Məhkəmə qərarları › İş №2(019)-433/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-433/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-433/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X13 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili X18 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı 16000 manat pul tələbinə dair ilk və Cavabdeh1 qızının və Cavabdeh2 İddiaçı qarşı 28000 maddi və 1500 manat mənəvi zərər tələbinə dairqarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Osmanov İddiaçı Pitimat Məhəmməd qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 16000 (on altı min) manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Abdulla oğlunun əsassız iddia ərizəsinin təmin edilməməsi və ondan vurduğu 28000 manat maddi və 1500 manat mənəvi zərərin və 30 manat rüsumun alınıb onlara müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonunun Meşəşambul kəndində yaşayır. Yaşadığı ev atası mərhum X10 məxsus olmuşdur. Bu evdə onunla birlikdə hal-hazırda Rusiyada yaşayan qardaşı X14 da ailəsi ilə birlikdə yaşamışdır. Dövlət tərəfindən torpaq islahatı aparılarkən qardaşı Telmanın həyat yoldaşı olmuş Cavabdeh1 qızına və qızı Taşrayeva (Osmanova) Taman Telman qızına da torpaq payı verilmişdir. 1999-cu ilin sonunda Cavabdeh1 onların evdən çıxıb getmiş və başqa bir şəxsə ərə getmişdir. Telmanın qızı Taman isə onların himayəsində yaşamış və 2010-cu ildə X30 adlı şəxsə ərə getmişdir. Cavabdeh1 ərə getdikdən 2 il sonra atasından özünə və qızına məxsus torpaq sahəsinin ayıraraq, ona verilməsini tələb etmişdir. Həmin vaxt atası Abdulla Osmanov və o, Cavabdeh1 torpaq payının əvəzinə 16000 manat pul vermişlər. Belə ki, ona əvvəlcədən 1999-cu ildə 6 000 ( altı min) manat, 2000-ci ilin sonuna qədər də hissə-hissə 10 000 ( on min ) manatı vermişlər. Bu faktı təsdiq edə bilən şahidləri vardır. Cavabdeh1 həm torpaq payına, həm də evdə yaşamaq hüququ əvəzinə atasından pul almasını qeyd etməklə “Qəbz” yazmışdır. Sonralar Cavabdeh1 Rusiyaya getmiş, orada yaşamış və onlardan heç bir tələbi olmamışdır. Atasıyla birgə təsərrüfat aparmaqla birgə yaşadığından, qeyd olunan torpaq sahəsindən həmişə o, istifadə etmişdir. Torpaq sahəsi boş sahə olmuş, o, bu sahədə fındıq bağı salmışdır. Hal-hazırda bu sahədəki ağaclar bar verir. Atası Abdulla vəfat etdikdən sonra da ondan miras qalmış evi və torpaq sahəsini o, idarə edir. Son 3 ildir ki, Cavabdeh1 qızı Cavabdeh2 da öyrədərək, ondan torpaq tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi vermişlər. 9 il əvvəl mərhum atasının və cavabdehlərin birgə mülkiyyətinə verilmiş kənd təsərrrüfatı təyinatlı çöl sahəsində olan 0.40 ha pay torpaq sahəsini Cavabdeh2 vermişdir. O, həmin torpaq sahəsini həyat yoldaşı İsa ilə birləşərək, bir müddət istifadə etmiş, son illərdə həmin torpaq sahəsini satmışdır. Məhkəmə qətnaməsi ilə cavabdehlərın mülkiyyətinə və ıstıfadəsınə hal- hazırda onun istifadəsində olan, həm onun ailəsinə məxsus, həm də ata anasından miras qalmış torpaq sahələrinə bitişik sahədən pay və həyətyanı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsini o, 2000-ci ildə Cavabdeh1 almışdır. Onların qeyd olunmuş torpaq sahəsinə heç bir hüququ yoxdur. Lakin məhkəmə qətnaməsi qüvvəsində olduğundan Balakən rayon İcra Şöbəsi tərəfindən torpaq sahəsi ayrılaraq, onlara veriləcəkdir. Belə olan halda o da cavabdehlərdən onlara verilmiş 16000 manat pulu tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, izahatında onun deyil, atası Abdulla Osmanovun torpaq payının əvəzinə Cavabdeh1 qızına 16000 manat pul verdiyini, əvvəlcədən 1999-cu ildə 6 000 ( altı min) manat, 2000-ci ilin sonuna qədər də hissə-hissə 10 000 ( on min ) manat verdiyini, onun bu pulun verilməsində iştirak etmədiyini, lakin həmin pulun atasına onun tərəfindən göndərildiyini, həmçinin Cavabdeh1 və Cavabdeh2 28000 manat maddi və 1500 manat mənəvi zərər vurmadığını, bu tələblərin əsassız olduğunu göstərərək, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X21 da ilkiddianı müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 qızı və Cavabdeh2 qarşılıqlı iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı Abdulla oğlu onlara qarşı əsassız, heç bir sənədi, sübutu olmayan şər-böhtan xarakterli “16000 manat pul tələbi” ilə bağlı iddia ərizəsi vermişdir. Həmin iddia ərizəsinə etirazlarını bildirməklə eyni zamanda məlum edirlər ki, cavabdeh və ailəsi əslində 2008-ci ildən Cavabdeh1 və 2010-cu ildən Cavabdeh2 məxsus 0,6550 ha torpağı qanunsuz olaraq zəbt edərək, həmin torpaqdan əldə edəcəkləri gəlirlərdən məhrum edərək, onlara 28.500 manat maddi, 3 il ərzində məhkəmələrə əsassız get-gələ salmaqla 1500 manat mənəvi zərər vurmuşdur. Cavabdeh1 qızı və X14 xx.xx.1993-cu ildə rəsmi nikahla evlənmiş və Cavabdeh2 1993-cü ilin dekabr ayında doğulmuşdur. Onlar ailəliklə nənə-babası ilə, babası X10 məxsus ailə təsərrüfatında qeydiyyatda olmuş və yaşamışlar. Pay torpağını da nənəsi, babası, anası və onun adına 1,31 ha ümumi birgə almışlar. Telman 1993-cü ildən Rusiya Federasiyasına getdiyindən, ona pay torpağı verilməmişdir. Tamanın babası Osmanov Abdulla 2004-cü ildə, nənəsi Osmanova Məryəm isə 2005- ci ildə vəfat etdikdən sonra onun əmisi İddiaçı atasının da uzun müddət Rusiyadan gəlmədiyini fürsət bilib, babasının evinə köçüb yurdu və bütün torpaqlarını ələ keçirmişdir. Onların təzyiqləri nəticəsində Cavabdeh1 qızı rəsmi nikah ləğv olunmadan 2008-ci ildə dini nikahla Balakən rayonu Qaysa kəndinə ərə köçməyə məcbur olmuşdur. Taman 2010-cu il tarixdə ərə köçmüşdür. İddiaçı onlara məxsus 0,6550 ha torpağı 10-12 ildir ki, qanunsuz olaraq zəbt edərək, torpaqlarından sərbəst istifadə etmələrinə və gəlir əldə etmələrinə maneəçilik etdiyinə görə 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinə “cavabdehlər İddiaçı Abdulla oğlu və X15 ümumi birgə mülkiyyətdə olan 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara düşən hissə paylardan çıxarılması və payların naturada ayrılması barədə” iddia ərizəsi vermişlər. Məhkəmədə dəfələrlə obyektiv araşdırılaraq, 2 dəfə Balakən Rayon Məhkəməsində, 2 dəfə Şəki Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində cavabdehlərin əsassız şikayətlərinə baxılaraq, Balakən Rayon Məhkəməsinin 2(018)- 38/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaları tam təmin edilmiş, qətnamə qanuni qüvvəsini alaraq, 2 dəfə ekspert rəyi alınaraq, xx.xx.2020ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərar yerində icra olunmuş, akt tərtib edilmişdir. Dəfələrlə məhkəmələrə, İcra şöbəsinə əsassız şikayətlər edərək, vaxtı uzadan, onları get-gələ salan cavabdehlər 30-40 dəfə keçirilən məhkəmə proseslərində bir dəfə olsun Pitimata nə vaxtsa pul verdiklərini bildirməmişlər və belə fakt da yoxdur. Lakin indi əlləri hər yerdən üzüldükdən sonra növbəti yalan uydurub, yalançı şahidlərlə məhkəməni aldatmağa çalışırlar. Nənə və babalarının vəfat etdiyi 2005-ci ildən sonra evlərinə soxulub, evi, həyətyanı sahəni və bitişik torpağı qanunsuz zəbt edən İddiaçı necə ola bilər ki,1999- cu ildə 6000 manat, 2000-ci ildə on min manat Pitimata pul versin. Pitimat 2008-ci ilə qədər həmin evdə yaşamışdır və Ramazan ailəsi ilə yaşadığı ayrıca təsərrüfatı, evi, həyəti və pay torpaqları vardır. Ramazan eyni zamanda nənə və babadan vərəsəliklə onlara düşən əmlakı da təkbaşına, vərəsələr arasında bölüşdürmədən zəbt etmişdir. Ona görə də məhkəmə qərarları və qətnamələrlə dəfələrlə sübuta yetən Tamana və anası Pitimata məxsus, ayrılıb naturada təqdim edilmiş 0,65 ha torpaq sahəsi üzərində olan 40 topa fındıq məhsullarını və ot preslərini ən azı 10 il mənimsəyən İddiaçı onlara vurduğu zərəri tam həcmdə ödəməlidir. Zərər dedikdə 40 topa fındıq ağacının hər il məhsuldarlığı hər topadan 10 kq olmaqla (40 topa x 10 kq)= 400 kq fındıq zəbt olunan 10 il ərzində (400 kq x 10 il)=4000 kq fındıq məhsulu təşkil edir. 2019-cu ilin bazar qiyməti 1 kq fındıq məhsulu 5 manat olduğuna görə (4000x5man)=20.000 manat fındıq məhsulunun dəyərini mənimsəmişdir. Bundan başqa sahədən hər il 2 dəfə və hər dəfə 100 ot presi olmaqla ildə 200 ədəd ot presi və 10 il ərzində (200 ədəd x 10 il)=2000 ədəd ot presix4 manat=8000 manat təşkil edir. Məhsula görə cəmi 28000 manat zərərdən başqa Ramazan və Ayşə onları 3 il məhkəmələrə 30-40 dəfə əsassız şikayətləri ilə get-gələ salmış, əsəb gərginliyi keçirərək şərəf və ləyaqətləri alçaldılmış, 500 manat maddi və 1500 manat mənəvi zərər vurmuşdur. Bundan başqa məhkəməyə iddia ərizəsi vermək məcburiyyətində qoyaraq, məhkəmə üçün ödədikləri 30 manat rüsum da Ramazandan tutulmalıdır. Ramazan və Ayşə Balakən Rayon Məhkəməsinə Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsinə dair qərarının ləğv edilməsi barədə şikayət vermiş və məhkəmə obyektiv olaraq xx.xx.2020-ci il tarixli, 8(019)- 47/2020 nömrəli qərardadla şikayəti təmin etməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, İddiaçı və onun atası Abdulla Osmanov tərəfindən anası Cavabdeh1 qızına və ona torpaq payının əvəzinə, nə də başqa məqsədlərə görə 16000 manat pulun verilmədiyini, İddiaçı bu barədə bildirdiklərinin yalan olduğunu, ilk iddia ərizəsinin əsassız olduğunu, qarşılıqlı iddianın isə əsaslı olduğunu göstərərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında illk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi-vəkili X22 təmsil etdiyi Cavabdeh2 izahatına uyğun izahat verərək, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qızı məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qızının məhkəmə iclaslarına gəlməməsini üzrsüz hesab edərək, hazırki işə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qızının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı Məhəmməd oğlu ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. İddiaçı və X5 Cavabdeh1 qızına və Cavabdeh2 pul verməsini görməmişdir. Kənd camaatı arasında olan söhbətlərdən eşitmişdir ki, İddiaçı atası X1 Pitimat Məhəmməd qızına 6000 manat pul vermişdir. Lakin bunu kimdən eşitməsini, pulun nə vaxt və harada verilməsini bilmir və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 da şahid İddiaçı Məhəmməd oğlunun ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN KOD 1xx xxx 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon X9 xx xxx 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Meşəşambul kəndi 1,31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X19, X11, Cavabdeh1 qızı və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2 (019)-38/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 qızının, X7 və X3 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatıl torpaq sahəsindən iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qızının 2/4 hissə payları ekspert rəyinə uyğun olaraq ayrılmış, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı Abdulla oğlu və X15 çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2 (019)- 38/2019 nömrəli icra sənədinin icrasıyla bağlı Cavabdeh2 və Cavabdeh1 qızının torpaq payları ayırılmış, torpaq sahəsinin iddiaçıların payına düşən hissəsindən borclular İddiaçı və Ayşə Osmanova çıxarılmış və borclulara bu barədə hüquq və vəzifələri izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8 (019)-47/2020-ci il tarixli qərardadından görünür ki, borclular İddiaçı və X24 tərəfindən verilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin, onun nümayəndəsi-vəkilinin, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk əvvəl mübahisənin həlli üçün lazım olan aşağıdakı hüquq normalarına istinad edəcək və həmin hüquq normaları əsasında işin faktiki hallarına hüquqi qiymət verməklə ilk iddia və qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verəcəkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prisnsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahiblyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5 və 215.6-cı maddələrinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 219.1-ci maddəsinə əsasən ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 219.2-ci maddəsinə əsasən doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4 və 220.5-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən xx xxx 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya»nın müddəaları və X28 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmaıl və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X32 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarının tələbindən görünür ki, hazırki halda mənəvi ziyan şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində şəxsin tələb etdiyi pul kompensasiyası formasıdır. Mənəvi ziyanın tələb olunması üçün bu mənəvi ziyan tələbinin əsasında dayanan mənəvi iztirab və sarsıntılara səbəb olan ləkələyici məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi də mütləq qaydada tələb edilməlidir. Belə ki, mənəvi ziyan həmin ləkələyici məlumtaların həqiqətə uyğun olmaması halının müəyyən edilməsinin nəticəsidir, onunla birbaşa bağlıdır və ondan asılıdr. Şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmamasının müəyyən edilməsi barədə tələb qoyulmadan və bu hal məhkəmə qaydasında müəyyən edilmədən tək mənəvi ziyanın tələb edilməsi əsassızdır. Belə ki, qeyd edildiyi kimi, mənəvi ziyan tələbi özlüyündə müstəqil əsaslı tələb kimi qəbul oluna bilməz və birbaşa olaraq onun yetirildiyi ehtimal olunan şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılmasından və bu məlumatların həqiqətə uyğun olmamasından asılı bir tələbdir. Şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmaması müəyyən edilmədən ondan birbaşa asılı olan mənəvi ziyan müəyyən edilə bilməsi əsassızdır. Məhkəmə göstərilən qanun normaları ilə işin faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki işdə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı 16000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 torpaq payları ilə bağlı kompensasiya kimi 16000 manat pulun verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ilk iddia tələbinin əsaslandırıldığı hal kimi Cavabdeh1 qızının torpaq payının əvəzində 16000 manat pulu almasını təsdiq edən yazılı qəbz yazdığını və həmin qəbzin onda olduğunu göstərsə də, bu qəbzi məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında onda belə bir yazılı qəbzin olmadığını bildirmişdir. Eynilə İddiaçı iddia ərizəsində tələb etdiyi 16000 manat puldan 6000 manatının Cavabdeh1 atası Abdullah Osmanov tərəfindən, 1000 manatının isə Cavabdeh1 özü tərəfindən verildiyini göstərsə də, məhkəmədə verdiyi izahatında 16000 manat pulun hamısının atası Abdullah Osmanov tərəfindən Pitimat Osmanoyaya verildiyini, pulun onun tərəfindən atasına göndərildiyini, lakin özünün Pitimat Osmanoyaya pul vermədiyini qeyd etmişdlir. İlk iddia üzrə İddiaçı izahatı iş materillarına uyğun gəlmir və iş üzrə hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Ona görə də İddiaçı izahatı mötəbər sübut kimi qəbul olunmur. İddiaçı həmçinin Cavabdeh2 qarşı iddia tələbi irəli sürsə də, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında özü və atası Abdullah Osmanov tərəfindən torpaq payı ilə bağlı Cavabdeh2 hər hansı məbləğdə pulun verilməsini göstərməmiş və həmçinin bu hal heç bir sübutla təsdiqini tapmamışdır. Eynilə məhkəmə iş üzrə şahidlər İddiaçı Məhəmməd oğlunun və X17 ifadələrini də ilk iddianın əsaslandırıldığı halları sübut edən mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, İddiaçı Məhəmməd oğlu və X23 ifadələrində İddiaçı və onun atası X5 Cavabdeh1 qızına və Cavabdeh2 pul verməsini görmədiklərini, kənd camaatı arasında olan söhbətlərdən Ramazanın atası X5 Cavabdeh1 qızına 6000 manat pul verdiyini eşitdiklərini, lakin bunu kimdən eşitdiklərini və pulun nə vaxt və harada verilməsini bilmədiklərini və görmədiklərini bildirmişlər. Göründüyü kimi, ilk iddia üzrə İddiaçı Pitimat Osmanoyaya 16000 manat pulun verilməsini bildirdiyi və iddia ərizəsində bunun 6000 manatının atası, 10000 manatının isə özü tərəfindən verildiyini göstərdiyi halda, həmin şahidlər camaatdan eşitdiklərinə görə Abdullah Osmanov tərəfindən Pitimata 6000 manat pul verildiyini qeyd etmiş, lakin bunun kim tərəfindən deyildiyini, pulun harada və hansı məbləğdə verildiyini bilmədiklərini göstərmişlər. Bununla da həmin şahidlər 16000 manat pulun torpaq payının əvəzi olaraq Pitimat Osmanoya verilməsini görmədikləri, təsdiq etmədikləri və konkret olaraq hansısa şəxsdən eşitdiklərini qeyd etmədikləri üçün, həmin şahidlərin ifadələrinin ilk iddia tələbinin əsaslandırıldığı halları sübut etmədiyi aydın görsənir. Ona görə də İddiaçı Məhəmməd oğlunun və X17 şahid ifadələri mötəbər sübutlar kimi qəbul olunmur. Bundan başqa, qanun birgə mülkiyyətdəki payın pul formasında kompensiyasının ödənilməsini həmin pay sahibinin razılığı ilə bağlayır. Lakin iş materiallarında Cavabdeh1 və Cavabdeh2 onların torpaq payına pul formasında kompensiya verilməsinə razı olması və onlara bu kompensasiyanın ödənilməsi barədə heç bir sübüt yoxdur. Məhkəmə qeyd edir ki, belə bir razılığın olduğu və Cavabdeh1 16000 manat kompensasiya ödənildiyi təqdirdə Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı və Ayşə Əhmədova arasında keçirilən məhkəmə proseslərində onların bir dəfə də olsun Pitimata nə vaxtsa pul verdiklərini bildirməmələrinin belə faktın olmadığını sübut etməsi barədə Cavabdeh2 məhkəmədə verdiyi izahatı heç də əsassız deyildir. Ümumiyyətlə ilk iddia üzrə İddiaçı ilk iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, ilk iddia tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Halbuki qeyd edildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər ilk iddia tələbinin əsassız olduğunu göstərir. Eynilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 qızı və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 28000 manat maddi və 1500 manat mənəvi zərər tələb etsələr də, onlara məxsus torpaq payında 10 il ərzində fındıq məhsulundan 20000 manat və otdan 8000 manat olmaqla cəmi 28000 manat xeyir əldə edəcəkləri, İddiaçı tərəfindən onlara 28000 manat maddi zərərin vurulması, bu məbləğdə maddi zərərlə İddiaçı hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və İddiaçı bu məbləğdə maddi zərərin vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Eynilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 qızı və Cavabdeh2 İddiaçı tərəfindən onların şərəf və ləyaqətinin alçaldılması, bununla bağlı hansısa mənəvi sarsıntı və iztirab keçirmələri və nəticədə onlara 1500 manat məbləğində mənəvi zərərin vurulması, bu məbləğdə mənəvi zərərlə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və İddiaçı onlara iddia etdikləri 1500 manat məbləğində mənəvi zərər vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh1 qızı və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsində həmçinin İddiaçı Abdulla oğlunun əsassız iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçıların ilk iddia ərizəsini təmin etməmələri barədə xahişlərini qarşılıqlı iddia tələbi kimi deyil, ilk iddia ərizəsinə etiraz kimi qəbul edir. Belə ki, ilk iddia üzrə cavabdehlər kimi onların ilk iddia ərizəsinin dəlillərinə etiraz etmək hüquqlar vardır ki, (Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsi və 168.1-ci maddəsi və sair) onlar da bu hüquqlarından istifadə etmişlər. Həmçinin yuxarıda ilk iddia tələbinin təmin olunmaması nəticəsinə gəlinərkən məhkəmə digər faktoloji əsaslarla yanaşı ilk iddia üzrə cavabdehlərin ilk iddia ərizəsinə etirazlarında gətirdiyi əsaslara da hüquqi qiymət vermişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçıların öz qarşılıqlı iddia ərizələrində göstərdikləri hallar iş üzrə heç bir sübutla təsdiqini tapmamışdır. Bununla da qarşılıqlı iddia üzrə iddiaçılar öz iddia tələbinin əsaslandırıldığı halları, qarşılıqlı iddia tələbinin faktoloji və hüquqi əsaslarının mövcudluğunu sübut edə bilməmişlər. Bu da qarşılıqlı iddianın əsassız olmasını göstərir. Məhkəmə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi-vəkilinin, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı 16000 (on altı min) manat pul tələbinə dair ilk iddiası və Cavabdeh1 qızının və Cavabdeh2 İddiaçı qarşı 28000 manat maddi zərərin və 1500 manat mənəvi zərərin ödənilməsi tələbinə dairqarşılıqlı iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 qızına və Cavabdeh2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin olunmasın; ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia təmin olunmasın; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 qızına və Cavabdeh2 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar