Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-439/2021 18.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə iddiaçı «xxxx» X16 Səhmdar Cəmiyyətinin ölmüş Cavabdeh hüquqi varisləri X8, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızına qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 42.84 ABŞ dolları əsas, 31.49 ABŞ dolları faiz və 164.78 ABŞ dolları cərimə olmaqla, cəmi 239.11 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəsaitin iddiaçı «xxxx» X16 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli, ********* 12012021 №-li ölüm haqqında akt qeydi ilə müəyyən edilmişdir ki, Cavabdeh 05.01.2021-ci il tarixdə ölmüş, bu barədə AZ-İİ seriyalı 162667 №-li 21.01.2021-ci il tarixli şəhadətnamə verilmişdir. Balakən Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(019)-439/2021-ci il tarixli qərardadı ilə «xxxx» X16 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işin icraatı ölmüş Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 30.04.2021-ci il tarixli, 913 №-li arayışından görünür ki, mərhum Cavabdeh aşağıda qeyd olunan vərəsələri vardır:qızı X10, oğlu X8, qızı X6 və qızı X4. İş materialları ilə müəyyən olunur ki, X8 ölmüş Cavabdeh oğlu, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızı isə ölmüş cavabdehin qızlarıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respeublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göstərilənlərə əsasən məhkəmə ölmüş Cavabdeh onun hüquqi varisləri olan oğlu X8 və qızları Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızı ilə əvəz etmiş və hazırki mülki iş üzrə icraatı təzələyərək, məhkəmə baxışına təyin etmişdir. İddiaçı «xxxx» X16 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, satıcı X9 ilə alıcı Cavabdeh arasında 12 ay müddətinə, illik 28% ödəmək şərtilə 347 AZN məbləğində 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra kreditor (satıcı) X9 ilə yeni kreditor adlandırılan “xxxx” lizinq şirkəti MMC arasında bağlanmış “Tələbin güzəşt edilməsi” haqqında müqavilə ilə alıcı Cavabdeh qarşı bütün tələblər yeni kreditora keçmişdir. “xxxx” KB ASC ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanan «xxxx»nə əsasən xxxx MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini “xxxx”a (xxxx KB ASC-yə) güzəşt etmiş və bu barədə “xxxx” lizinq şirkəti MMC tərəfindən xxxx KB ASCyə “Tələb hüququnun keçməsi barədə” Arayış verilmişdir. Eyni zamanda tələb hüququnun xxxx KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir (müqavilənin 4.1-ci və 4.2-ci bəndi). Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1 -ci bəndinə əsasən bu müqaviləyə görə satıcı müqavilənin 1.2-ci bəndində göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etdikdən müəyyən müddət sonra onun satış qiymətini razılaşdırılmış dövriliklə satıcıya ödəməyi qarşılıqlı surətdə öhdələrinə götürüblər. Lakin borclu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 15-0067762 saylı, 08.04.2015-ci il tarixli X19 Müqaviləsinin predmetini lizinq obyekti olan “Samsung S4 mini” markalı mobil telefon təşkil edir və müqavilədə onun dəyəri olan 347 AZN məbləğ manatla ifadə olunmuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən “alıcı malın satış qiymətini ən geci 08.04.2016-cı il tarixədək bu Müqaviləyə l №-li Əlavədə nəzərdə tutulmuş müddətlərdə və məbləğdə satıcının hesabına ödəməlidir. Lizinq ödənişləri üzrə ödəniş cədvəli 1 saylı Əlavədə nəzərdə tutulur. Müqavilənin 2.3-cü bəndindən aydın olur ki, lizinq ödənişlərinin həyata keçirilməsi dövriliyi 1 saylı Əlavə ilə tənzimlənir. Odur ki, tərəflər arasında imzalanmış 08.04.2015-ci il tarixli, 15-0067762 nömrəli Lizinq Müqaviləsinə 1 saylı Əlavədə də lizinq obyektinin dəyəri olan 347 AZN məbləğ 1 AZN 1.0454 USD hesablanmaqla ABŞ dollarına çevrilmiş və 331 USD borca görə ödənişin USD ilə ödənilməsi barədə razılığa gəlinmişdir. Bundan başqa həmin 1 saylı Əlavədə qeyd olunur ki, “tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, lizinq ödənişləri üzrə hesablaşma aparılarkən lizinq ödənişlərinin məbləği bu əlavədə nəzərdə tutulmuş ABŞ dolları ekvivalentində faktiki günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə müəyyən olunacaq sirkət valyuta dəyişmə fərqinin sığortalanması üçün bankın kurs fərqi qədər komissiyanı da ödəniş məbləğində əlavə edə bilər. Odur ki, tərəflər arasında imzalanmış 1 saylı Əlavədə də Cavabdeh istifadəsində olan lizinq obyektinə görə 08.05.2015-ci il tarixdən başlayaraq 12 ay ərzində hər ay 32 USD, 12-ci ay isə 31.32 USD olmaqla ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bundan başqa müqavilənin 2.5-ci bəndində qeyd olunur ki, “alıcı malın satış qiymətinin ödənilməsini 5(beş) təqvim günündən çox gecikdirdikdə növbəti gündən başlayaraq borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən 360%-dək miqdarında dəbbə pulu tətbiq oluna bilər”. Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 42.84 ABŞ dolları əsas, 31.49 ABŞ dolları faiz və 164.78 ABŞ dolları cərimə olmaqla, cəmi 239.11 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Ölmüş Cavabdeh hüquq varisləri- X8, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə ölmüş cavabdehin hüquqi varisləri X8, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan 08.04.2015-ci il tarixli 15-0067762 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 Muhuma Abakər oğluna nisyə satış müqaviləsinə əsasən 347 manat dəyərində bir ədəd “Samsunq-S4 mini” markalı telefonu illik 28 faiz olmaqla 12 ay müddətinə nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən “xxxx” KB ASC-nin tələb hüququnun keçməsi haqqında arayışında göstərilir ki, “xxxx” MMC ilə “xxxx” KB ASC arasında imzalanmış X2 güzəşt edilməsi haqqında Müqaviləyə əsasən aşağıda qeyd edilən haqqlar (vəsait) “xxxx” KB ASC tərəfindən “xxxx” MMC-yə tam olaraq ödənildiyi üçün bu arayışda qeyd edilmiş lizinq müqaviləsi üzrə tələb hüquqları tam olaraq “xxxx” MMC tərəfindən “xxxx” KB ASC-yə keçmişdir.Tələb hüququ tam keçdiyi üçün “xxxx” KB ASC qeyd edilən lizinq müqaviləsi üzrə bütün hüquqlara (əsas borcu, faiz borcunu, mükafatı, dəbbə pulunu (cərimə, penya) və s. tələb etmək hüququna malik olmaqla borcludan öhdəliyin icrasını tam tələb edə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən “xxxx” KB ASC-nin Cavabdeh ünvanlandığı 15 may 2020-ci il tarixli 897916 nömrəli bildirişdə göstərilir ki, “xxxx” Lizinq Şirkəti MMC ilə arasında bağlanmış FC15-0067762 X7 və ona 1 saylı əlavəyə əsasən onun ümumi dəyəri 331 USD olan, lizinq obyekti lizinqə verilmişdir. “xxxx” Lizinq Şirkəti MMC ilə «xxxx» KB ASC arasında bağlanmış “Tələbin güzəşt edilməsi haqqında Müqavilə”yə /“xxxxinq” müqaviləsinə) əsasən yuxanda qeyd edilən X13 üzrə tələb etmə hüququ «xxxx» KB ASC-yə keçmişdir. Eyni zamanda bildirilir ki, o, göstərilən müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmir. Bu səbəbdən də onun müqavilə üzrə ödəməli olduğu vəsait tam olaraq vaxtından əvvəl ondan tələb edilir və 3 gün müddətində yaranmış borc məbləğini ödəməyi tələb edilir. Belə ki, onun 15 may 2020-ci il tarixinə 239,11 USD gecikdirilmiş borcu var. Yaranmış borc məbləği ödənilmədiyi təqdirdə, tərəfindən müqavilə öhdəliklərinə lazımi qaydada əməl edilmədiyi üçün tələbkar kimi hüquqlarından istifadə edərək, Lizinq Müqaviləsinin şərtlərinə və AR Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq yaranmış borc məbləğinin tam olaraq qaytarılması barədə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət ediləcək. İşdə olan və məhkəmə iclasında tədqiq edilən «xxxx» X16 Səhmdar Cəmiyyətinin 23 yanvar 2021 il tarixli, UB-BANK/PİKMD/935711 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 23 yanvar 2021-ci il tarixinə «xxxx» X16 Səhmdar Cəmiyyətinə 42.84 ABŞ dolları əsas, 31.49 ABŞ dolları faiz və 164.78 ABŞ dolları cərimə olmaqla, cəmi 239.11 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 23.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı «xxxx» X16 Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, satıcı X9 ilə alıcı Cavabdeh arasında 12 ay müddətinə, illik 28% ödəmək şərtilə 347 AZN məbləğində “Samsung S4 mini” markalı mobil telefonun nisyə alqı-satqısı ilə bağlı 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra kreditor (satıcı) X9 ilə yeni kreditor adlandırılan “xxxx” lizinq şirkəti MMC arasında bağlanmış “Tələbin güzəşt edilməsi” haqqında müqavilə ilə alıcı Cavabdeh qarşı bütün tələblər yeni kreditora keçmişdir. “xxxx” KB ASC ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanan «xxxx»nə əsasən xxxx MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini “xxxx”a (xxxx KB ASC-yə) güzəşt etmiş və bu barədə “xxxx” lizinq şirkəti MMC tərəfindən xxxx KB ASC-yə “Tələb hüququnun keçməsi barədə” Arayış verilmişdir “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 15-0067762 saylı, 08.04.2015-ci il tarixli X19 Müqaviləsinin predmetini lizinq obyekti olan “Samsung S4 mini” markalı mobil telefon təşkil edir və müqavilədə onun dəyəri olan 347 AZN məbləğ manatla ifadə olunmuşdur. Müqavilənin 2.3-cü bəndinə əsasən “alıcı malın satış qiymətini ən geci 08.04.2016-cı il tarixədək bu Müqaviləyə l№-li Əlavədə nəzərdə tutulmuş müddətlərdə və məbləğdə satıcının hesabına ödəməlidir. Tərəflər arasında imzalanmış 08.04.2015-ci il tarixli, 15-0067762 nömrəli Lizinq Müqaviləsinə 1 saylı Əlavədə də lizinq obyektinin dəyəri olan 347 AZN məbləğ 1 AZN 1.0454 USD hesablanmaqla ABŞ dollarına çevrilmiş və 331 USD borca görə ödənişin USD ilə ödənilməsi barədə razılığa gəlinmişdir. Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı cavabdehdən iddiaçının xeyrinə 42.84 ABŞ dolları əsas, 31.49 ABŞ dolları faiz və 164.78 ABŞ dolları cərimə olmaqla, cəmi 239.11 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəsaitin tutulması barədə iddia ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı «xxxx» X16 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı bank tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Sonradan Cavabdeh öldüyü müəyyən edilmiş və məhkəmə ölmüş Cavabdeh onun hüquqi varisləri olan oğlu X8 və qızları Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızı ilə əvəz etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1308-ci maddəsinə əsasən vəsiyyət edən bütünlüklə borcun və ya onların bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ölmüş Cavabdeh hüquqi varisləri X8, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızı, Tinayeva (Dadayeva) Arzu Muhuma qızı və Xəlilova (Dadayeva) Türanə Muhuma qızına qarşı yönəldilmiş 42.84 ABŞ dolları əsas borc və 31.49 ABŞ dolları faiz borcu tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı həmçinin ölmüş cavabdehin hüquqi varislərindən 164.78 ABŞ dolları cərimə növündə dəbbə pulu tələb edir. Məhkəmə iddiaçının 164.78 ABŞ dolları cərimə növündə dəbbə pulu tələbinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tələb edilən əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni «xxxx» KB ASCnin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində iddiaçı həmin gəlirdən məhrum olur ki, bu da iddiaçının məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb olunan 164.78 ABŞ dolları dəbbə pulu tələb olunan 31.49 ABŞ dolları faiz məbləğini qat-qat aşmaqla kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən, həmçinin kreditorun və borclunun mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmaqla tənasübsüz surətdə yüksək məbləğdir və öhdəliyin pozulmasnın nəticələrinə uyğun gəlmir. Qeyd olunanlar tələb olunan 164.78 ABŞ dolları dəbbə pulunun ədalətsiz və tənasübsüz surətdə yüksək məbləğ olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X15rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 164.78 ABŞ dolları məbləğində cərimə növündə dəbbə pulu azaldılaraq, 10 (on) ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ölmüş Cavabdeh hüquq varisləri- X3, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızından, Tinayeva (Dadayeva) Arzu Muhuma qızından və Xəlilova (Dadayeva) Türanə Muhuma qızından mərhum Cavabdeh mirasından aldıqları pay həcmində birgə qaydada iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 42.84 ABŞ dolları əsas borc, 31.49 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 84.33 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 7.05 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; ölmüş Cavabdeh hüquqi varisləri- X3, Əliyeva (Dadayeva) Ülviyyə Muhuma qızından, Tinayeva (Dadayeva) Arzu Muhuma qızından və Xəlilova (Dadayeva) Türanə Muhuma qızından mərhum Cavabdeh mirasından aldıqları pay həcmində birgə qaydada iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 42.84 ABŞ dolları əsas borc, 31.49 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 84.33 ABŞ dolları borc ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 7.05 manat ödənilmiş dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-439/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-439/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver