Ayaz və zərərçəkmiş Şahverdiyev Elmar səhər saat 10-11 radələrində, saat 13-14 radələrində onlara gəlmiş, Vaqifin onlara lazım olduğunu bildirmişlər.Cavabdeh anası hər dəfə onlara demişdir ki, Vaqif işdədir, evə gec gələcək. Onlar axşam saat 19 radələrində 3-cü dəfə gələrək Vaqifi evdə tapmışlar və özləri ilə aparmışlar. Nəticədə məlum hadisə baş vermişdir. Baş verən hadisə nəticəsində Cavabdeh də xəsarət almış və xəstəxanada müalicə olunmuşdur. Müalicə edilib sağaldıqdan sonra xx xxxxxxxx 2020-ci il tarixdə həbs edilmişdir. Cavabdeh atası- Nümayəndə1 2020-ci ilin iyun ayının təxminən 25-də Balakən şəhər Bayraq meydanında dayanmış, bu zaman telefonuna zəng gəlmişdir. Zəng edən özünü təqdim edərək X10 olduğunu bildirmiş və qeyd etmişdir ki, “sizin həyətdəyik, evdə heç kimsə yoxdur. Səni həyətinizdə gözləyirik. Bizi maşın qəzasında ölən Verdiyev Elçinin atası İddiaçı sənin yanına göndəribdir”. Evə çatıb həyətə daxil olanda görmüşdür ki, iki nəfər- X10 və X5 onu həyətdə gözləyirlər. Bu iki şəxs İddiaçı qohumlarıdır. X10 ona bildirmişdir ki, Fərman deyir ki, qəza nəticəsində tam yararsız hala düşmüş maşının 9000 manat dəyərini ödəyərsə onun oğlu- Cavabdeh şikayətçi olmayacaqdır. O, həmin şəxslərə bildirmişdir ki, Fərman şikayətçi deyilsə, barışırsa, ona 9000 manat pulu üç ay ərzində ödəyər.Hətta onlar bildirmişlər ki, “9000 manatı ödədiyin halda qəza nəticəsində yararsız hala düşmüş maşını da sənə verəcəkdir”. O, da demişdir ki, pulu barışıq üçün, şikayət olmasın deyə verir. 2020-ci il iyun ayının axırında o, ilk olaraq 4000 manat pulu X6 evinə gedərək evində ona vermişdir. İkinci dəfə 3000 manat pulu isə təxminən iyul ayının 25-də X5 ilə Uşaq kitabxanasının qarşısında görüşüb ona vermiş və bildirmişdir ki, dediyi kimi qalan 2000 manatı da avqust ayının 25-dək verəcəkdir. Hər iki şəxs verdiyi pulları İddiaçı vermişdirlər. O, bu pulları müxtəlif şəxslərdən borc kimi götürüb vermişdir. Bu barışıq halından işi araşdıran müstəntiqin də demək olar ki, xəbəri olmuşdur. 7000 manat pulu alan müddətə kimi İddiaçı Cavabdeh şikayətçi olmamışdır. 2020-ci il avqust ayının 15-də isə İddiaçı Polis şöbəsinə gedərək şikayət ərizəsi vermişdir. Hadisə xx xxxx 2020-ci il tarixdə baş vermiş, hadisədən keçən 65 gün müddətində iddiaçı barışıq adı altında ondan 7000 manat pulu götürdükdən 65 gün sonra şikayət ərizəsi vermişdir. Bu şəxsin məqsədi barışmaq yox, dolayısı ilə ondan pul qoparmaq olmuşdur. X16 Cinayətlər Məhkəməsində Vaqifə ən ağır cəza verilməsini tələb etmişdir. Buna görə də İddiaçı 2000 manat pulu ödəməkdən imtina etmişdir. Nümayəndə1 İddiaçı, onun qəza nəticəsində vəfat etmiş oğluna heç bir zərər vurmamışdır. O, 7000 manat pulu ona barışıq etməyə razı olduğu və şikayətçi olmaması üçün vermişdir. Onun maşınına vurulan zərərin ödənilməsi üçün verməmişdir. Ona görə də o, barışıq üçün, şikayətçi olmaması üçün İddiaçı verdiyi 7000 manatı ondan geri tələb edir . Digər halda isə Cavabdeh yararsız hala düşmüş maşını İddiaçı oğlu- Verdiyev Elçinin razılığı və təkidi ilə idarə etmiş nəticədə qəza törətmişdir. Həmin qəzanı yol hərəkəti qaydasını pozması nəticəsində törətmişdir,qərəzli olaraq və ya qəsdən törətməmişdir.Qeyd edilənləri nəzərə alıb ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki,məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh oglu xx xxxx 2020-ci ildə saat 21 radələrində mərhum X4 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı 99-RE- 173 dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən- İtitala-Kortala -Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat sürətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqan avtomaşında olan sərnişinlər Yüzbaşıyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşayət olunan baş beyninin sərt və yumuşaq qişalarında əzilməqansızıma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar,sol gicdahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Kənan Yüzbaşyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı digər sərnişin X4 ağır açıq kəlləbeyin travması, sağ alında yara, başın dərialtında bütövlüklə qansızmalar, alın gicgahtəpə-yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləarxası sümüklərin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərin selikli qişalarinda qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2- ci, sağda 1-2-ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara-bud sümüyündə tam qəlpəli yerdəyişməli sınıq, sağ çiyin üstündə,sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin, X1 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, eləcə də mərhum X4 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin əməlinə görə Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza təyini zamanı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı dəymiş 9000 manat ziyandan 7000 manatın ödənməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Sözügedən hökmlə İddiaçı Cavabdeh 2000 manat tələbinə dair mülki iddiası, qanunda nəzərdə tutulan formada tərtib edilməklə verilmədiyindən, eləcə də mülki iddia ilə bağlı tələb edilən dövlət rüsumu ödənilmədiyindən baxılmamış saxlanmışdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədlərə baxaraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh oglu xx xxxx 2020-ci ildə saat 21 radələrində mərhum X4 məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154 markalı **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala-Kortala-Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat surətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsində ehtiyatsızlıqdan avtomaşında olan sərnişinlər Yüzbaşıyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşayət olunan baş beyninin sərt və yumuşaq qişalarında əzilmə-qansızıma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar,sol gicdahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Kənan Yüzbaşyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı digər sərnişin X4 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlüklə qansızmalar, alın gicgah-təpə-yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləarxası sümüklərin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərin selikli qişalarinda qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2- ci, sağda 1-2-ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara-bud sümüyündə tam qəlpəli yerdəyişməli sınıq, sağ çiyin üstündə,sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin, X1 körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, eləcə də mərhum X4 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.Cavabdeh bu əməlinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh və ailə üzvüləri İddiaçı mərhum oğlu-X4 məxsus avtomaşının əzilməsi nəticəsində vurulmuş 9000 manat maddi ziyanın 7000 manatını ödəmişlər, 2000 manatı isə ödənməmişdir. İddiaçı cinayət işinə baxılarkən 2000 manatın ödənməsi ilə bağlı mülki iddia vermiş, lakin dövlət rüsumu ödənmədiyindən iddiaçının mülki iddiası baxılmamış saxlanmışdır.Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək İddiaçı 7000 manatı ziyana görə deyil, barışıq üçün verdiyini, iddiaçının isə cinayət işinə baxılarkən şikayətçi olmasını göstərərək verdiyi 7000 manatın geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin hallarını, Cavabdeh qanunsuz və təqsirli əməlləri nəticəsində İddiaçı hüquqi varisi olduğu mərhum X3 mülkiyyətində olan avtomaşına 9000 manat ziyan dəyməsini, həmin ziyanın 2000 manatının cavabdeh tərəfindən ödənməməsini, Cavabdeh ziyana görə ödədiyi pulu geri tələb etməkdə haqlı olmamasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da izah etməyi zəruri hesab edir ki, Cavabdeh yaxın qohumları vurulmuş ziyana görə onun əvəzindən ödədikləri pulu Cavabdeh tələb edə bilərlər. Belə ki, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia təmin edildiyindən İddiaçı ilk iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən Cavabdeh qarşılıqlı iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 2000 manat, ödənilmiş dövlət rüsumu xərcinə görə 30 manat, cəmi 2030 (iki min otuz) manat alınıb İddiaçı verilməli, Cavabdeh qarşılıqlı iddiası təmin edilməməli və onun qarşılıqlı iddiaya görə ödədiyi 30 manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İlk iddia təmin edilsin Cavabdeh maddi ziyana görə 2000 manat, ödənilmiş dövlət rüsumu xərcinə görə 30 manat, cəmi 2030 (iki min otuz) manat alınıb İddiaçı verilsin. Cavabdeh qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinə görə ödənmiş 30 manat dövlət rüsumu xərci Cavabdeh özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar