Məhkəmə qərarları › İş №2(019)-41/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-41/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-41/2024 23.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC "xxxx" Bank Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehnun xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 1150,35 (bir min yüzəlli ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi, 496,71 (dörd yüz doxsan altı ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya,cəmi 1647,06 (bir min altı yüz qırx yeddi ABŞ dolları 06 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 №- li Kredit müqaviləsinə (bundan sonra – “Kredit müqaviləsi”) əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkiz faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh X11 arasında sonuncunun mülkiyyətində olan Zaqatala şəhəri, 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3- cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, lakin borc alan Cavabdeh həmin məhkəmədə dəftərxana müdiri vəzifəsində çalışdığından işə baxan hakim özü-özünə etiraz etmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə Qax Rayon Məhkəməsində baxılması qərara alınmışdır. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(024)-03/2020 №-li qətnaməsi ilə xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyətində olan Zaqatala şəhəri, 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdehnun iddiaçı ASC "xxxx" Bankı qarşısında 12 417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcunun, 970,68 (doqquz yüz yetmiş ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin və xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları məbləğində penyanın, cəmi 13 617,30 (on üç min altı yüz on yeddi ABŞ dolları 30 sent) ABŞ dollarının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən 970,68 ABŞ dolları məbləğində adi faizlərin 742,30 ABŞ dolları məbləğində hissəsi əslində xx.xx.2020-ci il tarixli 3603 №-li ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər illik 5 % dərəcəsi ilə hesablanmış əldə çıxmış fayda şəklində zərərə aid olmuşdur. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(024)-03/2020 №-li qətnaməsindən narazı qalan iddiaçı ASC "xxxx" Bankı və Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-544/2021 №-li qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, qətnamə cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə bankın iddiası təmin olunmuşdur. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-544/2021 №-li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(024)- 03/2020 №-li qətnaməsi ilə müəyyən edilmiş cəmi 13 617,30 ABŞ dolları məbləğində borcu xx.xx.2021-ci il tarixdə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 496,71 (dörd yüz doxsan altı ABŞ dolları 71 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək, daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixdən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 1150,35 (bir min yüz əlli ABŞ dolları 35 sent) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankın nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, iddiaçı ASC "xxxx" Bankı məhkəmədə iddia qaldıraraq ondan xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borclara hesablanmış əldən çıxmış fayda və adı məlum olmayan illik 15% penya pulu tələb edir. Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddəti keçdiyindən iddia rədd adilməlidir. Belə ki, 2014-cü il may ayında bağlanmış kredit müqaviləsi 48 aylıq bağlanmaqla son icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Müqavilənin icra nüddəti bitdikdən sonra məhkəməyə müraciət etmək üçün olan iddia müddəti 3 il olduğundan həmin müddət də 2021-ci ilin may ayında bitmişdir. İddiaçı müqavilə tələblərindən irəli gələn kredit məbləğlərinə görə hesablanacaq əldən çıxmış fayda və yaxud da penyanı tələb etmək üçün müqavilənin icra müddəti bitdikdən sonra 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş, daha doğrusu müqavilədən irəli gələn mübahisələrə məhkəmələr tərəfindən baxılmış və həmin mübahisələrə baxılarkən hazırki tələb də iddia ərizəsinə əlavə olunmalı və baxılmalı idi. Beləliklə, iddiaçı Mülki Məcəllənin 373-cü maddəsində göstərilmiş iddia müddətini ötürdüyünə görə onun iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən hazırki iddiaya iddia nüddəti tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 167 və 185.5-ci maddələrinə əsasən məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz göndərərək, etirazında göstərmişdir ki, ASC "xxxx" Bankı xx.xx.2014-cü il tarixli **********63914 N2-İİ Kredit müqaviləsi üzrə ona qarşı 2019cu il tarixdə məhkəmədə Zaqatala Rayon Məhkəməsində iddia qaldırmış və hakimin özüözünə verdiyi etiraza əsasən iş Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə iş baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsi tərəfindən bu iddia ilə bağlı 2(024)- 03/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qətanamə qəbul edilmişdir. Qətnamədən verilmiş apelyasiya şikayəti əsasında Şəki Apelyasiya Məhkəməsinin 2(107)-544/2021-ci il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5463/2021 saylı 28 oktyabr 2021 -ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilməsən saxlanılmışdır. Həmin qətnamə üzrə də ASC "xxxx" Bankına olan borcu tamamilə banka ödənilmişdir və bank tərəfindən ona bu barədə arayış təqdim edilmişdir. O, banka olan öhdəliyi tamamilə ödəmişdir. Lakin bank əsassız varlanmaq niyyətində olduğu üçün ondan artıqlaması ilə əldə etdiyi cərimə, dəbbə, penya və s. pulları nəzərə almayaraq yenidən ondan əldən çıxmış fayda və s. tələb edir. Odur ki bankın bu iddiasını əsassız hesab edir. Çünki ASC Xalq Bankı ilə aralarında bağlanmış 14 may 2014-cü il tarixli **********6914 saylı kredit müqaviləsinin son icra müddəti 14 may 2018-ci il tarixdə bitmişdir. O, bankla aralarında olan kredit müqaviləsinin müddəti bitənə qədər hətta ilkin devalivasiya olandan 3 gün müddətində banka müraciət edərək bankı məlumatlandırmışdı ki, o, bankın tələb etdiyi öhdəlikləri tam icra edə bilməyəcəyək və onu əlavə faiz və cərimələrdən azad etsinlər, yaxud bununla bağlı iddia olacaqsa vaxtında məhkəməyə müraciət etsinlər. Hətta bununla razılaşmadıqları halda bir ay müddətinə məhkəməyə müraciət etmələrinə dair müraciət etmişdir. Dəfələrlə bununla bağlı banka rəsmi müraciətləri olmuşdur və bank bu müddət ərzində görmüşdür ki, o, ödənişləri bankın tələb etdiyi qaydada icra etmir. Bank özü məlumatlı idi ki, onun bunu ödəmək qabiliyyəti yoxdur. Lakin bank əsassız varlanmaq niyyətində olaraq bütün bu müddət ərzində gözləmiş, hətta müqavilənin müddəti bitəndən və bu müqavilə ilə bağlı məhkəmə qətnaməsi tam icra edildikdən sonra yenidən məhkəməyə müraciət edərək əlavə əldən çıxmış fayda və penya tələb edir. Bu bankın öz hüququndan sui istifadə etmişdir. Bankın buna hüququ var idi, müqavilənin şərtlərini kobud şəkildə pozduğu üçün məhkəməyə müraciət etsin. Lakin bank bunu etməyib. Bank bilirdi ki, müqavilə mövcud olduğu halda o, bütün faizləri ilə birlikdə məhkəmə yolu ilə ondan tələb edə biləcək. Odur ki, bankın əsassız varlanmaq niyyəti ilə ona qarşı qaldırdığı iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 07 may 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə ipoteka predmetlərinin dəyəri 24714 manat 90 qəpik müəyyən edilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmıs 14 may 2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 mart 2020-ci il tarixli, 3603 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X5 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********63914 saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə-əsas kredit borcu-16.916,94 ABŞ dolları, faiz borcu-228,38 ABŞ dolları, xx.xx.2019cu il tarixə əsas kredit borcu-15.954,24 ABŞ dolları, faiz borcu-970,68 ABŞ dolları. Qeyd edilir ki, ekspert qarşısında qoyulmuş suala əsasən, kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmışdır. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)- 03/2020 nömrəli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq harracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 12417,62 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditin qaytarılma müddətinəxx.xx.2018-ci il tarixinə qədər 970.68 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış penyaya görə 229 ABŞ dolları, cəmi 13617,30 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 manat məbləğində təyin edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (107)- 544/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellasiya şikayəti təmin edilməmiş, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)-03/202 nömrəli qətnaməsi qismən, yəni ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin həmin evdən çıxarılmasına dair tələbin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin tələbə dair hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər X11, Cavabdeh, X1, X15, X10 və X8 qarşı xx.xx.2014-cü il tarixli **********63917 saylı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təimn edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma tələbinə dair iddiasının Zaqata şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin açıq hərracdan satılmasından sonra cavabdehlər X11, X3, Cavabdeh, X15, X10 və X6 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması hissəsi təmin edilmiş, ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər X11, X3, Cavabdeh, X15, X10 və X12 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5463/2021 saylı qərarından görünür ki, iddiaçı "xxxx" Bank ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-544/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli e-2(107)-1573/2022 nömrəli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin hakimi X7 öz-özünə verdiyi etiraz təmin edilmiş, iddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 aprel 2024cü il tarixli, 9/367 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, xx.xx.2014- cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə illik 5% hesablanmaqla X2 xx.xx.2019-cu il tarixdən (sualda göstərilən tarix) xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda borcu 1.150,35 ABŞ dolları məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, xx.xx.2014- cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə illik 15% hesablanmaqla X2 xx.xx.2019-cu il tarixdən (sualda göstərilən tarix) xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan cərimə borcu 491,53 ABŞ dolları məbləğində müəyyən edilir. X5 ilə ASC "xxxx" Bank arasında bağlanmış xx.xx.2014- cü il tarixli **********63914 saylı kredit müqaviləsi üzrə hazırki tədqiqatla cərimə hesablanmasında Bank tərəfindən cərimə hesablanmasının xx.xx.2020-ci il tarixdə dəyandırılması nəzərə alındı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 aprel 2024-cü il tarixli, 9/367 nömrəli bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200,00 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı "xxxx" ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anıni qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasəsən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən üçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, 1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; 4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki,

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə təhqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********63914 №- li Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 18% (on səkkizfaiz) ödənilməsi şərtilə, 25400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh X11 arasında sonuncunun mülkiyyətində olan Zaqatala şəhəri, 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3- cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(024)-03/2020 №-li qətnaməsi ilə xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyətində olan Zaqatala şəhəri, 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdehnun iddiaçı ASC "xxxx" Bankı qarşısında 12417,62 (on iki min dörd yüz on yeddi ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əsas borcunun, 970,68 (doqquz yüz yetmiş ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin və xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları məbləğində penyanın, cəmi 13 617,30 (on üç min altı yüz on yeddi ABŞ dolları 30 sent) ABŞ dollarının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-544/2021 №-li qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, qətnamə cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə bankın iddiası təmin olunmuş, qalan hissələrdə Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5463/2021 saylı qərarı ilə iddiaçı "xxxx" Bank ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-544/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-544/2021 №-li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(024)-03/2020 №-li qətnaməsi ilə müəyyən edilmiş cəmi 13 617,30 ABŞ dolları məbləğində borcu xx.xx.2021ci il tarixdə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Bank tərəfindən cavabdehin kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Cavabdeh xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 1150,35 (bir min yüzəlli ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi və 496,71 (dörd yüz doxsan altı ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya tələb edilir. Həmçinin iddiaçı bank tərəfindən hazırki iddianın qaldırılması üçün 48 manat dövlət rüsumu ödənilmişdir. İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 1150,35 (bir min yüz əlli ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi tələbi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu qanun normasının hüquqi mahiyyəti bir daha Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu nəzərə çatdırır ki, həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olma prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qutarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399. 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyəni edilmişdir. Həmin müqavilənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilir ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində icranıni gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş faxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanının kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericiliyin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin-gecikdirilmiş vaxt üçün illik bez faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin faktiki hallarına və qeyd olunan qanun normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 24 dekabr 2014-cü il tarixli və 29 mart 2023-cü il tarixli qərarlarında ifadə edilən hüquqi mövqeyə görə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixə kimi faizlər formasında illik 5 faiz dərəcəsi ilə əldən çıxmış faydanın hesablanmaqla cavabdehdən tələb edilməsi əsaslıdır. İşdəki sübutlar, həmçinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 3603 saylı və 16 aprel 2024-cü il tarixli 9/367 saylı rəylərinə əsasən xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi 1150,35 (bir min yüz əlli ABŞ dolları 35 sent) ABŞ dolları təşkil edir ki, cavabdehdən tələb edilən həmin 1150,35 ABŞ dolları tələbi də əsaslıdır və təmin olunmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia 496,71 (dörd yüz doxsan altı ABŞ dolları 71 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış penya tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)- 03/2020 nömrəli qətnaməsilə ilk iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli **********63914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq harracda satılması və xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 12417,62 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditin qaytarılma müddətinəxx.xx.2018-ci il tarixinə qədər 970.68 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış penyaya görə 229 ABŞ dolları, cəmi 13617,30 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 manat məbləğində təyin edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (107)- 544/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellasiya şikayəti təmin edilməmiş, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)-03/202 nömrəli qətnaməsi qismən, yəni ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdehlərin həmin evdən çıxarılmasına dair tələbin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin tələbə dair hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər X11, Cavabdeh, X1, X15, X10 və X8 qarşı xx.xx.2014-cü il tarixli **********63917 saylı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təimn edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma tələbinə dair iddiasının Zaqata şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzilin açıq hərracdan satılmasından sonra cavabdehlər X11, X3, Cavabdeh, X15, X10 və X6 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması hissəsi təmin edilmiş, ipoteka predmeti olan və cavabdeh X4 mülkiyyətində olan Zaqatala şəhəri 20 №-li SMD-nin ərazisində yerləşən 1 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 79.8 kv.m. ümumi, 40.1 kv.m. yaşayış, 39.7 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı, 11 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər X11, X3, Cavabdeh, X15, X10 və X12 mənzili 01 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5463/2021 saylı qərarı ilə iddiaçı "xxxx" Bank ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-544/2021 iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)-03/2020 nömrəli qətnaməsilə cavabdeh tərəfin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu müəyyən olunmuş və Cavabdeh tərəfindən həmin cərimə borcu ödənilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə cəmi borcu, o cümlədən cərimə borcu tutulduqdan və ödənildikdən sonra yenidən cavabdehdən cərimənin tutulması qanunvericiliyin tələbinə uyğun deyildir və ədalətsiz tələbdir. Həm də Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(024)- 03/2020 nömrəli qətnaməsilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün kreditorun tələbi ipoteka predmetinə yönəldilmiş və həmin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsaitdən cavabdehin iddiaçı ASC "xxxx" Bankına əsas kredit borcu, faiz borcu və cərimə borcunun ödənilməsi qət edilmiş və cavabdeh tərəfindən həmin əmlakın açıq hərracdan satılması və onun kredit borcunun ödənilməsinə yönəldilməsinə heç bir maneçilik yaradılmamışdır. Əksinə cavabdeh tərəfindən iddiaçıya olan kredit borcu tam ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya o cümlədən təyin olunmuş cərimə borcu ödənildikdən sonra artıq məhkəmə baxışının kredmeti olan və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqdan sonra yenidən cavabdehdən cərimə borcunun tələb edilməsi əsassızdır və qanunvericilikdə nəzərdə tutulmuş dəbbə pulunun mahiyyətinə uyğun deyildir. Həmçinin artıq cavabdehdən iddiaçının xeyrinə illik 5 faiz məbləğində əldən çıxmış fayda formasında zərərin əvəzinin tutulması nəticəsinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Məhkəmə Cavabdeh hazırki iddia üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə ərizəsinə iş materialları əsasında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddia müddəti tətbiq edilməklə hazırki iddianın rədd edilməsi barədə vəsatəti əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxslərin hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavailə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizəsində xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin 48 aya verildiyini, həmin müqavilənin müddətinin 14 may 2018-ci il tarixdə başa çatdığını və nəticədə həmin müqavilə üzrə iddia müddətinin 3 il olmaqla 14 may 2021-ci il tarixdə bitdiyini, iddiaçının isə hazırki iddia tələbi ilə 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət ediyini və bununla da iddia müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddətini keçirməsi düzgün mülahizə deyildir. Belə ki, iş materiallarından görünür ki, ASC "xxxx" Bankı ilə cavabdeh arasında kredit müqaviləsi 14 may 2014-cü il tarixdə bağlanmış və cavabdehə kredit 48 ay müddətinə verilmiş, bununla da həmin kredit müqaviləsinin müddəti 14 may 2018-ci il tarixdə başa çatmışdır. İddiaçı bank tərəfindən cavabeh tərəfə qarşı 14 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məhkəməyə müraciət edilmiş və iş üzrə Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Resipublikası Ali Məhkəməsinini xx.xx.2021-ci il tarixli qərarı çıxmışdır. Hazırki iddia tələbi ilə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsi üzrə 14 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən hazırki iddia tələbi üzrə iddia müddəti 14 may 2018-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanmalıdır ki, həmin tarixdən başlayaraq da 3 illik iddia müddəti ötürülməmiş və iddiaçı hazırki iddia tələbi ilə bağlı 3 illik iddia müddəti ərzində-xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehin hazırki iddia tələbinə 3 illik iddia müddəti tətbiq edilməklə iddia müddətinin ötürülməsi ilə bağıl iddianın rədd edilməsi barədə ərizəsi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 1150,35 (bir min yüz əlli ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 33.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 200 manat ekspertiza xərcinin 139,69 manatı Cavabdeh və 60,31 manatı ASC "xxxx" Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X14 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220,222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh xx.xx.2014-cü il tarixli **********63914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 1150,35 (bir min yüz əlli ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində xx.xx.2019-ci tarixdən xx.xx.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 33.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 200 manat ekspertiza xərcinin 139,69 manatı Cavabdeh və 60,31 manatı ASC "xxxx" Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X14 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar