Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-447/2021 29.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Mollatahir oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şabanov Şahlar Mollatahir oğlu cavabdeh Cücüyeva Lalçə Soltanhəmid qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 840 (səkkiz yüz qırx) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(019)-631/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh, X10, X7, X8, İddiaçı və Bayramova Mərziyyət Camaldin qızına qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı ilə tələbkar arasında 18 noyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh “xxxx” QSC ilə 19.11.2014-cü il tarixdə 019R********** nömrəli kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2,3333 olmaqla, 12 ay müddətinə 1440 manat kredit götürmüşdür. Bundan başqa borclu Cavabdeh “xxxx” QSC-dən ilkin olaraq 01.07.2014-cü il tarixdə bağladığı 19R000003782 nömrəli kredit razılaşması əsasında faiz dərəcəsi 2,3333 olmaqla 18 ay müddətinə 7800 manat kredit götürmüşdür. Belə ki, İddiaçı 19.11.2014-cü il tarixdə bağlanmış 019R********** nömrədli kredit razılaşması əsasında zaminlik öhdəliyi borclu Cavabdeh götürdüyü 1440 manat kredit məbləğinə aiddir. Ona görə ki, İddiaçı zaminlik öhdəliyi onun müqaviləni imzaldığı andan yaranır. Hazırda isə zamin İddiaçı əmək haqqından borclu Cavabdeh 01.07.2014-cü il tarixdə bağladığı 19R000003782 nömrəli kredit razılaşması əsasında götürdüyü kreditin qalığı olan 7592,20 manata görə pul tutulur. Hazırda cavabdeh ondan banka tutulan pulu qaytarmaq istəmir. Ona görə də məhkəməyə müraciət edir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azəorbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 noyabr 2014-cü il tarixli 019S**********801 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə «xxxx» QSC ilə İddiaçı arasında bağlanmış, zamin borclu Cavabdeh «xxxx» QSC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2017-ci il tparixli, 2 (102)-8086/2017 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2 (019)-631/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, İsayeva Cavahir Şəhmir qızından, X16 oğlundan, X4, İddiaçı və Bayramova Mərziyyət Camaldin qızından müştərək qaydada 19R000003782 nömrəli kredit razılaşması üzrə 5955,39 manat məbləğində kredit borcu, 1486,81 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə-cəmi 7592.20 manatın, 019 R********** nömrəli kredit razılaşması üzrə isə 1334.60 manat əsas borc, 315.56 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 1750.16 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb, «xxxx» QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh, İsayeva Cavahir Şəhmir qızından, X16 oğlundan, X4, İddiaçı Mollatahir oğlundan və Bayramova Mərziyyət Camaldin qızından müştərək qaydada 10 manatın tutulub dövlət xeyrinə ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər X13, X11, İddiaçı və Bayramova Mərziyyət Camaldin qızının apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2 (019)-631/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehlər X13, X11, İddiaçı və Bayramova Mərziyyət Camaldin qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qətnaməsi cavabdehlər X13, X11, İddiaçı və Bayramova Mərziyyət Camaldin qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqi edilmiş Balakən Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(019)-631/2017 nömrəli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, X6, X3, X4, İddiaçı və Bayramova Mərziyyət Camaldin qızından müştərək qaydada 19R000003782 nömrəli kredit razılaşması üzrə 5955,39 manat məbləğində kredit borcu, 1486,81 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə-cəmi 7592.20 manat, 019 R********** nömrəli kredit razılaşması üzrə isə 1334.60 manat əsas borc, 315.56 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 1750.16 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınıb, «xxxx» QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin qətnamə 28 fevral 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən Mərkəzi Rayon Xəstəxanası Rublik Hüquqi Şəxsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 12.10.2020-ci il tarixli, 320 nömrəli məktubundan görünür ki, İddiaçı oğlunun əmək haqqısından cəmi 840.00 (səkkiz yüz qırx manat 00 qəpik) vəsait tutularaq, “xxxx” QSCnin AZ28ACAB******************** hesablaşma hesabına ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra və X9 Rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış 09.10.2020-ci il tarixli, 408/2 nömrəli məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-631/2017 saylı, 27.03.2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı təklifinin icrasını dayandırılması xahiş edilmişdir. İşdə olan 05.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, «xxxx» QSC ilə İddiaçı arasında bağlanmış 18 noyabr 2014-cü il tarixli, 019S**********801 nömrəli zaminlik müqaviləsi ilə zamin İddiaçı həmin bankdan kredit götürmüş borclu Cavabdeh «xxxx» QSC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Balakən Rayon Məhkəməsinin 2(019)-631/2017 saylı, 27.03.2017-ci ci il tarixli icra sənədinə əsasən cavabdehlər Cavabdeh, İsayeva Cavahir Şəhmir qızından, X16 oğlundan, X4, İddiaçı Moollatahir oğlundan və Bayramova Mərziyyət Camaldin qızından müştərək qaydada 19R000003782 nömrəli kredit razılaşması üzrə 5955,39 manat məbləğində kredit borcu, 1486,81 manat məbləğində faiz borcu və 150 manat məbləğində cərimə-cəmi 7592.20 manat, 019 R********** nömrəli kredit razılaşması üzrə isə 1334.60 manat əsas borc, 315.56 manat faiz borcu, 100 manat cərimə olmaqla cəmi 1750.16 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınıb, «xxxx» QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlanılmış, icra sənədi üzrə borcluların əmlaklarının araşdırılması məqsədi ilə müvafiq təşkilatlara sorğular edilmişdir. Borclulara məxsus tələbin yönəldilə biləcək heç bir əmlakı aşkar edilməmiş, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı işlədiyi müəyyən edilmiş və icra sənədi üzrə tələb onun X12 X21 işlədiyi gözətçi vəzifəsi üzrə aldığı əmək haqqına yönəldilmişdir. X5 «xxxx» QSC-yə kredit borcu üzrə X12 X20 12.10.2020-ci il tarixədək hər ay İddiaçı əmək haqqından tutulmaqla, ondan cəmi 840.00 manat tutularaq, «xxxx» QSC-nin hesabına ödənilmişdir. X1 zamini olaraq İddiaçı tərəfindən «xxxx» QSC-yə 840 manat ödənilmiş və xxxx» QSC-nin həmin 840 manat məbləğdə tələb hüququ İddiaçı keçmişdir. İddiaçı Cavabdeh həmin 840 manat məbləğin qaytarılmasını tələb etmiş, lakin Cavabdeh ödənilmiş 840 manat pulu İddiaçı qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 840 (səkkiz yüz qırx) manat pul və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb, İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 840 (səkkiz yüz qırx) manat pul və hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-447/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-447/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver